Məhkəmə qərarları › İş №2(105)-1574/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1574/2024

02.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1574/2024 02.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması və pul tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-134/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu, Çaykənarı (Alekseyevka) kəndində yerləşən 2,5895 torpaq sahəsinin cavabdehlər tərfindən zəbt edilmiş 40 sot torpaq sahəsinin onların qanunsuz sahibliyindən alınaraq ona qaytarılması, cavabdehdən ona dəymiş zərərin əvəzi olaraq 2000 (iki min) manat pulun alınaraq ona verilməsi və ödənilmiş 190 manat dövlət rüsumu pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-134/2024 nömrəli qətnaməsi ilə (hakim Vüsalə Qasımova) iddia tələbi təmin olunmamışdır. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-134/2024 nömrəli qətnaməsindən iddiaçı xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-1236/2024 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ərzində verilmədiyindən qeyri-mümkün hesab edilmişdir. Bundan sonra iddiaçı qətnamədən apelyasiya şikayəti verməklə yanaşı, buraxılmış prosessual müddətin bərpasına dair vəsatətlə də məhkəməyə müraciət edərək, buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, o apelyasiya şikayətini elektron qaydada göndərmək üçün ASAN imza nömrəsini əldə etmək üçün Xaçmaz şəhərində yerləşən KOB təşkilatına müraciət etmiş, həmin vaxt şəxsiyyət vəsiqəsi üstündə olmadığı üçün ASAN imza nömrəsini yalnız xx.xx.2024-cü il tarixdə əldə edə bilmiş və həmin tarixdə də apelyasiya şikayətini elektron qaydada məhkəməyə təqdim etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2(067)-134/2024 nömrəli qətnaməsindən şikayət verilməsi müddətinin buraxılmasını üzürlü hesab etməklə, müddəti bərpa edərək apelyasiya şikayətini və ona əlavə olunmuş sənədləri baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2(067)-134/2024 nömrəli qərardadı ilə vəsatət təmin edilməmiş və Xaçmaz Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2(067)-134/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2024-cü il tarixli, 2(067)- 134/2024 saylı qətnamə İddiaçı elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, bununla onun şikayət vermə müddəti başlamış və xx.xx.2024-cü il tarixədək davam etmişdir. İddiaçı tərəfindən apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə verilmiş, bununla da qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq şikayət vermə müddəti ötürmüşdür. Müddətin ötürülməsini isə bir neçə əsassız səbəblər gətirərək, məhkəmə iclasında əsaslandıra bilməmiş, gətirdiyi dəlilləri təsdiq edəcək heç bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Bu dəlillər müddətin üzrlü səbəbdən ötürülməsinə əsas hesab edilə bilməz. Xaçmaz Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2(067)-134/2024 nömrəli qərardadından narazı qalan iddiaçı şikayət verərək qərardadın ləğv edilməsini buraxılmış müddətin bərpasına dair ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisələndirdiyi məhkəmə qətnaməsi elektron kabinetinə xx.xx.2024-cii il tarixdə yerləşdirilmişdir. Həmin vaxt asan imza nömrəsi işlək olmamış, ona görə də elektron kabinetini izləyə bilməmişdir. Bundan da əlavə həmin qətnamənin surəti ona məhkəmədən xx.xx.2024-cü il tarixdə rəsmi qaydada verilmişdir. xx.xx.2024-cü il tarixdə asan imza nömrəsini KOB təşkilatında yenidən aktivləşdirərək həmin tarixdə də apellyasiya şikayəti elektron qaydada məhkəməyə göndərmişdir. Belə olan halda ümumiyyətlə prosessual müddəti buraxılmamışdır. Hətta qətnaməni xx.xx.2024-cii il tarixdə elektron kabinetə yerləşdirilməsi barədə dəlili qəbul etsə də, o, asan imza nömrəsini yalnız xx.xx.2024-cii il tarixdə aktivləşdirə bilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 2(067)-134/2024 nömrəli qərardadı ilə (hakim Nərmin Abıyeva) şikayət təmin edilməmiş, baxılması üçün iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materiallarına əsasən araşdırıb belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2(067)-134/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(067)- 134/2024 saylı qətnaməsi İddiaçı Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, bununla onun qətnamədən şikayət vermə müddətinin axımı başlamış və şikayət vermənin son müddəti xx.xx.2024-cü il tarixədək olmuş, lakin iddiaçı qətnamədən apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdə vermişdir ki, bununla da qətnamədən apellyasiya şikayəti verə bilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddəti ötürmüşdür. İddiaçı qətnamədən qanunla müəyyən edilməmiş müddətdə apellyasiya şikayəti verə bilməməsini ASAN imzanının işlək olmaması və ASAN imzasının yalnız xx.xx.2024-cü il tarixdə aktivləşdiyini bildirsə də buna dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir ki, bununla da iddiaçı qətnamədən apellyasiya şikayəti vermə müddətinin ötürülməsinin üzürlü səbəbdən baş verməsini məhkəmədə sübut edə bilməmişdir. Buna görə də məhkəmə kollegiyası şikayətin dəlillərini əssassız hesab etmişdir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edirsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-134/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar