Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1556/2023 05.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi tələbinə dair mülki iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X6 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil3 və cavabdehin vəkili və nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(031)-29/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. Şabran rayonu, Dəvəçi kəndində yerləşən 0.1897 ha, 2.1386 ha, 4 ha, 5.2 ha, 1.55 ha, 1.631 ha Şabran rayonu, Təzəkənd kəndində yerləşən 0.7761 ha, Şabran rayonu, Gəndob kəndində yerləşən 3.335 ha, 1.85 ha, 1.688 ha, 1.54 ha, 0.616 ha, 0.6161 ha, 0.547 ha torpaq sahələri iddiaçının xüsusi mülkiyyətindədir.
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurulmuş maddi zərərə görə ******* manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Şabran Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(031)-37/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 2(105)-1783/2021 nömrəli qətnaməsi ilə sözügedən qətnamə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(102)-3888/2022 nömrəli qərarı ilə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi (məhkəmə aidiyyatının pozulması əsası ilə) ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(105)-2096/2022 nömrəli qərardadı ilə Şabran Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(031)-37/2021 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh MMCyə qarşı pul tələbinə dair iddia ərizəsi baxılmaq üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2-2(119)-81/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. (qanuni qüvvəsini almamışdır)
3. Sözügedən məhkəmə aktlarında göstərilir ki, Cavabdeh təsisçisi X1 30 oktyabr 2006-cı il tarixli, 01 nömrəli əmrinə əsasən İddiaçı Cavabdeh direktoru vəzifəsinə təyin edilmiş və 2017-ci ilədək Cavabdeh MMC-nin direktoru işləmişdir.
4. Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsi Cavabdeh MMC-yə 03 noyabr 2022-ci il tarixli məktub ünvanlayaraq bildirmişdir ki, İddiaçı Cavabdeh MMC-nin direktoru işlədiyi dövrdə təsisçilərin razılığı olmadan Cavabdeh MMC-yə məxsus torpaq sahələrinin qanunsuz olaraq satılması və eləcə də onun tərəfindən əmlak hüquqlarının etibardan sui-istifadə və aldatma yolu ilə əldə edilməsi barədə Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanlanmış müraciət üzrə Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində hazırda araşdırma davam etdirilir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı məhkəməyə müraciət edərək yuxarıda sadalanan mülkiyyətində olan 14 sayda daşınmaz əmlakın cavabdehin qanunsuz sahibliyindən ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh sözügedən torpaq sahələrinin bir qismini 2018-ci ilin yanvar ayından başlayaraq, həmin tarixdən sonra əldə etdiyi digər torpaq sahələrini isə əldə etdiyi andan zəbt etmişdir. O, cavabdehin qanunsuz sahibliyindən dəfələrlə əmlaklarını geri tələb etsə də, heç bir nəticəsi olmamışdır. Üstəlik cavabdeh zəbt etdiyi həmin torpaq sahələrinin ona məxsus olduğunu iddia etməkdədir. Göründüyü kimi o, faktiki olaraq mülkiyyətindən məhrum olmuşdur. Odur ki, o, cavabdehin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edir.
7. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, qeyd olunan torpaq sahələri Cavabdeh MMC-nin istifadəsində olmuşdur. İddiaçı sonradan alqı-satqı edərək həmin torpaq sahələrinə görə öz adına çıxarışlar almışdır. İddiaçı Cavabdeh MMC-də icraçı direktor işləmişdir. Buna əsasən də öz adına mülkiyyət sənədləri almışdır. O, iddianı əsassız hesab edir, xahiş edir ki, iddia təmin edilməsin.
8. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 04 may 2022-ci il tarixli 10/1768 saylı ekspert rəyinə görə, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, **********87 saylı mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu sxemlərinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********14 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şabran rayonu, Gəndob kəndi ünvanında yerləşən 1,54 ha torpaq sahəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində reyestrdə 4Ə-09 nömrə ilə qeyd edilən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında İddiaçı əldə etdiyi, mülkiyyətində olan Şabran rayonu, Gəndob kəndi ərazisində yerləşən 0,6161 ha torpaq sahəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********625 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan, Şabran rayonu, Gəndob kəndi ünvanında yerləşən 0,616 ha torpaq sahəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********13 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şabran rayonu, Gəndob kəndi ünvanında yerləşən 1,85 ha torpaq sahəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində reyestrdə 4Ə-87 nömrə ilə qeyd edilən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında İddiaçı əldə etdiyi, mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 1,631 ha torpaq sahəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********94 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 1,5522 ha torpaq sahəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********57 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 0,7761 ha torpaq sahəsi bütövlüklə Cavabdeh MMC tərəfindən istifadə olunur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2020-ci il tarixli, reyestrdə 4Ə-13 nömrə ilə qeyd edilən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında İddiaçı əldə etdiyi, mülkiyyətində olan Şabran rayonu, Gəndob kəndi ərazisində yerləşən 0,547 ha torpaq sahəsinin 0,47 ha hissəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********15 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şabran rayonu, Gəndob kəndi ünvanında yerləşən 3,335 ha torpaq sahəsinin 2,96 ha hissəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********16 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şabran rayonu, Gəndob kəndi ünvanında yerləşən 1,688 ha torpaq sahəsinin 1,37 ha hissəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********31 reyestr nömrəli çıxarışa əsasən İddiaçı Nemətulla oğlunun mülkiyyətində olan Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən 2.1386 ha torpaq sahəsinin 0,3150 ha hissəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********63 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 5,20 ha torpaq sahəsinin 1.85 ha hissəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********61 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 4,0 ha torpaq sahəsinin 3,86 ha hissəsi Cavabdeh MMC tərəfindən istifadə olunur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********30 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 0,189702 ha torpaq sahəsi Cavabdeh MMC-nin istifadəsində olan torpaq sahəsinin hüdudlarından kənarda yerləşir.
9. Şabran Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Çingiz İsgəndərov, iş № 2(031)-29/2022) iddia qismən təmin edilərək Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********30 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 0.189702 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********31 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 2.1386 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********61 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 4 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********63 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 5.20 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 0.7761 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən mülkiyyətində olan Şabran rayonu, Gəndob kəndi ünvanında yerləşən 3.335 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********13 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən mülkiyyətində olan Şabran rayonu, Gəndob kəndi ünvanında yerləşən 1.85 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********16 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən mülkiyyətində olan Şabran rayonu, Gəndob kəndi ünvanında yerləşən 1.688 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********14 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən mülkiyyətində olan Şabran rayonu, Gəndob kəndi ünvanında yerləşən 1.54 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli, seriya № ******* olan çıxarışa əsasən mülkiyyətində olan Şabran rayonu, Gəndob kəndi ünvanında yerləşən 0.616 ha torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 1.5522 ha torpaq sahəsinin, xx.xx.2020-ci il tarixli, reyestrdə 4Ə- 09 nömrə ilə qeyd edlən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əldə etdiyi, mülkiyyətində olan Şabran rayonu, Gəndob kəndi ərazisində yerləşən 0.6161 ha torpaq sahəsinin, xx.xx.2020-ci il tarixli, reyestrdə 4Ə-13 nömrə ilə qeyd edlən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əldə etdiyi, mülkiyyətində olan Şabran rayonu, Gəndob kəndi ərazisində yerləşən 0.547 ha torpaq sahəsinin, 09.03..2020-ci il tarixli, reyestrdə 4Ə- 87 nömrə ilə qeyd edlən daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əldə etdiyi, mülkiyyətində olan Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 1.631 ha torpaq sahəsinin Cavabdeh MMC-nin qanunsuz sahibliyindən İddiaçı geri qaytarılması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq olunan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir.
11. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Konstitusiyanın 13.1, 29.2, Torpaq Məcəlləsinin 4.2, 65.2, 68, 84.1, 103.1, Mülki Məcəllənin 152.5, 157.2, 157.4cü maddələrinə istinad etmişdir.
b) apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair yen qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisələndirilən torpaq sahələri uzun müddət Cavabdeh MMC-nin sahibliyində, istifadəsində və sərəncamında olmuş və bu, 2017-ci ilədək Cavabdeh MMC-nin direktoru işləmiş İddiaçı da açıq-aşkar bəlli olmuşdur. İddiaçı mübahisəli torpaq sahələrini Cavabdeh MMC-nin direktoru kimi Cavabdeh MMC-nin vəsaiti hesabına almış, lakin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə öz adına rəsmiləşdirmişdir. Məhkəmə, mübahisəli torpaq sahələrinin əvvəlki mülkiyyətçilərini dəvət edib dindirməklə İ.N.İbrahimovun satıcılara özünü Cavabdeh MMCnin direktoru kimi təqdim etməsi və torpaq sahələrini də Cavabdeh MMC üçün aldığını bildirməsi və bununla da faktiki olaraq satıcının nəzərdə tutduğu əqdi deyil, vəzifə salahiyyətlərindən özünün varlanması üçün sui-istifadə yolu ilə saxtakarlıq etməsi ilə bağlı hallar araşdırılmamış, hüquqi qiymət verilməmişdir. Bundan əlavə olaraq, tərəflər hər ikisi sahibkardır, mübahisə kommersiya məhkəməsində baxılmalı oldugu halda, ümumi məhkəmədə baxılmışdır.
14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 noyabr 2022-ci il tarixli, qətnaməsi ilə (hakimlər Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova, Telman Quliyev, iş N 2(105)-2090/2022) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
16. Cavabdehin iş üzrə mübahisə edilən işin kommersiya məhkəməsində baxılmalı oldugu halda, ümumi məhkəmədə baxılması barədə dəlilə qiymət verərək, hesab etdir ki, həmin dəlil qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrində aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 11-ci bəndinə əsasən MPM-nin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid oldugu göstərilmişdir. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir.
17. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
18. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Konstitusiyanın 13.1, 29.2, Torpaq Məcəlləsinin 4.2, 65.2, 68, 84.1, 103.1, Mülki Məcəllənin 152.5, 157.2, 157.4-cü maddələrinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrində aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 11-ci bəndinə istinad etmişdir.
c) kassasiya instansiyası məhkəməsindəki icraat
19. Cavabdeh (Vəkil1) qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin təkrar apelyasiya baxışına göndərilməsini xahiş etmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1447/2023 nömrəli 03 may 2023-cü il tarixli qərarı ilə (hakimlər X4 (məruzəçi), X5 və X3) Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2090/2022 nömrəli, 30 noyabr 2022-ci nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.
21. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiadan müəyyən olunur ki, iddiaçı fərdi sahibkar, cavabdeh isə kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir.
22. İddiaçının cavabdehdən geri tələb etdiyi mülkiyyətində olan torpaq sahələri kənd təsərrüfatlı təyinatlı olmaqla hal-hazırda cavabdeh tərəfindən təyinatı üzrə istifadə edilməkdədir. İddiaçı mülkiyyətində olan torpaq sahələrini tələb edir, cavabdeh isə etirazının əsası kimi bildirir ki, həmin torpaq sahələri əslində cavabdehə məxsusdur, iddiaçı Cəmiyyətdə direktor olduğu vaxt alınmışdır, iddiaçı saxtakarlıq edərək torpaq sahələrini alarkən öz adına sənədləşdirmişdir.
23. Beləliklə, müəyyən olunur ki, hazırki iddia fərdi sahibkarın əşya hüquqi münasibətlərindən irəli gələn tələbdir. Aşağı instansiya məhkəmələri hazırki mübahisəni mülki mübahisə kimi dəyərləndirmiş, mübahisənin məhz hər iki tərəfin ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini nəzərə almamış, bununla da aidiyyət qaydalarının pozulması ilə nəticələnən qətnamələr qəbul etmişlər.
24. Mübahisəli torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla, hər iki tərəfin sahibkarlıq fəaliyyətinin obyektini təşkil edir. Bu torpaq sahələri şəxsi istifadə üçün olan həyətyanı torpaq sahəsi olmadığından fərdi sahibkar olan iddiaçının həmin torpaq sahələri ilə bağlı iddiası ümumi məhkəməyə aid deyil.
Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil1 işə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmasını xahiş etdi.
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil3 işə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmasına etiraz etmədiklərini bildirdilər.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır.
Maddə 25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 25.2. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
Maddə 26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...) 384.0.4. işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; (...)
Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi (...)
Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: (...) 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. (...)
Apellyasiya baxışının hədləri
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1447/2023 nömrəli 03 may 2023-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2090/2022 nömrəli, 30 noyabr 2022-ci nömrəli qətnaməsi tamamilə ləğv edilib, iş yeni baxışa göndərildiyindən hazırda birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi apellyasiya şikayətinə əsasən tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir.
30. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarında göstərilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
31. İş materiallarından aydın olur ki, iddiaçı fərdi sahibkar, cavabdeh isə kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. İddiaçının cavabdehdən geri tələb etdiyi mülkiyyətində olan torpaq sahələri kənd təsərrüfatlı təyinatlı olmaqla hal-hazırda cavabdeh tərəfindən təyinatı üzrə istifadə edilməkdədir. Mübahisəli torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla, hər iki tərəfin sahibkarlıq fəaliyyətinin obyektini təşkil edir.
32. Göründüyü kimi mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır.
33. MPM-in yuxarıda istinad olunan 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır.
34. İşə baxan birinci instansiya məhkəmə isə iş üzrə tərəflərin subyektiv tərkibini, mübahisənin predmetini və tərəflər arasındakı hüquq münasibətlərinin xarakterini nəzərə almamış, məhkəmə aidiyyəti məsələsinə qiymət verməmişdir.
35. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarında göstərilir ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət(lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir.
36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan işə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır.
37. İşdən görünür ki, cavabdehin hüquqi ünvanı Şabran rayonu, Gəndob kəndidir.
38. “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən, Şabran rayonu Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir.
39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26, 384.0.4, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(031)-29/2022 nömrəli qətnaməsi ləğv edilsin. Mülki iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.