Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1553/2020 23.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi: X1, Cavabdehin nümayəndəsi: X3 iştirakları ilə, İddiaçı X2 Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi İ.Hacıyev və cavabdeh V.B.Əyeva tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddianın qismən təmin edilməsi, iddiaçı «xxxxxxxx» ASC ilə Cavabdeh arasında bağlanan xx xxxxxx 2014-cü il tarixli 4-G-1-0-1299-14, 6-Z1G1-6-0-1624-15 saylı kredit müqaviləsi və həmin müqavilə üzrə xx xxxxxx 2016-cı il tarixli əlavə sazişin ləğv edilməsi, Cavabdeh əsas kredit borcuna görə 40196,96 manat, faiz borcu 21.514,58 manat, cərimə borcu üzrə 20 manat olmaqla, cəmi 61.731,54 qəpik məbləğində kredit borcuna görə pul, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi rüsumuna görə 20 manat cəmi, 35 manat məhkəmə xərcinə görə pulun tutulub «xxxxxxxx» ASC-nə ödənilməsi, tutmanın kreditin təminatı olan Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Abbasov küçəsində yerləşən, 0,10 ha torpaq sahəsinin üzərində yerləşən 95,3 kv.m ümumi sahəsi olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evinə yönəldilməsi, evin ilkin satış qiymətinin 110.000 manat müəyyən edilməsi, həmin evin Cavabdeh tərəfindən boşaldılması və açıq hərracda satılması, satışdan əldə edilən pulun iddia tələbinin təmin edilən hissəsində banka ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 145 manatın cavabdehdən alınması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı X4 Cavabdeh qarşı müqavilə üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, arasında bağlanan xx xxxxxx 2014-cü il tarixli 4-G-1-0-1299-14, 6-Z1G1-6-0-1624-15 saylı kredit müqaviləsi və həmin müqavilə üzrə xx xxxxxx 2016-cı il tarixli əlavə saziş ləğv edilməsi, Cavabdeh əsas kredit borcuna görə 50939,27 manat, faiz borcu 14.769 manat, cərimə borcu üzrə 29,01 manat cərimə borcu, cəmi 65.737,04 manat borcun, 30 manat dövlət rüsumuna görə, həmçinin bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın kreditin təminatı olan Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Abbasov küçəsində yerləşən, 0,10 ha torpaq sahəsinin üzərində yerləşən 95,3 kv.m ümumi sahəsi olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun həmin əmlakların satışından əldə edilən pul vəsaitinin hesabına banka ödənilməsi, satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, borcun ümumi qaydada tutulması, həmin əmlak açıq hərracda satılıdıqdan 1 ay sonra Cavabdeh həmin evə istifadə hüququnun itirilməsi, onun həmin evdən çıxarılması, əmlakın boşaldılıb banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2014-cü il tarixli 4-G-1-0-1299- 14 kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı İKB ASC «Sumqayıt» filialından 24%-lə 120 ay müddətinə 40.700 ABŞ dolları məbləğində kredit götürmüşdür. xx xxxxxx 2016-cı il tarixli əlavə sazişə əsasən kreditin müddəti 29.637,11 ABŞ dolları Mərkəzi bankın xx xxxxxx 2016-cı il tarixə olan məzənnəsi ilə (və ya bankın müəyyən etdiyi məzənnə ilə) konvertasiya edilməklə 52088,28 manat təşkil edir, kreditin müddəti xx xxxxxx 2026-cı il tarixədək uzaldılmışdır. Borcun təminatı olaraq, Cavabdeh mülkiyyətində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Abbasov küçəsində yerləşən, 0,10 ha torpaq sahəsinin üzərində yerləşən 95,3 kv.m ümumi sahəsi olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evi xx xxxxxx 2014-cü il tarixli 4-G-1-0-1299-14 kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilməkdə müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36% cərimə hesablayıb borcludan tələb olunur. xx xxx 2018-ci il tarixədək Cavabdeh 65.737,8 manat borcu vardır. İşin məhkəmə baxışında iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh onun xeyrinə xx xxxxxx 2014-cü il tarixli 4-G-1-0- 1299-14 kredit müqaviləsi üzrə banka 50939,27 manat əsas, 27945,98 manat faiz, 279,06 manat cərimə borcu olmaqla cəmi, 79.164,31 manat borcun 30 manat dövlət rüsumuna görə bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının ödənilməsi, tutmanı Cavabdeh mülkiyyətində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Abbasov küçəsində yerləşən, 0,10 ha torpaq sahəsinin üzərində yerləşən 95,3 kv.m ümumi sahəsi olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evinə yönəldilməsi həmin əmlakın açıq hərracdan satılması və borcun həmin əmlakların satışından əldə edilən pul vəsaitinin hesabına banka ödənilməsi, satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, borcun ümumi qaydada tutulması, həmin əmlakın açıq hərracda satılıdıqdan 1 ay sonra Cavabdeh həmin evə istifadə hüququnun itirilməsi, onun həmin evdən çıxarılması, əmlakın boşaldılıb banka təhvil verilməsi barədə və tərəflər arasında bağlanan kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi İ.Hacıyev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə cavabdehlərin kredit borcunu əsassız olaraq əsas, faiz və cərimə borcu hissəsində azaltmışdır. Halbuki, Bank tərəfindən cavabdehlərə təqdim edilmiş ödəniş qrafikində onların vaxtlı-vaxtında etməli olduqları ödənişlər qeyd edilmişdir. İndiki vəziyyətdə isə tərəf ödəmələri gecikdirmələrlə etmiş və həmin ödənişləri qrafik üzrə aparmamışdır. Bu faktı hakim özü də qətnamədə qeyd etmişdir. Bundan əlavə qanun cərimənin hakim tərəfindən azaldılmasını nəzərdə tutsa da faiz borcuna bu halı aid etməmişdir. Məhkəmə qətnamədə ekspert rəyinə əsaslanaraq faiz borcunu azaltmışdır. İş üzrə yenidən ekspertiza təyin edilməmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(012)-121/2019 saylı qətnaməsini qismən ləğv edərək, “xxxxxxxxx” ASCnin iddia tələblərinin təmin olunmayan hissədə tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ondan tutulan borcun məbləği qətnamədə 61.731,54 manat göstərilmişdir. Halbuki, o, xx xxxxxx 2014-cü il tarixdə bankdan kredit müqaviləsi üzrə cəmi 40.700 ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmin dövrdə bu məbləğ Azərbaycan manatı ilə cəmi 32.000 manat məbləğ edirdi. Uzun müddət borcdan ödənişlər etmişdir. Amma sonradan ondan asılı olmayan səbəblərdən situasiya dəyişmişdir. Yəni hamıya məlum olan devalivasiya baş vermiş, doların manata olan nisbəti kəskin şəkildə artmışdır. Devalivasiyadan sonra bankın təklifinə uyğun olaraq əlavə razılaşma baş tutmuşdur. Dolların dəyərinin yenədə qalxacağına olan qorxudan o, bankın bütün təkliflərini qəbul edərək yeni müqavilə imzalamışdır. Bu müqavilədə isə bank cərimə borclarını belə yenidən faizə borc vermişdir. Məhkəmə araşdırması dövründə əldə edilmiş ekspertiza nəticələrinə əsasən ona 1 il üçün ümumilikdə 11.000 manat faiz borcu hesablanmışdır. Onun bu bir il müddətində ödədiyi məbləğlərin hansı formada hesablandığı isə ümumiyyətlə aydınlaşdırılmamışdır. Məhkəmə əmlakın ilkin satış qiymətini 110.000 manat müəyyən etmişdir. Həmin qiymətlə razı deyildir. Birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnamənisinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi R.M.Abdullayev öz apellyasiya şikayətininin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi, onun təmin olunmasını, cavabdehin apellyasiya şikayətini qəbul etmədi və təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdehin nümayəndəsi B.M.Əliyev öz apellyasiya şikayətininin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının nümayəndəsinin apellyasiya şikayətini qəbul etmədi və təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə cavabdehin apellyasiya şikayəti qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında kredit və zaminlik müqaviləsinin olmasına və cavabdehlər tərəfindən müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur, lakin evin dəyəri hissəsində dəyişdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi və Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan xx xxxxxx 2014-cü il tarixli 4-G-1-0-1299-14 saylı kredit müqaviləsindən müəyyən edilir ki, Cavabdeh İddiaçı İKB ASC tərəfindən illik 24%-lə 120 ay müddətinə 40.700 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan xx xxxxxx 2016-cı il tarixli əlavə sazişdən müəyyən edilir ki, qalıq məbləği 29.637,11 ABŞ dolları Mərkəzi bankın xx xxxxxx 2016-cı il tarixə olan məzənnəsi ilə (və ya bankın müəyyən etdiyi məzənnə ilə) konvertasiya edilməklə 52.088,28 manat təşkil edir, kreditin müddəti xx xxxxxx 2026-cı il tarixinədək uzaldılmışdır. İş materiallarında olan xx xxxxxx 2014-cü il tarixli 4-G-1-0-1299-14 saylı ipoteka müqaviləsindən görünür ki, xx xxxxxx 2014-cü il tarixli 4-G-1-0-1299-14 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh mülkiyyətindəki Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Abbasov küçəsində yerləşən, 0,10 ha torpaq sahəsinin üzərində yerləşən 95,3 kv.m ümumi sahəsi olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evi ipoteka müqaviləsilə yüklü edilmişdir. İşə əlavə olan maliyyə arayışından görünür ki, xx xxxxxx 2014-cü il tarixli 4-G-1-0- 1299-14 saylı kredit müqaviləsinə əsasən xx xxxxxxxx 2018-ci il tarixədək Cavabdeh banka 50.939,27 manat əsas, 14.769,52 manat faiz, 29,01 manat cərimə borcu olmaqla cəmi 65.737,08 manat borcu vardır. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2018-ci il tarixli 23073 saylı rəyindən müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, işdə olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 4-G-1-0-1299-14 saylı kredit, 6-Z1G1-6-0-1624-15 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsini rəhbər tutaraq Cavabdeh İddiaçı İKB ASC-nə xx xxx 2018-ci il tarixə ödənilməli olan borcu 51,313,93 manat, o cümlədən əsas kredit borcu 40.196,96 manat, faiz borcu 11.116,97 manat müəyyən edilir. Hazırkı ekspertiza tədqiqatı zamanı tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 4-G-1-0-1299-14 saylı kredit, -Z1G1-6-0-1624-15 saylı kredit müqaviləsi üzrə bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün xx xxx 2018-ci il tarixə Cavabdeh cərimə borcu hesablanmadı. İşdə olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2019-cu il tarixli 1209 saylı rəyindən müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, işdə olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx xxxxxx 2014cü il tarixli 4-G-1-0-1299-14 saylı kredit, 6-Z1G1-6-0-1624-15 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsini rəhbər tutaraq Cavabdeh İddiaçı İKB ASC-nə xx xxx 2018-ci il tarixə ödənilməli olan borcu 51,313,93 manat, o cümlədən əsas kredit borcu 40.196,96 manat, faiz borcu 11.116,97 manat müəyyən edilir. Hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 4-G-1-0-1299-14 saylı kredit, -Z1G1-6-0-1624-15 saylı kredit müqaviləsi üzrə bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadıgı üçün xx xxx 2018-ci il tarixə Cavabdeh cərimə borcu hesablanmadı. İşə əlavə olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019cu il tarixli 18334 saylı rəyindən müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, işdə olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 4-G-1-0-1299-14 saylı kredit, 6-Z1G1-6-0-1624-15 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsini rəhbər tutaraq Cavabdeh İddiaçı İKB ASC-nə xx xxxx 2019-cu il tarixə ödənilməli olan borcu 61,711,54 manat, o cümlədən əsas kredit borcu 40.196,96 manat, faiz borcu 21.514,58 manat müəyyən edilir. Hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 4-G-1-0-1299-14 saylı kredit, -Z1G1-6-0-1624-15 saylı kredit müqaviləsi üzrə bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadıgı üçün xx xxx 2018-ci il tarixə Cavabdeh cərimə borcu hesablanmadı. İşə əlavə olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2020ci il tarixli 9/4016 saylı rəyindən müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, işdə olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 4-G-1-0-1299-14 saylı kredit, 6-Z1G1-6-0-1624-15 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsini rəhbər tutaraq Cavabdeh İddiaçı İKB ASC-nə xx xxxx 2019-cu il tarixə ödənilməli olan borcu 61,711,54 manat, o cümlədən əsas kredit borcu 40.196,96 manat, faiz borcu 21.514,58 manat müəyyən edilir. Məhkəmə kollegiyası tərəflərin iş üzrə keçirilmiş ekspertiza rəylərinin təyin etdiyi məbləğlə razı olmaması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, iş üzrə ekspertiza rəyi digər sübutlarla təkzib olmadığından mötəbər hesab edilməli, iddia əsas borc və faiz borca dair hissədə qismən təmin edilməsi, xx xxxx 2019cu il tarixə ödənilməli olan borc 61,711,54 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını məhkəmə kollegiyası düzgün hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci madəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Cavabdeh tərəfindən götürülmüş kreditin miqdarını, hesablanmış faizlərin və cərimənin miqdarını müqayisə edərək, məhkəmə kollegiyası hesab edir ki, cərimənin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən dəbbə pulunun azaldılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınan əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanda ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan «xxxxxxxxxxxxxxxxxxx» MMC-nin və qiymətləndirmə şirkətinin xx xxxxxxx 2020-ci il tarixli rəyinə əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Abbasov küçəsində yerləşən 95,3 kv.m ümumi sahəsi olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evinin likvid dəyəri 118.000 manat müəyyən edilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayətlərində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməməlidir, lakin dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçının nümayəndəsi İsa Hacıyevin apellyasiya şikayəti təmin edilməsin, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxx 2019-cu il tarixli 2(012)- 121/2019 saylı qətnaməsi dəyişdirilsin. İddiaçı «xxxxxxxx» ASC ilə Cavabdeh arasında bağlanan xx xxxxxx 2014-cü il tarixli 4-G-1-0-1299-14, 6-Z1G1-6-0-1624-15 saylı kredit müqaviləsi və həmin müqavilə üzrə xx xxxxxx 2016-cı il tarixli əlavə saziş ləğv edilsin, Cavabdeh əsas kredit borcuna görə 40196,96 manat, faiz borcu 21.514,58 manat, cərimə borcu üzrə 20 manat olmaqla, cəmi 61.731,54 qəpik məbləğində kredit borcuna görə pul, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi rüsumuna görə 20 manat cəmi, 35 manat məhkəmə xərcinə görə pul tutulub «xxxxxxxx» ASC-nə ödənilsin, tutma kreditin təminatı olan Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Abbasov küçəsində yerləşən, 0,10 ha torpaq sahəsinin üzərində yerləşən 95,3 kv.m ümumi sahəsi olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evinə yönəldilsin, evin ilkin satış qiymətinin likvid dəyəri 118.000 manat müəyyən edilsin, həmin ev Cavabdeh tərəfindən boşaldılsın və açıq hərracda satılsın, satışdan əldə edilən pul iddia tələbinin təmin edilən hissəsində banka ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 295 (iki yüz doxsan beş) manat məbləğində pul Cavabdeh alınaraq SAP (XİİS) hesabı Dövlət Xəzinədarlığı Agentliyi kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1553/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1553/2020
23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver