Məhkəmə qərarları › İş №2(105)-1499/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1499/2021

26.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1499/2021 26.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X17 Tağızadənin sədrliyi və məruzəsi, X9 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçı: İddiaçı, İddiaçının nümayəndəsi və vəkili: Vəkil1, Cavabdeh: Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili: Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı birgə nikahdan olan övladlarının onun himayəsində saxlanılması tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı uşaq tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.B.Sadıqov) ilk iddianın qismən təmin edilməsi, xx.xx.2004-cü il təvəllüdlü X3, xx.xx.2005-ci il təvəllüdlü X13, xx.xx.2006-cı il təvəllüdlü X6 ataları İddiaçı yanında (himayəsində) qalması, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, xx.xx.2008-ci il təvəllüdlü X4 atası İddiaçı alınaraq anası Cavabdeh (himayəsinə) verilməsi, qarşılıqlı iddianın qalan hissəsinin təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 95 manat məbləğində pulun 40 manatının İddiaçı, 55 manatın isə Cavabdeh alınaraq X8, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilməsi, iş üzrə ödənilmiş dövlət rüsumlarının tərəflərə aid edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh ilə birgə nikahlarından olan övladları xx.xx.2004-cü il təvəllüdlü X1, xx.xx.2005-ci il təvəllüdlü X7, xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X4 onun himayəsində saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2002-ci il tarixdə ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2004-cü il təvəllüdlü X3, xx.xx.2005-ci il təvəllüdlü X13, xx.xx.2006-cı il təvəllüdlü X14 və xx.xx.2008-ci il təvəllüdlü X10 anadan olmuşdır. Evləndiyi aylardan aralarındakı münasibətlər yaxşı olmamış, dəfələrlə cavabdeh evdən qaçmış, ondan icazəsiz hara oldu getmiş, onu həyat yoldaşı kimi saymamışdır. Nəticədə nikahları məhkəmə qətnaməsi ilə ləğv edilmiş, uşaqları analarının yanında saxlanmışdır. Çox keçmədən uşaqlar ona anaları tərəfindən döyüldüklərini, başlarında analarının taxta sındırdığını, gecə saatlarında analarının onları evdən çölə çıxarıb küçədə saxlamağını, şəxsiyyətlərinin alçaldılmalarını, təhqir olunmalarını və şiddətə məruz qalmalarını şikayət etməyə başlamışlar. Buna baxmayaraq onları sakitləşdirmiş, lakin bir müddət sonra övladlarının dördü də analarının yanından qaçaraq onun yanına gəlmişlər. xx.xx.2018-ci il tarixindən uşaqlar onun himayəsindədirlər. O, onlara qulluq edir, onların səhhətinin, sağlamlığının, qidalanmasının qayğısına qalır. Onlar anaları ilə birlikdə sonuncunun himayəsində qalmaqdan imtina edirlər. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hazırda cavabdeh öz yanında saxladığı xx.xx.2004-cü il təvəllüdlü X1, xx.xx.2005-ci il təvəllüdlü X7, xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X4 cavabdehdən alınaraq onun himayəsinə verilməsi və uşağın yaşayış yeri onun yaşayış yeri qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçıla xx.xx.2002-ci il tarixdə ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2004-cü il təvəllüdlü X3, xx.xx.2005-ci il təvəllüdlü X13, xx.xx.2006-cı il təvəllüdlü X14 və xx.xx.2008-ci il təvəllüdlü X10 anadan olmuşdır. Evləndikləri gündən bir neçə vaxt sonra onunla qəddarcasına rəftar etməyə başlamış, heç bir səbəb olmadan mütəmadi olaraq onu söyüb təhqir etmiş, dəfələrlə döymüşdür. Nikahları məhkəmə qətnaməsi ilə pozulmuş və uşaqlar onun yanında saxlanmışdır. Sonradan uşaqları ataları tərəfindən öyrədilmiş, cavabdeh olan ataları uşaqları ona qarşı çevirmişdir. Cavabdeh uşaqları ona qarşı öyrədərək, onları məcburən özündə saxlamışdır. O, bir ana kimi uşaqlarsız dözə bilmir, təbii ki, bu yaşda uşaqlar da anasız psixi sarsıntı keçirir. Lakin cavabdeh həm ona, həm də uşaqlarına qarşı qəddarlıq edərək bu cür hərəkət edir. Hazırda o, uşaqları ilə bir kənddə yaşadığına görə o həftədə bir-iki dəfə uşaqlarının yanına gedərək onlarla görüşür. Uşaqlar onunla yaxşı münasibətdədir, aralarında heç bir soyuqluq yoxdur. Lakin cavabdeh tərəfindən uşaqlara olan təzyiqdən onlar iki fikirli qalaraq ona yanaşmağa çəkinirlər, qorxurlar. Böyük qızının artıq 16 yaşı var. Onun bu yaşda anaya ehtiyacı vardır. Ona görə də uşaqlarının onda qalmasına və onların ana qayğısına ehtiyacı olduğundan hesab edir ki, uşaqlar onun himayəsinə verilməlidir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamədə Xaçmaz rayon İH-nin Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxxx 2020-ci il tarixli 881 nömrəli rəyinə istinad etmişdir. Məhkəmə prosesində Komissiyanın sənədlərinə baxış keçirilmiş, məlum olmuşdur ki, 4 uşağın 4-də analarının himayəsində qalmaqdan imtina etmişlər. Uşaqlar məhkəmə prosesi zamanı dindirilmiş, onlar analarından imtina etdiklərini bildirmişlər. xx xxxxxxx 2008-ci il təvəllüdlü X4 hal-hazırda ona qarşı bağlılıq səviyyəsi anası Cavabdeh qarşı olan bağlılıq səviyyəsindən daha yüksəkdir. Cavabdeh uşaqlara fiziki zor göstərdiyindən, onlara analıq göstərmədiyinə görə uşaqlar ondan imtina edir və onun himayəsində qalmaq istəmirlər. Məhkəmə prosesindən sonra Fəxriyyəyə anası hücum etmiş, onun başını divara çırpmış, sonra yerə yıxıb sürümüşdür. Məhkəmə tərəfindən «Uşaq hüquqları haqqında» qanunun, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin tələbləri pozmuşdur. Xaçmaz Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli 2(067)-57/2021 saylı qətnaməsini ləğv edərək, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı, nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, eyni məzmunlu izahat verdilər, apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Cavabdeh, nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdilər və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. İş üzrə maraqlı tərəf Xaçmaz rayon İH-nin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi qismən ləğv olunmalı, apellyasiya şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə ilkin iddia və qarşılıqlı iddia ərizəsini qismən təmin edərkən, yetkinlik yaşına çatmayan uşağın mənafeyinin nəzərə alınmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin ilkin iddia üzrə yetkinlik yaşına çatmayan Fəxriyyə hissəsində gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materialları ilə müəyyən olunur ki, tərəflər xx xxxxxxxx 2002-ci ildə nikaha daxil olmuşlar, tərəflərin birgə nikahlarından xx.xx.2004-cü il təvəllüdlü X3, xx.xx.2005-ci il təvəllüdlü X13, xx.xx.2006-cı il təvəllüdlü X14 və xx.xx.2008-ci il təvəllüdlü X10 anadan olmuşlar. İşdə olan olan Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(067)-320 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında xx xxxxxxxx 2002-ci il tarixdə bağlanmış nikah pozulmuş, xx.xx.2004-cü il tarixdə doğulmuş X1, xx.xx.2005-ci tarixdə doğulmuş X7, xx.xx.2006-cı il tarixdə doğulmuş X6 və xx.xx.2008-ci il tarixdə doğulmuş X4 anaları Cavabdeh yanında qalmaları müəyyən edilmiş və onların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 50 (əlli) manat, cəmi 200 (iki yüz) manat sabit məbləqdə alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Alimentin tutulmasının başlanğıcı xx xxxxxx 2014-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(067)-2890/2018 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, xx.xx.2004-cü il təvəllüdlü X1, xx.xx.2005-ci il təvəllüdlü X13, xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X4 Cavabdeh alınaraq ataları İddiaçı verilməsi qət edilmişdir. İşə əlavə olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(105)- 1196/2019 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(067)2890/2018 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(067)-2890/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-6520/2019 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İşə əlavə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(105)-616/2020 nömrəli qətnaməsindən müəyyən olunur ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(067)-2890 nömrəli qətnaməsi ləğv edilmişdir. İddiaçı Cavabdeh qarşı uşaq tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Qəyyumluq və Himayəçilik komissiyasının xx.xx.2020-ci il tarixli, 881 nömrəli rəyindən müəyyən olunur ki, uşaqlardan xx.xx.2004-cü il təvəllüdlü X2, xx.xx.2005-ci il təvəllüdlü X11 ataları İddiaçı, xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X5 anaları Cavabdeh himayəsinə verilməsini məqsədəuyğun hesab edilir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 11/132 nömrəli ekspert rəyindən müəyyən olunur ki, hal hazırda xx.xx.2004-cü il təvəllüdlü S.İddiaçının, xx.xx.2005-ci il təvəllüdlü İ.İddiaçı və xx.xx.2006-cı il təvəllüdlü S.İddiaçının ataları İddiaçı qarşı bağlılıqları (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) müşahidə olunmaqla anaları Cavabdeh qarşı bağlılıqları müəyyən olunmur. xx.xx.2008-ci il təvəllüdlü X4 hal-hazırda atası İddiaçı qarşı bağlılıq səviyyəsi anası Cavabdeh qarşı olan bağlılığa nisbətən daha yüksəkdir. xx.xx.2004-cü il təvəllüdlü S.İddiaçının anasına olan neqatıiv münasibəti xx.xx.2006cı il təvəllüdlü S.İddiaçının və xx.xx.2008-ci il təvəllüdlü F.İddiaçının analarına olan münasibətinə təsir göstərmişdir. Məhkəmə iclası zamanı yetkinlik yaşına çatmayan X10 bildirmişdir ki, anası Cavabdeh tərəfindən ona fiziki zor göstərilmişdir, şəxsiyyətini alçatmışdır, ona və digər baçı qardaşlarına analıq qayqısı göstərməmişdir. Hazırda o atası İddiaçı yanında qalır və heç bir vaxt anasının yanına getməyə razı olmayacagını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2004-cü il təvəllüdlü X1, xx.xx.2005-ci il təvəllüdlü X13, xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X4 birinin digərindən ayrılıqda yaşaması onların emosional-iradi sferalarına neqativ təsir göstərə bilər. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi xx xxxxxxx 2008-ci il tarixli X10 hissəsində ləğv edilməlidir və bu hissədə ilkin iddia üzrə təmin olunmalıdır. İddiaçı və Cavabdeh fərdi-psixi xüsusiyyətlərində uşaqların emosional-iradi sferalarına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.2.-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 58.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2.-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.4.-cü maddəsinə uyğun olaraq, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onlarıın rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinin 2-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya qanuna görə onun üçün məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinin 3-cü bəndinə əsasən İştirakçı dövlətlər təmin edirlər ki, uşaqların qayğısına qalmaq və ya müdafiəsi üçün cavabdeh olan idarələr, xidmətlər və orqanlar səlahiyyətli orqanların qoyduqları normalara, o cümlədən təhlükəsizlik və səhiyyə, onların işçi heyətinin say tərkibi və yararlığı, habelə mötəbər nəzarət baxımından cavab versinlər. BMT-nin «İqtisadi, sosial və mədəni hüquqlar haqqında» Beynəlxalq Paktının 10-cu maddəsinin 3-cü bəndinə əsasən bütün uşaqlara və yeniyetmələrə münasibətdə, ailə mənşəyinə və digər əlamətlərə görə heç bir ayrı-seçkilik salmadan xüsusi himayə və kömək tədbirləri görülməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının 6.8-ci bəndində göstərilmişdir ki, qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində heç bir dəlilin göstərməməsini nəzərə alıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yetkinlik yaşına çatmayan İsmayılova Fəxriyyə hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmadıgından və işdə, iş üzrə məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar oldugundan, iş üzrə məhkəmə qətnaməsi həmin hissədə ləğv edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxx 2021-ci il tarixli 2(067)-57/2021 saylı qətnaməsi qismən ləğv edilsin. İlk iddia qismən təmin edilsin, xx.xx.2004-cü il təvəllüdlü X3, xx.xx.2005-ci il təvəllüdlü X13, xx.xx.2006-cı il təvəllüdlü X14, xx.xx.2008-ci il təvəllüdlü X10 ataları İddiaçı yanında (himayəsində) qalsın, qarşılıqlı iddia təmin edilməsin, ekspertiza tədqiqatının dəyəri olan 95 manat məbləğində pulun 40 manatı İddiaçı, 55 manatı isə Cavabdeh alınaraq X8, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin, iş üzrə ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar