Məhkəmə qərarları › İş №2(105)-1588/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1588/2022

06.07.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1588/2022 06.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, Abşeron Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(012)-952/2022 nömrəli qərardadından iddiaçı "xxxx" MTK-nın verdiyi şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(012)-952/2022 nömrəli qərardadı ilə (hakim Cəmilə Səfiyeva) iddiaçı "xxxx" MTK-nın Cavabdeh qarşı kooperativ binanın tikintisi haqqında müqavilənin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilmişdir. İddiaçı şikayət ilə məhkəməyə müraciət edib, qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(012)-952/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİNHALLARİ: İddiaçı "xxxx" MTK Cavabdeh qarşı kooperativ binanın tikintisi haqqında müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib, "xxxx" Mənzil Tikinti Kooperativi və Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3cü giriş, 10-cu mərtəbəsindəki ümumi sahəsi lahiyə üzrə 61 kv.m olan 1 otaqdan ibarət 76 nömrəli mənzilin tikintisi ilə bağlı “Kooperativ binanın tikintisi haqqında” müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİNDƏLİLLƏRİ İddiaçı verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 16 may 2022-ci il tarixli qərardadı qəbul edərkən prosessual qanunverciliyin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, MPM-in 149.2-ci və 149.2.3-cü maddələrinin tələbinə görə iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdikləri fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Göründüyü kimi, iddia ərizəsi məzmununa görə iddianın predmetini, iddiaçının tələblərini, onların öz tələblərinin əsası kimi istinad etdiyi faktları və halları əhatə etməlidir. Qüvvədə olan qanunvericiliyə görə iş üzrə icraata xitam verilməsi işin mahiyyəti üzrə qətnamə çıxarılmadan başa çatdırılmasından biridir. Hazırkı məhkəmə qərardadının qəbul edilməsi zamanı istinad edilən MPM-in 261.0 və 261.0.2-ci maddələrinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Qanunun bu normasının məzmunundan görünür ki, qeyd edilən əsasla mülki iş üzrə başlanmış icraata o halda xitam verilir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olsun. Belə vəziyyətdə iddianın predmetinin və əsaslarının hüquqi təbiətini nəzərdən keçirilməsi məsələnin düzgün həlli üçün əhəmiyyətlidir. Mülki prosessual qanunvericiliyin yuxarıda qeyd edilən normasının mənasına görə iddianın predmeti iddianın elementlərindən biri olmaqla, iddiaçının cavabdehə qarşı irəli sürdüyü və mübahisəli hüquq münasibətlərindən yaranan maddi-hüquqi tələbdən ibarətdir. Bu mənada iddianın predmeti dedikdə, mübahisəli subyektiv hüquq və ya hüquq münasibətləri deyil, bu münasibətlərdən irəli gələn iddiaçının cavabdehə qarşı olan tələbi və ya tələbləri başa düşülür. Eyni tərəflər arasında olan hazırkı iddia ərizəsi ilə bundan əvvəlki yəni, Abşeron Rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli, 2(012)-1007/2019 nömrəli qətnaməsinin qəbul edilməsi ilə nəticələnmiş ilk və qarşılıqlı iddia ərizələri bir-biri ilə iddianın predmeti üzrə müqayisəli qaydada nəzərdən keçirilməlidir. Eyni tərəflər arasında olmaqla, bundan əvvəliki mülki iş üzrə ilk iddiaçı Cavabdeh iddiasının predmetini mənzilə giriş-çıxışın təmin olunması və mənzildən maneəsiz istifadəyə şəraitin yaradılmasına dair tələb, qarşılıqlı İddiaçı MTK-ın iddiasının predmetini isə mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsinə dair tələb təşkil etdiyi halda, hazırkı iş üzrə İddiaçı MTK-ın iddia ərizəsinin predmetini həm bir otaqlı mənzilə dair xx.xx.2017-ci il tarixli “Kooperativ binanın mənzil tikintisi haqqında” müqavilənin ləğv edilməsi, həm də Cavabdeh adına xx.xx.2017-ci il tarixdə tərtib edilmiş kassa mədaxil orderinin ləğv edilməsi təşkil edir. Bununla da, əvvəlki və hazırkı mülki işdə iddia predmetlərinin mahiyyətcə eyni olmadığı təsdiq edilir. Ona görə də birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişlər. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2021-ci il tarixli, 2(102)-3748/2021 nömrəli qərarına istinad edərək hesab etmişdir ki, Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual qanunverciliyin tətbiqində səhvə yol vermiş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Belə ki, iş materiallarından görünür ki, Abşeron Rayon Məhkəmənin 03 aprel 2019-cu il tarixli, 2(012)-1007/2019 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçınə qarşı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3-cü giriş, 10-cu mərtəbədəki 76 nömrəli mənzilə giriş-çıxışın təmin olunması və mənzildən maneəsiz istifadəyə şərait yaradılması iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi təmin edilərək Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3-cü giriş, 10-cu mərtəbədəki 76 nömrəli mənzilə dair Cavabdeh və İddiaçı MTK arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Kooperativ binanın tikintisi haqqında” müqavilə etibarsız hesab edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 avqust 2020-ci il tarixli, 2(105)-1365/2020 nömrəli qətnaməsi ilə ilk iddiaçının apellyasiya şikayəti təmin edilib, qətnamə ləğv edilmiş, ilk iddia təmin edilərək İddiaçı MTK tərəfindən Cavabdeh mənzilə girişçıxışı təmin olunmaqla, ona həmin mənzildən maneəsiz istifadəsinə şərait yaradılması qət edilmiş, qarşılıqlı iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2021-ci il tarixli, 2(102)-3748/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 avqust 2020-ci il tarixli, 2(105)-1365/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırki iş üzrə iddiaçı "xxxx" MTK Cavabdeh qarşı kooperativ binanın tikintisi haqqında müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib, "xxxx" Mənzil Tikinti Kooperativi və Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3-cü giriş, 10-cu mərtəbəsindəki ümumi sahəsi lahiyə üzrə 61 kv.m olan 1 otaqdan ibarət 76 nömrəli mənzilin tikintisi ilə bağlı “Kooperativ binanın tikintisi haqqında” müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. MPM-nin 261.0 və 261.0.2-ci maddələrinin tələbinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. İş materialları ilə müəyyən olur ki, hər iki iddia tələbi üzrə mübahisə eyni tərəflər arasında, eyni predmet barəsində olsa da, iddia tələbinin hüquqi əsasları tamamilə fərqlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı "xxxx" MTK-nın Cavabdeh qarşı “Kooperativ binanın tikintisi haqqında” müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Ona görə də, şikayət qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(012)-952/2022 nömrəli qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə məhkəmənin 31 may 2022-ci il tarixli, 2(012)-952/2022 nömrəli qərardadı ləğv edilməli, iddiaçı "xxxx" MTK-nın Cavabdeh qarşı “Kooperativ binanın tikintisi haqqında” müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi mahiyyəti üzrə baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 273, 274, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: İddiaçı "xxxx" MTK-nın verdiyi şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(012)-952/2022 nömrəli qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə məhkəmənin 31 may 2022-ci il tarixli, 2(012)-952/2022 nömrəli qərardadı ləğv edilsin. İddiaçı "xxxx" MTK-nın Cavabdeh qarşı “Kooperativ binanın tikintisi haqqında” müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi mahiyyəti üzrə baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar