Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1589/2024 30.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X2 Süleymanovanın sədrliyi və məruzəsi, X4 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, Maraqlı şəxs, Maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "əqdin etibarlı hesab edilməsi" tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(031)-744/2021 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı məhkəmədə iddia qaldıraraq onunla Cavabdeh arasında Şabran şəhəri Meliorator küçəsində yerləşən iki mərtəbəli yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinə dair bağlanmış əqdin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(031)-744/2021 nömrəli qətnaməsi ilə (hakim Çingiz İsgəndərov) iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında Şabran şəhəri Meliorator küçəsində yerləşən iki mərtəbəli yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinə dair bağlanmış əqdin etibarlı hesab edilməsi qət edilmişdir. Maraqlı şəxs Şabran Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(031)- 744/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə qətnamə qəbul eilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli 2(031)-744/2021 nömrəli müşayiət məktubu ilə Maraqlı şəxs tərəfindən verilmiş şikayət baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Maraqlı şəxs, onun nümayəndəsi və vəkili Vəkil hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin mümkünlük məsələsinin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdıqlarını bildirdilər. Məhkəmə kollegiyası Maraqlı şəxs şikayəti üzrə işə baxılmasının mümkünlüyünü yoxlayıb, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilməlidir. H ü q u q i m ə s ə l ə l ə r: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 364-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. MPM-nin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. MPM-nin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Sadalanan qanunvericiliyin tələbinə görə apellyasiya şikayəti işə baxmış birinci instansiya məhkəməsinə təqdim edilir. Şikayətin baxılmağa qəbul edilməsi və yaxud geri qaytarılması məsələləri də məhz həmin məhkəmədə həll edilir. Mülki iş 17 sentyabr 2024-cü il tarixində Sumqayıt Apellyasiya Məhkəməsinə daxil olmuşdur. İş materialından görünür ki, apellyasiya şikayətinin prosessual tələblərə uyğunluğu birinci instansiya məhkəməsi tərəfindən yoxlanılmamış, apellyasiya şikayətinin kim tərəfindən verilməsi, işdə iştirak etməyən şəxs tərəfindən verilmiş şikayətin onun hüquq və vəzifələrinə toxunması məsələsi aydınlaşdırılaraq qiymət verilməmiş, bununla bağlı müvafiq qərardad qəbul edilməmiş, şikayətin göstərilən tələblərə uyğunluğu müəyyən edilmədən iş apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və Azərbaycan Respublikası MPM-nin 363-364-cü maddələrinin tələblərinə riayət edilib-edilmədiyinin yoxlanılması üçün şikayət mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 364, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şabran Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(031)-744/2021 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Şabran Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonar 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1589/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1589/2024
30.09.2024 · Müqavilələrin məcburi bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver