Məhkəmə qərarları › İş №2(105)-1530/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1530/2024

30.10.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1530/2024 30.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 2 saylı Sumqayıt Ərazi İdarəsinə və Cavabdeh2 qarşı (Açar sözlər: " icarə müqaviləsinin bərpa edilməsi, qeyri-yaşayış sahəsinə dair verilmiş çıxarışın və texniki pasportun ləğv edilməsi və qeyri-yaşayış sahəsindən çıxarılma) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X6 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1 Bəybabla oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Xidmətinə, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 2 saylı Sumqayıt Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “icarə müqaviləsinin bərpa edilməsi, qeyri-yaşayış sahəsinə dair verilmiş çıxarışın və texniki pasportun ləğv edilməsi və qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1329/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 2 saylı Sumqayıt Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və müqavilənin bağlanması nəticəsində yaranmış hüquqi nəticələrin etibarsız hesab edilməklə ləğv edilməsi, qeyri-yaşayış sahəsindən çıxarılma tələbi”nə dair iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə keçmiş Əmlak Komitəsi arasında bağlanılmış xx.xx.1998-ci il tarixli, 938 nömrəli icarə müqaviləsinin bərpa edilməsi, ünvan 3-də yerləşən 52,4 kv.m qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 verilmiş xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarış və texniki pasportun ləğv edilməsi və Cavabdeh2 həmin sahədən çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1993-cü ildə Cəbrayıl rayonu Soltanlı kəndindən məcburi köçkün düşərək həmin vaxtdan ünvan 1 ünvanda məskunlaşmışdır. Həmin vaxtlarda "xxxx" MMC-ni təsis etmiş və həmin MMC-nin direktorudur. 1998-ci ildə Sumqayıt şəhəri, 3-cü məhəllə,ev 10/27-də yerləşən 168,40 kv.metr ticarət sahəsini icarəyə götürmüşdür. xx.xx.1998-ci ildə Sumqayıt şəhər Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi "xxxx" MMC-yə Texniki Pasport vermişdir. Həmin obyektdə 1994-cü ildən Qubadlı rayonundan məcburi köçkün düşmüş bir neçə ailə məskunlaşdığından ticarət sahəsindən istifadə edə bilməmişdir. Lakin Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəllişdirilməsi Departamenti 2004-cü ildə "xxxx" MMC ilə müqavilənin pozulması barədə 1 saylı Yerli İqtisad Məhkəməsində iddia qaldırmış və iddia tələbini icarə haqqınını ödənilməməsini əsas gətirmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat İstehsal Birliyinin xx.xx.2004-cü il tarixli 214 saylı məktubunda göstərilmişdir ki, həmin qeyri-yaşayış sahəsində məcburi köçkünlər məskunlaşdığından obyektdən istifadə etmək mümkün olmamışdır. Həmin iddia ərizəsinə Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad məhkəməsində baxılaraq məhkəmənin 05 iyul 2004-cü il tarixli, 2950/3-589 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edildi. Uzun illər torpaqların azad olunmasını gözləmiş və torpaqlar azad olunduqdan sonra Sumqayıt şəhər icra Hakimiyyətinə və digər orqanlara gedərək əlində olan texniki pasportu göstərib köçkünlər getdikdən sonra obyektin icarəsində olması barədə qeydiyyat aparılmasını xahiş etdi. Tez-tez obyektə baş çəkmiş, orada yaşayanlara isə heç bir narazılıq bildirməmişdir. Son vaxtlar məlum olmuşdur ki, icarəyə götürdüyü ticarət sahəsinin 52 kvadratmetrinə dair həmin obyektdə məskunlaşmış Cavabdeh2 "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X7 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Çıxarış və Texniki pasport verilmişdir. Bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinə rəsmi ərizə ilə müraciət etmişdir. Həmin xidmət tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3/2-3346/2023 saylı cavab məktunda qeyd edilmişdir ki, ünvan 2 ünvanda yerləşən 168,40 kv.metr qeyri-yaşayış sahəsinə dair "xxxx" MMC ilə keçmiş Əmlak Komitəsi arasında bağlanılmış xx.xx.1998-ci il tarixli 938 nömrəli icarə müqaviləsi xx.xx.1999-cu il tarixdən ləğv edilmiş və icarəçinin həmin müqavilə üzrə borcu yoxdur. Həmin cavab məktubundan sonra iddiaçı Cavabdeh2 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Çıxarış və Texniki pasport verilməsinin qanunsuz və əsassız olduğundan etibarsız hesab edilməklə ləğv edilməsi barədə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi vermişdir. Məhkəmə tərəfindən verilmiş sorğu əsasında məlum oldu ki, ünvan 3 ünvanında yerləşən 52,4 kvadrat metr qeyri-yaşayış sahəsinin Cavabdeh2 satılması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə xx.xx.2022-ci il tarixli 439 nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin alqı-satqı müqaviləsindən sonra cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X7 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Cavabdeh2 həmin 52,4 kv.metr qeyri-yaşayış sahəsinə dair 27. 04.2022-ci il tarixli ********** qeydiyyat nömrəli mülkiyyətə dair Çıxarış və texniki pasport verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 439 nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməklə ləğv edilməli və həmin müqavilə əsasında cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X7 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Cavabdeh2 52,4 kv.metr qeyriyaşayış sahəsinə dair verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli mülkiyyətə dair Çıxarış və texniki pasport ləğv edilməli və Cavabdeh2 ünvan 3 ünvanında yerləşən 52,4 kvadrat metr qeyri-yaşayış sahəsindən çıxarılmalıdır. Belə ki, o Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının idarə olunması və özəlləşdirilməsi departamentinin cavabdeh-"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "İcarə müqaviləsinin ləğv olunması və icarə haqqı üzrə borcun ödənilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması barədə" iddia tələbinə dair Azərbaycan Respublikası 1 saylı Yerli iqtisad Məhkəməsinin 05 iyul 2004-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələblərini müdafiə edərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin «icarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında» 629 saylı xx.xx.1997-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədilə ləğv edilmiş Dövlət Əmlakı Nazirliyi ilə "xxxx" Məhdud Məsuliyətli Cəmiyyəti arasında ünvan 3 ünvanında yerləşən 168,4 kv/m qeyriyaşayış sahəsinin icarəyə verilməsi barədə 938 saylı 07 sentyabr 1998-ci il tarixli müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən icarəçi öz üzərinə icarə haqqının vaxtı-vaxtında ödənilməsi vəzifəsini götürmüşdür. Lakin cavabdeh şəxs tərəfindən müqavilənin şərtinə əməl olunmamış, ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq, icarə haqqı tam ödənilməmişdir, icarə müqaviləsi 12 ay müddətinə bağlanılsa da, «İcarə haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 5-ci bəndinə müvafiq olaraq müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadığından o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə şərtlərinə əməl olunmamasına baxmayaraq, icarəçi tərəfindən bu günə qədər icarə haqqı ödənilmədən həmin sahədən istifadə olunmaqda davam edilir ki, bunun da nəticəsi olaraq müqavilə əsasında icarəyə götürülmüş qeyri-yaşayış sahəsi üzrə cavabdehin 25669027 manat icarə haqqı borcu yaranmışdır. Ona görə də "xxxx" MMC ilə bağlanmış icarə müqaviləsi ləğv edilməli və həmin sahə boşaldılaraq Dövlət Əmlakının idarə olunması və Özəlləşdirilməsi departamentinə təhvil verilməlidir. Lakin məhkəmənin qeyd edilən həmin qətnamə ilə müəyyən edilmişdir ki, ləğv edilmiş Dövlət Əmlak Komitəsi ilə hüquqi şəxs "xxxx" Məhdud Məsuliyətli Cəmiyyəti arasında ünvan 3 ünvanında yerləşən 168,4 kv/m qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 938 saylı 07 sentyabr 1998-ci il tarixli müqavilə bağlanılmışdır. Tərəflər arasında müqavilə bağlanan zaman qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 272-ci maddəsinə əsasən əmlak kirayə müqaviləsinə görə kirayədar əmlakı haqq ilə müvəqqəti istifadə üçün kirayəçi yə verməyi öz öhdəsinə götürür. İş materiallarından aydın olur ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamenti icarəyə verən kimi öz üzərinə düşən vəzifələri yerinə yetirməmiş, bunun nəticəsi olaraq icarəçi tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahəsinə «İcarə haqqında» Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq müddətli sahiblik edilməməklə, qeyri-yaşayış sahəsindən istifadə edilməmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismar Birliyinin xx.xx.2004-cü il tarixli 214 saylı arayışından da görünür ki, ünvan 3 ünvanında yerləşən 168,4 kv/m qeyri-yaşayış sahəsində 1993-cü ildən hal-hazıra kimi məcburi köçkünlər məskunlaşmış və "xxxx" MMC həmin sahədən istifadə etməsi mümkün olmamışdır. Göründüyü kimi bütün göstərilən hallarda müqavilə şərtlərinə icarəyəverənin özü tərəfindən əməl olunmamış, əsassız olaraq süni formada icarə haqqı borcu yaradılmışdır. Bundan əlavə iş materiallarından görünür ki, müqavilənin müddəti qurtardıqdan sonra tərəflər icarə müqaviləsinə xitam verilməsi barədə ərizə verməmişlər. «İcarə haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 5-ci bəndinə müvafiq olaraq müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadığından o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Buradan bir daha görünür ki, icarə müqaviləsi 2004-cü ildə iddia verilənədək qüvvədə olduğu halda xx.xx.1999-cu ildə necə ləğv edilə bilərdi. Digər tərəfdən iddiaçı Azərbaycan Respublikası İqtisadi inkişaf Nazirliyi Dövlət Əmlakının idarə olunması və özəlləşdirilməsi departamenti cavabdeh "xxxx" Məhdud Məsuliyətli Cəmiyyətindən 25669027 manat məbləğində (köhnə manatla) icarə haqqı tələb etdiyi hal da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21-3/2-3346/2023 saylı cavab məktubunda icarəçinin həmin müqavilə üzrə borcu yoxdur cavabı verməsi tamamilə ziddiyət təşkil edir. Göstərilənlərə əsasən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 439 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilənin bağlanması nəticəsində yaranmış hüquqi nəticələrin etibarsız hesab edilməsi və Cavabdeh2 iddiaçıya satılmış 52 kv.m qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir

3. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1329/2024 nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia ərizəsi təmin edilməmişdir.

4. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152ci, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə və “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarı”nın Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına istinad edərək belə nəticəyə gəlmişdir ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmamışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(060)-1329/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş sənədlərdən göründüyü və müəyyən edildiyi kimi, İddiaçı 1993-cü ildə Cəbrayıl rayonunun Soltanlı kəndindən məcburi köçkün düşərək həmin vaxtdan ünvan 1 ünvanında məskunlaşmış, həmin vaxtlarda "xxxx" MMC-ni təsis etmiş və həmin MMC-nin direktorudur. İddiaçı 1998-ci ildə köhnə RAYPO deyilən cəmiyyətə məxsus ünvan 3-də yerləşən 168,40 kvm ticarət sahəsini icarəyə götürmüşdür. xx.xx.1998-ci ildə Sumqayıt şəhər Dövlət Əmlakının İnventarlaşdırılmasıİdarəsi "xxxx" MMC-yə Texniki Pasport vermişdir. Həmin obyektdə 1994-cü ildənQubadlı rayonundan məcburi köçkün düşmüş bir neçə ailə məskunlaşdığından, ticarət sahəsindən istifadə edə bilməmişdir. Lakin Azərbaycan Respublikasıİqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti 2004-cü ildə "xxxx" MMC ilə müqavilənin pozulması barədə 1 saylı Yerli İqtisad Məhkəməsində iddia qaldırmış və iddia tələbini icarə haqqının ödənilməməsini əsas gətirmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfat İstehsalat Birliyinin xx.xx.2004-cü iltarixli 214 saylı məktubunda göstərilmişdir ki, həmin qeyri-yaşayış sahəsində məcburi kökünlər məskunlaşdığından obyektdən istifadə etmək mümkün olmamışdır. 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2950/3-589 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçıHəbib oğlu uzun illər torpaqların azad olunmasını gözləmiş və torpaqlar azad olunduqdan sonra Sumqayıt şəhər İcra Hakimiyyətinə və digər orqanlara gedərək əlində olan texniki paspotu göstərib köçkünlər getdikdən sonra obyektin icarəsində olması barədə qeydiyyat aparılmasını xahiş etmişdir. Tez-tez obyektə baxmış, orada yaşayanlara isə heç bir narazılıq bildirməmişdir. Son vaxtlar iddiaçıya məlum olmuşdur ki, icarəyə götürdüyü ticarət sahəsinin 52 kvadratmetrinə dair həmin obyektdə məskunlaşmış Cavabdeh2 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Çıxarış və Texniki pasport verilmişdir. Cavabdeh2 verilmiş həmin sənədlərin ləğv edilməsi barədə aidiyyəti üzrə müraciətləri tamamilə əsassız olaraq rədd edilmiş və bildirilmişdir ki, "xxxx" MMC ilə keçmiş Əmlak Komitəsi arasında bağlanmış xx.xx.1998-ci il tarixli, 938 nömrəli icarə müqaviləsi xx.xx.1999-cu il tarixdən ləğv edilmişdir və icarəçinin həmin müqavilə üzrə borcu yoxdur. Göründüyü kimi bütün hallarda müqavilə şərtlərinə icarəyəverənin özü tərəfindən əməl olunmamış, əsassız olaraq süni formada icarə haqqı borcu yaradılmış, müqavilənin müddəti qurtardıqdan sonra tərəflər icarə müqaviləsinə xitam verilməsi barədə ərizə verməmişlər. İcarə müqaviləsi 2004-cü ildə iddia verilənədək qüvvədə olduğu halda, xx.xx.1999-cu ildə ləğv olunmasını iddia etmək tamamilə absurddur. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin "xxxx" MMC-dən 25669027 manat (köhnə manatla) icarə haqqı tələb etdiyi hal da Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətininxx.xx.2023-cü il tarixli 3- 21-3/2-3346/2023 saylı cavab məktubunda icarəçinin həmin müqavilə üzrə borcu yoxdur cavabı verməsi tamamilə ziddiyyət təşkil edir. Görəsən cavabdehlər xx.xx.2022-ci il tarixli, 439 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsini imzalayarkən bütün yuxarıda göstərilənlərdən xəbərdar olmamışlarmı, gedib torpaq sahəsinə naturada baxmışdılarmı, baxmışdılarsa, İddiaçı mübahisələndirilən torpaq sahəsində gördüyü işləri görməmişdilərmi? Axı iş materiallarından göründüyü və məhkəmə iclasında müəyyən edildiyi kimi, o mübahisələndirilən torpaq sahəsini tam qanuni əsaslarla və iddiaçıdan xeyli əvvəl icarəyə götürmüş, təyinatı üzrə istifadə etməyə başlamış, lakin məcburi köçkünlər həmin torpaq sahəsində məskunlaşdıqları üçün hüquqlarını hələlik həyata keçirə bilməmişdir. Məhkəmə bütün bunları araşdırmamış, onun xeyrinə olan bu hallara qətnamədə münasibət bildirməmiş, onun iddia tələblərinin əsassız olduğu qənaətinə gəlib iddianı rədd etmişdir. Hesab edir ki, mülki işə baxan məhkəmə tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar düzgün qiymətləndirilməmişdir. Bunun nəticəsi olaraq birinci instansiya məhkəməsi qanunsuz və əsassız qətnamə çıxarmışdır. Ona görə də Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1329/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işə qərəzli yanaşmış, tələbkarın mənafeyini nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

7. Cavabdehlər tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdehlər tərəfindən icarəsində olan ünvan 3-də yerləşən 52 kvm qeyriyaşayış sahəsi saxta alqı-satqı müqaviləsi əsasında ələ keçirilmişdir. Qeyri-yaşayış sahəsi ona satılmalı olduğunu düşünür. Həmin yer "xxxx" MMC-yə məxsus olmuş, hüquqi şəxsin təsisçisi o olmuşdur. Ona görə də apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul etməyinizi xahiş edir.

9. Məhkəmə kollegiyasının iclasında cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, birinci instansiya məhkəməsinin qərarı əsaslıdır. Belə ki, dövlət mülkiyyətində olan qeyri-yaşayış sahəsi digər Cavabdeh2 ilə bağlanmış alqı-satqı müqaviləsi əsasında qanuna uyğun surətdə özəlləşdirilərək onun mülkiyyətinə keçmişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edir.

10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1 Bəybabla oğlu apellyasiya şikayətinə etiraz edirək bildirmişdir ki, şikayət tamamilə əsassızdır. İddiaçı sübutlar birinci instansiya məhkəməsinə təqdim edilməli idi. Birinci instansiya məhkəməsində 9 iclas keçirilib, həmin müddətdə sübutarın təqdim olunmamasının səbəbi məlum deyil. Hesab edir ki, hazırda təqdim olunan sənədlər sübut kimi qəbul edilməməlidir. İddiaçı fiziki şəxsdir, təsis etdiyi "xxxx" MMC isə tamam başqa şəxsdir. Bu baxımdan iddia hüquqi şəxs tərəfindən qaldırılmalı idi. Ona görə də apellyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edir.

İşdə olan sübutlar

11. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən verilmiş Qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin xx.xx.1998-ci il tarixli texniki pasportun surətindən görünür ki, ünvan 3 ərazisində yerləşən "xxxx" MMC-nin ticarət sahəsi 168,40 kv.m təşkil edir.

12. Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2950/3-589 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamentinin cavabdeh "xxxx" MMC-yə qarşı “938 saylı, 07 sentyabr 1998-ci il tarixli icarə müqaviləsinin ləğv olunması, qeyri-yaşayış sahəsinin boşaldılması və icarə haqqı üzrə 25.669.027 manat borcun ödənilməsi” barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir.

13. xx.xx.2022-ci il tarixli, 439 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 52,4 kv.metr olan qeyriyaşayış sahəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən X4 20.960 manat məbləğinə satılmışdır.

14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 52,4 kv.m təşkil edən Sumqayıt şəhəri, 3-cü məhəllə, Nizami küçəsi, ev 27/10 xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə, **********7 nömrə ilə qeydiyyata alınmışdır.

15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məlumatın təqdim edilməsi barədə sorğuya cavab məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən ticarət sahəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilməsi barədə icarə müqaviləsinin ləğv edilməsi bağlı qərarın qəbul edilib-edilməməsi və ləğv edildiyi halda hansı əsaslarla ləğv edilməsi haqqında məlumatların və müsbət halda buna dair sənədlərin təsdiq edilmiş surətləri təqdim edilməsi barədə məktuba Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, qeyd edilən ünvanında yerləşən 168,4 kv.m qeyri-aşayış sahəsinə dair "xxxx" MMC ilə keçmiş Dövlət Əmlak Komitəsi arasında bağlanılmış xx.xx.1998-ci il tarixli, 938 nömrəli icarə müqaviləsi xx.xx.1999-cu il tarixindən ləğv edilmiş və icarəçinin həmin müqavilə üzrə borcu yoxdur.

16. "xxxx" MMC-nin nizamnaməsindən görünür ki, həmin hüquqi şəxsin təsisçiləri İddiaçı və X2 olmuşdur.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 24.1. Fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. 25.1. Fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz»

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə

14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

20. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024- cü il tarixli, 2(060)-1329/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

22. İşin müəyyən edilmiş hallarına əsasən Əmlak Məsələləri Dövlət Xidməti mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 52,4 kv.metr olan qeyriyaşayış sahəsini xx.xx.2022-ci il tarixli, 439 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında cavabdeh X1. Həmin əmlak üzərində cavabdeh X3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2022-ci il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. Hazırda iddiaçı tərəf "xxxx" MMC ilə keçmiş Əmlak Komitəsi arasında bağlanılmış xx.xx.1998-ci il tarixli, 938 nömrəli icarə müqaviləsinin bərpa edilməsini, habelə X4 məxsus çıxarış və texniki pasportun ləğv edilməsini tələb etmişdir.

23. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi iddiaçı təsisçisi olduğu "xxxx" MMC adlı hüquqi şəxslə Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış icarə müqaviləsindən irəli gələn münasibətlərə istinad etməklə yaranmış mübahisəyə dair iddia qaldırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun olmaması ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, yuxarıda istinad olunan maddi hüquq normalarının tələbindən də göründüyü kimi "xxxx" MMC hüquqi şəxs statusunda olmaqla öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Məhdud məsuliyyətli cəmiyyətin təsisçisi isə onun öhdəlikləri üzrə məsuliyyət daşımamaqla, cəmiyyət də öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Belə olduğu təqdirdə isə hazırkı mübahisənin tərəfi "xxxx" MMC-nin təsisçisi deyil, hüquqi şəxs olaraq "xxxx" MMC-nin özü hesab olunur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmamışdır.

24. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı işə birinci instansiya məhkəməsində işə baxıldığı müddətdə "xxxx" MMC-yə dair hüquqmüəyyənedici sənədləri, o cümlədən iddiaçının "xxxx" MMC-nin icra orqanının rəhbəri və ya səlahiyyətli nümayəndəsi olmasını tədiq edən sənədi də təqdim etməmişdir ki, bununla da birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 14.1 və 54.1-ci maddəsinin tələbinə müvafiq olaraq iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi məsələsini də həll edə bilməmişdir. Buna görə də qeyd olunan prosessual hüquq normalarının birinci instansiya məhkəməsi tərəfindən pozulması halı da müəyyən edilməmişdir.

25. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildiyindən birinci instansiya məhkəməsi haqlı olaraq qeyd olunan əsasa görə iddianı rədd etmişdir. Buna görədə apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1329/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisə "xxxx" MMC ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış icarə müqaviləsindən irəli gələn münasibətlərə görə yarandığından qeyd olunan tələblər üzrə tələb hüququ "xxxx" MMC-yə məxsus olmuşdur. Buna görə də "xxxx" MMC-nin yaranmış mübahisə ilə əlaqədar iddia qaldırmaq hüququ istisna olunmur.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1329/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar