Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-847/2026 16.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, maraqlı şəxs Maraqlı şəxs nümayəndəsi Vəkil/Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı əqdin etibarlı hesab edilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı məhkəmədə iddia qaldıraraq X4 ilə onun arasında JN 0250 KOD ******** saylı Torpağa mülkiyyət Hüququna dair Dövlət aktı ilə X4 və ailə üzvlərinə məxsus Şabran şəhərində yerləşən 2.29 ha torpaq sahəsinin alınmasına dair bağlanmış əqdin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o, İddiaçı 2003cü ilin ortalarında cavabdeh Cavabdeh atası X4 ilə danışıb razılığa gəlməklə JN 0250 KOD ******** saylı Torpağa mülkiyyət Hüququna dair Dövlət aktı ilə X4 və ailə üzvlərinə məxsus Şabran şəhərində yerləşən 2.29 ha torpaq sahəsini pulunu ödəməklə almışdır. Razılaşma zamanı X4 öhdəsinə götürmüşdü ki, torpaq sahəsinin sənədləşməsini düzəldib notariat kontorunda rəsmi qaydada satsınlar. X2 2004-cü ilin ortalarında vəfat etdiyindən götürdüyü öhdəliyə əməl edə bilməmiş, torpağın alqı-satqının rəsmiləşdirilməsini həyata keçirə bilməmişdir. Həmin vaxtdan da qeyd olunan torpaq sahəsi onun istifadəsindədir. Torpaq sahəsinin onun adına mülkiyyət sənədi olmadığından istədiyi kimi sərəncam vermək hüququ yoxdur. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmişdir. Xahiş edir, X4 ilə onun arasında JN 0250 KOD ******** saylı Torpağa mülkiyyət Hüququna dair Dövlət aktı ilə X4 və ailə üzvlərinə məxsus Şabran şəhərində yerləşən 2.29 ha torpaq sahəsinin alınmasına dair bağlanmış əqdin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılsın. Şabran Rayon Məhkəməsinin *(***)-***/** saylı, ##.##.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı ilə X4 arasında JN 0250 KOD ******** saylı Torpağa mülkiyyət Hüququna dair Dövlət aktı ilə X4 və ailə üzvlərinə məxsus Şabran şəhərində yerləşən 2.29 ha torpaq sahəsinin alınmasına dair bağlanmış əqd etibarlı hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən maraqlarına toxunan şəxs Maraqlı şəxs qızı tərəfindən apellyasiya şikayəti verilmiş, apelyasiya şikayəti baxılması üçün ##.##.2026-cı il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın ##.##.2026-cı il tarixli qərardadına əsasən, Şabran Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Şabran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə Maraqlı şəxs *(***)-***/**** saylı mülki iş üzrə maraqlarına toxunan şəxs kimi tanınması, Maraqlı şəxs Şabran Rayon Məhkəməsinin *(***)-***/** saylı, ##.##.2021-ci il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayəti baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli *(*-*)- ***/**** nömrəli qərardadı ilə işə apellyasiya qaydasında baxılması mümkün hesab edilmişdir. Şabran Rayon Məhkəməsinin Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanladığı ##.##.2026-cı il tarixli məktubu ilə Şabran Rayon Məhkəməsinin 2(031)-787/2021 (Sumqayıt Apellyasiya Məhkəməsindəki nömrəsi *(*-*)-***/****) nömrəli mülki işi üzrə iddiaçı İddiaçı tərəfindən məhkəməyə daxil olmuş şikayətə baxılması üçün həmin mülki işin Şabran Rayon Məhkəməsinə qaytarılması xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Maraqlı şəxs nümayəndəsi Vəkil/Nümayəndə verdiyi apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, 2(3-8)-847/2026 nömrəli qərardadı ləğv edilməli, Şabran Rayon Məhkəməsinin 2(031)-787/2021 (Sumqayıt Apellyasiya Məhkəməsindəki nömrəsi *(*-*)-***/****) nömrəli mülki işi üzrə iddiaçı İddiaçı tərəfindən məhkəməyə daxil olmuş şikayətə baxılması üçün həmin mülki iş Şabran Rayon Məhkəməsinə qaytarılmalıdır. AR MPM-in 384.0.6-cı maddəsinə əsasən apellyasiya məhkəməsi, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 361, 384.0.6, 398.0, 398.0.3, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, 2(3- 8)-847/2026 nömrəli qərardadı ləğv edilsin. Şabran Rayon Məhkəməsinin 2(031)-787/2021 (Sumqayıt Apellyasiya Məhkəməsindəki nömrəsi *(*-*)-***/****) nömrəli mülki işi üzrə iddiaçı İddiaçı tərəfindən məhkəməyə daxil olmuş şikayətə baxılması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq Şabran Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-8)-847/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-847/2026
16.09.2026 · Müqavilələrin məcburi bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver