Məhkəmə qərarları › İş №2(105)-2544/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2544/2022

07.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2544/2022 07.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, Abşeron Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(012)-4675/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(012)-4675/2022 nömrəli qərardadı ilə (hakim Məlahət Abbasova) Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan 2(102)-5006/2022 nömrəli mülki iş üzrə mübahisəyə baxılıb qurtaranadək İddiaçı cavabdehlər Cavabdeh2 və Bank "xxxx" ASC-yə qarşı reyestrdən çıxarışın ləğvi, mənzildə yaşayanların istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılması və iddiaçının mülkiyyət hüququ tanınmaqla mənzilin ona təhvil verilməsi tələbinə dair 2(012)- 4675/2022 saylı mülki işin icraatı dayandırılmışdır. İddiaçı şikayət ilə məhkəməyə müraciət edərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(012)-4675/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİNHALLARİ: İddiaçı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edib, DƏDRX tərəfindən Cavabdeh2 adına verilmiş Abşeron rayonu, Məmmədli kəndi “Yeddi gözəl” Yaşayış kompleksi ev 3-də yerləşən 16 saylı mənzilə dair xx.xx.2021-ci il tarixli, ********** saylı çıxarışın ləğv edilməsi, Abşeron rayonu, Məmmədli kəndi “Yeddi gözəl” Yaşayış kompleksi ev 3-də yerləşən 16 saylı mənzildə yaşayanların mənzildən istifadə hüquqlarına xitam verilməklə çıxarılması, həmin mənzilin boşaldılması və iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququ tam həcmdə tanınmaqla iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi əsasında ona yaşayış sahəsinin alınması üçün bank tərəfindən 47.000 manat məbləğində ipoteka krediti ayrılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək üçün Abşeron rayonu, Məmmədli kəndi “Yeddi gözəl” Yaşayış kompleksi ev 3 ünvanında yerləşən 16 saylı mənzil "xxxx" ASC-yə ipoteka qoyulmuşdur. "xxxx" ASC iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək ondan bankın xeyrinə 40.807,07 manat əsas borc, 929,05 manat faiz borcu olmaqla, ümumilikdə 41.736,12 manat kredit borcunun, 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, ona məxsus olan Abşeron rayonu, Məmmədli kəndi “Yeddi gözəl” Yaşayış kompleksi ev 3 ünvanında yerləşən 16 saylı mənzilə yönəldilərək hərrac yolu ilə satılması, mənzil satıldıqdan və ya özgəninkiləşdirildikdən sonra ünvan 2 ünvanda qeydiyyatsız yaşayanların istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılması və tələbkara təhvil verilməsi, əmlakın ilkin satış qiymətinin razılaşdırılmış qiymətə uyğun olaraq 57.000 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli, 2(021)-2363 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsində apellyasiya şikayətinə baxıldıqda, bank məhkəməyə ərizə ilə müraciət edərək iddiadan imtina etmiş və Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyul 2016-cı il tarixli, 2(104)-1588 nömrəli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli, 2(021)-2363 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə iddia icraatına xitam verilmişdir. Ona görə də, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİNDƏLİLLƏRİ İddiaçı verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 12 oktyabr 2022-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli, 2(104)-1588 nömrəli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli, 2(021)-2363 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli, 2(021)-2363 nömrəli qətnaməsi qanunsuz olaraq icraya yönəldilmiş və icra edilmişdir. Ona məxsus olan Abşeron rayonu, Məmmədli kəndi “Yeddi gözəl” Yaşayış kompleksi ev 3-də yerləşən 16 saylı mənzili hərracdan "xxxx" ASC almış və sonradan Cavabdeh2 adına özgəninkiləşdirmişdir. Sonradan onun tərəfindən Xətai Rayon Məhkəməsində BANK "xxxx" ASC-yə qarşı hərrac protokolunun etibarsız sayılmasına dair iddia qaldırılmışdır. İddia tələbi təmin olunaraq sözügedən mənzilə dair satış protokolu xx.xx.2021-ci il tarixli, 2(011)- 6600/2021 nömrəli qətnaməsi ilə etibarsız sayılmışdır. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Xətai Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minənədək sözügedən mənzilə dair keçirilmiş hərrəcın nəticələri etibarsız sayılmışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə icraatın dayandırılması barədə nəticəyə gələrkən hesab etmişdir ki, iddiaçı "xxxx" ASC-nin (hazırda Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu) cavabdeh İddiaçı qarşı borcun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə 2(102)-5006/2022 saylı mülki iş hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatındadır. Qeyd edilən iş hazırki işlə birbaşa bağlıdır, çünki həmin iş üzrə kredit borcunun ödənilməsi məqsədilə mübahisəli mənzilə tutmanın yönəldilməsi və onun açıq hərrac vasitəsilə satılması, yəni mülkiyyətçisinin dəyişilməsi məsələsi müəyyənləşir. Belə olan təqdirdə isə İddiaçı hazırki iddianı qaldırmaqda subyektiv hüququnun olub-olmaması məsələsi qeyri-müəyyən qalmaqdadır. Ona görə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olduğundan həmin işə baxılıb qurtaranadək hazırki iş üzrə icraat dayandırılmalıdır. Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, iş üzrə icraat dayandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən hesab edir ki, iddiaçının şikayətində göstərdiyi dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiya məhkəməsinin səlahiyyətidir. MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 155, 156, 263-264, 365, 398- 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: İddiaçı verdiyi şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(012)-4675/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar