Məhkəmə qərarları › İş №2(105)-1539/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1539/2022

13.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1539/2022 13.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X5, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Zəngilan Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(034)-207/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, MÜƏYYƏNETDİ: Zəngilan Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(034)-207/2022 nömrəli qətnaməsi ilə (hakim Gülsarə İmanova) İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ilk iddia qismən, qarşılıqlı iddia ərizəsi təmin edilərək Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 20 manat olmaqla, cəmi 60 manat sabit pul məbləğində və Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında alimentin İddiaçı xeyrinə tutulması, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 100 (yüz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi və qətnamənin dərhal icra olunması qət edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verib, Zəngilan Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(034)-207/2022 nömrəli qətnaməsinin qismən, yəni alimentin sabit pul məbləğində tutulması və Cavabdeh 100 (yüz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi hissəsində ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2022-ci il tarixli, 2(105)-1539/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmiş və mülki iş məhkəmə baxışına təyin edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən Zəngilan Rayon Məhkəməsinin 22 iyun 2022ci il tarixli, 50 nömrəli məktubu Sumqayıt Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Həmin məktubda göstərilir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Zəngilan Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(034)-207/2022 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti məhkəməyə daxil olmuş və həmin şikayətə baxılması üçün mülki işin məhkəməyə göndərilməsi xahiş olunur. Azərbaycan Repsublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. MPM-nin 362-ci maddəsinə əsasən apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. MPM-nin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası MPM-nin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, Zəngilan Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(034)-207/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verdiyi apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğun olaraq yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Ona görə də, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti müzakirə olunması üçün Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2022-ci il tarixli, 2(105)-1539/2022 nömrəli qərardadı ləğv edilməli və iş apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365, 384.0.6 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Zəngilan Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(034)-207/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verdiyi apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2022-ci il tarixli, 2(105)-1539/2022 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh və Cavabdeh İddiaçı qarşı aliment tələbinə dair iddialar üzrə Zəngilan Rayon Məhkəməsinin 2(034)-207/2022 nömrəli mülki iş apellyasiya baxışından çıxarılsın və birinci instansiyası məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar