Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1502/2022 24.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) iddianın təmin edilməsi, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi çıxılmaqla yerdə qalan qazancının (başqa gəlirlərinin) yarısı miqdarında alimentin İddiaçı xeyrinə tutulması, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi, qətnamənin alimentin tutulması hissədə dərhal icra olunması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2412/2021 nömrəli mülki iş üzrə 02 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər G.F.Tağızadə (sədrlik edən və məruzəçi), L.M.Məmmədova və T.O.Quliyev) hər iki tərəfin apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilərək xx xxxxxx 1966-cı il tarixdə Tovuz rayonunda anadan olmuş, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi çıxılmaqla yerdə qalan qazancının (başqa gəlirlərinin) yarısı miqdarında alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 aprel 2022-ci il tarixli qərarı ilə (Z.Ə.Əliyev (sədrlik edən və məruzəçi), hakimlər A.Q.Hüseynov və İ.R.Xələfov) kassasiya şikayətlərinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2412/2021 nömrəli, 02 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin yarısı miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Tovuz Rayon Məhkəməsinin 23 fevral 2007-ci il tarixli, 2-82-2007 saylı qətnaməsinin dəyişdirilməsi, xx.xx.2005-ci il təvəllüdlü X6, xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2014cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin yarısı miqdarında alimentin tutulması, xx.xx.2005-ci il təvəllüdlü X8 münasibətdə Maraqlı şəxs, xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X12 münasibətdə isə ona verilməsinə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşdur. Birgə nikahlarından üç uşaqları xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X14 doğulmuşdur. Cavabdeh hər zaman ailəsinə qarşı laqeyd münasibət bəsləmiş, övladları doğulduqdan sonra da cavabdehin ailəsinə qarşı olan laqeyd münasibəti dəyişməmişdir. Övladlarının maddi tələbatlarını isə o, xeyli təkid etdikdən sonra müəyyən bir hissəsini ödəsə də yenə də tam ödəmir. Buna görə də cavabdehlə aralarında mübahisə yaranır. O isə uşaqların tərbiyəsi və ailə təsərrüfatının idarə etməklə məşğul olduğu üçün işləmir və buna görə də uşaqların maddi ehtiyaclarını ödəyə bilmir. Uşaqların tələbatını ödəmək isə onun üçün maddi cəhətdən çətindir. Cavabdeh uzun müddət Azərbaycan Republikası Daxili İşlər orqanlarında fəaliyyət göstərmiş, hazırda isə həmin orqandan təqaüdə çıxmış və kifayət qədər yüksək əmək pensiyası alır. Bundan əlavə, əlilliklə əlaqədar dövlətdən müavinət alır. Bundan başqa isə ticarətlə məşğul olur və mütəmadi qazanc əldə edir. Lakin bütün bunlara baxmayaraq övladlarının maddi tələbatını həyata keçirmir. Tərəflərindən onun əmək pensiyaçısı kimi qeydiyyatda olub-olmaması, əmək pensiyaçısıdırsa, hər ay hansı məbləğdə əmək pensiyası alması barədə yazılı məlumatın verilməsi barədə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Londuna sorğu verilsə də həmin orqan tərəfindən verilmiş sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduğundan, sorğunun icrasından imitna edilmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin olunmasını xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Abşeron Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək üç uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında alimentin onun xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun aliment tələbi barədə iddiasına baxarkən qanunvericiliyin tələbini pozmuş, cavabdehin gəlirlərinin yarısı miqdarında aliment qət etməli olduğu halda birinci uşaga ödənilən ¼ hissədən ibarət aliment çıxıldıqdan sonra yerdə qalan məbləğin yarısı miqdarında aliment qət etmiş, birbaşa qanunvericiliyin tələbini pozmuş və dolayı yollarla cavabdehin birinci nikahından dogulmuş uşağının mənafeyini onun uşaqlarının mənafeyindən üstün tutmuşdur. Abşeron Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(012)-853/2021 saylı qətnaməsini ləğv edib, üç uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh Abşeron Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(102)-853/2021 saylı, Tovuz Rayon Məhkəməsinin 2-82-2007 saylı 23 fevral 2007-ci il tarixli, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-154 (04-26)/2007 saylı, 27 avqust 2007-ci il tarixli qətnaməsinin dəyişdirilərək 31 mart 2021-ci il tarixdən başlayaraq 12 avqust 2005ci il təvəllüdlü X6, 10 may 2007-ci il təvəllüdlü X2, 15 noyabr 2009-cu il təvəllüdlü X5 və 28 noyabr 2014-cü il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlamasından ötrü aylıq qazancının onların hər biri üçün aylıq 220 manat məbləğində alimentin tutulması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hər şeydən əvvəl iddiaçının yalan iddia tələblərini, yəni onun uşaqlara maddi təminat verməməyini təsdiq edən hər hansı bir sübutu təqdim etməməsini nəzərə almadan, eləcə də əvvəlki nikahdan olan uşaq üçün sonrakı nikahdan olan uşaqlara münasibətdə daha çox aliment məbləği müəyyən etməklə uşaqların valdeynlərinin qazancından bərabər təminat almaq hüquqlarını pozmaqla qanunsuz və əsassız qətnamə çıxarmışdır. İddiaçı ilə o ailə həyatı qurub nikaha daxil olduqdan sonra o, heç vaxt işləməmiş və onun hər hansı qazancı yaxud gəliri olmamışdır. İddiaçı ilə aralarında olan normal ər-arvad münasibətləri pozulduğundan iddiaçı ondan qisas almaq üçün bu cür qanunsuz iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. Hətta onların münasibətləri pozulduqdan sonra belə o, ailəsinin və uşaqlarının maddi ehtiyaclarını təmin etməkdə davam etmişdir. Məhkəmə əvvəlki nikahdan olan uşağa hazırkı nikahdan olan uşaqlara münasibətdə ikiqat artıq məbləğdə aliment müəyyən etməklə uşaqları maddi cəhətdən ayrı-seçkiliyə məruz qoymuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya və üçüncü şəxs Maraqlı şəxs məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və cavabdehin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini ərizənin əsaslı olması ilə əsaslandırmışdır. Bu nəticədən narazı qalan tərəflər ayrı-ayrılıqda apellyasiya şikayətləri vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə qəbul etmişdir. Bu nəticədən narazı qalan iddiaçı və cavabdeh qətnamədən kassasiya şikayətləri vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edib, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən baxılan iş üzrə iddiaçı 3 uşağa görə cavabdehdən aliment tələb edir. Eyni zamanda artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehin digər uşağı üçün gəlirlərinin ¼ hissəsi həcmində aliment tutulmuşdur. Məhkəmə iddiaçının 3 uşağı üçün alimentin həcmini müəyyən edərkən qanuni qüvvəyə minmiş digər məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin həcmini nəzərə almamaqla Ailə Məcəlləsinin 76.1-ci maddəsini düzgün tətbiq etməmişdir. Halbuki baxılan işdə iddiaçının tələbi üzrə tutulan alimentin məbləği aliment almaq hüququna malik olan bütün uşaqlar nəzərə alınmaqla müəyyən edilməli idi. Başqa sözlə, işə mahiyyəti üzrə baxan məhkəmə iddiaçının tələbi üzrə aliment tutarkən cavabdehin saxlamalı olduğu uşaqların sayını və buna müvafiq olaraq alimentin təyin olunmasına dair qanunvericiliyin tələblərini nəzərə almalıdır. Bu zaman aliment təminatı alan uşaqların mənafeyi bərabər tutulmaqla, eyni hüquqi vəziyyətdə olan uşaqlara qanuni əsaslar olmadan fərqli münasibət göstərilməməlidir. Ona görə də, cavabdehin qazancının (başqa gəlirlərinin) yarısı həcmində alimentin tutulması, habelə tutulan ümumi həcmin bütün uşaqların sayına görə bərabər bölüşüdürülməsi imkanları müzakirə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətlərinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişini və hər iki apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddia tələbi uşaqların saxlanması üçün cavabdehdən aylıq qazancının (başqa gəlirlərin) yarısı miqdarında alimentin tutulması barədədir. Tərəflərin birgə nikahdan 3 uşağının, əvvəlki nikahından isə 1 uşağının olması və həmin uşağın saxlanılması üçün məhkəmə aktı ilə əmək haqqının ¼ hissəsi miqdarda alimentin tutulması işin mübahisəsiz halıdır. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın aildə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.1.3. maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd etmək lazımdır ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Hər hansı bir valideyn övladının saxlanmasından yayındıqda və ya saxlamaqdan, maddi tələbatının ödənilməsindən imtina etdikdə onun valideynlik borcunun yerinə yetirilməsi üçün məcburi qaydada aliment alına bilər. Aliment uşağın saxlanılması üçün bir valideynin digər valideynə uşağın tələbatının ödənilməsi üçün müəyyən edilən müavinətdir. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməlidir. Əgər valideyn işləyirsə və sabit məbləğdə gəlirə malikdirsə, bu zaman aliment onun əmək haqqısına yönəldilməklə əmək haqqısının müəyyən hissəsindən tutulur. Aylıq qazancın müəyyən hissəsindən aliment tutulması, şəxsin qazancının dəqiq olduğu və həmin məbləğdən tutulacaq məbləğ uşağın mənafeyinə zidd olmayacağı təqdirdə mümkündür. İşin araşdırılmış hallarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehin digər uşağı üçün gəlirlərinin ¼ hissəsi həcmində aliment tutulmuşdur. Birinci instansiya məhkəmə isə iddiaçının 3 uşağı üçün alimentin həcmini müəyyən edərkən qanuni qüvvəyə minmiş digər məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin həcmini nəzərə almamışdır. Qeyd olunmalıdır ki, aliment təminatı alan uşaqların mənafeyi bərabər tutulmaqla, eyni hüquqi vəziyyətdə olan uşaqlara qanuni əsaslar olmadan fərqli münasibət göstərilməməlidir. cavabdehin qazancının (başqa gəlirlərinin) yarısı həcmində alimentin tutulması, habelə tutulan ümumi həcmin bütün uşaqların sayına görə bərabər bölüşdürülməsi zəruridir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi çıxılmaqla yerdə qalan qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment İddiaçı xeyrinə tutulması hissəsində gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, baxılan iş üzrə iddiaçının tələbi üzrə tutulan alimentin məbləği alimentin almaq hüququna malik olan bütün uşaqlar nəzərə alınmaqla, Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinin tələbinə uyğun müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin iddiaçıdan tutulmalı olan alimentin hesablanması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016cı il tarixli 8-2 saylı qərarının 8.14. bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, aliment almaq hüququna malik olan xx.xx.2005-ci il təvəllüdlü X8 münasibətdə alimentin tutulması məhkəmə aktının qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, Tovuz rayon Məhkəməsinin 23 fevral 2007-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, xx.xx.2005-ci il təvəllüdlü X6, xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün xx.xx.2005-ci il təvəllüdlü X8 münasibətdə qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan, xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X12 münasibətdə isə xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutulmaqla, xx.xx.2005-ci il təvəllüdlü X8 münasibətdə Maraqlı şəxs, xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X12 münasibətdə isə İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Apellyasiya şikayətləri qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Tovuz rayon Məhkəməsinin 23 fevral 2007-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin, xx.xx.2005-ci il təvəllüdlü X6, xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutulsun. Aliment xx.xx.2005-ci il təvəllüdlü X8 münasibətdə Maraqlı şəxs, xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X12 münasibətdə isə İddiaçı verilsin. Qətnamə xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2014cü il təvəllüdlü X1 üçün aliment tutulması hissəsində dərhal icra edilsin. xx.xx.2005-ci il təvəllüdlü X8 münasibətdə alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1502/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1502/2022
24.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver