Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1599/2021 31.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçı: İddiaçı1, İddiaçıların nümayəndəsi və vəkili: X7 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 3-cü şəxs Sumqayıt Cavabdeh3 notariat kontoruna qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Şabran Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ç.Ə.İsgəndərov) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 məhkəmədə iddia qaldıraraq Daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 140 nömrəli vərəqində **********21 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsilə 04.03.2008-ci il tarixdə qeydə alınmış Şabran rayonu, Qəndob kəndində yerləşən ümumi birgə mülkiyyətlərində olan 1.014762 ha ölçüdə olan torpaq sahəsinə dair cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında 02 oktyabr 2017-ci il tarixdə Sumqayıt ”ASAN xidmət” mərkəzində notariat kontorunda bağlanılmış və 4Ə-2636 saylı reyestrdə qeydə alınmış AN-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onunla bağlı nəticələrin ləğv edilməsinə dair, ödənilmiş dövlət rüsumunun və vəkilin göstərdiyi hüquqi yardıma görə çəkilmiş xərcin cavabdehlərdən alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şabran rayonu, Gəndob kəndində yerləşən 1.014762 ha ölçüdə olan torpaq sahəsi üzərində mülkiyyət hüquqları Azərbaycan Respublikasının Daşımnaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Rayon Ərazi İdarəsi tərəfindən Daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 140 nömrəli vərəqində **********21 reyestr nömrəsi, ********** qeydiyyat nömrəısilə 04.03.2008ci il tarixdə qeydə alınaraq Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı 00115919 nömrəli çıxarış verilmişdir. Həmin torpaq sahəsinin təyinatı-kənd təsərrüfatı təyinatlı torpaqlardır. Həmyerliləri olan Cavabdeh1 2016-cı ilin əvvəllərində ona müraciət edərək ailələrinin mülkiyyətində olan yuxarıda qeyd olunan torpaq sahəsini icarə haqqını ödəmək şərti ilə bir-neçə illik onun istifadəsinə verilməsini xahiş etmişdir. Cavabdeh1 həmkəndli kimi uzun illər tanıdığına və ona etibar etdiyinə görə, o ailə üzvləri ilə məsləhətləşərək ailələrinin ümumi mülkiyyətində olan torpaq sahəsini 10 illik müddətə 23.04.2016-cı il tarixli, 2018 və 2020 reyestr nömrəli etibarnamələr əsasında cavabdehin icarəsinə vermişdir. Etibarnamələr Cavabdeh1 verildikdən sonra o, gələcəkdə torpaq sahəsinə torpaq vergisini ödəmək üçün ona çıxarışın da verilməsini xahiş etmiş, o, da ona etibar etdiyinə görə torpaq sahəsinə dair olan çıxarışı cavabdehə vermiş o, isə verilmiş sənədlər müqabilində 960 manat məbləğində pulu onlara vermişdir. Cavabdeh1 etibarlarından sui-istifadə edərək ondan xəbərsiz icarəyə götürdüyü torpaq sahəsini 02 oktyabr 2017-ci il tarixdə Sumqayıt «ASAN xidmət” mərkəzində notariat kontorunda bağlanılmış və 4Ə-2636 saylı reyestrdə qeydə alınmış AN-İ 0639009№-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 4100 manata Cavabdeh2 satmışdır. İcarəyə verilmiş torpaq sahəsinin Cavabdeh1 tərəfindən üçüncü şəxsə satılmasından 2019-cu ilin noyabr ayında xəbər tutan kimi onlar dərhal Şabran rayon notariat ofisinə ərizə ilə müraciət edərək Cavabdeh1 adına verilmiş 23.04.2016-cı il tarixli etibarnaməni ləgv edilməsini xahiş etmişlər. Həmin etibarnamələrə 30.11.2019 və 21.07.2020-ci il tarixdə xitam verilmişdir. Qeyd etmək istəyir ki, nə o, nə də onun ailə üzvləri heç bir zaman mülkiyyətlərində olan torpaq sahəsini satmaq fikrində olmamışlar. Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində onların mülkiyyətlərində olan 1.014762 ha torpaq sahəsi üzərində olan mülkiyyət hüquqları aşkar şəkildə pozulmuşdur. Hesab edirlər ki, onlara məxsus olan torpaq sahəsinə dair bağlanmış əqd mövcud mülki qanuvericiliyinin tələblərini pozmaqla bağlandığına görə etibarsız hesab olunmalı və onunla bağlı nəticələri ləğv edilməlidir. Pozulmuş mülkiyyət hüquqlarını bərpa etmək məqsədi ilə məhkəməyə müraciət etmişlər. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Məhkəmə cavabdehin izahatına istinad edərək iddianı təmin etməmişdir. Onlar heç bir zaman mülkiyyətində olan torpaq sahəsini satmaq fikrində olmamışlar. Məhkəmə tərəfindən onların Konstitusion, mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 337.1-ci maddəsinin tələblərini pozmuşdur. Şabran Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(031)-82/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. İddiaçıların nümayəndəsi və vəkili V.Ə.Əliyev və İddiaçı1 apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, ona oxşar izahat verdilər və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. 3-cü şəxs Sumqayıt Regional Cavabdeh3 notariat ofisinin nümayəndəsi məhkəməyə məktub göndərərək, işə onların iştirakı olmadan baxılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, cavabdeh tərəfindən iddiaçılara məxsus olan torpağın qanuna müvafiq əldə edilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 və qeyrisinin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı1 və F.M.Mirzəyevə nikahlarını 24 noyabr 1986-cı ildə rəsmi qeyd etdirmişlər. İşə əlavə edilmiş Şabran rayonu İHB-nın Gəndv İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 oktyabr 2020-ci il tarixli 662 saylı arayışdan görünür ki, İddiaçı2 ailə üzvləri – oğlu-X4, qızı – İddiaçı3, oğlu – X2 ibarətdir. İş materiallarına əlavə edilmiş 23 aprel 2016-cı il tarixli ƏN-İ499090 saylı etibarnamədən görünür ki, İddiaçı1 və İddiaçı3 ünvan 3i ərazisində yerləşən 1.014762 ha hissəsinə dair sərəncam verməyi, notariat kontorunda alqı-satqı müqaviləsini bağlamağı, bütün orqanlarda, həmçinin Bankda, DƏDRX-də, məhkəmə, vergi və sair əlaqədar orqanlarda təmsil etməklə lazımi sənədləri almağı, təqdim etməyi, imzalamağı, ondan ərizə verməyi, pul hesablamalarını aparmağı və bu etibarnamədə göstərilənlərlə əlaqədar digər bütün hərəkətləri etməyi Cavabdeh1 etibar etmişdir. İşə əlavə edilmiş 23 aprel 2016-cı il tarixli ƏN-İ499092 saylı etibarnamədən görünür ki, İddiaçı4 və F.T.Mirzəyeva ünvan 3i ərazisində yerləşən 1.014762 ha hissəsinə dair sərəncam verməyi, notariat kontorunda alqı-satqı müqaviləsini bağlamağı, bütün orqanlarda, həmçinin Bankda, DƏDRX-də, məhkəmə, vergi və sair əlaqədar orqanlarda təmsil etməklə lazımi sənədləri almağı, təqdim etməyi, imzalamağı, ondan ərizə verməyi, pul hesablamalarını aparmağı və bu etibarnamədə göstərilənlərlə əlaqədar digər bütün hərəkətləri etməyi Cavabdeh1 etibar etmişdir. İşdə olan DƏD reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İbarəsi tərəfindən İddiaçı1 ünvanlanmış 14 avqust 2020-ci il tarixli məktubdan görünür ki, Şabran rayonu, Gəndob kəndində yerləşən ümumi birgə 1.014762 ha (**********21) və həmin kənddə yerləşən ümumi birgə 0.62 ha (**********20) kənd təsərrüfatı təyinatlı torpaq sahələri hal-hazıradək özgəninkiləşdirilməmişdir. İşə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İbarəsi tərəfindən İddiaçı1 ünvanlanmış 16 dekabr 2019-cu il tarixli məktubdan görünür ki, İddiaçı1 və ailə üzvlərnin adına olan 2.86 ha torpaq sahəsinə verilmiş JN-331 kod 30404018 nömrəli «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı» ləğv edilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabından qeydiyyatdan keçmişdir. 2.86 ha torpaq sahəsinə verilmiş JN-331 KOD 303018 nömrəli «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı»nın 1.23 hissəsi özgəninkilşdirilmiş, yerdə qalan hissəsinə İddiaçı1 və ailə üzvlərinin adına **********20 və **********21 reyestr nömrəli çıxarışlar verilmişdir. İşə əlavə edilmiş AN-İ seriyalı ******* saylı 02 oktyabr 2017-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsindən görünür ki, satıcılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 birgə mülkiyyətlərində olan ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 1.014762 ha torpaq sahəsini alıcı Cavabdeh2 mülkiyyətinə vermişlər. Müqavilə satıcı tərəfdən Cavabdeh1, alıcı tərəfdən isə M.N.İbrahimov tərəfindən imzalanmış, Sumqayıt Cavabdeh3 notariat kontorunun reyestrdə 4Ə-3639 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilib. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı ******* saylı çıxarışdan görünür ki, İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə ünvan 3i ərazisindən kənd təsərrüfatı təyinatlı torpaqlardan 1.014762 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan «Elektron notariat» X1 çıxarışdan görünür ki, İddiaçı1 və İddiaçı3 tərəfindən Cavabdeh1 verilmiş etibarnamə 30 noyabr 2019-cu il tarixdə ləğv edilmişdir. Etibarnamənin predmeti torpaq sahəsi olmaqla Şabran rayonu, Gəndov kəndi ərazisində yerləşən 1.014762 ha hissəsinə dair sərəncam verməyi, notariat kontorunda alqı-satqı müqavilə bağlamağı, bütün orqanlarda, həmçinin Bankda, DƏDRXdə, məhkəmə, vergi və sair əlaqədar orqanlarda təmsil etməklə lazımi sənədləri almağı, təqdim etməyi, imzalamağı, adından ərizə verməyi, pul hesablaşmalarını aparmağı, etibarnamədə göstərilənlərlə əlaqədar digər bütün hərəkətləri etibar etməsi göstərilmişdir. İşə əlavə edilmiş «Elektron notariat» X1 çıxarışdan görünür ki, İddiaçı4, İddiaçı2 tərəfindən Cavabdeh1 verilmiş etibarnamə 21 iyul 2020-ci il tarixdə ləğv edilmişdir. Etibarnamənin predmeti torpaq sahəsi olmaqla Şabran rayonu, Gəndov kəndi ərazisində yerləşən 1.014762 ha hissəsinə dair sərəncam verməyi, notariat kontorunda alqı-satqı müqavilə bağlamağı, bütün orqanlarda, həmçinin Bankda, DƏDRXdə, məhkəmə, vergi və sair əlaqədar orqanlarda təmsil etməklə lazımi sənədləri almağı, təqdim etməyi, imzalamağı, adından ərizə verməyi, pul hesablaşmalarını aparmağı, etibarnamədə göstərilənlərlə əlaqədar digər bütün hərəkətləri etibar etməsi göstərilmişdir. İşdə olan Sumqayıt «Asan xidmət mərkəzi tərəfindən verilmiş 02 oktyabr 2017-ci il tarixli məktubdan görünür ki, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 ilə Cavabdeh2 arasında bağlanmış və notariat kontorunda 02.10.2017-ci il tarixində 4Ə/3639 nömrəli reyestrdə təsdiq edilmiş ünvan 4i ünvanında yerləşən ümumi sahəsi 1.014762 ha olan torpaq sahəsinin alqı-satqı müqaviləsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə göndərilmişdir. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********21, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 20.08.2020-ci il olan çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyətinə ünvan 3i ərazisindən kənd təsərrüfatı təyinatlı torpaqlardan 1.0148 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan AN-İ seriyalı ******* saylı 09 fevral 2021-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsindən görünür ki, satıcı Cavabdeh2 mülkiyyətində olan ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 1.0148 ha torpaq sahəsini alıcı H.S.Mehdiyevə satmışdır. Müqavilə satıcı tərəfdən M.N.İbrahimov (nümayəndə), alıcı tərəfdən isə H.S.Mehdiyev tərəfindən imzalanmış, Sumqayıt Cavabdeh3 notariat kontorunun reyestrdə 4Ə-199 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilib. İşdə olan Şabran Rayon Məhkəməsinin 23 iyul 2020-ci il tarixli 2(031)-463/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı1, İddiaçı2nin, İddiaçı4, İddiaçı3 Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. İşə əlavə edilmiş Şabran Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli qərardadına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Daşınmaz Əmlakın Dövlət Reyestrində 9 nömrəli reyestr kitabının 140 nömrəli vərəqində **********21 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsilə 04.03.2008ci il tarixdə qeydə alınmış Şabran rayonu, Gəndov kəndində yerləşən ümumi birgə mülkiyyətində olan 1.014762 ha ölçüdə olan torpaq sahəsinin üzərinə həbs qoyulması barədə ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası MM-nin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəflərin yalnış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Həmin Məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 347.5-ci maddəsinə predmentin əsas xüsusiyyətləri barəsində yanılma yalnız o zaman vacib sayılır ki, predmentin dəyərinin müəyyənləşdirilmsi üçün əhəmiyyət kəsb edir. Qanunun həmin maddəsinə əsasən, əqdin motivi razılaşma predmetidirsə, yanılma vacib əhəmiyyətlidir. Qeyd olunan Məcəllənin istinad olunan maddəsində belə bir norma da təsbit edilmişdir ki,predmetin əsas xususiyyətləri onun dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyətli olarsa, onların barəsində yanılma vacib əhəmiyyətli yanılma hesab olunur. Həmçinin, «Notariat haqqında» Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən notarius bu Qanunda nəzərdə tutulan hərəkətləri apara bilər, əqdlərin, ərizələrin və digər sənədlərin layihələrini tərtib edə bilər, sənədlərin surətlərini və onlardan çıxarışları hazırlaya bilər, notariat hərəkətlərinin aparılması ilə əlaqədar məsləhətlər verə bilər, fiziki və hüquqi şəxslərdən həmin hərəkətlərin aparılması üçün sənədləri və məlumatları tələb edə bilər. Həmin Qanunun 9-cu madəsində qeyd edilir ki, notarius öz vəzifələrini yerinə yetirərkən: fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir; hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir; bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır; Bu Qanunun 45-ci maddəsinə əsasən notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Məhkəmə kollegiyası iddiaçıların torpagın heç kimə satmaması barədə gətirdiyi dəlili qəbul etmir. «S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanunuiliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona maneə olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun istehlakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-nin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Həmin qərarda eyni zamanda göstərilir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Bu hüquq beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericilikdə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Azərbaycan Respublikası MM-nin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2004-cü il tarixli qərarına əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh1la Cavabdeh2 arasında bağlanmış 02 oktyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsi qeyd olunan qanunvericiliyin tələblərinə tam əməl olunmaqla bağlanmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin iş üzrə 15 fevral 2021-ci il tarixli 2(031)-82/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1599/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1599/2021
31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver