Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-248/2026 07.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X6 qızının katibliyi, apellyasiya şikayəti vermiş iddiaçı İddiaçı iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsinə dair (“X8” X4 - iş üzrə maraqlı şəxs qismində cəlb olunmuşdur) mülki iş üzrə Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M ÜƏYYƏN E T D İ:
1. Işin halları
Iddiaçı İddiaçı ## ###### 2023-cü ildə cavabdeh Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək, “X8” X4 verdiyi HTM seriyalı ****** saylı Şəhadətnamədə qeyd edilmiş Qaxbaş Bələdiyyəsinin mülkiyyətində olan 743 kv.m. torpaq sahəsinin alqı-satqı yolu ilə ona 4348 manata satılmasına dair alqı-satqı müqaviləsinin notariusda bağlanması öhdəliyinin cavabdeh Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Iddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, “X8” X4 Şəki ərazi torpaq Müsabiqə və Hərrac Komissiyasının ## ###### 2023-cü il tarixdə keçirdiyi hərracda iştirak edərək, Cavabdeh mülkiyyətində olan 743 kv.m. torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı keçirilmiş müsabiqənin qalibi olmuş və bu barədə ## ###### 2023-cü il tarixli * saylı protokolu tərtib edilmişdir. Buna görə də, həmin hərracın qalibi olaraq ona seriya HTM, nömrəsi ****** №-li şəhadətnamə təqdim edilmişdir. Həmin şəhadətnamədə qeyd olunmuşdur ki, həmin 743 kv.m. torpaq sahəsi torpaq müsabiqəsində 4348 manata satılmışdır. Həmin Şəhadətnamənin qeyd hissəsində yazılmışdır ki, bu Şəhadətnaməyə müsabiqə və hərracda qalib gəlmiş, hüquqi və ya fiziki şəxslə Bələdiyyə torpaqlarına münasibətdə müvafiq bələdiyyə, dövlət torpaqlarına münasibətdə isə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında ƏMDX arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanması üçün əsasdır. O, Şəhadətnaməni aldığı gündən, yəni ## ###### 2023-cü il tarixdən Qaxbaş Bələdiyyəsinə müraciət edərək, müsabiqədə aldığı 743 kv.m. torpaq sahəsinin ona satılmasına dair alqı-satqı müqaviləsinin bağlanmasından ötrü notariusa dəvət etmək üçün şəhadətnamənin əslini Qaxbaş Bələdiyyəsinə təqdim etmişdir. Lakin, Qaxbaş Bələdiyyəsi əsassız bəhanələr gətirərək alqı-satqı müqaviləsini bağlamaqdan ötrü notariusa getməkdən imtina etmişdir. Bundan sonra aldığı torpaq sahəsinin dəyəri olan 4348 manat pulu Qaxbaş Bələdiyyəsinin hesabına ödəmək üçün “Azəpoçt”a müraciət etmişdir. Poçt isə həmin pulun qəbul olunmasından imtina edərək, ona rəsmi olaraq məktub təqdim etmişdir ki, pulun ödənilməsi üçün Qaxbaş Bələdiyyəsi müvafiq kod təqdim etməmiş və bunu təqdim etməməsinin səbəbini isə hansısa şəxslərin bu torpaqla bağlı mübahisəsi olduğunu göstərmişdir. Bundan başqa Qaxbaş Bələdiyyəsi ## ###### 2023-cü il tarixdə ona rəsmi məktub ünvanlayaraq, məktubunda bildirmişdir ki, “sizin Bələdiyyəyə ## ###### 2023-cü il tarixdə ünvanladığınız məktuba cavab olaraq bildirilir ki, vətəndaş X11 torpaq sahələrini uzun müddət istifadələrində olduğunu iddia edərək məhkəməyə müraciət etdiyindən həmin torpaq sahələri üzərində mübahisə yaranmışdır”. Odur ki, sözügedən torpaq sahələri üzərində məhkəmə mübahisələri olduğundan, hal-hazırda Bələdiyyə tərəfindən alqı-satqı müaviləsinin bağlanması mümkün deyildir. Cavabdeh təşkilatın alqı-satqı müqaviləsindən etdiyi imtina tam qanunsuzdur, əsassızdır, imtinasında qeyd etdiyi vətəndaşların adları keçiriləcək müsabiqə protokolunda qeyd olunmamışdır. O, həmin imtinanı aldığı gündən 1 ay keçməmiş inzibati məhkəməyə müraciət etmişdir. Lakin, Inzibati Məhkəmənin qərardadında qeyd olunmuşdur ki, hazırkı mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilməlidir. Buna görə də, o, Qax Rayon Məhkəməsinə müraciət edir. Qeyd etdiyi faktlar bundan başqa iddiaya əlavə etdiyi Qaxbaş Bələdiyyəsinin ## ###### 2023-cü il tarixli “xxxx” MMC-nə göndərdiyi məktub ilə sübuta yetirilir. Həmin məktubda qeyd olunmuşdur ki, ## ###### 2023-cü il tarixdə “X8” X4 keçirdiyi müsabiqənin nəticələri barədə mübahisə yarandığından, qarşı tərəf məhkəməyə müraciət etmişdir. Bununla bağlı məhkəmə mübahisəsi yarandığından müsabiqənin qalibi İddiaçı 0,0743 ha torpaq sahəsinə ödəməli olduğu 4348 manat vəsaitin qəbul olunmamasını xahiş edirlər. Həmin məktubdan görünür ki, cavabdeh Təşkilat müsabiqə yolu ilə satılmış torpağa dair alqı-satqı müqaviləsinin bağlanmamasında maraqlıdır. Belə ki, məktubda qeyd edilir ki, müsabiqənin nəticələri barədə mübahisə yaranıb, ona yazdığı məktubda isə torpaq sahəsinin kimlərinsə istifadəsində olduğunu yazır və yazır ki, tərəf məhkəməyə müraciət etmişdir. Müsabiqədə tərəf olmayan tərəfin məhkəməyə müraciət edib-etmədiyini Qaxbaş Bələdiyyəsinin sədri Rəşad Məmmədov hardan bilir? Məhkəmənin məktubu əlində olmadan uydurma bəhanələr yaradaraq, alqı-satqı müqaviləsinin bağlanması üçün süni maneələr yaradır. Bələdiyyə ona başqa cür məktub yazır, poçt müdirinə başqa cür məktub yazır. Buradan görünür ki, Bələdiyyə sədri qəsdən alqı-satqı müqaviləsinin bağlanmasından imtina edir. Bundan başqa, ərizəyə əlavə etdikləri “Qax” Poçt Filialının ## ###### 2023-cü il tarixli ona ünvanladığı məktubundan məlum olur ki, Qaxbaş Bələdiyyəsinə pul köçürülməsinin mümkün olmamasının səbəbi Bələdiyyənin məktubu və Bələdiyyə tərəfindən kodun verilməməsidir. Şəhadətnamə ## ###### 2023-cü il tarixində ona təqdim olunduğuna görə alqı-satqı müqaviləsinin bağlanması müddəti 20 gün, yəni ## ###### 2023-cü il tarixədək olmuşdur. Lakin o, 20 gün bitənədək Bələdiyyəyə müsabiqənin qalibi olduğuna dair şəhadətnamənin əslini təqdim etmişdir. Bundan sonra 26 yanvar tarixində Bələdiyyəyə rəsmi müraciət edərək, alqı-satqı müqaviləsinin bağlanması üçün notariusa getməsini təklif etmişdir. Lakin, hər bir halda Bələdiyyə əsassız olaraq alqı-satqı müqaviləsinin bağlanmasından imtina etmişdir. Beləliklə də, onun “X8” X4 verdiyi şəhadətnamə əsasında əldə etdiyi hüquqları kobud şəkildə pozulmuşdur. Ona görə də hesab edir ki, məhkəməyə müraciət edərək hüquqlarının bərpa olunması və həmin torpaq sahəsinin ona satılmasına dair alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin Bələdiyyənin üzərinə qoyulmasına dair qətnamə qəbul olunmalıdır. Göstərilənlərə əsasən, hesab edir ki, iddia tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassızdır, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla hüquqlarını pozmuşdur. Ona görə də, məhkəməyə “X8” X4 verdiyi HTM seriyalı ****** saylı şəhadətnamədə qeyd edilmiş Qaxbaş Bələdiyyəsinin mülkiyyətində olan 743 kv.m. torpaq sahəsinin alqı-satqı yolu ilə ona 4348 manata satılmasına dair alqı-satqı müqaviləsinin notariusda bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə çıxarılması üçün məhkəməyə müraciət etmişdir.
2. Birinci instansiya məhkəməsində icraat
Birinci instansiya məhkəməsində aparılan məhkəmə icraatı zamanı mülki iş üzrə qəbul edilmiş Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməmişdir (hakim Mirheydər Zeynalov). Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, Qaxbaş Bələdiyyəsinin ## ####### 2022-ci il tarixli, ** saylı iclasının protokolundan görünür ki, iclasın gündəliyinə digər məsələlərlə yanaşı Qaxbaş Bələdiyyəsinin mülkiyyətində olan 0,0743 ha torpaq sahəsinin həyətyanı məqsədi ilə satılması üçün Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “X8” X4 Şəki ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına müraciət olunması məsələsi də çıxarılmış, bələdiyyənin balansında olan 0,0743 ha torpaq sahəsinə plan ölçü sənədi verildiyi üçün həmin torpaq sahəsinin həyətyanı məqsədi üçün sənədləşmə prosedurunun başa çatmasının nəzərə alınmasını və müsabiqə yolu ilə satılması təklif edilmiş, bələdiyyə üzvləri tərəfindən həmin təklifə razılıq verildikdən sonra torpaq sahəsinin həyətyanı məqsədilə verilməsi üçün müsabiqə keçirilərək, müsabiqədə axırıncı hərracda həyətyanı məqsədilə satılan torpaq sahəsinin satış qiyməti nəzərə alınmaqla torpaq sahəsinin 0,01 ha üçün ilkin qiyməti 554,00 manat, 0,0743 ha üçün cəmi 4116,22 manat müəyyən edilməsi qərara alınmışdır. Qaxbaş Bələdiyyəsinin ## ###### 2023-cü il tarixli, ** saylı iclasının protokolundan görünür ki, iclasın gündəliyinə digər məsələlərlə yanaşı Bələdiyyənin balansında olan 743 kv.m. torpaq sahəsi üzərində müqavilə bağlanması məsələsi çıxarılmış, bələdiyyənin alqısatqı predmeti olan 0,0743 ha və ya 743 kv.m. torpaq sahəsinin həyətyanı məqsədilə mülkiyyətə verilməsi üçün həmin torpağın müsabiqə qalibi İddiaçı Qaxbaş Bələdiyyəsinin “xxxx” MMC-ni “Qax” PF-in Mərkəzi PŞ hesabına 4348 manat vəsait ödənildikdən sonra həmin vəsaitin nəzərə alınmaqla, mülkiyyətinə ayrılması və İddiaçı ilə alqı-satqı müqaviləsinin bağlanması və qərarın icrasının bələdiyyənin sədr müavininə tapşırılması qərara alınmışdır. “X8” X4 ## ###### 2023-cü il tarixli, ** №-li protokolunun surətindən görünür ki, Komissiya Qax rayonu ərazisində yerləşən Qaxbaş Bələdiyyəsinin mülkiyyətində olan 743 kv.m və ya 0,0743 ha torpaq sahəsinin satılması məqsədi ilə ## ###### 2023-cü il tarixdə keçiriləcək torpaq müsabiqəsində iştirak edərək 5 şəxsin siyahısı təsdiq edilmiş. Həmin siyahıda İddiaçı adı qeyd olunmuşdur. Iddiaçı İddiaçı “X8” X4 Şəki Ərazi torpaq Müsabiqə və Hərrac Komissiyasının torpaq müsabiqəsinin keçirilməsi məqsədi ilə hazırlıq barədə ##.##.2023-cü il tarixli, * saylı protokolu əsasında Komissiyanın keçirdiyi hərracda iştirak edərək, Cavabdeh mülkiyyətində olan 743 kv.m. torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı “X8” X4 Şəki Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası tərəfindən keçirilmiş müsabiqənin qalibi olmuş, torpaq sahəsi torpaq müsabiqəsində iddiaçya 4348 manata satılmışdır. Həmin Şəhadətnamə müsabiqənin qalibi olan iddiaçı İddiaçı verilmişdir. Şəhadətnamənin qeyd hissəsində yazılmışdır ki, bu şəhadətnaməyə müsabiqə və hərracda qalib gəlmiş, hüquqi və ya fiziki şəxslə bələdiyyə torpaqlarına münasibətdə müvafiq bələdiyyə, dövlət torpaqlarına münasibətdə isə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında ƏMDX arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanması üçün əsasdır. «xxxx» MMC-in X1 ünvanlanmış ## ###### 2023-cü il tarixli məktubunun surətindən görünür ki, onun tərəfindən Qaxbaş Bələdiyyəsinin hesabına pul köçürülməsinın aparılmasının mümkün olmamasının səbəbi Qaxbaş Bələdiyyəsinin poçt fililaına ünvanlandığı məktub və Bələdiyyə tərəfindən kodun verilməməsidir. Qaxbaş Bələdiyyəsinin “xxxx” MMC-nə ünvanlandığı məktubun surətindən görünür ki, ## ###### 2023-cü il tarixdə «X8» X4in keçirdiyi müsabiqənin nəticələri barədə mübahisə yarandığından, qarşı tərəf məhkəməyə müraciət etmişdir. Bununla bağlı məhkəmə mübahisəsi yarandığından, müsabiqənin qalibi İddiaçı 0,0743 ha torpaq sahəsinə ödəməli olduğu 4348 manat vəsaitin qəbul olunmamasını xahiş etmişdir. Qaxbaş Bələdiyyəsinin məhkəməyə ünvanlandığı ## #### 2024-cü il tarixli məktubundan görünür ki, sözü gedən torpaq sahəsi Qaxbaş kənd sakini X11 uzun illərdir istifadəsində olan dörd tərəfi daş hasarla əhatə olunmuş şəxsi həyətyanı torpaq sahəsinə bitişik ərazi olmasını və X11 həmin mübahisə ilə bağlı iddiasını nəzərə alınmasını, həmin əraziyə baxış keçirilməsini və iddiaçı İddiaçı iddiasının mümkün sayılmaması barədə qərar qəbul olunmasını xahiş etmiş, Qaxbaş kənd sakini X11 “X8” X4 Şəki Ərazi Torpaq müsabiqə və Hərrac Komissiyasına qarşı şəhadətnamənin və protokolun ləğvi tələbinə dair Azərbaycan Respublikası Şəki Rayon Məhkəməsinə iddia ilə müraciət etdiyi üçün nəzərə alınması xahiş olunmuşdur. Şəki Inzibati Məhkəməsinin ## ### 2023-cü il tarixli, 2-1(116)-****/**** №-li qətnaməsindən görünür ki, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh qarşı “X8” X4 verdiyi HTM seriyalı ****** №-li şəhadətnamədə qeyd edilmiş Qaxbaş Bələdiyyəsinin mülkiyyətində olan 743 kv.m. torpaq sahəsinin alqı-satqı yolu ilə ona 4348 manata satılmasına dair alqı-satqı müqaviləsinin notariusda bağlanması öhdəlyinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2023-cü il tarixli, 2- 1(107)-***/**** №-li qərardadından görünür ki, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh qarşı “X8” X4 verdiyi HTM seriyalı ****** №-li şəhadətnamədə qeyd edilmiş Qaxbaş Bələdiyyəsinin mülkiyyətində olan 743 kv.m. torpaq sahəsinin alıqsatqı yolu ilə ona 4348 manata satılmasına dair alqı-satqı müqaviləsinin notariusda bağlanması öhdəlyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddiaçıya ## ### 2023-cü il tarixdə məktub ünvanlayaraq iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi barədə məlumat verilmiş, lakin İddiaçı məhkəmənin hüquqi yardımına cavab olaraq təqdim etdiyi ərizəsində məhkəmənin hüquqi mövqeyi ilə razılşamadığını bildirmiş, Şəki Inzibati Məhkəməsinin ## ### 2023-cü il tarixli, 2-1(116)-****/**** №-li qətnaməsinə əsasən iddia mümkün sayılmamışdır. İddiaçı həmin qətnamədən verdiyi apellyasiya şikayəti təmin olunmamış və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-****/**** №li, ## ####### 2025-ci il tarixli qərarından görünür ki, iddiaçı X11 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «X8» X4 Şəki Ərazi idarəsinin torpaq Müsabiqə və Hərrac Komissiyasının Cavabdeh mülkiyyətinə aid 0,0743 ha torpaq sahəsinin satılmasına dair torpaq müsabiqəsinin nəticələri barədə ## ###### 2023-cü il tarixli iclasının ** №-li protokolunun və ****** №-li şəhadətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Şəki Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, 2(075)- ****/**** №-li qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan X11 apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2025-ci il tarixli, 2(075)-****/**** №-li qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilməmiş və Şəki Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, 2(075)-****/**** №-li qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Iddiaçı X11 nümayəndəsinin Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2025-ci il tarixli, 2(075)****/**** №-li qətnaməsi kassasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizəsi təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Daşınmaz Əmlakın Dövlət reyestrindən 403013037477 reyestr, 3017002976 qeydiyyat №-li, ## #### 2017-ci il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Qax rayonu Qaxbaş kəndində yerləşən 0,02 ha torpaq sahəsi X11 mülkiyyətinə verilmişdir. Məhkəmənin mövqeyi: Beləliklə, «X8» X4 ## ###### 2023-cü il tarixli ** №-li protokolu ilə müəyyən edilmişdir ki, Komissiya Qax rayonu ərazisində yerləşən Qaxbaş Bələdiyyəsinin mülkiyyətində olan 743 kv.m. və ya 0,0743 ha torpaq sahəsinin satılması məqsədi ilə ## ###### 2023-cü il tarixdə keçiriləcək torpaq müsabiqəsində iştirak edərək 5 şəxsin siyahısı təsdiq edilmiş, həmin siyahıda İddiaçı adı qeyd olunmuşdur. Iddiaçı İddiaçı “X8” X4 Şəki Ərazi torpaq Müsabiqə və Hərrac Komissiyasının torpaq müsabiqəsinin keçirilməsi məqsədi ilə hazırlıq barədə ##.##.2023-cü il tarixli * saylı protokolu əsasında Komissiyanın keçirdiyi hərracda iştirak edərək, Cavabdeh mülkiyyətində olan 743 kv.m torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı “X8” X4 Şəki Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası tərəfindən keçirilmiş müsabiqənin qalibi olmuş, torpaq sahəsi torpaq müsabiqəsində iddiaçıya 4348 manata satılmışdır. Həmin şəhadətnamə müsabiqənin qalibi olan iddiaçı İddiaçı verilmişdir. Iddiaçı torpaq sahəsini dəyərini ödəmək istəyərkən Qaxbaş Bələdiyyəsi tərəfindən xxxx MMC-nə məktub ünvanlanmş və müəyyən edilmişdir ki, ## ###### 2023-cü il tarixdə «X8» X4in keçirdiyi müsabiqənin nəticələri barədə mübahisə yarandığından qarşı tərəf məhkəməyə müraciət etmiş və bununla bağlı məhkəmə mübahisəsi yarandığından müsabiqənin qalibi İddiaçı 0,0743 ha torpaq sahəsinə ödəməli olduğu 4348 manat vəsaitini qəbul olunmamasını xahiş edilmişdir. Iddiaçı hazırkı tələblə bağlı məhkəməyə müraicət etməli olmuşdur. X11 Rayon Məhkəməsində qaldırdığı «X8» X4 Şəki Ərazi idarəsinin torpaq müsabiqə və hərrac komissiyasının Cavabdeh mülkiyyətinə aid 0,0743 ha torpaq sahəsinin satılmasına dair torpaq müsabiqəsinin nəticələri barədə ## ###### 2023-cü il tarixli iclasının ** nömrəli protokolunun və ****** №-li şəhadətnaməsinin ləğv edilməsi barədə iddiası Şəki Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, 2(075)-1049/2024 №li qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. Qaxbaş Bələdiyyəsinin məhkəməyə ünvanlandığı ## #### 2024-cü il tarixli məktubla müəyyən olunmuşdur ki, 0,0743 ha torpaq sahəsi Qaxbaş kənd sakini X11 uzun illərdir istifadəsində olan dörd tərəfi daş hasarla əhatə olunmuş şəxsi həyətyanı torpaq sahəsinə bitişik ərazi olması və X11 həmin mübahisə ilə bağlı iddiasını nəzərə alınması, həmin əraziyə baxış keçirilməsini və iddiaçı İddiaçı iddiasının mümkün sayılmaması barədə qərar qəbul olunmasını xahiş edir, Qaxbaş kənd sakini X11 “X8” X4 Şəki Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına qarşı şəhadətnamənin və protokolun ləğvi tələbinə dair Şəki Rayon Məhkəməsinə iddia ilə müraciət etdiyi üçün nəzərə alınması xahiş olunmuşdur. Lakin işin faktiki halları ilə müəyyən olunmuşdur ki, X11 iddiası təmin olunmamış və qeyd olunan alqı-satqıya mane olacaq mübahisə aradan qalxmışdır. Buna baxmayaraq, iddiaçı tərəfindən bundan sonra 0,0743 ha və yaxud 743 kv.m torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsinin bağlanması Bələdiyyəyə təklif olunmamış və yaxud bu barədə məhkəməyə sübut təqdim olunmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, tələb əsassızdır. Beləliklə də, Qanunvericiliyin qətnamədə qeyd olunan tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “X8” X4 verdiyi HTM seriyalı ****** saylı şəhadətnamədə qeyd edilmiş Qaxbaş Bələdiyyəsinin mülkiyyətində olan 743 kv.m torpaq sahəsinin alqı-satqı yolu ilə ona 4348 manata satılmasına dair alqı-satqı müqaviləsinin notariusda bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası əsassız olduğundan təmin edilməməli və iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.3, 139-1.1, 139-1.1.1, 139- 1.1.2, 139-1.1.3, 385.1, 386.2, 390.1, 390.2, 390.3, 404.1, 414.1, 414.2, 414.3, 414.4, 430.1, 441.4, 442, 567, 646.1, 646.2 və 648.1-ci maddələrinə, Azərbaycan Respublikasının ## #### 2002-ci il tarixli, ***-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 4-cü, 10-cu, 16-cı, 22-ci və 23-cü bəndlərinə, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci, 6.2-ci, 9.1-ci və 9.8-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin ## ####### 2003-cü il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçrilməsi” Qaydalarının 3-cü bəndinə və 18-ci bəndinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107, 115.0.9, 119.1, 217.2, 217.3, 218.3 və 222.2-ci maddələrinə istinad etmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz:
- 3.1). Iş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
Iddiaçı İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin tam ləğv edilməsi və “alqısatqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Iddiaçı İddiaçı tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qax Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2026-cı il tаrixli qətnaməsi ilə onun iddiası rədd edilmişdir və o, qətnamə ilə razı deyildir. Qax Rayon Məhkəməsinin qətnamə qanunsuzdur. Belə ki, Qax Rayon Məhkəməsinin mövqeyi hazırkı iş üzrə qəbul etdiyi qətnamədən göründüyü kimi gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan faktiki hallara düzgün qiymət verməmiş və buna görə də qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, məhkəmə qətnamədə öz mövqeyində qeyd edir ki, Qaxbaş Bələdiyyəsinin alqı-satqının aparılmasından etdiyi imtinanın səbəbi X11 Şəki rayon məhkəməsində mübahisəli torpaqla bağlı Müsabiqə və Hərrac Komissiyasının nəticələrinə dair protokol və şəhadətnamənin ləğv edilməsinə dair iddianın qaldırılması olmuşdur və həmin iddia Şəki Rayon Məhkəməsi tərəfindən rədd edilmişdir. Məhkəmə bu faktı öz qətnaməsində qeyd etdiyi halda, hər hansı bir qanuni əsas olmadan və iddiaya cavabdeh tərəfindən hər hansı bir etiraz daxil olmadığı halda, öz maraqlarını göstərərək iddianı rədd etmişdir. Məhkəmə qətnamədə qeyd etdiyi mövqeyində, sonda belə bir cümlə işlətmişdir ki, “iddiaçı tərəfindən mübahisə aradan qalxmış, lakin torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsinin bağlanması iddiaçı tərəfindən Bələdiyyəyə təklif olunmamış və yaxud, bu barədə məhkəməyə sübut təqdim olunmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, tələb əsassızdır”. Deməli, iddianı rədd etmək üçün məhkəmənin yalnız bir səbəbi var. Həmin səbəb də ondan ibarət olmuşdur ki, o, Bələdiyyəyə müraciət etməyibdir. Belə bir fikrin yazılması absurddur. Çünki, 3 ilə yaxındır ki, o, həmin torpaq sahəsinin alqı-satqısı üçün məhkəmələrdə sürünür. Qax Rayon Məhkəməsi isə deyir ki, o, Bələdiyyəyə müraciət etməmişdir. Bundan başqa, məhkəmənin qətnaməsini ona görə qanunsuz hesab edir ki, qətnamənin “tətbiq edilən hüquq” bölməsində yalnız maddi və prosessual hüquq normalarının üzü köçürülərək qətnaməyə qoyulmuşdur. Həmin maddi və prosessual hüquq normalarının hansının bu iş üzrə hansı hallarına uyğun gəlibgəlməməsi, tətbiq olub-olmaması məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Bununla da MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin maddədə qeyd olunur ki, məhkəmə... sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Lakin, məhkəmə heç bir sübuta tətbiq edilməli hüquq normasına müvafiq olaraq qiymət verməmişdir. Hesab edir ki, şikayətdə qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən araşdırılarsa, həqiqətə nail oluna bilər. Qəbul olunmuş məhkəmə qətnaməsi hüquq və vəzifələrini pozduğuna görə MPM-nin 4-cü maddəsinə əsasən apelyasiya şikayəti verərək məhkəməyə müraciət etməli olmuşdur. Həmin maddədə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
- 3.2) Apellyasiya şikayətinə qarşı etiraz
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 367.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 367.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildikdən sonra 20 gün müddətində ona qarşı öz etiraz və ya izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar.
4. Iş üzrə apellyasiya icraatı:
- 4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə təyin edilmiş məhkəmə iclasına apellyasiya şikayətini vermiş iddiaçı İddiaçı gəlmiş olsa da, məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh Cavabdeh nümayəndəsi və iş üzrə maraqlı şəxs qismində cəlb olunmuş “X8” X4 nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Lakin, cavabdeh Cavabdeh ## ### 2026cı ildə poçt vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək, cavabdeh Cavabdeh nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası, məhkəmə iclasına gəlmiş proses iştirakçısının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdeh Cavabdeh nümayəndəsinin və iş üzrə maraqlı şəxs qismində cəlb olunmuş “X8” X4 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında apellyasiya şikayətini vermiş iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edib, iddia ərizəsində və apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin ləğv edilməsi və “alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin təmin edilərək, “X8” X4 Şəki Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası tərəfindən ## ###### 2023-cü il tarixdə keçirilmiş hərracın nəticələrinə görə Cavabdeh mülkiyyətində olan 743 kv.m. torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı müsabiqənin qalibi olması haqqında “X8” X4 verdiyi HTM seriyalı, ****** saylı Şəhadətnamədə qeyd edilmiş Cavabdeh mülkiyyətində olan 743 kv.m. torpaq sahəsinin alqı-satqı yolu ilə ona 4348 manata satılmasına dair alqısatqı müqaviləsinin notariusda bağlanması öhdəliyinin cavabdeh Cavabdeh üzərinə qoyulması barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, o, qanunvericiliyin tələb etdiyi qaydada “X8” X4 “Şəki Ərazi Torpaq Müsabiqə və Hərrac” Komissiyası tərəfindən ## ###### 2023-cü il tarixdə keçirilmiş hərracın nəticələrinin rəsmiləşdirildiyi Cavabdeh mülkiyyətində olan 743 kv.m. torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı müsabiqənin qalibi olması haqqında “X8” X4 HTM seriyalı, ****** saylı Şəhadətnaməni aldıqdan sonra 20 günlük müddəti buraxmadan, rəsmi qaydada ## ###### 2023-cü il tarixli ərizə ilə Cavabdeh müraciət etsə də, Bələdiyyə əsassız olaraq qanunla müəyyən edilmiş qaydada notariusda onunla müvafiq alqı-satqı müqaviləsini bağlamaqdan imtina etmiş və hətta, Bələdiyyə rayon Poçt Şöbəsinə də məktubla müraciət edib, Poçt Şöbəsindən torpağın pulunu qəbul etməməyi xahiş etmişdir. Buna görə də, o, bununla bağlı əvvəlcə Inzibati Məhkəməyə, daha sonra isə hazırkı iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət etmişdir.
- 4.2). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi – iddiaçı İddiaçı tərəfindən hazırkı apellyasiya şikayətində “Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin tam ləğv edilməsi və “alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
- 4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; 6.1.6. şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. 43.4. Bələdiyyələr mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edirlər. Bu hallarda bələdiyyənin səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. Istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 153.1. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. 153.2. Qanunvericiliklə yalnız dövlət mülkiyyətində və ya bələdiyyələrin mülkiyyətində ola bilən əmlak növləri müəyyənləşdirilir. 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 156.1. Bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin normaları (maddələri): Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; ... . 49.2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. 67.3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 67.4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 6 8 . Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 86.
1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış aşağıdakı torpaq sahələri və torpaqla bağlı hüquqlar alqı-satqı obyekti ola bilər: bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları.
5. Torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqları mülkiyyətçilərin və ya onların vəkil etdiyi şəxslərin, yaxud orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə alınıb satıla bilər.
6. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. Bələdiyyə torpaqlarının, habelə onlar üzərində icarə hüquqlarının alqı-satqısı torpaq hərracları və müsabiqələri vasitəsilə həyata keçirilir.
8. Torpaq sahəsinin alqı-satqısının qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun normaları (maddələri): 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
“Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi” Qaydaları: 1-ci bənd:- Bu Qaydalar dövlət və bələdiyyə torpaqları üzərində mülkiyyət və ya icarə hüquqlarının əldə edilməsi ilə bağlı torpaq hərracları və müsabiqələrinin keçirilməsi qaydalarını müəyyən edir. 3-cü bənd:- Müsabiqə və hərracların təşkili müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən həyata keçirilir. 14-cü bənd:- Qalib şəxsə müvafiq şəhadətnamə verilir. 15-ci bənd:- Şəhadətnamə əsasında 20 gün müddətində müqavilə bağlanır. 16-cı bənd:- Dövlət torpaqları üzrə müqavilə aidiyyəti dövlət qurumu ilə, bələdiyyə torpaqları üzrə isə müvafiq bələdiyyə ilə bağlanır.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
- 4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası, iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərini araşdırıb, iddia tələbinin dəlillərinə və cavabdeh tərəfin iddia tələbinə etirazının dəlillərinə, tərəflərin iddia tələbi üzrə mövqelərinə, işdə olan sübutlara və mübahisənin konkret hallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilərək, Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi tamamlə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilib, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiası təmin olunmalıdır. Belə ki, yuxarıda təsvir olunanlara, iş materiallarında olan sənədlərə və işin konkret hallarına əsasən müəyyən olunur ki, “X8” X4 “Şəki ərazi torpaq müsabiqə və hərrac” Komissiyası tərəfindən ## ###### 2023-cü ildə keçirilmiş torpaq müsabiqəsinin nəticələrinə görə Cavabdeh mülkiyyətində olan 743 kv.m. (0,0743 ha) torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı müsabiqənin (hərracın) qalibi iddiaçı İddiaçı olmuş və bununla bağlı ona “X8” X4 tərəfindən müvafiq qaydada tərtib və təsdiq edilmiş “HTM” seriyalı, ****** nömrəli Şəhadətnamə verilmişdir (bu xüsusatı təsdiq edən müvafiq protokol və digər sənədlər iş materiallarına əlavə edilmişdir). Həmin Şəhadətnamədən görünür ki, Cavabdeh mülkiyyətində olan 743 kv.m. (0,0743 ha) torpaq sahəsinin mülkiyyətə verilməsi ilə əlaqədar ## ###### 2023-cü ildə keçirilmiş torpaq müsabiqəsinin qalibi İddiaçı olmuşdur və həmin torpaq sahəsi ona 4348 (dörd min üç yüz qırx səkkiz) manata satılmışdır. Eyni zamanda, həmin Şəhadətnamənin “Qeyd” hissəsində göstərilmişdir ki, “Bu Şəhadətnamə müsabiqə və hərracda qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə torpaqlarına münasibətdə müvafiq Bələdiyyə, dövlət torpaqlarına münasibətdə isə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanması üçün əsasdır”. Iddiaçı İddiaçı ## ###### 2023-cü ildə keçirilmiş torpaq müsabiqəsinin nəticələri üzrə tərtib edilmiş “HTM” seriyalı, ****** nömrəli Şəhadətnamə əsasında onunla Bələdiyyə arasında notarial qaydada müvafiq alqı-satqı müqaviləsinin bağlanması üçün ## ###### 2023-cü il tarixli ərizə ilə Cavabdeh müraciət etsə də, Cavabdeh ## ###### 2023-cü il tarixli məktubu ilə “məlum torpaq sahəsi üzrə məhkəmə mübahisəsinin olması” ilə əlaqədar onun həmin müraciətinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək, ““X8” X4 verdiyi HTM seriyalı ****** saylı Şəhadətnamədə qeyd edilmiş Qaxbaş Bələdiyyəsinin mülkiyyətində olan 743 kv.m. torpaq sahəsinin alqısatqı yolu ilə ona 4348 manata satılmasına dair alqı-satqı müqaviləsinin notariusda bağlanması öhdəliyinin cavabdeh Cavabdeh üzərinə qoyulması” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Iş üzrə məhkəmə araşdırması zamanı Qax Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadı ilə, daha sonra isə ##.##.2024-cü il tarixli qərardadı ilə məlum torpaq sahəsi ilə əlaqədar digər məhkəmələrdə olan inzibati və mülki işlərə görə hazırkı işin icraatı dayandırılmış olsa da, dayandırılmanı zəruri edən hallar aradan qalxdığına, yəni əlaqəli işlər üzrə yekun məhkəmə aktları qanuni qüvvəsini aldığına görə Qax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə işin icraatı təzələnərək, iş üzrə məhkəmə prosesi davam etdirilmiş və yekunda mülki iş üzrə qəbul edilmiş Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməmişdir. Hazırkı apellyasiya şikayəti ilə mübahisələndirilən Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsində işin mühüm halları qeyd olunsa da, birinci instansiya məhkəməsi iş üzrə qətnamədə gəldiyi nəticəni – mübahisə predmeti olan torpaqla əlaqədar digər şəxsin qaldırdığı iddianın təmin edilməməsi barədə qəbul edilmiş məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra iddiaçı İddiaçı tərəfindən “0,0743 ha və yaxud, 743 kv.m. torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsinin bağlanmasının Bələdiyyəyə təklif olunmaması və yaxud, bu barədə məhkəməyə sübut təqdim olunmaması” ilə əsaslandırmışdır. Halbuki, işin yuxarıda qeyd olunan hallarına görə birinci instansiya məhkəməsi tərəfindən belə bir əsasla iddianın təmin olunmaması tamamilə əsassız olmuşdur. Çünki, iş materiallarından və eləcə də, yuxarıda qeyd olunan sənədlərdən görünür ki, iddiaçı məlum torpaq sahəsi ilə əlaqədar müqavilənin bağlanması üçün qanunvericiliklə müəyyən edilmiş 20 gün ərzində müvafiq qaydada Cavabdeh ## ###### 2023-cü il tarixli ərizə ilə müraciət etmiş olsa da, Bələdiyyə onun bu müraciətindən ## ###### 2023-cü il tarixli məktubla rəsmi qaydada imtina etmiş və hətta, Bələdiyyə ## ###### 2023-cü il tarixli digər bir məktubla da “xxxx” MMC-nin X2 müraciət edərək, “İddiaçı 0,0743 ha torpaq sahəsinə görə ödəməli olduğu 4348 manat məbləğində pul vəsaitinin qəbul olunmamasını” xahiş etmişdir. Yəni, məlum Müsabiqədən sonra iddiaçının belə bir müraciət faktı öz təsdiqini tapdığı halda, ondan yenidən həmin müsabiqənin nəticəsi üzrə “alqı-satqı müqaviləsinin bağlanmasının Bələdiyyəyə təklif olunmasının” tələb edilməsi kimi mövqe - hazırkı işin konkret hallarına uyğun olmamaqla, tamamilə əsassızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Eləcə də, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə ## #### 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Beləliklə də, məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara və işin digər konkret hallarına əsasən hesab edir ki, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq, Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- **/**** nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilib, “X8” X4 “Şəki ərazi torpaq müsabiqə və hərrac” Komissiyası tərəfindən ## ###### 2023-cü ildə keçirilmiş Cavabdeh mülkiyyətində olan 743 kv.m. torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı torpaq müsabiqəsinin qalibi olması haqqında “X8” X4 verdiyi “HTM” seriyalı, ****** nömrəli Şəhadətnamədə qeyd edilmiş Cavabdeh mülkiyyətində olan 743 kv.m. torpaq sahəsinin iddiaçı İddiaçı 4348 (dörd min üç yüz qırx səkkiz) manata satılmasına dair alğısatqı müqaviləsinin notarial qaydada bağlanması öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulması barədə yeni qətnamə qəbul edilməli və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia tələbi təmin olunsun. “X8” X4 “Şəki ərazi torpaq müsabiqə və hərrac” Komissiyası tərəfindən ## ###### 2023-cü ildə keçirilmiş Cavabdeh mülkiyyətində olan 743 kv.m. torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı torpaq müsabiqəsinin qalibi olması haqqında “X8” X4 verdiyi “HTM” seriyalı, ****** nömrəli Şəhadətnamədə qeyd edilmiş Cavabdeh mülkiyyətində olan 743 kv.m. torpaq sahəsinin iddiaçı İddiaçı 4348 (dörd min üç yüz qırx səkkiz) manata satılmasına dair alğı-satqı müqaviləsinin notarial qaydada bağlanması öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulsun. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.