Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1497/2024 19.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: sabit pul məbləğində aliment) X15 Süleymanovanın sədrliyi və məruzəsi, X16 Məmmədov və X2 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 2(012)-2754/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 25 dekabr 2015-ci il tarixində Cavabdeh ilə ailə quraraq nikaha daxil olmuşdur. Cavabdehlə birgə nikahdan 25 yanvar 2017-ci il təvəllüdlü X6 və 23 mart 2021 X5 adlı iki uşaq dünyaya gəlmişdir. Cavabdeh ilə bir müddət ailə kimi bir yerdə yaşasa da, sonradan xasiyyətləri uyğun gəlmədiyindən ailə münasibətləri korlanmışdır. Cavabdeh ailəsinə - ona və övladlarına baxmaqdan qəsdən yayınmağa başlamışdır. Ailənin bütün maddi təminatı onun valideynləri tərəfindən ödənilirdi. Buna görə də, o, məcbur olub cavabdehlə yaşadığ evi aylardır tərk edərək valideyinlərinin evinə getmişdir. Uşaqlar azyaşlı olduqlarından heç bir yerdə işləyə bilmir. Bu səbəbdən hər hansı bir gəliri olmadığına görə, onları maddi cəhətdən saxlamaq imkanından məhrumdur. Yetkinlik yaşına çatmamış övladlarının tələbatını və xərclərini ödəyə bilmir. Ataları isə onların saxlanılmasında heç bir maddi köməklik göstərmir. Uşaqların normal və savadlı vətəndaş kimi böyümələri üçün kifayət qədər məsrəfə ehtiyac vardır. Buna görə də Cavabdeh 25 yanvar 2017-ci il təvəllüdlü X4 və 23 mart 2021 -ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər birinə hər ay 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq ona verilməlidir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. AZ-T 058955 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X7 arasında nikah xx.xx.2015-ci il tarixdə Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən 571 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra qadına Məmmədova soyadı verilmişdir.
5. AZ-İİİ 914307 və AZ-İV 549545 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından 25 yanvar 2017-ci il təvəllüdlü X6 və 22 mart 2021 X5 adlı uşaqlar doğulmuşlar.
6. Abşeron Rayon Məhkəməsinin 2(012)-1418/2012 saylı, 13 noyabr 2012-ci il tarixli qətnaməsindən görünür ki, X13 ilə Cavabdeh arasındakı nikah pozulmuş, 11 noyabr 2009-cu il tarixdə anadan olmuş X8 anası X9 yanında qalması müəyyən edilmiş, Cavabdeh 11 noyabr 2009-cu il tarixdə anadan olmuş X1 üçün X9 xeyrinə xx.xx.2012-ci il tarixdən başlayaraq hər ay 87 manat məbləğində alimentin tutulması qət edilmişdir.
7. Abşeron rayon İcra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli bildirişindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012) 1671/2023-006 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)- 2053/2021 saylı. xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 11 noyabr 2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, iddiaçı X10 ödənilməlidir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
8. Abşeron Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 2(012)-2754/2024 nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddianın təmin edilməsi, birgə nikahdan doğulmuş 25 yanvar 2017-ci il təvəllüdlü X6 və 23 mart 2021-ci il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulması, qətnamənin dərhal icra edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 19-cu maddələri, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 75.1, 75.4, 78.1, 78.2 və 100.2-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2, 217.4, 234.2.1, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
10. Abşeron Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 2(012)-2754/2024 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin qismən - hər iki uşağa görə 235 manat, cəmi 470 manat alimentin tutulması hissəsində ləğv edilərək, hər iki uşağa görə 100 manat, cəmi 200 manat məbləğində alimentin tutulması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsi onun maddi vəziyyətini nəzərə almayaraq əsassız qətnamə çıxarmışdır. Qanunvericiliyə görə Məhkəmə sübutlara hərtərəfli baxmalı və tədqiq etməlidir. Lakin Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2754/2024 saylı qətnaməsindən görünür ki, məhkəmə sübutları hərtərəfli araşdırmamışdır. Hal-hazırda Abşeron Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(012)-1418/2012 saylı qətnaməsinə əsasən, birinci ailə həyatından doğulmuş övladına görə 200 manat məbləğində aliment ödəyir. Baxmayaraq ki, Abşeron Rayon Məhkəməsi sözügedən qətnamədə bu fakta toxunsa da, alimentin miqdarını təyin edərkən bu faktı nəzərə almayaraq ikinci ailə həyatından doğulan iki övladına görə ayrıayrılıqda 235 manat (cəmi 470 manat) məbləğində alimentin tutulmasını qət etmişdir. O, övladlarının qayğısına qalmağının tərəfdarıdır və onların sağlam şəraitdə yetişməsi üçün əlindən gələni etməyə də hazırdır. Lakin hal-hazırda onun heç bir yerdən gəliri yoxdur və hər ay çətinliklə aliment məbləğini ödəməyi çatdırır. Digər iki övladına görə də 470 manat məbləğdə aliment ödəyərsə, bu hər üç övladının alimentinin ödənilməsində ona çətinlik yaradar və onların təminatının aşağı düşməsinə səbəb olar. Həmçinin yaranan çətin vəziyyət səbəbindən artıq qazanc əldə etməyə məcbur edilmək neqativ halların baş verməsinə səbəb ola bilər. Alimenti ödəməyə gücü çatmadığı təqdirdə inzibati və cinayət məsuliyyətinə cəlb edilə bilər. Nəticə olaraq isə övladları ilə əlaqəsinin kəsilməsinə və onların ata qayğısından məhrum qalmaqlarına səbəb ola bilər. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Abşeron Rayon Məhkəməsinin çıxardığı qətnamə əsassız və qanunsuzdur. Məhkəmə tərəfindən aliment miqdarını müəyyən edərkən hal-hazırkı iş üzrə iki övladına münasibətdə cəmi 200 manat (hər birinə 100 manat) miqdarında tətbiq edilməsi daha məqsədəuyğun olardı. Qanunvericilik məhkəmənin üzərinə çəkişmə prinsipinin təmin edilməsi vəzifəsini qoysa da Abşeron Rayon Məhkəməsi bu prinsipi gözləməmiş, qanunvericiliyə əməl etməmişdir. Belə ki, xx.xx.2024-cü il tarix üçün məhkəmə tərəfindən iclas təyin olunmuşdur. Xəstəliyi ilə əlaqədar müalicə aldığı üçün məhkəməyə müraciət edərək iclasın vaxtının təxirə salınmasını xahiş etsə də, məhkəmə iclası təxirə salmamış və iş üzrə iclasda iştirakı mümkün olmamışdır. Nəticə olaraq, ədalət mühakiməsinin çəkişmə prinsipi pozulmuşdur. Buna görə də məhkəmənn yekun çıxardığı qətnamə əsassız hesab edilməlidir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
12. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
13. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışının hədləri
14. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnamənin qismən - hər iki uşağa görə 235 manat, cəmi 470 manat alimentin tutulması hissəsində ləğv edilərək, hər iki uşağa görə 100 manat, cəmi 200 manat məbləğində alimentin tutulması barəsində yeni qətnamənin çıxarılmasını xahiş etdiyi üçün hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17.İ. Cəmiyyətin özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə, eləcə də uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Maddə 17.İİ Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34.İV Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.
16. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; Maddə 27. (bənd 2) Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
17. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
18. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
19. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə - aliment miqdarının müəyyən olunması hissədə dəyişdirilməlidir.
22. Apellyasiya şikayətinə ümumilikdə hüquqi qiymət verən kollegiya qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar şikayətin tam təmin olunması üçün əsaslı olmasa da, qismən təmin edilməsi və alimentin miqdarının dəyişdirilməsi üçün əsaslıdır.
23. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı birgə nikah münasibətdərindən 25 yanvar 2017-ci il təvəllüdlü X6 və 23 mart 2021 X5 adlı uşaqlar doğulmuşdur. Hazırda tərəflərin ailə nikah münasibətləri pozulmuşdur, nikahları formal xarakter daşıyır, bu səbəbdən iddiaçı alimentin tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, Cavabdeh digər nikahdan olan Fatimə adlı uşağın saxlanılması üçün məhkəmə qətnaməsinə əsasən hər ay 200 manat sabit məbləğdə aliment ödəməsi qət edilmişdir.
24. Göründüyü kimi mübahisələndirilən məhkəmə qətnaməsi ilə iddianın təmin edilməsi, birgə nikahdan doğulmuş 25 yanvar 2017-ci il təvəllüdlü X6 və 23 mart 2021-ci il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulması, qətnamənin dərhal icra edilməsi qət edilmişdir.
25. Birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən - hər iki uşağa görə 235 manat, cəmi 470 manat alimentin tutulması hissəsində ləğv edilərək, hər iki uşağa görə 100 manat, cəmi 200 manat məbləğində alimentin tutulması barəsində yeni qətnamənin çıxarılmasını xahiş etmişdir.
26. Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, cavabdeh birinci ailə həyatından doğulmuş övladına görə 200 manat məbləğində aliment ödəyir. Abşeron Rayon Məhkəməsi sözügedən qətnamədə bu fakta toxunsa da, alimentin miqdarını təyin edərkən bu faktı nəzərə almayaraq ikinci ailə həyatından doğulan iki övladına görə ayrıayrılıqda 235 manat (cəmi 470 manat) məbləğində alimentin tutulmasını qət etmişdir. O, övladlarının qayğısına qalmağının tərəfdarıdır və onların sağlam şəraitdə yetişməsi üçün əlindən gələni etməyə də hazırdır. Lakin hal-hazırda onun heç bir yerdən gəliri yoxdur və hər ay çətinliklə aliment məbləğini ödəməyi çatdırır. Digər iki övladına görə də 470 manat məbləğdə aliment ödəyərsə, bu hər üç övladının alimentinin ödənilməsində ona çətinlik yaradar və onların təminatının aşağı düşməsinə səbəb olar.
27. Apellyasiya şikayətinin digər dəlili olaraq apellyator xəstə olduğu üçün məhkəmə iclasının təxirə salınması barədə ərizəsinin məhkəmə tərəfindən nəzərə alınmamasını və onun iştirakı təmin edilmədən işə baxılmasını mübahisələndirmişdir.
28. Məhkəmə kollegiyası şikayətin dəlilini əsassız hesab edir. Belə ki, mülki işin 34 və 36-cı vərəqəsində olan bildiriş və SMS xəbərdarlığından görünür ki, Cavabdeh yaşayış yeri üzrə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş və SMS göndərilmiş, cavabdeh isə nəhkəməyə teleqram ünvanlayaraq müalicə aldığı üçün məhkəmə iclasına gələ bilmədiyini bildimişdir. Göründüyü kimi, cavabdeh məhkəmə iclasının vaxtı brədə məlumatlı olmuş və təxirə salınmasını xahiş etməmişdir, şikayətin qeyd olunan dəlili iş materialları ilə təkzib olunur. MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.
30. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
31. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir.
32. Lakin o da qeyd olunmalıdır ki, qanunvericiliyin göstərişləri alimentin təyin edilməsində uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasına yönəlsə də, bu zamanı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa halların nəzərə alınması da göstərilmişdir.
33. Uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə valdeynlər birgə məsuliyyət daşıyırlar.
34. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur.
35. X18 Məhkəməsinin bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, X19rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) qeyd olunmuşdur ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.
36. Məhkəmə kollegiyası hər uşağa görə hər ay 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır, apellyasiya şikayətinin dəlillərini bu hissədə qismən əsaslı hesab edir. Məhkəmə kollegiyasının qənaətincə bu hissədə tərəflərin qarşılıqlı münasibətləri üzrə, işin faktiki hllarına uyğun qətnamə qəbul edilməmişdir.
37. Qeyd olunmalıdır ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, hüquqlarını pozmamalıdır. Hazırkı halda alimentin daha yüksək həddə müəyyən edilməsi bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil etməklə, alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır.
38. ““Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarından qeyd olunmuşdur ki, Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır.
39. Şərh olunanlara əsasən məhkəmə kollegiyası, azyaşlı uşaqların saxlanmasında hər iki valideynin iştirak etməli olduğunu, cavabdehin maddi vəziyyətini, digər aliment öhdəliyinin olmasını və işin digər diqqətəlayiq hallarını nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin alimentin miqdarı hissədə dəyişdirilərək, Cavabdeh 25 yanvar 2017-ci il təvəllüdlü X4 və 22 mart 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat alimentin alınaraq İddiaçı Loğman qızına ödənilməsini hazırkı mübahisənin həlli baxımından qanuni və əsaslı hesab edir.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 2(012)-2754/2024 nömrəli qətnaməsi birgə nikahdan doğulmuş 25 yanvar 2017-ci il təvəllüdlü X6 və 23 mart 2021-ci il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirilsin. 25 yanvar 2017-ci il təvəllüdlü X4 və 22 mart 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 200 (iki yüz) manat, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.