Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1566/2022 25.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı, Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5 (X9) nümayəndə və vəkili Vəkil1, Cavabdeh1 nümayəndə və vəkili Vəkil3 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5 (X9) cavabdehlər Cavabdeh2 Sultanəhməd oğlu, Cavabdeh1 vəüçüncüşəxslər DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Quba rayon notariat kontoruna (hal-hazırda 23 saylı notariat ofisinin) qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(027)-1270/2020 nömrəli qətnaməsindən üçüncü şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinəaçıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Quba Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(027)-1270/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Quba rayonu notariat kontorunun xüsusi notariusu X18 tərəfindən 4Ə-2443 reyestr nömrəsi təsdiq edilərək Cavabdeh2 Sultanəhməd oğlu və Cavabdeh1 arasında bağlamış AN-İ № ******* saylı xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Cavabdeh1 adına tam xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair Seriya RX ******* saylı xx.xx.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsinin İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 (X9) sahibliyinə qaytarılması qət edilmişdir (hakim İ.Məmmədov). Qətnamədən üçüncü şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(027)-1270/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyul 2021-ci il tarixli, 2(105)-1449/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, İddiaçı4 nümayəndəsi Vəkil1 iddiadan imtina barədə ərizəsi təmin edilmiş, Quba Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(027)-1270/2020 nömrəli qətnaməsi ləğv edilmiş və İddiaçı4 aid iddia tələbi üzrə icraata xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyul 2021-ci il tarixli, 2(105)-1449/2021 nömrəli qətnaməsi ilə (hakim S.A.Qafarinin sədrliyi və məruzəsi ilə, hakimlər Ş.R.Abasovdan və T.Q.Məmmədovdan ibarət tərkibdə) üçüncü şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Quba rayonu notariat kontorunun xüsusi notariusu X18 tərəfindən 4Ə- 2443 reyestr nömrəsi ilə təsdiq edilərək Cavabdeh2 Sultanəhməd oğlu və Cavabdeh1 arasında bağlamış AN-İ № ******* saylı 03 avqust 2017-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş tam xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair Seriya RX ******* saylı, 13 mart 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsinin İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5 (X9) sahibliyinə qaytarılması qət edilmişdir. Üçüncü şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyul 2021-ci il tarixli, 2(105)1449/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasnın 2(102)-639/2022 saylı, 07 fevral 2022-ci il tarixli qərarı ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyul 2021-ci il tarixli, 2(105)-1449/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İŞİNHALLARİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 (X9) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, İ Nügədi kəndindəki sahəsi 0,6297 ha torpaq sahəsi üzrəüçüncüşəxs Quba rayonu notariat kontorunun xüsusi notariusu X18 tərəfindən 4Ə-2443 reyestr nömrəsi təsdiq edilərək cavabdehlər Cavabdeh2 Sultanəhməd oğlu vəCavabdeh1 arasında bağlamış AN-İ Ns ******* saylı xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsi üzrəüçüncüşəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmişCavabdeh1 adına tam xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair Seriya RX ******* saylı xx.xx.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və qeyd edilən torpaq sahəsinin iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 (X9) sahibliyinə qaytarılması barədə qətnaməçıxarılmasını xahiş etmişlər. İşüzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA Şİ K A Y Ə T İ N İ N DƏ L İ L L Ə R İ və P R O S E S İŞ T İ R A K Ç İ L A R İ N İ N İ Z A H A T L A R İ: Üçüncü şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Quba Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilərəl qətnamənin ləğv edilməsi məhkəmə kollegiyasından xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi əsasında ləğv edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş RX ******* saylı, xx.xx.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsaslanaraq Quba rayonu, İ Nügədi kəndində yerləşən 0.6297 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən Qusar rayonu notariat ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş 05 may 2020-ci il tarixli, 4Ə-792 reyestr nömrəli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında İddiaçı6 satılmışdır. Həmin müqavilə əsasında Quba rayonu, İ Nügədi kəndində yerləşən 0.6297 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı6 adına 13 may 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bununla da ləğv edilməsi nəzərdə tutulan torpaq sahəsinə dair mülkiyyət hüququ Cavabdeh1 tərəfindən itirilmiş və bu halda gələcəkdə məhkəmə qətnaməsinin icrası qeyri-mümkün olacaqdır. Məhkəmə mübahisəni həll edərkən hər şeydən əvvəl torpaq sahəsinin cavabdehin mülkiyyətində olub-olmamasını, özgəninkiləşdirilməsini, həbsdə olub-olmamasını və beləliklə də qətnamənin gələcəkdə icrasının mümkünlüyünü araşdırmalıdır. Lakin bu hallar məhkəmə tərəfindən araşdırılmadığından qətnamə ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5 (X9) nümayəndə və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, Yasamal Rayon Məhkəməsinin icraatında cari işlə əlaqəli 2(004)-4064/2022 nömrəli mülki iş olmuşdur. Həmin mülki işüzrə məhkəmə iclas protokollarının surətini məhkəməyə təqdim edib. Hazırda Bakı Apellyasiya Məhkəməsində həmin işin icraatı dayandırılıb. İş Yasamal Rayon Məhkəməsinin icraatında olarkən Cavabdeh1 məhkəmə iclasında şəxsən iştirak edərkən bildirib ki, torpağı onun işçisi olan Niftəliyev Ədalət alıb. Niftəliyev Ədalət alğı-satqıda Cavabdeh2 Sultanəhməd oğlunun nümayəndəsidir. Cavabdeh1 adından isə Bayramşah Qələmiyev (Nügədi kəndində torpaq alğı-satqısı ilə məşğuldur) tərəf kimi iştirak etmişdir. Mübahisəyə dair Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Həmin qətnamədə pay torpaqlarının Musayevlərə məxsus olduğu müəyyən edilmiş, qətnamə icra olunmuşdur. Bundan sonra Cavabdeh2 Cavabdeh1 işçisi olan Niftəliyev Ədalətə etibarnamə vermiş, notarial alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləni X8 Bayramşah bağlamış, sənədləri saxtalaşdırmışlar. Bu barədə dəfələrlə prokurorluğa müraciət etsələr də cinayət işi başlanılmadı. Cavabdeh2 nümayəndəsi Cavabdeh1 işçisi, Cavabdeh1 nümayəndəsi isə Nügədi kənd sakinidir. Yəni burada nə Ədalət Niftəliyev, nə Qələmiyev Bayramşah nə də Cavabdeh1 vicdanlı tərəf olduğundan söhbət gedə bilməz. Müqavilənin hər iki tərəfi Cavabdeh1 xeyrinə çalışan şəxslər olub. Ali Məhkəmənin göstərişlərinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsassızdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(027)- 1270/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndə və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, nümayəndə vasitəsilə müqavilə bağlanılması qanunvericiliyin tələblərinə uyğundur. Cavabdeh1 həmin zaman əmlaka dair mübahisə olduğunu bilmirdi. O, torpağı 2017-ci ildə alıb, 2020-ci ildə isə İddiaçı6 satıb. İndi həmin əqd mübahisələndirilib. Kənd camaatı da, iddiaçılar da Cavabdeh1 torpağa dair mübahisə olduğunu deməyiblər, Əbülfəz Məmmədov orada alma bağı salıb. Yenə də ona hər hansı maneə törətməyiblər. Cavabdeh1 torpağı alanda məhkəmə işi barədə məlumatlı olmayıb. Yalnız iddiaçılar iddia qaldırdıqdan sonra Cavabdeh1 mübahisə barədə məlumat əldə edib. Bu səbəbdən hesab edir ki, Cavabdeh1 vicdanlı adlıcıdır. İşüzrə reyestrin tamlığı vəəsaslılığı prezumpsiyası qüvvədədir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(027)-1270/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdeh İddiaçı6, üçüncü şəxslər DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin və Quba rayon notariat kontorunun (hal-hazırda 23 saylı notariat ofisinin) nümayəndəsi, habelə Cavabdeh2 Sultanəhməd oğlunun hüquqi varisləri qismində işə cəlb edilmiş X3, X14 və X19 məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM 376.2. maddəsinə əsasən həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görəapellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə vəya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiyaşikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır vəşikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görəapellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsində Cavabdeh2 Sultanəhməd oğlunun nümayəndəsi Vəkil4 iddia tələbini qəbul edərək bildirdi ki, cavabdeh Hüseynov X11 Rayon Məhkəməsinin 2-323 saylı iş üzrə xx.xx.2006-cı il tarixli qətnaməsinə əsasən Quba rayonu, İ Nügədi kəndindəki 0,6297 ha torpaq sahəsi üzrə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsindən Seriya MH № ******* olan xx.xx.2006-cı il tarixli HDQH DƏDR-dən çıxarış almışdır. Həmin çıxarış əsasında Quba rayonu, İ Nügədi kəndindəki sahəsi 0,6297 ha torpaq sahəsini Cavabdeh1 satmışdır. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının qanuni qüvvəyə minmiş 2(105)-588/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən Quba Rayon Məhkəməsinin 2-323 saylı iş üzrə xx.xx.2006-cı il tarixli qətnaməsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Quba rayonu, İ Nügədi kəndindəki sahəsi 0,6297 ha torpaq sahəsi üzrə Cavabdeh2 Sultanəhməd oğluna çıxarışın verilməsi hissəsində ləğv edilmişdir. Göstərilənləri nəzərə alaraq onlara qarşı verilmiş iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-323 saylı qətnaməsinə əsasən JN 1148 saylı dövlət aktı ilə İddiaçı5, X5 və ailə üzvlərinə məxsus torpaq sahəsindən 1,06 ha əkin sahəsini Cavabdeh2 Sultanəhməd oğluna alğısatqı qaydasında satmalarına dair əqdin etibarlı hesab edilməsi, həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi və onun adına həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarış verilməsi DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli, 2(105)-588/2012 saylı qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2323 saylı qətnaməsi qismən ləğv edilmiş, iddiaçı Cavabdeh2 Sultanəhməd oğlunun cavabdehlər İddiaçı5, X5 və ailə üzvlərinin JN 1148 saylı dövlət aktı ilə onlara məxsus torpaq sahəsindən 1,06 ha əkin sahəsini iddiaçı Cavabdeh2 Sultanəhməd oğluna alğı-satqı qaydasında satmalarına dair əqdin etibarlı hesab edilməsi, həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi və onun adına həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarış verilməsi DƏDRXnin Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi hissəsində ləğv edilmiş, iddiaçı Cavabdeh2 Sultanəhməd oğlunun cavabdehlər İddiaçı5, X5 və ailəüzvlərinin JN 1148 saylı dövlət aktı ilə onlara məxsus torpaq sahəsindən 1,06 ha əkin sahəsini iddiaçı Cavabdeh2 Sultanəhməd oğluna alğı-satqı qaydasında satmalarına dair əqdin etibarlı hesab edilməsi, həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi və onun adına həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarış verilməsinin DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Seriya RX № ******* saylı, xx.xx.2013-cü il tarixli HDQH DƏDR-dən çıxarışından və AA 028654 saylı, xx.xx.2013-cü il tarixli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Quba rayonu, İ Nügədi kəndindəki 0,6297 ha torpaq sahəsi X5, İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı1 (X9) ümumi birgə xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Seriya MH № ******* olan xx.xx.2006-cı il tarixli HDQH DƏDR-dən çıxarışından görünür ki, Quba rayonu, İ Nügədi kəndindəki sahəsi 0,6297 ha torpaq sahəsi Cavabdeh2 Sultanəhməd oğlunun xüsusi mülkiyyətindədir. İş materiallarında olan Quba rayonu notariat kontorunun xüsusi notariusu Z.N.Dəmirov tərəfindən 4Ə-2443 reyestr nömrəsi ilə notarial qaydada təsdiq edilmiş AN-İ № ******* saylı xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, Hüseynov X11 rayonu, İ Nügədi kəndindəki 0,6297 ha torpaq sahəsini Cavabdeh1 satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX № ******* saylı, xx.xx.2018-ci il tarixli HDQH DƏDR-dən çıxarışı və A № 252480 saylı, xx.xx.2018-ci il tarixli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Quba rayonu, İ Nügədi kəndindəki 0,6297 ha torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqlarıəqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinəəsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. HəminMəcəllənin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, qanunverici məhkəmənin icraatında olan mülki işüzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Məhkəmə qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşdırılır və Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin məzmununa əsasən, qətnamə ilə müəyyən edilən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı işüzrə iştirak etmişşəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnaməçıxarır. Məhkəmə hesab etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının qanuni qüvvəsini almış qətnaməsi ilə JN 1148 saylı dövlət aktı ilə iddiaçılara məxsus torpaq sahəsindən 1,06 ha əkin sahəsinin Cavabdeh2 Sultanəhməd oğluna alğısatqı qaydasında satılmasına dair əqdin etibarlı hesab edilməsi, həmin torpaq sahəsinin Cavabdeh2 Sultanəhməd oğlunun mülkiyyətinə verilməsi və sonuncunun adına həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarış verilməsinin DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi hissəsində ləğv edildiyinə görə hazırki iddia ərizəsi əsaslıdır. Qeyd edilənlərə əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Quba rayonu notariat kontorunun xüsusi notariusu X18 tərəfindən 4Ə-2443 reyestr nömrəsi təsdiq edilərək Cavabdeh2 Sultanəhməd oğlu və Cavabdeh1 arasında bağlamış AN-İ № ******* saylı xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin torpaq sahəsi üzrə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Cavabdeh1 adına tam xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair Seriya RX ******* saylı xx.xx.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməli və qeyd edilən torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 (Musaev MamedagaAhmedaga oğlu) sahibliyinə qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşır. İş üzrə Cavabdeh2 Sultanəhməd oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Buna görə də X3, X14 və X19 onun hüquqi varisi qismində tanınmışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasnın 2(102)-639/2022 saylı, 07 fevral 2022-ci il tarixli Qərarında qeyd olunan göstərişlərə əsasən məhkəmə kollegiyası tərəfindən üçüncü şəxs qismində cəlb olunmuş İddiaçı6 məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi məlumatlandırılmışdır, yəni məlumat onun elektron kabinetində yerləşdirilmişdir. Bundan başqa mübahisələndirilən alğı-satqı müqaviləsi bağlanarkən toplanmış notariat işinin surəti iş materiallarına əlavə olunmuşdur. Həmin alğı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2006-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən mülkiyyət hüququ əsasında ona məxsus olan Quba rayonu, İ Nügədi kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,6297 ha torpaq sahəsini arvadı X6 razılğı ilə 03 avqust 2017-ci il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsinə əsasən 1000 (min) manat müqabilində Cavabdeh1 satmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansya məhkəməsi həmin alğı-atqı müqaviləsini etibarsız hesab etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, müəyyən olunmuşdur ki, Quba Rayon Məhkəməsinin 12 iyun 2006-cı il tarixli, 2-323/2006 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2 Sultanəhməd oğlunun iddiası təmin olunaraq, digər şəxslərlə yanaşı İddiaçı5, X2, İddiaçı2 özlərinə və azyaşlı uşaqları X7 və İddiaçı1 JN 1148 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 1,06 ha əkin və bağ sahəsinin oktyabr 2014-cü il tarixdə iddiaçı Cavabdeh2 Sultanəhməd oğluna satılmasına dair alğı-satqı əqdlərin etibarlı hesab edilməsi, həmin torpaq sahələrinə Cavabdeh2 Sultanəhməd oğlunun mülkiyyət hüququnun tanınması və adına dövlət qeydiyyatına alınması və reyestrdən çıxarış verilməsinin DƏDRX-nın Xaçmaz rayon idarəsinə həvalə edilməsi qət edilmişdir. Quba rayonunun İ Nügədi kəndinə 0,6297 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh2 Sultanəhməd oğlunun mülkiyyət hüququ 09 avqust 2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyul 2012-ci il tarixli, 2(105)-588/2012 saylı qətnaməsi ilə cavabdehlər İddiaçı5 və X1 apellyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 12 iyun 2006-cı il tarixli, 2-323/2006 saylı qətnaməsi qismən ləğv edilmiş, iddiaçı Cavabdeh2 Sultanəhməd oğlunun cavabdehlər İddiaçı5, X2 və ailə üzvlərinin JN 1148 saylı dövlət aktı ilə onlara məxsus torpaq sahəsindən 1,06 ha əkin sahəsini iddiaçı Cavabdeh2 Sultanəhməd oğluna alqı-satqı qaydasında satmalarına dair əqdin etibarlı hesab edilməsi, həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi və onun adına həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarış verilməsi DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi hissəsində ləğv edilmiş, iddiaçı Cavabdeh2 Sultanəhməd oğlunun iddiası həmin hissədə təmin edilməmişdir. Quba rayonunun İ Nügədi kəndinə 0,6297 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X2, İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı1 ümumi birgə mülkiyyət hüquqları 18 aprel 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yəni iş materiallarından müəyyən olunur ki, mübahisəli torpaq sahəsi 18 aprel 2013-cü il tarixdən iddiaçıların mülkiyyətində olmasına baxmayaraq cavabdeh mərhum Cavabdeh2 Sultanəhməd oğlu tərəfindən satılmışdır. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi tərəfindən iddia etiraf olunmuşdur. Bundan başqa iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsini Mülki Kollegiyasının 2(103)-2283 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-4064/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Qusar rayonu notariat kontoru tərəfindən 4Ə-792 reyestr nömrəli Cavabdeh1 və İddiaçı6 arasında bağlamış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən İddiaçı6 adına verilmiş tam xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair xx.xx.2020-ci il taixli, ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsinin İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5 (X9) sahibliyinə qaytarılması qət edilmişdir. Həmin qərardadla iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5 (X4) cavabdehlər Cavabdeh2 Sultanəhməd oğluna, Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Quba rayon notariat kontoruna (23 saylı notariat ofisinə) qarşı “alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək hazırki mülki iş üzrə icraat dayandırılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşır. Belə ki, iş materiallarından görünür ki, mübahisəli torpaq sahəsi iddiaçıların mülkiyyətində olduğu halda cavabdeh tərəfindən özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29.1-ci maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Konstitusiyanın 29.2-ci maddəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 29.3-cü maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Belə ki, qeyd edilən dəlillər araşdırılaraq qətnamə də onlara qiymət verilmişdir. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçılar Cavabdeh1 və İddiaçı6 arasında bağlanmış alğı-satqı müqaviləsini mübahisələndirmişlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinəəsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiyaşikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinəəsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni vəəsaslı olan, mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Quba Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(027)-1270/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Üçüncü şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin apellyasiya şikayəti təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1566/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1566/2022
25.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver