Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1639/2021 17.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment və uşaqların yanında qalması tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı nikahın pozulması barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 10 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 10 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Süleymanova) ilkin iddianın qismən, qarşılıqlı iddianın tam təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında Sumqayıt şəhər Qeydiyyat şöbəsində 28.04.2010-cu il tarixdə 568 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahdan olan 22.02.2011-ci il təvəllüdlü X7 və 02.04.2013-cü il təvəllüdlü X2 anaları İddiaçı yanında qalması, 07 yanvar 2021-ci il tarixdən başlayaraq Cavabdeh 22.02.2011-ci il təvəllüdlü X3 və 02.04.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə qətnaməsi alimentin tutulması hissədə dərhal icra olunması, ilkin və qarşılıqlı iddialar üzrə ödənilmiş dövlət rüsumlarının iddiaçılara aid edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “uşaqların yanında qalması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 22 fevral 2011-ci il təvəllüdlü qızı Yusifli Nübar və 02 aprel 2013-cü il təvəllüdlü oğlu Yusifov İsrailin yetkinlik yaşına çatana qədər onun himayəsində saxlanılması və hər uşağa görə 200 manat olmaqla cəmi 400 manat alimentin Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 28 aprel 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 22.02.2011-ci il təvəllüdlü X7 və 02.04.2013-cü il təvəllüdlü X6 anadan olmuşdur. Cavabdeh ailəsinə baxmır. Heç bir dövlət işində işləmir, ustalıq edir, amma dəfələrlə işə vaxtında getmədiyi üçün işlədiyi məkanlarda problem yaradaraq ayrılıb. Evin bütün xərclərini və kommunal xərclərini özü ödəmişdir. Cavabdeh ailə məsuliyyətini başa düşmür, gününün çox hissəsini çayxanalarda pullu qumar oyunlarında keçirmişdir. Birgə yaşadıqları müddətdə evdə iki dəfə onun qızıllarını oğurlayıb lombarda qoyaraq pul götürüb. Uşaqların bütün ehtiyaclarını özü qarşılayır, mütəmadi olaraq ondan pul tələb edir, vermədikdə isə münaqişə yaradır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və uşaqların yanında qalması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabhehlə aralarında bağlanmış 28.10.2010-cu il tarixli nikahın pozulması və birgə nikahdan olan 22.02.2011-ci il təvəllüdlü X7 və 02.04.2013-cü il təvəllüdlü X2 onun yanında qalmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra qarşılıqlı iddia üzrə iddiaçı tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək uşaqların onun yanında saxlanılması hissəsində tələbini müdafiə etmədiyini bildirdi. Qarşılıqlı iddia üzrə iddiaçı tələbi onunla əsaslandırmışdır ki, ailə qurduqları ilk vaxtlarda münasibətləri yaxşı olmuşdur. Lakin, son vaxtlar münasibətləri pisləşmişdir. Boşanma barədə fikri qətidir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İlkin iddia üzrə İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Məhkəmə qətnaməni əsaslandırarkən qeyd etmişdir ki, uşağın saxlanılması hər iki valildeynin vəzifəsidir. Bu səbəbdən guya, cavabdehin gəlirinin olması onun tərəfindən sübuta yetirilməməsinin nəzərə alaraq belə bir qənaətə gəlmişdir. O, 571 manat, 487 manat olan maaş da almışdır. Ən yuxarı həddin qəbul edilməsi də başa düşülən deyil. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərini pozmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(060)-1541/2021 saylı qətnaməsinin qismən hər uşaq üçün 120 manat olmaqla cəmi 240 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasını hissəsində dəyişdirilərək, həmin hissədə uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İlk iddia üzrə İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, iddia ərizəsinə və şikayətə oxşar izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İlk iddia üzrə Cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməlidir, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə ilkin iddia ərizəsini qismən təmin edərkən, tərəflər arasında olan nikahın formal olması, uşağın ana nəvazişinə daha çox ehtiyacının və bir ata kimi iddiaçının uşağa maddi köməklik vəzifəsinin olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin nikahın pozulması və uşaqların ananın yanında qalması hissəsində gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur, lakin aliment hissəsində qətnamə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İddia ərizəsindən və mülki işin materillarından görünür ki, tərəflər rəsmi qaydada 28 aprel 2010-cu ildə ailə qurmuş, onların bu nikahdan 22 fevral 2011-ci il təvəllüdlü Nübar və 02 aprel 2013-cü il təvəllüdlü İsrail adlı uşaqları doğulmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsinə görə, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Məcəllənin 22.2-ci maddəsinə görə isə, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, həmçinin uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2.-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən oluumuş qaydada məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. İşin faktiki hallarına və şərh olunan hüquq normalarına əsaslanaraq məhkəmə kollegiyası tərəflərin birgə nikahından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqların anası İddiaçı yanında qalmasının müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Uşaq Hüquqları haqqında Qanunun 5-ci maddəsinə əsasən, Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, valideynlər uşaqları saxlamağa borclu olduğundan cavabdehdən birgə nikahdan olan uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aliment tutulmalıdır. Alimentin miqdarı tərəflərin ailə və maddi vəziyyətləri, habelə uşaqların qanunla nəzərdə tutulmuş minimum maddi təminat almaq hüququ, habelə cavabdehin ilkin iddianı qismən etirafı nəzərə alınaraq ağlabatan məbləğ həddində müəyyən edilməklə, 07 yanvar 2021-ci il tarixdən başlayaraq Cavabdeh 22.02.2011-ci il təvəllüdlü X3 və 02.04.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə bu nəticəyə gələrkən uşaqların saxlanılması valideynlərdən hər hansı birinin deyil, hər ikisinin vəzifəsi olması ilə bağlı qanunvericiliyin göstərişlərini nəzərə almışdır. Məhkəmə eləcə də ilkin iddianın aliment hissədə qismən təmin edilməsi nəticəsinə gələrkən iddiaçının izahatında verdiyi məlumatları MPM-nin 76-cı maddəsi baxımından sübut növü olaraq qiymətləndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi aliment hissəsində qismən dəyişdirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İlk iddia üzrə İddiaçı Fərruz qızının apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 10 mart 2021-ci il tarixli 2(060)-1541/2021 saylı qətnaməsi aliment hissəsində dəyişdirilsin. Cavabdeh ilə İddiaçı arasında Sumqayıt şəhər Qeydiyyat şöbəsində 28.04.2010-cu il tarixdə 568 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulsun, birgə nikahdan olan 22.02.2011-ci il təvəllüdlü X7 və 02.04.2013-cü il təvəllüdlü X6 anaları İddiaçı yanında qalsın, 07 yanvar 2021-ci il tarixdən başlayaraq Cavabdeh 22.02.2011-ci il təvəllüdlü X3 və 02.04.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun, ilk iddia qalan hissədə təmin edilməsin, məhkəmə qətnaməsi alimentin tutulması hissədə dərhal icra olunsun, ilkin və qarşılıqlı iddialar üzrə ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1639/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1639/2021
17.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver