Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1505/2022 25.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Ağayev Rəşadət Əhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1, Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Quba rayonu Əlik bələdiyyəsi, Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı “çıxarışların ləğv edilməsi” tələbinə dair iş üzrə Quba Rayon Məhkəməsinin 21 aprel 2022ci il tarixli, 2(027)-49/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh3 adına verilmiş **********885 reyestr nömrəli xx.xx.2010-cu il tarixli qeydiyyat tarixli, MA seriyalı ******* nömrəli Çıxarışın və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh2 adına verilmiş **********868 reyestr nömrəli, xx.xx.2010-cu il tarixli qeydiyyat tarixli, MA seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1981-ci ildə Quba rayonu, Qırız- Dəhnə kəndində anadan olub. Yaşadığı yerdə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alınması məqsədilə 03 may 2006-cı ildə Quba rayonu Qırız bələdiyyəsinə müraciət etmiş, Quba rayonu Qırız bələdiyyəsinin 22 may 2006-cı il tarixli 11 saylı iclas protokolundan çıxarışa əsasən ona Quba rayonu Qırız bələdiyyəsi ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0,12 ha torpaq sahəsinin satılması qərara alınmışdır. 22 may 2006-cı il tarixdə aldığı torpaq sahəsi ona yerində tanıdılaraq təhkim edilmişdir. Həmin qərardan sonra Quba rayonu Qırız bələdiyyəsi ilə aralarında torpaq sahəsinin alqısatqısına dair 01 dekabr 2006-cı il tarixdə akt tərtib edilmişdir. O, həmin torpaq sahəsinin alınmasına görə Azərbaycan Beynalxalq Bankının Quba filialına bələdiyyənin hesabına pul ödəmişdir. Bundan sonra həmin torpaq sahəsinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq sahəsi tərəfindən 19 iyun 2008-ci il tarixdə planı və ölçüsü tərtib edilmiş və torpaq sahəsinin koordinantları təsdiq edilmişdir. 22 may 2006-cı il tarixdən hal-hazıra kimi həmin torpaq sahəsi onun sahibliyindədir. O, torpaq sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış alınması üçün sənədlərini təqdim etmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin ona ünvanlanmış 12 may 2020-ci il tarixli məktubunda ərizəsinə və sənədlərinə baxıldığı bildirilmiş, təqdim etdiyi sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı Quba rayonu Qırız bələdiyyəsinin 22 may 2006-cı il tarixli 11 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,12 ha torpaq sahəsinə 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxslərin adına verilmiş dövlət reyestrindən çıxarışlarla kəsişdiyi bildirilmiş və torpaq sahəsinə çıxarış verilməsindən imtina olunmuşdur. Adına verilmiş 0,12 ha torpaq sahəsinə kimlərə verilmiş çıxarışlarla kəsişdiyi barədə vəkil sorğusu verilmişdir. Sorğuya verilmiş cavabla ona məxsus torpaq sahəsi üzərində Cavabdeh3 verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli və Cavabdeh2 verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışla kəsişdiyi məlum olmuşdur. Cavabdeh2 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın verilməsinə əsas olan sənədləri araşdırdıqda məlum olmuşdur ki, Quba rayonu Qırız bələdiyyəsinin 20 avqust 2007-cı il tarixli 12 saylı iclas protokolundan çıxarışa əsasən Cavabdeh2 Quba rayonu Qırız kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0,12 ha torpaq sahəsi verilməsi bildirilmişdir. Bundan sonra Cavabdeh2 ilə Quba rayonu Qırız bələdiyyəsi arasında bağlanmış 18 may 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Quba rayonu Qırız bələdiyyəsi ərazisindən 0,12 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Bundan sonra həmin torpaq sahəsinə dair 05 dekabr 2008-ci il tarixdə torpaq sahəsinin planı və ölçüsü işlənmişdir. Göründüyü kimi, Quba rayonu Qırız bələdiyyəsi tərəfindən fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya verilmiş 0,12 ha torpaq sahəsinin üzərində Cavabdeh3 çıxarış verilə bilməzdi. Ona görə ki, iddiaçıya torpaq sahəsi Cavabdeh2 əvvəl verilmişdir. Belə ki, Quba rayonu Qırız Bələdiyyəsinin 22 may 2006-cı il tarixli 11 saylı iclas protokolu ilə ona, 20 avqust 2007-ci il tarixli 12 saylı iclas protokolu ilə Cavabdeh2, 01 dekabr 2006-cı il tarixdə tərtib edilmiş 30 dekabr 2006-cı il tarixdə Dövlət Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsində 3332 nömrə qeydiyyata alınmış alqı-satqı müqaviləsinə əsasən iddiaçıya, 18 may 2007-ci il tarixdə tərtib edilmiş 25 noyabr 2007-cı il tarixdə Dövlət Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsində 515 nömrə qeydiyyata alınmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2, həmin torpaq sahəsinin planı və ölçüsü onun adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 19 iyun 2008-ci il tarixdə 783 nömrə ilə X22 Kitabında qeydə alınmış, Cavabdeh2 adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 05 dekabr 2008-ci il tarixdə 1087 nömrə ilə X22 Kitabında qeydə alınmışdır. Cavabdeh3 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın verilməsinə əsas olan sənədləri araşdırdıqda məlum olmuşdur ki, Quba rayonu Qırız bələdiyyəsinin 14 dekabr 2006-cı il tarixli 24 saylı iclas protokolundan çıxarışa əsasən Cavabdeh3 qızna Quba rayonu Qırız kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0,12 ha torpaq sahəsi verilməsi bildirilmişdir. Bundan sonra Cavabdeh3 ilə Quba rayonu Qırız bələdiyyəsi arasında bağlanmış 24 dekabr 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Quba rayonu Qırız bələdiyyəsi ərazisindən 0,12 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Bundan sonra həmin torpaq sahəsinə 10 oktyabr 2008-ci il tarixdə torpaq sahəsinin planı və ölçüsü işlənmişdir. Göründüyü kimi Quba rayonu Qırız bələdiyyəsi tərəfindən fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya verilmiş 0,12 ha torpaq sahəsinin üzərində Cavabdeh3 çıxarış verilə bilməzdi. Ona görə ki, iddiaçıya torpaq sahəsi Cavabdeh3 əvvəl verilmişdir. Belə ki, Quba rayonu Qırız Bələdiyyəsinin 22 may 2006-cı il tarixli 11 saylı iclas protokolu ilə ona, 14 dekabr 2006-cı il tarixli 24 saylı iclas protokolu ilə Cavabdeh3, 01 dekabr 2006-cı il tarixdə tərtib edilmiş 30 dekabr 2006-cı il tarixdə Dövlət Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsində 3331 nömrə qeydiyyata alınmış alqı-satqı müqaviləsinə əsasən iddiaçıya, 24 dekabr 2007-cı il tarixdə tərtib edilmiş 29 dekabr 2007cı il tarixdə Dövlət Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsində 2021 nömrə qeydiyyata alınmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3, həmin torpaq sahəsinin planı və ölçüsü onun adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 19 iyun 2008-ci il tarixdə 782 nömrə ilə X22 Kitabında qeydə alınmışdır. Göstərilənləri nəzərə alaraq, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh3 adına verilmiş **********885 reyestr nömrəli xx.xx.2010-cu il tarixli qeydiyyat tarixli, MA seriyalı ******* nömrəli Çıxarışın və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh2 adına verilmiş **********868 reyestr nömrəli, xx.xx.2010-cu il tarixli qeydiyyat tarixli, MA seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Quba Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(027)-49/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh3 adına verilmiş **********885 reyestr nömrəli, xx.xx.2010-cu il tarixli qeydiyyat tarixli, MA seriyalı ******* nömrəli Çıxarış və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh2 adına verilmiş **********868 reyetr nömrəli, xx.xx.2010-cu il tarixli qeydiyyat tarixli, MA seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir. (hakim İlqar Məmmədov) Qətnamədən cavabdehlər Cavabdeh2, Cavabdeh3 apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Quba rayonu Qırız bələdiyyəsinin 20 avqust 2007-cı il tarixli 12 saylı iclas protokolundan çıxarışa əsasən Cavabdeh2 Quba rayonu Qırız kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0,12 ha torpaq sahəsi verilməsi və Cavabdeh2 ilə Quba rayonu Qırız bələdiyyəsi arasında bağlanmış 18 may 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Quba rayonu Qırız bələdiyyəsi ərazisindən 0,12 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********868 reyestr nömrəli, xx.xx.2010-cu il tarixli qeydiyyat tarixli, MA seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba rayonu, Qırız-Dəhnə kəndi ərazisindən 0.12 ha həyətyanı torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə verilib. Bundan başqa, Quba rayonu Qırız bələdiyyəsinin 14 dekabr 2006-cı il tarixli 24 saylı iclas protokolundan çıxarışa əsasən Cavabdeh3 Quba rayonu Qırız kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0,12 ha torpaq sahəsi verilməsi və Cavabdeh3 ilə Quba rayonu Qırız bələdiyyəsi arasında bağlanmış 24 dekabr 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Quba rayonu Qırız bələdiyyəsi ərazisindən 0,12 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********885 reyestr nömrəli xx.xx.2010-cu il tarixli qeydiyyat tarixli, MA seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba rayonu, Qırız-Dəhnə kəndi ərazisindən 0.12 ha həyətyanı torpaq sahəsi Cavabdeh3 mülkiyyətinə verilmişdir. İş üzrə iddiaçı iddia ərizəsində DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin 12 may 2020-ci il tarixli məktubuna istinad edərək göstərmişdir ki, Quba rayonu Qırız-Dəhnə kəndi ərazisindən ona verilmiş 0,12 ha torpaq sahəsi elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxslərin adına verilmiş Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ilə kəsişdiyindən ona məxsus torpaq sahəsinə dair çıxarış verilməsindən imtina edilmişdir. Bununla bağlı qeyd edilir ki, X15, X4, Sədiyeva(Rzayeva) Səmirə Nüsrəddin qızı 2009-cu ildə “torpaq sahələrinin ilkin sxemlər üzrə yerində tanıdılması və həmin torpaq sahələrindən kənar şəxslərin çıxarılması tələbinə dair” iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etmişlər. Həmin 2(027)-769/2009 saylı iş üzrə iddia ərizəsində onlar bildirmişlər ki, torpaq sahələrinə dair mülkiyyət hüququna dair çıxarışların verilməməsinə səbəb bu torpaq sahələrinin plan-ölçülərinin tərtib olunması zamanı Quba rayon Torpaq Şöbəsi tərəfindən səhvə yol verilərək, ilkin xəritəyə uyğun verilməməsidir. Bu iş üzrə Quba rayon Məhkəməsinin 22 fevral 2010-cu il tarixli 2(027)- 24/2010 saylı məktubuna əsasən təqdim edilmiş 18 fevral 2010-cu iltarixli 2(027)-24/2010 nömrəli “Məhkəmə Mühəndis-texniki ekspertizası təyin edilməsi haqqında” qərardadın icrası ilə bağlı aparılmış araşdırmaya dair mütəxəssis rəyi tərtib edilmişdir. Mütəxəssis rəyindən müəyyən olunur ki, X9, X2, Sədiyeva(Rzayeva) Səmirə Nüsrəddin qızına Quba rayonu Qırız-Dəhnə Bələdiyyəsinin 22 may 2006-cı il tarixli qərarı ilə alqı-satqı qaydasında torpaq sahələri verilərkən, torpaq sahələrinin ilkin sxemləri naturaya uyğun hazırlanmadığından, həmin torpaq sahələrinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri düzgün hazırlanmamışdır. Göründüyü kimi, iddiaçı Rzayeva(Sədiyeva) Səmirə Nüsrəddin qızının torpaq sahəsinə dair Çıxarış ala bilməməsinə səbəb müvafiq orqanlar tərəfindən sənədlərin düzgün tərtib edilməməsidir. Bu səbəbdən çıxarış ala bilməyən iddiaçı onlara məxsus çıxarışların ləğv edilməsinə dair məhkəmədə qaldırdığı iddia tələbi əsassızdır. Eyni zamanda Quba rayonu Qrız-Dəhnə Bələdiyyəsinin torpaq sahəsinin yerquruluşu planı ilə Torpaq Şöbəsinin plan ölçüsü arasında da həm torpaq sahələrinin yerləşməsində, həm də ölçülərində kifayət qədər ziddiyyətlər vardır. Belə ki, Quba rayon Əlik Bələdiyyəsinin verdiyi xx.xx.2022-ci il tarixli arayışda göstərilmişdir ki, Quba rayon məhkəməsində baxılan məhkəmə işi ilə əlaqədar həmin məhkəmənin xx.xx.2010-cu il tarixli 2(027)-24/2010 nömrəli qərardadın icrası ilə bağlı aparılmış mütəxəssis rəyindən sonra 2010-cu il aprel ayında Quba rayon torpaq şöbəsinin mütəxəssisi, sahə müvəkkilinin və Bələdiyyə sədrinin iştirakı ilə vətəndaşlar Mədinov Sahib, Mədinov Nərgiz, Cavabdeh2, Sədiyeva Samirə(qızlıq soyadı), Sədiyev Nizaməddin və X20 rayon Qırız-Dəhnə kəndində verilmiş həyətyanı torpaq sahələrinin ölçüləri yerində araşdırılmışdır. Araşdırmadan sonra Mədinov Sahib, Cavabdeh3 və Cavabdeh2 həyətyanı torpaq sahələrin ölçüləri yerində yenidən təyin edilib göstərilmişdir. Ancaq iddiaçılar Sədiyeva Samirə, Sədiyev Nizaməddin və Mehdiyev Yadigar həyətyanı torpaq sahələrinin ölçülərinin yenidən yerində təyin edilməsinə dəvət olunmasına baxmayaraq, ölçülərin aparılmasında iştirak etməkdən səbəbsiz olaraq imtina etdilər. Aparılmış yeni ölçülər əsasında "Çıxarış" almaq üçün vətəndaşlara yeni kadastr planı yenidən tərtib edilmişdir. Arayışda o da göstərilmişdir ki, 2017-ci ildə Quba rayon məhkəməsinin 2-(027)-45/2017 saylı məhkəmə işi ilə əlaqədar əraziyə baxış keçirildikdə məlum olmuşdur ki, 2010-cu ildə DƏDRX-nın 5 saylı Xaçmaz rayon ərazi idarəsində döngə nöqtələri vurulduqda ərazinin döngə nöqtələri Qudyalçay istiqamətində sürüşdürülmüşdür. Bununla əlaqədar 2017-ci ilin sentyabr ayında 5 saylı DƏDRX-nın Quba rayon şöbəsinin əməkdaşı və sədrin iştirakı ilə boş əraziyə yenidən baxış keçirilərək akt tərtib olunmuşdur. Bundan sonra Cavabdeh3, Cavabdeh2, X16, X14 və X10 yeni döngə nöqtələri göstərilmişdir. Buna əsasən vətəndaşlar yeni çıxarış almışlar. X3, X12, X15, X5 və digər qonşular torpaq sahələrinin ölçülərinin yenidən yerində təyin edilməsinə dəvət olunmasına baxmayaraq, yeni ölçülərin aparılmasında iştirak etməkdən səbəbsiz olaraq imtina etmişlər. Göstərilənlərdən göründüyü kimi, İddiaçı onlara qarşı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş MA seriyalı ******* nömrəli və MA seriyalı ******* nömrəli Çıxarışların ləğv edilməsi tələbi əsassızdır və o Bələdiyyəyə müraciət edərək özünə aid torpaq sahəsinin koordinatlarının müəyyən edilməsini tələb etməlidir. Azərbaycan Respublikasının İnzibati ProsessualMəcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir Göründüyü kimi, inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması və s. ilə bağlı iddialara inzibati-iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələrdə baxılmalıdır. İddia tələbi inzibati orqanın publik hüquqa dair inzibati aktından irəli gəldiyi üçün ona ümumi yox, inzibati-iqtisadi məhkəmədə baxılmalıdır. İşə baxan birinci instansiya məhkəməsi qanun pozuntusuna yol verməklə, aidiyyatı ümumi məhkəmələrə aid olmayan iddia tələbinə baxmış və bununla bağlı məhkəmə aktı qəbul etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Quba rayonu Əlik bələdiyyəsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndələri lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iş üzrə məhkəmə aktının qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin ediməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimi, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(027)-49/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçı cavabdehlərə qarşı məhkəmədə iddia qaldıraraq, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh3 adına verilmiş **********885 reyestr nömrəli xx.xx.2010-cu il tarixli qeydiyyat tarixli, MA seriyalı ******* nömrəli Çıxarışın və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh2 adına verilmiş **********868 reyestr nömrəli, xx.xx.2010-cu il tarixli qeydiyyat tarixli, MA seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual qanunverciliyin tətbiqində səhvə yol vermiş, məhkəmə aidiyyət qaydalarını pozmaqla səlahiyyətinə aid olmayan iddia tələbinə baxaraq yekun məhkəmə aktı qəbul etmişdir. Belə ki, «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 17-ci bəndində qeyd olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə irəli sürülən tələb üzrə mübahisə inzibati hüquq münasibətlərindən irəli gəldiyi üçün mübahisəyə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, Cavabdeh2 ilə Quba rayonu Qırız bələdiyyəsi arasında bağlanmış 18 may 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Quba rayonu Qırız bələdiyyəsi ərazisindən 0,12 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********868 reyestr nömrəli, xx.xx.2010-cu il tarixli qeydiyyat tarixli, MA seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba rayonu, Qırız-Dəhnə kəndi ərazisindən 0.12 ha həyətyanı torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə verilmişdir. Cavabdeh3 ilə Quba rayonu Qırız bələdiyyəsi arasında bağlanmış 24 dekabr 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Quba rayonu Qırız bələdiyyəsi ərazisindən 0,12 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********885 reyestr nömrəli xx.xx.2010-cu il tarixli qeydiyyat tarixli, MA seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba rayonu, Qırız-Dəhnə kəndi ərazisindən 0.12 ha həyətyanı torpaq sahəsi Cavabdeh3 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1 və 2.2.2-ci maddələrinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının MPM-nin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı 10 aprel 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Göstərilənlərə və sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb üzrə hazırki işə mülki məhkəmə icraatı qaydasında mülki məhkəmədə baxılmalı olmadığı üçün iş üzrə icraata xitam verilməli, iddiaçıya qeyd edilmiş halları nəzərə alaraq, aidiyyatı üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(027)-49/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Quba rayonu Əlik bələdiyyəsi, Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı “çıxarışların ləğv edilməsi” tələbinə dair 2(105)-1505/2022 saylı iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, aidiyyatı üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1505/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1505/2022
25.07.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver