Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-165/2022 24.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X3, İddiaçı, cavabdeh Siyəzən Bələdiyyəsinin nümayəndəsi X5, müstəqli tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə Siyəzən Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(059)-196/2021 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Siyəzən Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(059)-196/2021 saylı qətnaməsi ilə (hakim B.R.Ələkbərov) İddiaçı cavabdehlər Siyəzən bələdiyyəsi, Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinə və həmin Xidmətin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “müsabiqənin və torpaq icarə müqaviləsinin ləğv edilməsi, həmin torpaq sahəsinin onun icarəsinə verilməsi, bu torpaq sahəsində mövcud olan tikiliyə mülkiyyət hüququnun tanınması və cavabdehlər Siyəzən bələdiyyəsindən və Cavabdeh2ndən mənəvi zərərin tutulması” tələbinə dair iddiası təmin olunmamış və iddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət dilmişdir. Siyəzən Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(059)-196/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər Siyəzən bələdiyyəsi, Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinə və həmin Xidmətin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “müsabiqənin və torpaq icarə müqaviləsinin ləğv edilməsi, həmin torpaq sahəsinin onun icarəsinə verilməsi, bu torpaq sahəsində mövcud olan tikiliyə mülkiyyət hüququnun tanınması və cavabdehlər Siyəzən bələdiyyəsindən və Cavabdeh2ndən mənəvi zərərin tutulması” tələbinə dair iddiasının «cavabdehlər Siyəzən bələdiyyəsindən və Cavabdeh2ndən mənəvi zərərin tutulması» hissəsi üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verib, Siyəzən Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(059)-196/2021 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 yanvar 2020-ci il tarixli müsabiqənin və Siyəzən bələdiyyəsi ilə X4 arasında 23 yanvar 2020-ci il tarixdə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi, həmin torpaq sahəsinin onun adına icarəyə verilməsi, cavabdehlərdən vurduqları ziyana görə müştərək qaydada 15000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinin və həmin Xidmətin 2 saylı Sumqayıt ərazi idarəsinin əlavə cavabdeh qismində işdə iştirak etməyə cəlb edilməsi, eləcə də iddia tələbinin həcminin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, 09 yanvar 2020-ci il tarixli müsabiqənin və Siyəzən bələdiyyəsi ilə X4 arasında 23 yanvar 2020-ci il tarixdə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi, həmin torpaq sahəsinin onun adına icarəyə verilməsi, bu torpaq sahəsində mövcud olan tikiliyə mülkiyyət hüququnun tanınması, həmçinin cavabdehlər Siyəzən Bələdiyyəsindən və Cavabdeh2ndən vurduqları ziyana görə müştərək qaydada 15000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1995-ci ilin İ yarımilində Cavabdeh2 başçısı vəzifəsində çalışmış Fizuli Hacıyevin şifahi razılığı ilə Siyəzən şəhəri ərazisində əhalinin ümumi istifadəsi üçün 30 kv.metr torpaq sahəsində xeyriyyəçilik məqsədilə dayanacaq inşa etdirsə də, həmin torpaq sahəsinə dair mülkiyyət sənədi almamışdır. 1995-2014-cü illərdə bu dayanacağın işıqlandırılması və təmizliyi onun vəsaiti hesabına olmuş, bir sözlə həmin daşınmaz əmlakın faktiki mülkiyyətçisi hüququ ilə ona fasiləsiz və etirazsız sahiblik etmişdir. Lakin, 2014-cü ildə bu dayanacağın arxa tərəfində avtovağzal binası inşa edildiyindən, dayanacaq funksiyasını itirmişdir. Elə bu səbəbdən Siyəzən RİH-yə rəsmi məktubla müraciət edərək, həmin dayanacağın altındakı torpaq sahəsinə dair ona mülkiyyət hüququ verilməsinə razılıq verilməsini xahiş etmişdir. Cavab məktublarında sözügedən tikili əhalinin ümumi istifadəsində olduğuna görə, həmin yerin digər məqsədlər üçün istifadəyə verilməsinin məqsədəmüvafıq hesab edilmədiyi bildirilsə də, 2019-cu ilin sentyabr ayında mübahisə predmeti olan torpaq sahəsinin satılmasının ona məlum olmasına baxmayaraq səhhətində baş vermiş xəstəliklə əlaqədar bu məsələni aydınlaşdıra bilməmişdir. 2020-ci ilin yanvar ayında yenidən Siyəzən RİH-yə rəsmi müraciət etdikdə, RİH-nin əməkdaşı həmin torpaq sahəsinin satıldığını bildirsə də, cavab məktubunda, qeyd edilən tikilinin altında yerləşən torpağın ümumi istifadədə olan torpaq sahəsinə aid olmasını və xüsusi mülkiyyətə verilməsinin mümkün olmamasını qeyd etməklə, ona başqa ərazidən torpaq sahəsi almağı tövsiyə etmişdir. O, Siyəzən bələdiyyəsi tərəfindən yol verilmiş qanunsuzluqlarla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinə də müraciət etmiş, cavab məktubunda isə 30 kv.m torpaq sahəsinin sahibkarlıq-tikinti təyinatlı, bələdiyyənin ehtiyat fondu torpaqlarına aid olmaqla, ümumi istifadədə olan torpaqlar kateqoriyasına aid olmaması göstərilmişdir. Siyəzən bələdiyyəsi həmin dayanacağın yerləşdiyi 0,003 ha torpaq sahəsinə dair adına mülkiyyət sənədi əldə etmiş, eləcə də, bələdiyyəyə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış da verilmişdir. Həmin torpaq sahəsi üzərində yerləşən dayanacaqla birlikdə vahid daşınmaz əmlak kimi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinə 29 oktyabr 2019-cu il qeydiyyat tarixli çıxarışdan da göründüyü kimi yalnız torpaq sahəsinə mülkiyyət sənədi verilmişdir. Bundan əlavə, sözügedən torpaq sahəsi ilk növbədə ona təklif edilməli idi. Bununla da, Cavabdeh2 və Siyəzən bələdiyyəsinin qanunsuz hərəkətləri nəticəsində o, ağır xəstəliyə tutularaq, uzun müddət müalicə almağa məcbur olmuşdur. Sözügedən orqanlar tərəfindən ona vurulmuş mənəvi zərəri 15.000 manat məbləğində qiymətləndirir. Bundan başqa, digər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsi tərəfindən də mübahisə predmeti olan torpaq sahəsinə dair müsabiqənin keçirilməsində qanunvericiliyin tələblərinə riayət edilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Siyəzən Rayon Məhkəməsi 08 may 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh Siyəzən bələdiyyəsinin nümayəndəsi X5 və müstəqli tələb irəli sürməyən üçüncü şəxs X4 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinə və həmin Xidmətin 2 saylı Sumqayıt Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinə və həmin Xidmətin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndələrinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Sumqayıt ərazi şöbəsinin 21 iyun 2019-cu il tarixli, 95 nömrəli rəyinin surətindən görünür ki, Siyəzən şəhərində yerləşməklə, Siyəzən bələdiyyəsinin mülkiyyətindəki 30 kv.m (0,003 ha) ehtiyat fondu kateqoriyalı, sahibkarlıq-tikinti təyinatlı torpaq sahəsinin sahibkarlıq fəaliyyəti məqsədilə müsabiqə və hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə, icarəyə verilməsinə baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 29 oktyabr 2019-cu il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, Siyəzən şəhərindəki sahəsi 0,003 ha olan torpaq sahəsi 29 oktyabr 2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə Siyəzən bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində qeydiyyata alınmışdır. “Mülkiyyət” qəzetinin 07 dekabr 2019-cu il tarixli, 49 (1153) nömrəli buraxılışının çıxarışından görünür ki, Siyəzən bələdiyyəsinin mülkiyyətindəki 30 kv.m torpaq sahəsinin icarəyə verilməsi məqsədilə 09 yanvar 2020-ci il tarixdə, saat 15:00-da müsabiqənin keçiriləcəyi elan edilmişdir. Siyəzən bələdiyyəsinin 19 dekabr 2019-cu il tarixli, 14 nömrəli iclasının 13 saylı qərarından çıxarışdan görünür ki, bələdiyyənin icarə predmeti olan 30 kv.m torpaq sahəsinin icarəyə verilməsi məqsədilə müsabiqəyə çıxarılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Torpaq müsabiqə və Hərrac Komissiyası ilə Siyəzən bələdiyyəsi arasında müqavilənin bağlanması qərara alınmışdır. 08 yanvar 2020-ci il tarixli torpaq müsabiqə, hərrac müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Torpaq müsabiqə və Hərrac Komissiyası ilə Siyəzən bələdiyyəsi arasında bələdiyyənin mülkiyyətindəki 30 kv.m torpaq sahəsinin icarəyə verilməsi məqsədilə 09 yanvar 2020-ci il tarixdə, saat 15:00-da müsabiqənin keçirilməsi razılaşdırılmışdır. İşdə olan torpaq müsabiqəsinin nəticələri barədə 09 yanvar 2020-ci il tarixli iclasın 144/3 nömrəli protokolunun, AM seriyalı, 010676 nömrəli şəhadətnamənin, eləcə də 23 yanvar 2020-ci il tarixli icarə müqaviləsinin surətlərindən görünür ki, Siyəzən şəhərində yerləşən ümumi sahəsi 0,003 ha olan torpaq sahəsi Siyəzən bələdiyyəsi tərəfindən 09 yanvar 2020-ci il tarixdə keçirilmiş müsabiqədə qalib gəlmiş X2 23 yanvar 2069-cu il tarixədək icarəyə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinin İ hissəsinin İİ, İİİ, İV və V bəndlərinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin Məcəllənin 706-cı maddəsinin İ və İİ hissələrinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Azərbaycan Repsublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin İİ və Vİ, eləcə də “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası qanununun 6cı maddəsinin V hissələrinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinin İ hissəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414-cü maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. Qeyd olunan Məcəllənin 415-ci maddəsinin İ və İİ hissələrinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. İş materiallarından aydın olur ki, hərracın müsabiqə formasında keçirilməsindən əvvəl 07 dekabr 2019-cu il tarixdə (ən geci 30 gün qalmış) “Mülkiyyət” qəzetində hərracla bağlı bildiriş verilmiş və hərrac 09 yanvar 2020-ci il tarixdə ixtisaslaşmış təşkilat tərəfindən müsabiqə formasında keçirilmiş, müqavilə müsabiqədə ən yüksək qiymət təklif etmiş şəxslə, yəni Bənövşə Musayeva ilə bağlanmışdır (MM-in 414-cü maddəsi). Bildirişin məzmunu baxımından (MM-in 415-ci maddəsi) hərracın forması, vaxtı, yeri, predmeti və başlanğıc qiymətinə dair məlumatlar göstərilmiş, hərracın keçirilmə qaydası, iştirakın rəsmiləşdirilməsi, onu udan şəxsin müəyyənləşdirilməsi, behə dair məlumatlar qeyd olunmasa da, hərracda iştirak etmiş şəxslər tərəfindən sonradan mübahisələndirilməmişdir. Mülki iş materiallarından, o cümlədən tədqiq edilmiş mötəbər sübutlardan da göründüyü kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların təşkili üzrə Auksion Mərkəzinin təşkilatçılığı ilə 09 yanvar 2020-ci il tarixdə keçirilmiş müsabiqənin nəticələrinə əsasən qalib gəlmiş X4yla Siyəzən bələdiyyəsi arasında bələdiyyənin mülkiyyətindəki Siyəzən şəhərində yerləşən ümumi sahəsi 0,003 ha olan torpaq sahəsinin 23 yanvar 2020-ci il tarixdə icarəyə verilməsinə dair müqavilə imzalamaqla tərəflər iradələrini ifadə etmişlər. Mübahisəli torpaq sahəsinin icarəsi haqqında bağlanmış müqaviləyə nəzər yetirdikdə görünür ki, bu müqavilə ilə hər iki tərəf öz öhdəliklərini lazımınca icra etmiş, biri digərinin, həmçinin üçüncü şəxslərin hüquqlarını əhəmiyyətli dərəcədə pozmamışdır. Bundan əlavə, mübahisəli torpaq sahəsinin bu və ya digər formada iddiaçının adına sənədləşdirilməsinə dair tərəflər, o cümlədən İddiaçıla Siyəzən bələdiyyəsi arasında hər hansı bir öhdəlik münasibətləri yaranmamışdır. Çünki, tərəflər arasında hüquq münasibətlərinin, o cümlədən hüquq və vəzifələrin yaranması məqsədilə onların iradə ifadəsini əks etdirən yazılı müqavilənin olması zəruridir. Hazırda isə tərəflər arasında hüquq və vəzifələrin yaranması üçün müqavilə mövcud deyildir və istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 421-ci maddəsinin İ və İİ hissələrinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Deməli, mübahisəli müqavilə bağlanarkən İddiaçı müqavilənin iştirakçısı olmamış, o cümlədən orada tərəf kimi iştirak etməmiş, habelə bağlanmış müqavilə və ona qədər aparılmış hərəkətlər iddiaçının hüquqlarını, maraqlarını bu və ya digər formada pozmamış, bunun əksi məhkəmə iclasında sübut edilməmişdir. Digər tərəfdən, torpaq icarəsi müqaviləsinin ləğvini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 719-cu maddəsinə əsasən məhz müqavilənin iştirakçısı tələb edə və reallaşdıra bilər ki, bu hüquq da yalnız Siyəzən bələdiyyəsi ilə icarəçi Bənövşə Musayevaya məxsusdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaldır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci, 2.2.2-ci və 2.2.3-cü maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair (məcburetmə haqqında iddia); inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarının İV bölməsində Azərbaycan Respublikasının bələdiyyələri inzibati orqanlar kimi müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, mübahisəli torpaq sahəsinin icarəyə verilməsi məqsədilə müsabiqəyə çıxarılması haqqında Siyəzən bələdiyyəsinin 19 dekabr 2019-cu il tarixli, 13 nömrəli qərarı iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, eləcədə, ləğv edilməməklə hazırda da qüvvədə olduğundan, iddiaçı hazırkı tələb ilə bağlı hüquqi səlahiyyətə (hüquqi ixtiyara) malik olmamış və öz hərəkətlərini əsaslandıran sübuta malik deyildir. Siyəzən Rayon Məhkəməsinin 08 may 2021-ci tarixli, 2(059)-196/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər Siyəzən Bələdiyyəsinə, Cavabdeh2nə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinə və həmin Xidmətin 2 saylı Sumqayıt ərazi idarəsinə qarşı “müsabiqənin və torpaq icarə müqaviləsinin ləğv edilməsi, həmin torpaq sahəsinin onun icarəsinə verilməsi, bu torpaq sahəsində mövcud olan tikiliyə mülkiyyət hüququnun tanınması və cavabdehlər Siyəzən Bələdiyyəsindən və Cavabdeh2ndən mənəvi zərərin tutulması” tələbinə dair iddiasının “cavabdehlər Siyəzən Bələdiyyəsindən və Cavabdeh2ndən mənəvi zərərin tutulması” hissəsi üzrə icraata xitam verilmişdir ki, bu hal nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini təsdiq edən və birinci instansiya məhkəməsinin qətnaməsinin qismən mübahisələndirilən hissəsində ləğv olunmasına dair heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Tərəflər arasında yaranmış mübahisə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən və apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(059)-196/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-165/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-165/2022
24.02.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver