Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1589/2022 12.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı bağışlama müqavilələrinin və çıxarışların ləğv edilməsi tələbinə dair mülki işlə bağlı Abşeron Rayon Məhkəməsinin 2(012)-2500/2020 nömrəli 10 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı bağışlama müqavilələrinin və çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən evin bağışlanması barədə müqavilənin və həmin əmlaka dair çıxarışın, Abşeron rayonu Masazır kəndində yerləşən 0,0355 ha torpaq sahəsinin bağışlanması barədə müqavilənin və həmin əmlaka dair çıxarışın, ünvan 3, 43 nömrəli mənzilin bağışlanması barədə müqavilənin və həmin əmlaka dair çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh özünə məxsus olan ünvan 1 ünvanında yerləşən evi, Abşeron rayonu Masazır kəndində yerləşən 0,0355 ha torpaq sahəsini və ünvan 3, 43 nömrəli mənzili qızı Cavabdeh bağışlamış, həmin əmlakları Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirtmişdir. Lakin Cavabdeh nə anası İddiaçı, nə də ki, İddiaçı himayəsində olan uşaqlarına baxır. Yad adamlardan xəbər göndərir ki, ondan əl çəksinlər, öz həyatını yaşamağa imkan versinlər, onların heç nəyi ona lazım deyil. Belə olan halda ünvan 1 ünvanında yerləşən evin bağışlanması barədə müqavilənin və həmin əmlaka dair çıxarışın, Abşeron rayonu Masazır kəndində yerləşən 0,0355 ha torpaq sahəsinin bağışlanması barədə müqavilənin və həmin əmlaka dair çıxarışın, ünvan 3, 43 nömrəli mənzilin bağışlanması barədə müqavilənin və həmin əmlaka dair çıxarışın ləğv edilməsi zəruridir. Abşeron Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli 2(012)-2500/2020 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış ünvan 1 ünvanında yerləşən 0,0462 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 60 kv.metr 2 otaqdan ibarət olan evin xx.xx.2015-ci il tarixdə Abşeron rayonu 1 saylı notariat kontorunda təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0107 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 60 kv.metr 2 otaqdan ibarət olan evin Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 138 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində xx.xx.2015ci il tarixdə aparılmış qeydiyyat, İddiaçı ilə Cavabdeh arasında Abşeron rayonu Masazır kəndində yerləşən 0,0355 ha torpaq sahəsinin Cavabdeh bağışlanmasına dair bağlanmış xx.xx.2015-ci il tarixli Abşeron rayonu 1 saylı notariat kontorunda təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən Abşeron rayonu Masazır kəndində yerləşən 0,0355 ha torpaq sahəsi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 810 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində xx.xx.2015-ci il tarixdə aparılmış qeydiyyat, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli Abşeron rayonu 1 saylı notariat kontorunda təsdiq edilmiş ünvan 3 ünvanında yerləşən 47,5 kv.metrdən ibarət 43 nömrəli mənziln Cavabdeh bağışlanmasına dair 13 may 2017-ci il tarixli bağışlanma müqaviləsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında RX seriyalı ******* saylı ünvan 3 ünvanında yerləşən 47,5 kv.metrdən ibarət 43 nömrəli mənzil Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 276 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində xx.xx.2017ci il tarixdə aparılmış qeydiyyatın ləğv edilməsi qət edilmişdir.(hakim Cəmilə Səfiyeva) Cavabdeh Abşeron Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli 2(012)- 2500/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, iddiaçı anasıdır və o, xx.xx.2022-ci il tarixdə vəfat edib (ölüm kağızı əlavə olunur). Bank sənədləri, pul göndərişi bildirişləri, anasının onun yanına Türkiyəyə gəlməsini təsdiq edən sərhəd giriş-çıxış möhürlərindən aydın olur ki, anasına və uşaqlarına necə lazımdır baxmışdır. O, xəstə olanda yanına gətizdirib müalicə etdirmiş, vəfat edəndə nəşinin gətirilməsini, burdakı yas və dəfn məsələlərini təşkil etmiş, maliyyələşdirmişdir. Sadəcə, bir ara anası ilə mübahisəsi olmuş, səbəb isə, anası bura qayıtmağını istəmişdir. Onunsa həm özünün, həm də həyat yoldaşının işi Türkiyədə idi, o səbəbdən anasının istədiyini edə bilmirdi, vaxt istəyirdi. Onun məhkəməyə müraciət etməsini, bağışlama müqavilələrinin ləğv olunmasını bilməmişdir, çünki burda olmamış, xəbəri olmamışdır. Anasının mərasimindən sonra kupçaları evdə tapmamış, sənədlərlə bağlı DƏDRX-nə getmiş, öyrənmişdir ki, qeydiyyat ləğv edilmiş, əsas kimi məhkəmə qətnaməsi göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və məhkəmə baxış iclası 12 sentyabr 2022-ci il tarixə, saat 11:20-yə təyin olunmuşdur. xx.xx.2022-ci il tarixdə Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, apellyasiya şikayətindən imtina edir. Azərbaycan Respublikası MPM-nin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Azərbaycan Respublikası MPM-nin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qərar qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən apellyasiya şikayətindən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla şikayətdən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. İş materiallarından göründüyü kimi, Cavabdeh apellyasiya şikayətindən imtina etməsi qanuna zidd deyildir, digər şəxslərin maraqlarına toxunmur, bu səbəbdən də, onun apellyasiya şikayətindən imtinası qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d i: Cavabdeh apellyasiya şikayətindən imtina barədə ərizəsi qəbul edilsin. İddiaçı Cavabdeh qarşı bağışlama müqavilələrinin və çıxarışların ləğv edilməsi tələbinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-2500/2020 nömrəli 10 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1589/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1589/2022
12.09.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver