Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1598/2020 24.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), X7 vəMəmmədov Zaur İkramoğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2,iddiaçı “Bakı Sığorta” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-274/2020 saylı qətnaməsindən iddiaçı “Bakı Sığorta” açıq səhmdar cəmiyyətinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-274/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Almaz Süleymanova) iddiaçı “Bakı Sığorta” açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh1 vurulmuş zərərin əvəzi olaraq 2218 manat və məhkəmə xərclərinin əvəzi olaraq 29,60 manatın iddiaçı “Bakı Sığorta” açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, iddiaçı “Bakı Sığorta” açıq səhmdar cəmiyyətiqətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, “Bakı Sığorta” açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək 2797,01 manat məbləğində sığorta ödənişinin, 30,40 manat dövlət rüsumunun və 8 manat məbləğində notariat xərcinin, cəmi 2835,41 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub cəmiyyətin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki,xx.xx.2014-cü il tarixdə, saat 22:05-də Sumqayıt şəhəri, Sülh küçəsində Cavabdeh2 istifadəsində olan “Renault Tondar” markalı, ** FT *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində idarə edərkən yol nəqliyyatı hadisəsi törətmiş və nəticədə “Bakı Sığorta” açıq səhmdar cəmiyyətində sığortalanmış “Mitsubishi Attrage” markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)- 375 saylı, xx.xx.2015-ci il tarixli qərarına əsasən “RenaultTondar” markalı, ** FT *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və CM-nin 263-1.1-ci maddəsinə əsasən təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə, 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2019-cu il tarixli, 016-72823-1219 saylı məktubuna və elektron sistemdən çıxarışa əsasənyolnəqliyyat hadisəsinin baş verdiyi vaxt“Renault Tondar” markalı, ** FT *** dövlət qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətində olmuş və həmin nəqliyyat vasitəsi etibarnamə ilə Cavabdeh2 verilmişdir. Hadisə anına“Renault Tondar” markalı, ** FT *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh2 sahibliyində olması Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-375 saylı, xx.xx.2015-ci il tarixli qərarında da göstərilmişdir.Eyni zamanda, Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2019-cu il tarixli, 016-72823-1219 saylı məktubuna əlavə edilmiş elektron sistemdən çıxarışa əsasən hadisə anına “Renault Tondar” markalı, ** FT *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunmasına dair Cavabdeh1 Qktay oglunun adına etibarnamə verilməmişdir. H88 saylı, xx.xx.2014-cü il tarixli tibbi müayinə protokoluna görə, Cavabdeh1 Qktay ogluyol-nəqliyyat hadisəsini törətdiyi zaman yüngül sərxoşluq vəziyyətində olmuşdur. xx.xx.2014-cü il tarixdə“Renault Tondar” markalı, ** FT *** dövlət qeydiyyat nişanlı avtomobilCavabdeh2 sahibliyində olduğu və Cavabdeh1 Qktay ogluavtomobili etibarnamə olmadan idarə etdiyi üçün hadisə nəticəsində vurulmuş zərərin ödənilməsi öhdəliyi hər iki şəxsin üzərinə düşür. Göstərilən yol nəqliyyat hadisəsi ilə bağlı “Bakı Sığorta” açıq səhmdar cəmiyyətitərəfindən “Mitsubishi Attrage” markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə əlaqədar sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq 2797,01 məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdehlər bugünə qədər həmin məbləğin geri ödənilməsindən qərəzli şəkildə yayınmışlar. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı“Bakı Sığorta” açıq səhmdar cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçı Cavabdeh2 istifadəsində olan “Renault Tondar” markalı, ** FT *** dövlət qeydiyyat nişanlı avtomobilin onun sahibliyindən götürülməsində təqsirli olması ilə bağlı hər hansı sübutun təqdim edilmədiyini əsas tutaraq iddia tələbini cavabdeh QuliyevÇingiz Qurban oğlundan pulun tutulması hissəsində rədd etmişdir.Qətnamə işin faktiki hallarına uyğun gəlmədiyindən, maddi hüquq normalarının düzgün tətbiq edilməməklə və prosessual hüquq normalarıpozulmaqla qəbul edildiyinə görə ləğv edilməlidir. Belə ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı xx.xx.2019cu il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ-nə sorğu göndərilmişdir. Həmin sorğuda “Renault Tondar” markalı, ** FT *** dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsinin baş verdiyi xx.xx.2014-cü il tarixdə kimlərin mülkiyyətində olduğu və kimlərə etibarnamə (istifadə və ya sərəncam hüququ) ilə verilməsi barədə məlumatların “Bakı Sığorta” açıq səhmdar cəmiyyətinəgöndərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-nin məktubuna və elektron sistemdən çıxarışa əsasən “Renault Tondar” markalı, ** FT *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə anında X3 mülkiyyətində olmuş və həmin nəqliyyat vasitəsi etibarnamə üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər Cavabdeh2 sahibliyinə verilmişdir.Hadisə anında “Renault Tondar” markalı, ** FT *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh2 sahibliyində olması Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2015-ci il tarixli, 1(105)-375 saylı qərarında da əks olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikası DİN BDYP-nin xx.xx.2019-cu il tarixli məktubuna əlavə edilmiş elektron sistemdən çıxarışa əsasən hadisə anına “Renault Tondar” markalı, ** FT *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunmasına dair Cavabdeh1 adına etibarnamə verilməmişdir. Həmçinin H88 saylı, xx.xx.2014-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokoluna görə Cavabdeh1 yol-nəqliyyat hadisəsini törətdiyi zaman yüngül sərxoşluq vəziyyətində olmuşdur. Beləliklə, xx.xx.2014-cü il tarixində “Renault Tondar” markalı, ** FT *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh2 sahibliyində olduğu və Cavabdeh1 həmin avtomobili etibarnamə olmadan idarə etdiyi üçün hadisə nəticəsində vurulmuş zərərin ödənilməsi hər iki şəxsin üzərinə düşür. Yəni “Bakı Sığorta” açıq səhmdar cəmiyyətinin tələb etdiyi məbləğ cavabdehlər Cavabdeh1 və avtomobilin sahibi Cavabdeh2 müştərək qaydada tutulmalıdır. İddiaçı apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “Bakı Sığorta” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X4 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cəmiyyət məhkəmə qətnaməsi ilə tutulmuş məbləği mübahisələndirmir, həmin məbləğin cavabdehlər Cavabdeh1 və avtomobilin sahibi Cavabdeh2 müştərək qaydada tutulmasını xahiş edir. Cavabdeh2məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, Cavabdeh1 onun əmisi oğludur, qonşudurlar. “Renault Tondar” markalı, ** FT *** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə ona verilmişdir. xx.xx.2014-cü il tarixdə Cavabdeh1 onlarda olmuş, avtomobilin açarını stolun üstündən götürərək bir yerə dəyib qayıdacağını bildirmişdir. Bir müddət keçdikdən sonra hadisə baş verdiyini eşitmişdir. Cavabdeh1məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsiCavabdeh2 münasibətdə ləğv edilməli, qətnamə ilə müəyyən edilmiş məbləğ Cavabdeh2 da müştərək daydada tutulmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti faktiki olaraq iş üzrə məhkəmə qətnaməsininCavabdeh2 münasibətdə iddianın təmin edilməmiş hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olanAzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2019-cu il tarixli, 016-72823-1219 saylı məktubuna əlavə edilmiş elektron sistemdən çıxarışdan görünür ki, “Renault Tondar” markalı, ** FT *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X5r, həmin nəqliyyat vasitəsinə dair xx.xx.2014-cü il tarixdə Cavabdeh2 xx.xx.2024-cü il tarixədək qüvvədə olan etibarnamə verilmişdir. İş materiallarında olan fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə MİB-3803-1/14 saylı sığorta şəhadətnaməsinin surətindən görünür ki,X9 məxsus ** CR *** dövlət qeydiyyat nişanlı, “Mitsubishi Attrage” markalı avtomobil xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək “Bakı Sığorta” açıq səhmdar cəmiyyəti tərəfindən sığorta olunmuşdur. İş materiallarında olan xx.xx.2015-ci il tarixli zərərin hesablanması aktının surətindən görünür ki, “Mitsubishi Attrage” markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilə 3147,01 manat maddi ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 282/15-CM020/15 saylı sığorta aktının surətindən görünür ki, sığorta olunmuş X9 məxsus ** CR *** dövlət qeydiyyat nişanlı, “Mitsubishi Attrage” markalı avtomobil xx.xx.2014-cü il tarixdə Sumqayıt şəhəri Sülh küçəsində yol nəqliyyat hadisəsinə uğramış və nəticədə avtomobil maddi zərərə məruz qalmışdır, avtomobillə bağlı zərər 3147,01 manat məbləğində müəyyən edilmiş, sığorta ödənişi sığorta şəhadətnaməsində razılaşdırılmış 350 manat azadolma məbləği çıxılmaqla 2797,01 manat təşkil edir. İş materiallarında olan xx xxxx 2015-ci il tarixli, 000438 saylı kassa məxaric orderinin surətindən görünür ki, “Bakı Sığorta” açıq səhmdar cəmiyyəti tərəfindən MİB-3803-1/14 saylı sığorta müqaviləsinə əsasən X9 2797,01 məbləğində sığorta ödənişi verilmişdir. İş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəprotokolunun surətindən görünür ki, Cavabdeh1 xx xxxxxx 2015ci il tarixdə yüngül dərəcəli sərxoş olmuşdur. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)- 375 saylı, xx xxxxxxxx 2015-ci il tarixli qərarının surətindan görünür ki, xx.xx.2014-cü il tarixdə, saat 22:05-də Sumqayıt şəhəri, Sülh küçəsində Cavabdeh2 istifadəsində olan “Renault Tondar” markalı, ** FT *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində idarə edərkən yol nəqliyyatı hadisəsi törətmiş və nəticədə X8 idarə etdiyi “Mitsubishi Attrage” markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, avtomobilə maddi zərər dəymişdir.Həmin qərarla Cavabdeh1 Azərbaycan RespublikasıAzərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmü dəyişdirilmiş, hökmlə Cavabdeh1 təyin edilmiş 1 il 9 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 1 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh1 həbsdə qaldığı 1 ay 4 gün, ona təyin edilmiş 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüqüqundan məhrum edilməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 2 il 4 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş üzrə keçirilmiş ekspertizanın xx xxxxxx 2019-cu il tarixli, 29329 saylı rəyindən görünür ki, “Mitsubishi Attrage” markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilintəmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən2568,00 manatmüəyyən edilir. Azərbaycan Respublikası MM-nin 21.1 və 21.2-maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüqüqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə görə subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Sığorta haqqında” qanunun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İşin mübahisə edilməyən hallarından görünür ki, “Renault Tondar” markalı, ** FT *** dövlət qeydiyyat nişanlı avtomobil qanuni əsasla, yəni etibarnamə əsasında Cavabdeh2 sahibliyində olduğu xx.xx.2014-cü il tarixdə, saat 22:05-də Cavabdeh1 yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində həmin avtomobili idarə edərkən Sumqayıt şəhəri, Sülh küçəsində yol nəqliyyatı hadisəsi törətmiş və nəticədə “Bakı Sığorta” açıq səhmdar cəmiyyətində sığortalanmış “Mitsubishi Attrage” markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh2 münasibətdə təmin etməyərkən gəldiyi nəticəni “Renault Tondar” markalı, ** FT *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyət hüququ əsasında X6 məxsus olmaqla avtomobilin sığorta hadisəsi anında etibarnamə əsasında Cavabdeh2 istifadəsində olması, Cavabdeh2 istifadəsində olan avtomobilin onun sahibliyindən götürülməsində təqsirli olması ilə bağlı iddiaçı “Bakı Sığorta” açıq səhmdar cəmiyyətinin hər hansı sübut təqlim etməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmamaqla işin faktiki hallarına uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MM-nin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Göründüyü kimi, qanun digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində yüksək təhlükə mənbəyinin onun sahibliyindən çıxdığını sübuta yetirmək vəzifəsini yüksək təhlükə mənbəyinin sahibinin üzərinə qoymuşdur. Hazırki iş üzrə də “Renault Tondar” markalı, ** FT *** dövlət qeydiyyat nişanlı avtomobilin onun qanuni sahibliyindən Cavabdeh1 hüquqa zidd hərəkətləri nəticəsində çıxmasını sübuta yetirmək vəzifəsi Cavabdeh2 üzərinə düşür. İş materiallarında “Renault Tondar” markalı, ** FT *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh2 qanuni sahibliyindən Cavabdeh1 hüquqa zidd hərəkətləri nəticəsində çıxmasını təsdiq edən heç bir sübut yoxdur, Cavabdeh2 bu halı təsdiq edən sübutu məhkəmə kollegiyasına da təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 münasibətdə maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 münasibətdə ləğv edilməli, qətnamə ilə müəyyən edilmiş məbləğ Cavabdeh2 da müştərək daydada tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı “Bakı Sığorta” açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-274/2020 saylı qətnaməsi Cavabdeh2 münasibətdə ləğv edilsin, ona münasibətdə iddia qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-274/2020 saylı qətnaməsi ilə Cavabdeh1 tutulacaq vurulmuş zərərin əvəzi olaraq 2218 manat və məhkəmə xərclərinin əvəzi olaraq 29,60 manat Cavabdeh2 da müştərək daydada iddiaçı “Bakı Sığorta” açıq səhmdar cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Zaur Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1598/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1598/2020
24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver