Məhkəmə qərarları › İş №2(105)-1512/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1512/2023

15.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1512/2023 15.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı reyestrdən çıxarışın ləğvi, mənzildə yaşayanların istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılması və iddiaçının mülkiyyət hüququ tanınmaqla mənzilin ona təhvil verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X7 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 nümayəndəsi və vəkili X4 (sonuncu məhkəmə iclasına gəlməmişdir) iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-330/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6600/2021 saylı iş üzrə 07 oktyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” yaşayış kompleksi, ev 3-də yerləşən 16 saylı mənzilə dair “X1 Mərkəzi” MMC-nin 15 oktyabr 2020-ci il tarixli YP-011 saylı satış protokolu etibarsız hesab edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11845/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, Bank "xxxx" ASC-nin nümayəndəsinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6600/2021 saylı iş üzrə 07 oktyabr 2021-ci il tarixli qətnaməsi Bank "xxxx" ASC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2465/2022 saylı, xx.xx.2022ci il tarixli qərarından görünür ki, cavabdeh Bank "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11845/2021 nömrəli mülki iş üzrə 16 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1588/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadından görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli, 2(021)-2363 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı 40807,07 manat əsas, 929,05 manat faiz borcu olmaqla, cəmi 41736,12 manat kredit borcunun, 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilə yönəldilərək hərrac yolu ilə satılması, mənzil satıldıqdan və ya özgəninkiləşdirildikdən sonra həmin ünvanda qeydiyyatsız yaşayanların istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılması və tələbkara təhvil verilməsi, əmlakın ilkin satış qiymətinin razılaşdırılmış qiymətə uyğun olaraq 57000 manat məbləğində müəyyən edilməsi barədə iddiasına dair mülki iş üzrə iddiaçının nümayəndəsinin iddia tələbindən imtinası qəbul edilmiş və bu əsas görə iş üzrə icraata xitam verilmişdir.

5. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(83)-736/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, "xxxx" ASC müflis elan edilərək iflas prosedurana başlanılmış, “X2 Company” MMC həmin bankın ləğvedicisi təyin edilmişdir.

6. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(83)-736/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadından görünür ki, MBNP-nin ərizəsi təmin edilmiş, lisenziyası ləğv edilmiş və müflis elan olunmuş "xxxx" ASC-nin ləğvedicisi “X2 Company” MMC-nin fəaliyyətinə xitam verilmiş və həmin bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir.

7. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1588/2016 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, həmin Məhkəmənin 2(104)-1588/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadından LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1513/2023 saylı, xx.xx.2023cü il tarixli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1588/2016 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir.

9. xx.xx.2010-cu il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilin alınması üçün 240 ay müddətinə illik 8 % ödəmək şərtilə 47000 manat məbləğində ipoteka krediti ayrılmışdır.

10. xx.xx.2010-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, İddiaçı X5 ünvan 1 ünvanında yerləşən 16 saylı mənzili 55700 manata alır. Mənzilin 8700 manatını İddiaçı özü ödəyir, qalan 47000 manatı isə xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC ödəyir və mənzil kredit öhdəliklərinin təminatı kimi bankın xeyrinə ipoteka qoyulur.

11. MA ******* saylı, xx.xx.2010-cu il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilin mülkiyyətçisi İddiaçıdur.

12. “X1 Mərkəzi” MMC-nin 15 oktyabr 2020-ci il tarixli YP-011 saylı satış protokolundan və hərracın nəticələri barədə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” yaşayış kompleksi, ev 3-də yerləşən 16 saylı mənzili 35508,75 manata "xxxx" ASC-yə satılmışdır. Hərracın keçirilməsinə əsas kimi Bərdə Rayon Məhkəməsinin 01 dekabr 2015-ci il tarixli, 2(021)- 2363/2015 saylı icra vərəqəsi göstərilmişdir.

13. xx.xx.2021-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilin mülkiyyətçisi "xxxx" ASC-dir.

14. xx.xx.2021-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilin mülkiyyətçisi Cavabdeh2dur.

15. DƏDKR PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” yaşayış kompleksi, ev 3-də yerləşən 16 saylı mənzil Bakı şəhəri, 29 saylı DNK tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-813 saylı alqı-satqı müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh2 satılmışdır.

16. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)- 3395/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Bank "xxxx" ASC-yə qarşı vicdanlı alıcı hüquqlarının tanınması barədə iddiası təmin edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat

17. İddiaçı cavabdehlər Cavabdeh2 və Bank "xxxx" ASC-yə qarşı reyestrdən çıxarışın ləğvi, mənzildə yaşayanların istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılması və iddiaçının mülkiyyət hüququ tanınmaqla mənzilin ona təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX tərəfindən Cavabdeh2 adına verilmiş Abşeron rayonu, Məmmədli kəndi “Yeddi gözəl” Yaşayış kompleksi ev 3-də yerləşən 16 saylı mənzilə dair xx.xx.2021- ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi, Abşeron rayonu, Məmmədli kəndi “Yeddi gözəl” Yaşayış kompleksi ev 3-də yerləşən 16 saylı mənzildə yaşayanların mənzildən istifadə hüquqlarına xitam verilməklə çıxarılması, həmin mənzilin boşaldılması və iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququ tam həcmdə tanınmaqla mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

18. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə onun arasında bağlanmış kredit müqaviləsi əsasında ona yaşayış sahəsinin alınması üçün bank tərəfindən 47000 manat məbləğində ipoteka krediti ayrılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək üçün ünvan 3 ünvanında yerləşən 16 saylı mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka qoyulmuşdur. "xxxx" ASC iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək ondan öz xeyrinə 40807,07 manat əsas, 929,05 manat faiz borcu olmaqla, cəmi 41736,12 manat kredit borcunun, 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilə yönəldilərək hərrac yolu ilə satılması, mənzil satıldıqdan və ya özgəninkiləşdirildikdən sonra həmin ünvanda qeydiyyatsız yaşayanların istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılması və tələbkara təhvil verilməsi, əmlakın ilkin satış qiymətinin razılaşdırılmış qiymətə uyğun olaraq 57000 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli, 2(021)-2363 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən onun tərəfindən apellyasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsində apellyasiya şikayətinə baxıldıqda iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iddiadan imtina etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli, 2(104)- 1588 saylı qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli, 2(021)- 2363 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Bu qərardaddan nə iddiaçı, nə də cavabdeh kassasiya şikayəti vermişdir. İş üzrə borcverən "xxxx" ASC-nin bank fəaliyyətinə dair lisenziyası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ləğv edilmişdir. İpoteka və Kredit Zəmanət Fondu ilə Bank "xxxx" ASC arasında imzalanmış xidmət müqaviləsinə əlavə olaraq ipoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün "xxxx" ASC-nin İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilmiş bütün ipoteka kreditləri Bank "xxxx" ASC-yə təhkim edilmişdir. Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli, 2(021)-2363 saylı qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli, 2(104)-1588 qərardadı ilə ləğv olunmuşdur, lakin buna baxmayaraq Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli, 2(021)-2363 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsi onun xəbəri olmadan məhkəmə tərəfindən icraya yönəldilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və ona məxsus olan ünvan 3 ünvanında yerləşən 16 saylı mənzilin satılması üçün “X1 Mərkəzi” MMC-yə sifariş verilmişdir. Onun xəbəri olmadan hərrac keçirilmiş və "xxxx" ASC həmin mənzili almışdır. Hərracın keçirilməsi və onun nəticələri barədə o, Bank "BTB” ASCnin əməkdaşları və Abşeron rayon İcra Şöbəsinin icra məmurları mənzilə gələrək orada olan əşyaları boşaltmağa başladıqda bilmişdir. Ona məlumat vermişlər ki, hərrac keçirilmişdir və artıq mənzilin sahibi Bank "xxxx" ASC-dir. Hal-hazırda mənzilin əşyaları tələbkar tərəfindən çıxarılmış və mənzilə sahibliyi Bank "xxxx" ASC bir müddət etmişdir. Sonradan isə Bank "xxxx" ASC sözügedən mənzil hazırki iddia üzrə Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Onun adına mənzilə dair xx.xx.2021- ci il tarixdə çıxarış verilmişdir. Abşeron rayon İcra Şöbəsi tərəfindən Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli, 2(021)-2363 saylı qətnaməsi icra edilmişdir. Lakin həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli 2(104)- 1588 qərardadı ilə ləğv olunmuşdur. Beləliklə, Bərdə Rayon Məhkəməsinin ləğv olunmuş qətnaməsi qanunsuz icraya yönəldilmiş və icra edilmişdir. Xətai Rayon Məhkəməsində hərrac protokolunun etibarsız sayılmasına dair iddia qaldırmış, xx.xx.2021-ci il tarixli 2(011)-6600/2021 saylı qətnamə ilə onun iddiası təmin olunaraq sözügedən mənzilə dair satış protokolu etibarsız sayılmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, lakin şikayət təmin edilməmiş, cavabdeh tərəfindən daha sonra kassasiya şikayəti verilmiş, lakin həmin şikayət də təmin edilməmişdir. Xətai Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minərək sözügedən mənzilə dair keçirilmiş hərracın nəticələri etibarsız sayılmışdır. Mübahisəli mənzil üzrə hərracın satış protokolu etibarsız sayıldıqdan sonra onun üzərində aparılmış digər hərəkətlər də etibarsızdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

19. Daha sonra, iddiaçı MPM-nin 53-cü maddəsinə istinad etməklə ərizə vermiş və məhkəmədən Abşeron rayonu, Məmmədli kəndi “Yeddi gözəl” Yaşayış kompleksi ev 3-də yerləşən 16 saylı mənzilə dair DƏDRX tərəfindən Bank "xxxx" ASC adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi, DƏDRX tərəfindən həmin mənzilə dair Cavabdeh2 adına verilmiş xx.xx.2021- ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi, Abşeron rayonu, Məmmədli kəndi “Yeddi gözəl” Yaşayış kompleksi ev 3-də yerləşən 16 saylı mənzildə yaşayanların mənzildən istifadə hüquqlarına xitam verilməklə oradan çıxarılması və əmlakın boşaldılması, onun mübahisəli mənzilə mülkiyyət hüququ tanınmaqla həmin mənzilin ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-330/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Abşeron rayonu, Məmmədli kəndi “Yeddi gözəl” Yaşayış kompleksi ev 3-də yerləşən 16 saylı mənzilə dair Bank "xxxx" ASC-nin adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı reyestrdən çıxarışın və Cavabdeh2 adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı reyestrdən çıxarışın ləğv edilməsi, Cavabdeh2 Abşeron rayonu, Məmmədli kəndi “Yeddi gözəl” Yaşayış kompleksi ev 3-də yerləşən 16 saylı mənzildən istifadə hüququna xitam verilməsi, Cavabdeh2 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və İddiaçı təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh2 və Bank "xxxx" ASC-dən müştərək qaydada 100 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı verilməsi qət edilmişdir (hakim M.Abbasova).

21. Məhkəmə qeyd etmişdir ki, mübahisəli əmlakla bağlı bütün əməliyyatlar sonradan məhkəmə qaydasında etibarsız hesab edilmiş və son nəticədə mənzil İddiaçı mülkiyyətinə qaytarılmışdır. Hazırda mübahisəli əmlaka dair başqa şəxslərin adına reyestrdən çıxarışların olması iddiaçının mülkiyyət hüquqlarını pozur və hüquqdan suiistifadə kimi qiymətləndirilir.

22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4 və 337-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 217.4, 218.3-cü istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri

23. Cavabdeh “Bank "xxxx" ASC apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-330/2023 qətnaməsinin ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 49 saylı kredit müqaviləsi üzrə öhdəliklər borcalan tərəfindən lazımi qaydada icra olunmadığından Bank iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir və Bərdə Rayon Məhkəməsinin 2(021)- 2363/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ümumilikdə 40613,42 (qırx min altı yüz on üç manat qırx iki qəpik) manat borc məbləğinin və 30 (otuz) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, tələbin ipoteka predmeti olan Abşeron rayonu, Məmmədli kəndi “Yeddi gözəl” Yaşayış kompleksi ev 3 ünvanında yerləşən 16 saylı mənzilə yönəldilməsi, əmlakın ilkin satış qiyməti 55700 manat müəyyən olunaraq açıq hərracda satılması, əmakın satılmasından sonra 1 ay müddətində evdə yaşayan İddiaçı və digər şəxslərin evdən çıxarılması qət olunmuşdur. Cavabdeh İddiaçı qeyd olunan məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermişdir. Məlumat üçün onu da qeyd edək ki,"xxxx" ASC-nin lisenziyası xx.xx.2016-cı il tarixdə ləğv olunmuş, Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu tərəfindən "xxxx" ASC-yə ünvanlanmış ******* saylı, xx.xx.2016-cı il tarixli məktubla Fondun vəsaiti hesabına verilmiş ipoteka krediti üzrə tələb hüquqlarının Azərbaycan İpoteka Fonduna ötürüldüyü bildirilmişdir. Buna baxmayaraq, "xxxx" ASC-nin nümayəndəsi Cavanşir Nəsibov iddia tələbindən imtina barədə ərizə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin bu barədə Fonda, Fond tərəfindən isə ipoteka kreditinə xidmət göstərən Banka hər hansı məlumat verilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli, 2(104)-1588/2016 saylı qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli 2(021)-2363 saylı qətnaməsi ləğv edilmiş və iddiaçının iddia tələbindən imtina etməsi əsasına görə iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 22 yanvar 2016-cı il tarixli, 05/5 nömrəli qərarına əsasən "xxxx" ASC-nin bank fəaliyyətinə dair lisenziyası ləğv olunduğundan və kredit müqaviləsi üzrə tələb hüquqlarının Azərbaycan İpoteka Fonduna məxsus olması səbəbindən Azərbaycan İpoteka Fondu 13 iyul 2016-cı il tarixli ******* saylıməktubla "xxxx" ASC-yə müraciət edərək, mülki işlər üzrə icraatın dayandırılması üçün qanunvericiliyə müvafiq tədbirlərin həyata keçirilməsini tələb etmişdir. Həmçinin Fond tərəfindən "xxxx" ASC-nin nümayəndəsi X3 etibarnamə verilməməsinə baxmayaraq C.Nəsibov qanunvericiliyə zidd olaraq iddia tələbindən imtina etmiş və icraata xitam verilməsinə dair ərizə təqdim etmişdir. Məhkəmə isə müvafiq səlahiyyətinin olmamasına baxmayaraq iş üzrə icraata xitam vermişdir. Abşeron rayon məhkəməsi tərəfindən isə bütün bunlar nəzərə alınmamış, nəticədə maddi pozuntuya yol verilmişdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. İşin hallarından aydın olur ki, "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi Nəsibov Cavanşir tərəfindən verilmiş ərizəyə əsaslanaraq Gəncə Apellyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli 2(021)-2363 saylı qətnaməsi ləğv edilmiş və iddiaçının iddia tələbindən imtina etməsi əsasına görə iş üzrə icraata xitam verilmişdir. İlk öncə vurğulamalıyıq ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə 25 may 2009-cu il tarixli 26 saylı Baş sazişə əsasən tələb hüquqları Azərbaycan İpoteka Fonduna ötürülmüşdür. AİF-in 13 iyul 2016-cı il tarixli məktubuna əsasən həmin kredit portfeli "xxxx" ASC-yə xidmətə verilmişdir. 25 iyul 2016-cı il tarixli 31- 2507/16 saylı İpoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün "xxxx" KB ASC-nin Azərbaycan İpoteka Fondu ASC xətti ilə verilmiş bütün ipoteka kreditləri Bank "xxxx" ASCyə təhkim edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli qərardadında isə əsassız olaraq göstərilmişdir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyildir, hər hansı şəxsin qanunla qorunan mənafelərini pozmur. Lakin məhkəmə bu hissədə MPM-nin 52.5-ci maddəsinin tələblərini pozmuşdur. Həmin maddəyə əsasən iddiaçının iddiadan imtina etməsi o halda qəbul edilmir ki, iddiadan imtina etmə qanuna zidd olsun və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmuş olsun. Həmçinin "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi Nəsibov Cavanşir tərəfindən verilmiş ərizədə də qeyd edilir ki, "xxxx" ASC tərəfindən vətandaşlara verilən ipoteka kreditləri ilə bağlı kredit portfeli "xxxx" ASC-yə verilmişdir. Göründüyü kimi 18 iyul 2016-cı il tarixində məhkəmə qərardad qəbul edərkən işə maraqlı şəxs kimi Azərbaycan İpoteka Fondunu cəlb etməli və məsələ ilə bağlı mövqeyini öyrənməli, buna əsasən iddia tələbinə xitam verilib-verilməyəcəyi barəsində yekun qərar çıxarmalı idi. Lakin məhkəmə qanunvericiliyin bu tələbini pozmuşdur və iş üzrə icraata xitam vermişdir. Həmçinin Abşeron rayon məhkəməsi tərəfindən də işin ədalətli yekun həlli ilə bağlı olan bu xüsusatlara önəm verilməmiş, əsassız qətnamə çıxarılmışdır. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Azərbaycan İpoteka Fondunun 13 iyul 2016-cı il tarixli ******* saylıməktubuna əsasən Fondun "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə məhkəmə icraatına başlandığından və iş üzrə qətnamə çıxarılmasından xəbardar olduğu, Fond ilə "xxxx" SKB arasında bağlanmış 25 may 2009-cu il tarixli 26 saylıBaş sazişə əsasən qeyd olunan ipoteka kreditləri üzrə tələb hüquqlarıAzərbaycan İpoteka Fonduna ötürüldüyü müəyyən olunmuşdur. Qeyd olunan müraciətdən o da məlum olur ki, həmin dövrdə tələb hüquqları fonda məxsus olan "xxxx" ASC-nin ipoteka kreditlərinə "xxxx" ASC tərəfindən xidmət olunacağı barədə "xxxx" ASC-yə məlumat verilmişdir. Fond "xxxx" ASC-yə ünvanladığı həmin məktubda qeyd etmişdir ki, həmin qətnamədən apellyasiya şikayəti verilməsi və qanunvericiliyə uyğun qaydada növbəti tədbirlərin görülməsi "xxxx" ASC tərəfindən həyata keçiriləcəkdir. Bu səbəbdən sözügedən iş üzrə "xxxx" ASC tərəfindən aparılmış mülki iş üzrə icraat və məhkəmə qətnamələrinin icrasının dayandırılması üçün (xitam üçün yox) "xxxx" ASC tərəfindən müvafiq hərəkətlər həyata keçirilməli idi.

25. Cavabdeh2 da apellyasiya şikayəti verib Abşeron Rayon Məhkəməsinin məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-330/2023 qətnaməsinin ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəmə tərəfindən qətnamə qəbul edilərkən iş üzrə əhəmiyyətli hallar nəzərə alınmamış, nəticədə Azərbaycan RespublikasıMülki Məcəlləsinin 149.2-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, Azərbaycan RespublikasıMülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Bildirmək istəyirəm ki, Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli 2(021)-2363/2015 saylı icra sənədi 01 dekabr 2015-ci il tarixdə Abşeron rayon İcra şöbəsinə icra olunması üçün göndərilmişdir. Abşeron rayon İcra şöbəsi tərəfindən 22 dekabr 2015-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Abşeron rayon İcra şöbəsinin "xxxx" MMC-yə ünvanladığı 25 dekabr 2015-ci il tarixli məktub ilə Bərdə Rayon Məkəməsinin 21 oktyabr 2015-ci il tarixli 2(021)-2363/2015 saylı icra vərəqəsinə əsasən ipoteka predmeti olan Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” yaşayış kompleksi, ev 3-də yerləşən 16 saylı mənzilin satışını təşkil etməsi xahiş olunmuşdur. "xxxx" MMC tərəfindən sözügedən əmlak satılmaq üçün açıq hərraca çıxarılmış, əmlakın ilkin satış qiyməti 55.700 manat müəyyən edilmişdir. Hərrac mərkəzi tərəfindən borcluya və tələbkara bildiriş göndərilmişdir. Hərrac keçirilmiş, lakin baş tutmamışdır. Daha sonra Abşeron rayon İcra şöbəsi “X1 Mərkəzi” MMC-yə sözügedən mənzilin satılması ilə bağlı hərracın keçirilməsi barədə sifariş göndərmişdir. Qeyd edilən mənzil açıq hərrac vasitəsilə “X1 Mərkəzi” MMC tərəfindən 15 oktyabr 2020-ci il tarixli YP-011 saylı satış protokoluna əsasən 35.508,75 manata Bank "xxxx" ASC-yə satılmışdır. Daha sonra Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” yaşayış kompleksi, ev 3-də yerləşən 16 saylımənzili Bank "xxxx" ASC ilə alğı-satqı edərək mülkiyyətinə keçirmişdir. Bununla bağlı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixli, ********** saylı çıxarış almışdır. Qeyd olunan maddənin məzmunu onun sözügedən əmlakla bağlı vicdanlı alıcı qismində çıxış etdiyimi təsdiq edir. İddiaçı Bank "xxxx" ASC-yə və “X1 Mərkəzi” MMCyə qarşı“satış protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” yaşayış kompleksi, ev 3-də yerləşən 16 saylımənzilə dair “X1 Mərkəzi” MMC-nin 15 oktyabr 2020ci il tarixli YP-011 saylı satış protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xətai rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)- 6600/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” yaşayış kompleksi, ev 3-də yerləşən 16 saylı mənzilə dair “X1 Mərkəzi” MMC-nin 15 oktyabr 2020-ci il tarixli YP-011 saylı satış protokolu etibarsız hesab edilmişdir. Sözügedən qətnamədən verilən apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Həmçinin İddiaçı Abşeron rayon Məhkəməsinə iddia ərizəsi ilə Cavabdeh2 və Bank "xxxx" ASC-yə qarşı reyestrdən çıxarışın ləğvi, mənzildə yaşayanların istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılması və iddiaçının mülkiyyət hüququ tanınmaqla mənzilin ona təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX tərəfindən Cavabdeh2 adına verilmiş Abşeron rayonu, Məmmədli kəndi “Yeddi gözəl” Yaşayış kompleksi ev 3-də yerləşən 16 saylımənzilə dair xx.xx.2021- ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi, Abşeron rayonu, Məmmədli kəndi “Yeddi gözəl” Yaşayış kompleksi ev 3-də yerləşən 16 saylımənzildə yaşayanların mənzildən istifadə hüquqlarına xitam verilməklə çıxarılması, həmin mənzilin boşaldılması və iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququ tam həcmdə tanınmaqla iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O isə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-330/2023 nömrəli qətnaməsi çıxarılmazdan əvvəl iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” yaşayış kompleksi, ev 3-də yerləşən 16 saylı mənzilin alğı-satqısı zamanı onun vicdanlı alıcı olaraq hüquqlarının tanınması ilə bağlı qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

27. Apellyasiya şikayətinə yazılı etiraz verilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

28. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili X4 (sonuncu məhkəmə iclasına gəlməmişdir) apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

29. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.

30. İş üzrə cavabdeh Bank "xxxx" ASC və üçüncü şəxs Abşeron rayon İcra və Probasiya şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndələr məhkəmə iclasına gəlməmişlər.

31. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.

32. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdh Bank "xxxx" ASC-nin və üçüncü şəxs Abşeron rayon İcra və Probasiya şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

33. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

34. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:

35. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

36. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

37. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

38. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

43. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

44. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

46. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

47. Apellyasiya şikayətlərindən görünür ki, cavabdehlər Cavabdeh2 və Bank "xxxx" ASC Abşeron Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 330/2023 nömrəli qətnaməsinin ləğv olunması, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

48. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-330/2023 nömrəli qətnaməsinin iddianın təmin edilən hissədə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

50. Belə ki, işin hallarına görə "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsi əsasında ona yaşayış sahəsinin alınması üçün bank tərəfindən 47000 manat məbləğində ipoteka krediti verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək üçün Abşeron rayonu, Məmmədli kəndi “Yeddi gözəl” Yaşayış kompleksi ev 3 ünvanında yerləşən 16 saylı mənzil "xxxx" ASC-yə ipoteka qoyulmuşdur. "xxxx" ASC iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək İddiaçı onun xeyrinə 40807,07 manat əsas, 929,05 manat faiz borcu olmaqla, cəmi 41736,12 manat kredit borcunun, 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, ona məxsus olan Abşeron rayonu, Məmmədli kəndi “Yeddi gözəl” Yaşayış kompleksi ev 3 ünvanında yerləşən 16 saylı mənzilə yönəldilərək hərrac yolu ilə satılması, mənzil satıldıqdan və ya özgəninkiləşdirildikdən sonra ünvan 10 ünvanda qeydiyyatsız yaşayanların istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılması və tələbkara təhvil verilməsi, əmlakın ilkin satış qiymətinin razılaşdırılmış qiymətə uyğun olaraq 57000 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli 2(021)-2363/2015 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsində apellyasiya şikayətinə baxıldıqda, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddiadan imtina etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli 2(104)-1588/2016 saylı qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli 2(021)-2363/2015 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir (hazırda həmin qərardad qüvvədədir).

51. Cavabdeh Bank "xxxx" ASC apellyasiya şikayətinin dəlilləri qismində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan İpoteka Fondunu işə cəlb etməli və məsələ ilə bağlı mövqeyini öyrənməli, buna əsasən iddia tələbinə xitam verilibverilməyəcəyi barəsində yekun qərar çıxarmalı idi. Lakin məhkəmə qanunvericiliyin bu tələbini pozmuşdur və iş üzrə icraata xitam vermişdir. Azərbaycan İpoteka Fondunun 13 iyul 2016-cı il tarixli ******* saylı məktubuna əsasən Fondun "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə məhkəmə icraatına başlandığından və iş üzrə qətnamə çıxarılmasından xəbardar olduğu, Fond ilə "xxxx" SKB arasında bağlanmış 25 may 2009-cu il tarixli 26 saylı Baş sazişə əsasən qeyd olunan ipoteka kreditləri üzrə tələb hüquqları Azərbaycan İpoteka Fonduna ötürüldüyü müəyyən olunmuşdur. Qeyd olunan müraciətdən o da məlum olur ki, həmin dövrdə tələb hüquqları fonda məxsus olan "xxxx" ASC-nin ipoteka kreditlərinə "xxxx" ASC tərəfindən xidmət olunacağı barədə "xxxx" ASCyə məlumat verilmişdir. Fond "xxxx" ASC-yə ünvanladığı həmin məktubda qeyd etmişdir ki, həmin qətnamədən apellyasiya şikayəti verilməsi və qanunvericiliyə uyğun qaydada növbəti tədbirlərin görülməsi "xxxx" ASC tərəfindən həyata keçiriləcəkdir. Bu səbəbdən sözügedən iş üzrə "xxxx" ASC tərəfindən aparılmış mülki iş üzrə icraat və məhkəmə qətnamələrinin icrasının dayandırılması üçün (xitam üçün yox) "xxxx" ASC tərəfindən müvafiq hərəkətlər həyata keçirilməli idi.

52. Cavabdehin qeyd edilən dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvədə olan Gəncə Apellyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli qərardadı ilə iş üzrə icraata xitam verildiyindən və Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli 2(021)-2363/2015 saylı qətnaməsi ləğv edildiyindən, göstərilən dəlillər Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

53. Cavabdeh2 apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, o, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-330/2023 nömrəli qətnaməsi çıxarılmazdan əvvəl iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” yaşayış kompleksi, ev 3-də yerləşən 16 saylı mənzilin alğı-satqısı zamanı onun vicdanlı alıcı olaraq hüquqlarının tanınması ilə bağlı qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

54. Məhkəmə kollegiyası Cavabdeh2 apellyasiya şikayətində göstərdiyi dəlillərlə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3395/2023 nömrəli qətnaməsi ilə onun cavabdehlər İddiaçı və Bank "xxxx" ASC-yə qarşı vicdanlı alıcı hüquqlarının tanınması barədə iddiası təmin edilməmişdir. Qeyd edilən qətnamə qanuni qüvvəyə minənədək hazırki iş üzrə icraat Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə dayandırılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən edilmişdir ki, sözügedən qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almışdır.

55. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşaraq, hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

56. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Cavabdehlər Cavabdeh2 və Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-330/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar