Məhkəmə qərarları › İş №2(102)-1364/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1364/2024

13.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mənzil m
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1364/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi, qətnamənin qanuniliyi və əsaslılığı, sübutların qiymətləndirilməsi, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Bank "xxxx" Açıq Səhmdar Cəmi yyətinə qarşı «reyestrdən çıxarışın ləğvi, mənzildə yaşayanların istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılması və iddiaçının mülkiyyət hüququ tanınmaqla mənzilin ona təhvil verilməsi» tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-1512/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 13 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6600/2021 saylı iş üzrə 07 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” yaşayış kompleksi, ev 3-də yerləşən 16 saylı mənzilə dair “X1 Mərkəzi” MMC-nin 15 oktyabr 2020-ci il tarixli YP-0 11 saylı satış protokolu etibarsız hesab edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11845/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qətnaməsi ilə Bank "xxxx" ASC-nin nümayəndəsinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6600/2021 saylı iş üzrə 07 oktyabr 2021-ci il tarixli qətnaməsi Bank "xxxx" ASC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2465/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh Bank "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11845/2021 nömrəli mülki iş üzrə 16 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1588/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli, 2(021)-2363 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı 40807,07 manat əsas, 929,05 manat faiz borcu olmaqla, cəmi 41736,12 manat kredit borcunun, 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilə yönəldilərək hərrac yolu ilə satılması, mənzil satıldıqdan və ya özgəninkiləşdirildikdən sonra həmin ünvanda qeydiyyatsız yaşayanların istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılması və tələbkara təhvil verilməsi, əmlakın ilkin satış qiymətinin razılaşdırılmış qiymətə uyğun olaraq 57000 manat məbləğində müəyyən edilməsi barədə iddiasına dair mülk i iş üzrə iddiaçının nümayəndəsinin iddia tələbindən imtinası qəbul edilmiş və bu əsasa görə iş üzrə icraata xitam verilmişdir.

5. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(83)-736/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, "xxxx" ASC müflis elan edilərək iflas prosedurana başlanılmış, “X2 Company” MMC həmin bankın ləğvedicisi təyin edilmişdir.

6. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(83)-736/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə MBNP-nin ərizəsi təmin edilmiş, lisenziyası ləğv edilmiş və müflis elan olunmuş "xxxx" ASC-nin ləğvedicisi “X2 Company” MMC-nin fəaliyyətinə xitam verilmiş və həmin bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir.

7. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1588/2016 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1588/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadından LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1513/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1588/2016 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. 9. xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən İddiaçı ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilin alınması üçün 240 ay müddətinə illik 8 % ödəmək şərtilə 47000 manat məbl əğində ipoteka krediti ayrılmışdır. 10. xx.xx.2010-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən İddiaçı X4 ünvan 1 ünvanında yerləşən 16 saylı mənzili 55700 manata alır. Mənzilin 8700 manatını İddiaçı özü ödəyir, qalan 47000 manatı isə xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC ödəyir və mənzil kredit öhdəliklərinin təminatı kimi bankın xeyrinə ipotekaya qoyulmuşdur.

11. MA ******* saylı, xx.xx.2010-cu il tarixli reyestrdən çıxarışın surətinə əsasən ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilin mülkiyyətçisi İddiaçıdur. 12. “X1 Mərkəzi” MMC-nin 15 oktyabr 2020-ci il tarixli YP-011 saylı satış protokolundan və hərracın nəticələri barədə əmlakın alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” yaşayış kompleksi, ev 3-də yerləşən 16 saylı mənzili 35508,75 manata "xxxx" ASC-yə satılmışdır. Hərracın keçirilməsinə əsas kimi Bərdə Rayon Məhkəməsinin 01 dekabr 2015-ci il tarixli, 2(021)-2363/2015 saylı icra vərəqəsi göstərilmişdir. 13. xx.xx.2021-ci il tarixli reyestrdən çıxarışın surətinə əsasən, ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilin mülkiyyətçisi "xxxx" ASC-dir. 14. xx.xx.2021-ci il tarixli reyestrdən çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilin mülkiyyətçisi Cavabdeh2dur.

15. DƏDKR PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” yaşayış kompleksi, ev 3-də yerləşən 16 saylı mənzil Bakı şəhəri, 29 saylı DNK tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-813 saylı alqı-satqı müqaviləsinə əsasən "xxxx" AS C tərəfindən Cavabdeh2 satılmışdır.

16. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3395/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Bank "xxxx" ASC-yə qarşı vicdanlı alıcı hüquqlarının tanınması barədə iddiası təmin edilməmiş, həmin qətnamə qanuni qüvvəyə minmişdir. Birinci instansiya məhkəməsində icraat

17. İddiaçı cavabdehlər Cavabdeh2 və Bank "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX tərəfindən Cavabdeh2 adına verilmiş ünvan 6-də yerləşən 16 saylı mənzilə dair xx.xx.2021-ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi, ünvan 6-də yerləşən 16 saylı mənzildə yaşayanların mənzildən istifadə hüquqlarına xitam verilməklə çıxarılması, həmin mənzilin boşaldılması və iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququ tam həcmdə tanınmaqla mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə onun arasında bağlanmış kredit müqaviləsi əsasında ona yaşayış sahəsinin alınması üçün bank tərəfindən 47000 manat məbləğində ipoteka krediti ayrılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək üçün ünvan 3 ünvanında yerləşən 16 saylı mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka qoyulmuşdur. "xxxx" ASC iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək ondan öz xeyrinə 40807,07 manat əsas, 929,05 manat faiz borcu olmaqla, cəmi 41736,12 manat kredit borcunun, 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilə yönəldilərək hər rac yolu ilə satılması, mənzil satıldıqdan və ya özgəninkiləşdirildikdən sonra həmin ünvanda qeydiyyatsız yaşayanların istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılması və tələbkara təhvil verilməsi, əmlakın ilkin satış qiymətinin razılaşdırılmış qiymətə uyğun olaraq 57000 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli, 2(021)-2363 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən onun tərəfindən apellyasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsində apellyasiya şikayətinə baxıldıqda iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iddiadan imtina etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli, 2(104)-1588 saylı qərardadı ilə Bərdə Rayon Məhkə məsinin 21 oktyabr 2015-ci il tarixli, 2(021)-2363 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Bu qərardaddan nə iddiaçı, nə də cavabdeh kassasiya şikayəti verməmişdir. İş üzrə borcverən "xxxx" ASC-nin bank fəaliyyətinə dair lisenziyası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ləğv edilmişdir. İpoteka və Kredit Zəmanət Fondu ilə Bank "xxxx" ASC arasında imzalanmış xidmət müqaviləsinə əlavə olaraq ipoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün "xxxx" ASC-nin İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilmiş bütün ipoteka kreditləri Bank "xxxx" ASC-yə təhkim edilmişdir. Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli, 2(021)-2363 saylı qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli, 2(104)-1588 qərardadı ilə ləğv o lunmuşdur, lakin buna baxmayaraq Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015ci il tarixli, 2(021)-2363 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsi onun xəbəri olmadan məhkəmə tərəfindən icraya yönəldilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və ona məxsus olan ünvan 3 ünvanında yerləşən 16 saylı mənzilin satılması üçün “X1 Mərkəzi” MMC-yə sifariş verilmişdir. Onun xəbəri olmadan hərrac keçirilmiş və "xxxx" ASC həmin mənzili almışdır. Hərracın keçirilməsi və onun nəticələri barədə o, Bank "BTB” ASC-nin əməkdaşları və Abşeron rayon İcra Şöbəsinin icra məmurları mənzilə gələrək orada olan əşyaları boşaltmağa başladıqda bilmişdir. Ona məlumat vermişlər ki, hərrac keçirilmişdir və artıq mənzilin sahibi Bank "xxxx" ASC-dir. Hal-hazırda mənzilin əşyaları tələbkar tərəfindən çıxarılmış və mənzilə sahibliyi bir müddət Bank "xxxx" ASC etmişdir. Sonradan isə Bank "xxxx" ASC sözügedən mənzil hazırki iddia üzrə Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Onun adına mənzilə dair xx.xx.2021-ci il tarixdə çıxarış verilmişdir. Abşeron rayon İcra Şöbəsi tərəfindən Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli, 2(021)-2363 saylı qətnaməsi icra edilmişdir. Lakin həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli 2(104)-1588 qərardadı ilə ləğv olunmuşdur. Beləliklə Bərdə Rayon Məhkəməsinin ləğv olunmuş qətnaməsi qanunsuz icraya yönəldilmiş və icra edilmişdir. Xətai Rayon Məhkəməsində hərrac protokolunun etibarsız sayılmasına dair iddia qaldırmış, xx.xx.2021-ci il tarixli 2(011)-6600/2021 saylı qətnamə ilə onu n iddiası təmin olunaraq sözügedən mənzilə dair satış protokolu etibarsız sayılmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, lakin şikayət təmin edilməmiş, cavabdeh tərəfindən daha sonra kassasiya şikayəti verilmiş, lakin həmin şikayət də təmin edilməmişdir. Xətai Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minərək sözügedən mənzilə dair keçirilmiş hərracın nəticələri etibarsız sayılmışdır. Mübahisəli mənzil üzrə hərracın satış protokolu etibarsız sayıldıqdan sonra onun üzərində aparılmış digər hərəkətlər də etibarsızdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

19. Daha sonra, iddiaçı MPM-nin 53-cü maddəsinə istinad etməklə ərizə vermiş və məhkəmədən ünvan 6-də yerləşən 16 saylı mənzilə dair DƏDRX tərəfindən Bank "xxxx" ASC adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi, DƏDRX tərəfindən həmin mənzilə dair Cavabdeh2 adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi, ünvan 6-də yerləşən 16 saylı mənzildə yaşayanların mənzildən istifadə hüquqlarına xitam verilməklə oradan çıxarılması və əmlakın boşaldılması, onun mübahisəli mənzilə mülkiyyət hüququ tanınmaqla həmin mənzilin ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Abşeron Rayon Məhkəməsinin (hakim M.Abbasova) xx.xx.2023-cü il tarixli, 2(012)330/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 6-də yerləşən 16 saylı mənzilə dair Bank "xxxx" ASC-nin adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı reyestrdən çıxarışın və Cavabdeh2 adına verilmiş xx.xx.2021-ci il tarixli ********* * saylı reyestrdən çıxarışın ləğv edilməsi, Cavabdeh2 ünvan 6-də yerləşən 16 saylı mənzildən istifadə hüququna xitam verilməsi, Cavabdeh2 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və İddiaçı təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh2 və Bank "xxxx" ASC-dən müştərək qaydada 100 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı verilməsi qət edilmişdir.

21. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisəli əmlakla bağlı bütün əməliyyatlar sonradan məhkəmə qaydasında etibarsız hesab edilmiş və son nəticədə mənzil İddiaçı mülkiyyətinə qaytarılmışdır. Hazırda mübahisəli əmlaka dair başqa şəxslərin adına reyestrdən çıxarışların olması iddiaçının mülkiyyət hüquqlarını pozur və hüquqdan sui-istifadə kimi qiymətləndirilir.

22. Mə hkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi və 29-cu maddəsinin 2-ci hissəsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 337, 152.1, 157.2 və 157.4-cü və Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

23. Cavabdehlər “Bank "xxxx" ASC və Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması, iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

24. Cavabdeh “Bank "xxxx" ASC apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi və kalət etibarnamə sayılır. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 49 saylı kredit müqaviləsi üzrə öhdəliklər borcalan tərəfindən lazımi qaydada icra olunmadığından Bank iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir və Bərdə Rayon Məhkəməsinin 2(021)2363/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ümumilikdə 40613,42 (qırx min altı yüz on üç manat qırx iki qəpik) manat borc məbləğinin və 30 (otuz) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, tələbin ipoteka predmeti olan ünvan 6 ünvanında yerləşən 16 saylı mənzilə yönəldilməsi, əmlakın ilkin satış qiyməti 55700 manat müəyyən olunaraq açıq hərracda satılması, əmakın satılmasından sonra 1 ay müddətində evdə yaşayan İddiaçı və digər şəxslərin evdən çıxarılması qət olunmu şdur. Cavabdeh İddiaçı qeyd olunan məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermişdir. Məlumat üçün onu da qeyd edək ki,"xxxx" ASC-nin lisenziyası xx.xx.2016-cı il tarixdə ləğv olunmuş, Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu tərəfindən "xxxx" ASC-yə ünvanlanmış ******* saylı, xx.xx.2016-cı il tarixli məktubla Fondun vəsaiti hesabına verilmiş ipoteka krediti üzrə tələb hüquqlarının Azərbaycan İpoteka Fonduna ötürüldüyü bildirilmişdir. Buna baxmayaraq, "xxxx" ASC-nin nümayəndəsi Cavanşir Nəsibov iddia tələbindən imtina barədə ərizə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin bu barədə Fonda, Fond tərəfindən isə ipoteka kreditinə xidmət göstərən Banka hər hansı məlumat verilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli, 2(104)-1588/2016 saylı qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli 2(021)-2363 saylı qətnaməsi ləğv edilmiş və iddiaçının iddia tələbindən imtina etməsi əsasına görə iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 22 yanvar 2016-cı il tarixli, 05/5 nömrəli qərarına əsasən "xxxx" ASC-nin bank fəaliyyətinə dair lisenziyası ləğv olunduğundan və kredit müqaviləsi üzrə tələb hüquqlarının Azərbaycan İpoteka Fonduna məxsus olması səbəbindən Azərbaycan İpoteka Fondu 13 iyul 2016-cı il tarixli ******* saylı məktubla "xxxx" ASC-yə müraciət edərək, mülki işlər üzrə icraatın dayandırılması üçün qanunvericiliyə müvafiq tədbirlərin həyata keçirilməsini tələb etmişdir. Həmçinin Fond tərəfindən "xxxx" ASC-nin nümayəndəsi X3 etibarn amə verilməməsinə baxmayaraq C.Nəsibov qanunvericiliyə zidd olaraq iddia tələbindən imtina etmiş və icraata xitam verilməsinə dair ərizə təqdim etmişdir. Məhkəmə isə müvafiq səlahiyyətinin olmamasına baxmayaraq iş üzrə icraata xitam vermişdir. Abşeron rayon məhkəməsi tərəfindən isə bütün bunlar nəzərə alınmamış, nəticədə maddi pozuntuya yol verilmişdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. İşin hallarından aydın olur ki, "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi Nəsibov Cavanşir tərəfindən verilmiş ərizəyə əsaslanaraq Gəncə Ape llyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli 2(021)-2363 saylı qətnaməsi ləğv edilmiş və iddiaçının iddia tələbindən imtina etməsi əsasına görə iş üzrə icraata xitam verilmişdir. İlk öncə vurğulamalıyıq ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə 25 may 2009-cu il tarixli 26 saylı Baş sazişə əsasən tələb hüquqları Azərbaycan İpoteka Fonduna ötürülmüşdür. AİF-in 13 iyul 2016-cı il tarixli məktubuna əsasən həmin kredit portfeli "xxxx" ASC-yə xidmətə verilmişdir. 25 iyul 2016-cı il tarixli 312507/16 saylı İpoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün "xxxx" KB ASCnin Azərbaycan İpoteka Fondu ASC xətti ilə verilmiş bütün ipoteka kreditləri Bank "xxxx" ASC-yə təhkim edilmişdir. Gən cə Apellyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli qərardadında isə əsassız olaraq göstərilmişdir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyildir, hər hansı şəxsin qanunla qorunan mənafelərini pozmur. Lakin məhkəmə bu hissədə MPM-nin 52.5-ci maddəsinin tələblərini pozmuşdur. Həmin maddəyə əsasən iddiaçının iddiadan imtina etməsi o halda qəbul edilmir ki, iddiadan imtina etmə qanuna zidd olsun və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmuş olsun. Həmçinin "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi Nəsibov Cavanşir tərəfindən verilmiş ərizədə də qeyd edilir ki, "xxxx" ASC tərəfindən vətandaşlara verilən ipoteka kreditləri ilə bağlı kredit portfeli "xxxx" ASC-yə verilmişdir. Göründüyü kimi 18 iyul 2016-cı il tarixində məhkəmə qərardad qəbul edər kən işə maraqlı şəxs kimi Azərbaycan İpoteka Fondunu cəlb etməli və məsələ ilə bağlı mövqeyini öyrənməli, buna əsasən iddia tələbinə xitam verilib-verilməyəcəyi barəsində yekun qərar çıxarmalı idi. Lakin məhkəmə qanunvericiliyin bu tələbini pozmuşdur və iş üzrə icraata xitam vermişdir. Həmçinin Abşeron rayon məhkəməsi tərəfindən də işin ədalətli yekun həlli ilə bağlı olan bu xüsusatlara önəm verilməmiş, əsassız qətnamə çıxarılmışdır. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Azərbaycan İpoteka Fondunun 13 iyul 2016-cı il tarixli ******* saylı məktubuna əsasən Fondun "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə məhkəmə icraatına b aşlandığından və iş üzrə qətnamə çıxarılmasından xəbərdar olduğu, Fond ilə "xxxx" SKB arasında bağlanmış 25 may 2009-cu il tarixli 26 saylı Baş sazişə əsasən qeyd olunan ipoteka kreditləri üzrə tələb hüquqları Azərbaycan İpoteka Fonduna ötürüldüyü müəyyən olunmuşdur. Qeyd olunan müraciətdən o da məlum olur ki, həmin dövrdə tələb hüquqları fonda məxsus olan "xxxx" ASC-nin ipoteka kreditlərinə "xxxx" ASC tərəfindən xidmət olunacağı barədə "xxxx" ASC-yə məlumat verilmişdir. Fond "xxxx" ASC-yə ünvanladığı həmin məktubda qeyd etmişdir ki, həmin qətnamədən apellyasiya şikayəti verilməsi və qanunvericiliyə uyğun qaydada növbəti tədbirlərin görülməsi "xxxx" ASC tərəfindən həyata keçiriləcəkdir. Bu səbəbdən sözügedən iş üzrə "xxxx" ASC tərəfindən aparılmış mülki iş üzrə icraat və məhkəmə qətnamələr inin icrasının dayandırılması üçün (xitam üçün yox) "xxxx" ASC tərəfindən müvafiq hərəkətlər həyata keçirilməli idi.

25. Cavabdeh2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəmə tərəfindən qətnamə qəbul edilərkən iş üzrə əhəmiyyətli hallar nəzərə alınmamış, nəticədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün t ələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Bildirmək istəyirəm ki, Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli 2(021)-2363/2015 saylı icra sənədi 01 dekabr 2015-ci il tarixdə Abşeron rayon İcra şöbəsinə icra olunması üçün göndərilmişdir. Abşeron rayon İcra şöbəsi tərəfindən 22 dekabr 2015-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Abşeron rayon İcra şöbəsinin "xxxx" MMC-yə ünvanladığı 25 dekabr 2015-ci il tarixli məktub ilə Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli 2(021)-2363/2015 saylı icra vərəqəsinə əsasən ipoteka predmeti olan Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” yaşayış komple ksi, ev 3-də yerləşən 16 saylı mənzilin satışını təşkil etməsi xahiş olunmuşdur. "xxxx" MMC tərəfindən sözügedən əmlak satılmaq üçün açıq hərraca çıxarılmış, əmlakın ilkin satış qiyməti 55700 manat müəyyən edilmişdir. Hərrac mərkəzi tərəfindən borcluya və tələbkara bildiriş göndərilmişdir. Hərrac keçirilmiş, lakin baş tutmamışdır. Daha sonra Abşeron rayon İcra şöbəsi “X1 Mərkəzi” MMC-yə sözügedən mənzilin satılması ilə bağlı hərracın keçirilməsi barədə sifariş göndərmişdir. Qeyd edilən mənzil açıq hərrac vasitəsilə “X1 Mərkəzi” MMC tərəfindən 15 oktyabr 2020-ci il tarixli YP011 saylı satış protokoluna əsasən 35508,75 manata Bank "xxxx" ASC-yə satılmışdır. Daha sonra Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” yaşayış kompleksi, ev 3-də yerləşən 16 saylı mənzili Bank "xxxx" ASC ilə alğı -satqı edərək mülkiyyətinə keçirmişdir. Bununla bağlı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixli, ********** saylı çıxarış almışdır. Qeyd olunan maddənin məzmunu onun sözügedən əmlakla bağlı vicdanlı alıcı qismində çıxış etdiyimi təsdiq edir. İddiaçı Bank "xxxx" ASC-yə və “X1 Mərkəzi” MMC-yə qarşı “satış protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” yaşayış kompleksi, ev 3-də yerləşən 16 saylı mənzilə dair “X1 Mərkəzi” MMC-nin 15 oktyabr 2020-ci il tarixli YP-011 saylı satış protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xətai rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-6600/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin e dilərək Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” yaşayış kompleksi, ev 3-də yerləşən 16 saylı mənzilə dair “X1 Mərkəzi” MMC-nin 15 oktyabr 2020-ci il tarixli YP-011 saylı satış protokolu etibarsız hesab edilmişdir. Sözügedən qətnamədən verilən apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Həmçinin İddiaçı Abşeron rayon Məhkəməsinə iddia ərizəsi ilə Cavabdeh2 və Bank "xxxx" ASC-yə qarşı reyestrdən çıxarışın ləğvi, mənzildə yaşayanların istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılması və iddiaçının mülkiyyət hüququ tanınmaqla mənzilin ona təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX tərəfindən Cavabdeh2 adına verilmiş ünvan 6-də yerləşən 16 saylı mənzilə dair xx.xx.2021ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi, ünva n 6-də yerləşən 16 saylı mənzildə yaşayanların mənzildən istifadə hüquqlarına xitam verilməklə çıxarılması, həmin mənzilin boşaldılması və iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququ tam həcmdə tanınmaqla iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O isə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-330/2023 nömrəli qətnaməsi çıxarılmazdan əvvəl iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” yaşayış kompleksi, ev 3-də yerləşən 16 saylı mənzilin alğı-satqısı zamanı onun vicdanlı alıcı olaraq hüquqlarının tanınması ilə bağlı qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

26. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Lalə Rəhimli (sədrlik edən və mə ruzəçi), İlqar Dəmirov və Fuad Məmmədov) 2(105)-1512/2021 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşaraq qeyd etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli qərardadı ilə iş üzrə icraata xitam verildiyindən və Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli 2(021)-2363/2015 saylı qətnaməsi ləğv edildiyindən, apellyasiya şikayətində göstərilən dəlillər Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğvi üçün əsas ola bilməz. iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx. xx.2023-cü il tarixli, 2(011)-3395/2023 nömrəli qətnaməsi ilə onun cavabdehlər İddiaçı və Bank "xxxx" ASC-yə qarşı vicdanlı alıcı hüquqlarının tanınması barədə iddiası təmin edilməmişdir. Qeyd edilən qətnamə qanuni qüvvəyə minənədək hazırki iş üzrə icraat məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə dayandırılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən edilmişdir ki, sözügedən qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almışdır.

28. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

30. Kassasiya şikayətinə görə cavabdeh Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-330/2023 nömrəli qətnaməsi çıxarılmamışdan əvvəl iddia ərizəsi ilə Xətai rayon məhkəməsinə müraciət edərək Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” yaşayış kompleksi, ev 3-də yerləşən 16 saylı mənzilin alğı-satqısı zamanı vicdanlı alıcı olaraq hüquqlarımın tanınması ilə bağlı qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, qeyd olunan iddia tələbi ilə bağlı e-2(011)-3395/2023 saylı mülki iş hakim Pərviz Zamanlının icraatında olmuşdur. Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli 2(021)-2363/2015 saylı icra sənədi 01 dekabr 2015-ci il tarixdə Abşeron rayon İcra şöbəsinə icra olunması üçün göndərilmişdir. Abşeron rayon İcra şöbəsi tərəfindən 22 dekabr 2015-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Abşeron rayon İcra şöbəsinin "xxxx" MMC-yə ünvanladığı 25 dekabr 2015-ci il tarixli məktub ilə Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli 2(021)-2363/2015 saylı icra vərəqəsinə əsasən ipoteka predmeti olan Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” yaşayış kompleksi, ev 3-də yerləşən 16 saylı mənzilin satışını təşkil etməsi xahiş olunmuşdur. "xxxx" MMC tərəfindən sözügedən əmlak satılmaq üçün açıq hərraca çıxarılmış, əmlakın ilkin satış qiyməti 55700 manat müəyyən edilmişdir. Hərrac mərkəzi tərəfindən borcluya və tələbkara bildiriş göndərilmişdir. Hərrac keçirilmiş, lakin baş tutmamışdır. Daha sonra Abşeron rayon İcra şöbəsi “X1 Mərkəzi” MMC-yə sözügedən mənzilin satılması ilə bağlı hərracın keçiri lməsi barədə sifariş göndərmişdir. Qeyd edilən mənzil açıq hərrac vasitəsilə “X1 Mərkəzi” MMC tərəfindən 15 oktyabr 2020-ci il tarixli YP-011 saylı satış protokoluna əsasən 35508,75 manata Bank "xxxx" ASC-yə satılmışdır. Daha sonra Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” yaşayış kompleksi, ev 3-də yerləşən 16 saylı mənzili Bank "xxxx" ASC ilə alğı-satqı edərək mülkiyyətinə keçirmişdir. Mənzilə mülkiyyət hüququna dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixli, ********** saylı çıxarış almışdır. Mülki Məcəllənin tələblərinə görə həmin mənzillə bağlı vicdanlı alıcı qismində çıxış etmişdir. Məhkəmə tərəfindən isə qətnamə qəbul edilərkən bütün bunlar nəzərə alınmamış, nəticədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinin tələbləri poz ulmuş, apellyasiya məhkəməsi əsassız və qanunsuz qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

33. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.

34. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hü quqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

35. Maddə

140. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

36. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeyd iyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Mülki Prosessual Məcəllə

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiya sı məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

43. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsi n və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh2 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 4

8. Məhkəmə kollegiyası məruzəçini dinləyb, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, cavabbeh Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməlidir.

49. Belə ki, iddianın qismən təmin olunması barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya məhkəməsinin qənaətinə görə mübahisənin predmeti olan ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilin cavabdehlər Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 tərəfindən əldə olunması və onların adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınması üçün əsas olmuş hüquq müəyyənedici sənədlər, o cümlədən “X1 Mərkəzi” MMC-nin 15 oktyabr 2020-ci il tarix li YP011 saylı hərracdan satış protokolu qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə etibarsız sayılmış, habelə mənzilə münasibətdə vicdanlı alıcı hüquqlarının tanınması barədə Cavabdeh2 iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3395/2023 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə rədd edilmişdir.

50. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya məhkəməsi bu məsələnin həlli zamanı düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozuntusuna yol vermiş, nəzərə almamışdır ki, Cavabdeh2 mübahisəli mənzilə münasibətdə vicdanlı alıcı hüquqlarının tanınması barədə iddiasına dair işə üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 2(011)-3395/2023 nömrəli qətnaməsi hazırkı iş üzrə qanuni qüvvəyə minməmiş Abşeron Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli qətnaməsinə əsasən çıxarılmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsi qətnamə qəbul edərkən hazırkı iş Abşeron Rayon Məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılması mərhələsində, Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olmuşdur. Son nəticədə apellyasiya instansiyası məhkəməsi özünün icraatında olan iş üzrə, qanuniliyini və əsaslılığını yoxladığı birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş hallara istinad etməklə qətnamə çıxarmaqla məntiqsiz nəticəyə gəlmişdir.

51. İşdən daha sonra görünür ki, İddiaçı iddia ərizəsində və iddianın dəqiqləşdirilməsi barədə ərizədə ünvan 6-də yerləşən 16 saylı mənzilə dair DƏDRX tərəfindən Bank "xxxx" ASC adına verilmiş xx.xx.2021-ci il tarixli ***** ***** saylı çıxarışın ləğv edilməsi, DƏDRX tərəfindən həmin mənzilə dair Cavabdeh2 adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi, ünvan 6-də yerləşən 16 saylı mənzildə yaşayanların mənzildən istifadə hüquqlarına xitam verilməklə oradan çıxarılması və əmlakın boşaldılması, onun mübahisəli mənzilə mülkiyyət hüququ tanınmaqla həmin mənzilin ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

52. İddiaçı mənzilin alqı-satqısına dair Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış müqaviləni mübahisələndirməmiş, birinci instansiyada baxan Abşeron Rayon Məhkəməsi isə Cavabdeh2 mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının əsası olan alqı-satqı müqaviləsi ləğv və ya etibarsız sayılmadan onun adına verilmiş 04 avqust 2021-ci il tarixl i ********** saylı Reyestrdən çıxarışın ləğv edilməsi qənaətinə gəlməkdə səhvə yol vermiş, apellyasiya məhkəməsi də bu pozuntunu diqqətdən qaçırmışdır. Məhkəmə nəzərə almamışdır ki, mənzilə dair cavabbeh Cavabdeh2 adına olan reyestrin məzmununun qeyri-dəqiqliyi, həmin məzmunun natamamlığı və həqiqi olmaması sübuta yetirilməyincə həmin qeydin həqiqiliyi prezumpsiyası mövcuddur.

53. Mübahisənin predmeti olan mənzilə dair Cavabdeh2 adına olan 04 avqust 2021-ci il tarixli ********** saylı dövlət reyestrindəki qeydiyyatına ləğv edilməsi üçün təkcə “X1 Mərkəzi” MMC-nin 15 oktyabr 2020-ci il tarixli YP-011 saylı satış protokolunun deyil, əmlakı hərracdan əldə etmiş Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsi də etibarsız hesab edilməlidir.

54. Göründüyü kimi Sumqayıt Ap ellyasiya Məhkəməsi Mülki kollegiyasının iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı olmamış, məhkəmə təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tər əfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1512/2023 nömrəli iş üzrə 15 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar