Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1581/2022 05.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı birgə yaşayış zamanı ödənilmiş aliment məbləğinin silinməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli və 03 iyun 2022-ci il tarixli, e-2(012)-2924/2022 nömrəli qərardadlarından İddiaçı1 tərəfindən verilmiş şikayətlərə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı birgə yaşayış zamanı ödənilmiş aliment məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin 2(033)-1816/2016 saylı qətnaməsi ilə xx.xx.2006-cı il tarixdə doğulmuş X2 və xx.xx.2008-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xeyrinə tutulan hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat alimentin – birgə yaşadıqları 3 ildə yığılmış 7200 manat alimentin yığılmış borcdan silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(012)-2924/2022 saylı qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı birgə yaşayış zamanı ödənilmiş aliment məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır (hakim Məlahət Abbasova). İddiaçı1 Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(012)-2924/2022 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsini və işin icraata götürülməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-2924/2022 saylı qərardadı ilə şikayət geri qaytarılmışdır. İddiaçı1 Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(012)-2924/2022 saylı qərardadından təkrar şikayət verərək qərardadın ləğv edilməsini və işin icraata götürülməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(012)-2924/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bundan əlavə İddiaçı1 Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(012)-2924/2022 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsini və işin icraata götürülməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-2924/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-2924/2022 saylı qərardadından verdiyi şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə iddia ərizəsinin geri qaytarılmasını onunla əsaslandırmışdır ki, cavabdeh Abışova X4 rayonunun Sarıyataq kəndində qeydiyyatdadır, Abşeron rayonu ərazisində qeydiyyatda olmadığından mülki işə Abşeron Rayon Məhkəməsində baxılmalı deyil. Cavabdeh Qubadlı rayonunda qeydiyyatda olsa da, hal-hazırda məcburi köçkün kimi ünvan 1 ünvanında yaşayır. Göründüyü kimi cavabdeh Abşeron rayonunda yaşayır, ona görə də işə Abşeron Rayon Məhkəməsində baxılmalıdır. İddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(012)-2924/2022 saylı qərardadından verdiyi şikayəti onunla əsaslandırmışdır ki, şikayətin geri qaytarılmasına səbəb şikayətin skan edilmiş formada yüklənməsindir. MPM-də isə şikayətin geri qaytarılması üçün belə bir şərt qoyulmamışdır. Odur ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(012)-2924/2022 saylı qərardadının ləğv edilməsi və işin iraata götürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətlərin dəlillərini araşdırıb hesab edir ki, şikayətlər təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli və 03 iyun 2022-ci il tarixli, e-2(012)-2924/2022 nömrəli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən Abşeron Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli qərardadından görünür ki, məhkəmə cavabdeh Abışova X4 rayonunda qeydiyyatda olması səbəbindən hazırki işə Abşeron Rayon Məhkəməsində baxılmalı olmaması qənaətinə gələrək iddia ərizəsini geri qaytarmış, gəldiyi nəticəni MPM-nin 35.1, 40.1, 152.1.3, 152.4cü maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. HəminMəcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. HəminMəcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Hazırki işdən görünür ki, cavabdeh Abışova X4 rayonunun Sarıyataq kəndində qeydiyyatdadır. Bu halı iddiaçı şikayətində də qeyd etmişdir. Cavabdeh Qubadlı rayonunda rəsmi qeydiyyatda olduğu halda qanunvericiliyin tələbinə görə hazırki işə Qubadlı Rayon Məhkəməsində baxılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilən əsasa görə iddia ərizəsinin geri qaytarılması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Bundan başqa məhkəmə kollegiyası Abşeron Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli qərardadından verilmiş şikayətə münasibət bildirərək qeyd edir ki, qərardaddan görünür ki, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadından verilmiş şikayəti şikayətin elektron kabinet vasitəsilə göndərilsə də, şikayətin skan edilmiş formada yüklənməsi, eləcə də şikayətin Məcəllə ilə müəyyən edilmiş formaya uyğun tərtib eduilməməsi əsası ilə geri qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında xx.xx.2021-ci il tarixli Qanunun keçid müddəalarına əsasən: 2.1. Bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir; 2.2. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Azərbaycan Respublikası MPM-nin 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Bundan başqa, MPM-nin 10-1.3-cü maddəsində təsbit edilmişdir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Hazırki işdən görünür ki, şikayət skan edilmiş formada elektron kabinetlə göndərilsə də, qərardaddan şikayət elektron ərizə formasında göndərilməmişdir. Həmçinin şikayət Məcəllənin tələblərinə uyğun olaraq Məcəlləyə Əlavə 2-də əks olunmuş formada tərtib edilməmişdir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Bu səbbədən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qərardadan verilmiş şikayəti Məcəllənin tələblərinə uyğun formada tərtib edilmədiyindən və elektron ərizə formasında göndərilmədiyindən geri qaytarılması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Bu səbəbdən də məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız hesab edərək qeyd edir ki, həmin dəlillər birinci instansiya məhkəməsini qanuni qərardadlarının ləğvi üçün əsaslı hesab edilə bilməz. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçının ümumi qaydada məhkəməyə müraciət etmə hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayətlər təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli və 03 iyun 2022-ci il tarixli, e- 2(012)-2924/2022 nömrəli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı1 tərəfindən verilmiş şikayətlər təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli və 03 iyun 2022-ci il tarixli, e-2(012)-2924/2022 nömrəli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1581/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1581/2022
05.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver