Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1651/2022 02.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı X1 nümayəndə və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, iddiaçı X1 Cavabdeh qarşı alimentin tutulması tələbinə dair Şabran Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(031)-510/2021 nömrəli qətnaməsindən iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şabran Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(031)-510/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 02 sentyabr 2021-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə 260 (iki yüz altımış) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir (hakim Çingiz İsgəndərov). Qətnamədən iddiaçı X4 apellyasiya şikayəti verərək Şabran Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(031)-510/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşna çatanadək saxlanılması üçün hər bir uşağa ayda 300 manat olmaqla ümumilikdə 600 manat sabit pul məbləğinin (aliment) Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşna çatanadək saxlanılması üçün hər bir uşağa ayda 300 manat sabit pul məbləğinin (aliment) Cavabdeh tutulub İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSESİŞTİRAKÇİLARİNİNİZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında iddiaçı X1 nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, cavabdeh Masazırda yaşayır, amma qeydiyyatı Şabran rayonunadır və Şabran rayonunda kommersiya fəaliyyəti ilə məşğuldur. Bu səbəbdən hər üşaq üçün 300 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Amma məhkəmə cəmi 130 manat aliment tutulmalı olduğu qənaətinə gəlib. Heç olmasa 2022-ci il üçün nəzərdə tutulan yaşayış minimumu həddində, yəni hər uşağa ayrıayrılıqda 193 manat aliment tutulmalı idi. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şabran Rayon Məhkəməsinin 2(031)-510/2021 nömrəli, 25 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, Masazırda evi var. Evi nikah pozulandan 4 il sonra Şabrandakı əmlakını sataraq alıb. Evini iddiaçı zəbt edib. O, dəri-zöhrəvi xəstəlikdən əziyyət çəkir. Maaşı yaxud digər təminatı yoxdur. İddiaçı ilk dəfə alimentdən imtina etmişdi. Çünki iddiaçının qardaşı ondan maşınını almışdı. Bildirdi ki, maşının pulunu verəcək. Sonra isə bildirdi ki, maşının pulundan imtina etsə onlar da alimentdən imtina edəcəklər. Bu formada razılaşmışlar. Torpaq sahələri və maşını var. Əvvəllər maşın alveri ilə məşğul olub. Adında bir neçə maşın ola bilər. Onların hamısını satmışdır. “Lada VAZ 2106” markalı maşını var. Fındıq sahəsi var, fındıq sahəsi kimi qeyd olunsa da, qoz əkimi üçün ayrılmış sahədir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Şabran Rayon Məhkəməsinin 2(031)-510/2021 nömrəli, 25 oktyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində qətnamənin iddianın qismən təmin edilən hissəsi, alimentin məbləği hissəsində mübahisələndirmiş, alimentin 02 sentyabr 2021-ci il tarixdən başlayaraq tutulması hissəsi mübahisələndirilməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini alimentin məbləği hissəsində müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndə və vəkilinin, cavabdehin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(031)-510/2021 nömrəli qətnaməsi Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə 260 (iki yüz altımış) manat sabit pul məbləğində alimentin tutulması hissəsində ləğv edilməli, tutulan alimentin məbləği hər uşağa görə 193 (yüz doxsan üç) manat müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İş materialarından görünür ki, iş üzrə tərəflərin birgə nikahından 31 mart 2010-cu ildə Cavid və 07 fevral 2012-ci ildə Vasif adlı uşaqları doğulmuşdur. İşə əlavə edilmiş Şabran Rayon Məhkəməsinin 10 yanvar 2017-ci il tarixli 2(031)30/2017 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh X4 arasında 07 aprel 2009-cu ildə Şabran (Dəvəçi) rayon Qeydiyyat Şöbəsində bağlanmış 82 saylı nikahları pozulmuş, uşaqlar İddiaçı himayəsində saxlanılmışdır. Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına istinad edərək iddia tələbini qismən təmin etmiş, gəldiyi nəticəni də Ailə Məcəlləsinin 75, 78, 76-cı maddəsinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin qeyd edilən maddələrini tətbiq etsə də yekunda düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər öz uşaqlarını saxlamağa borcudurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hər uşaq üçün 130 manat aliment müəyyən edilməsi nəticəsinə gəlməkdə haqlı olmamışdır. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin təyin etdiyi 130 manat məbləğində aliment bir uşağın qida və istirahəti üçün tələb olunan ehtiyacı baxımından yetərli deyil. Həmçinin “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göründüyü kimi qanunvericiliyin şərhi və tətbiqi təcrübəsi ilə bağlı qərarlarda valideyn rəsmi olaraq heç bir yerdə işləmədikdə və qazanca malik olmadıqda belə, o öz uşaqlarının qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını ödəmək vəzifəsi daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsaşən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Cavabdeh adına Şabran şəhərində yerləşən 4,7340 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Abşeron rayonu, Saray qəsəbəsində 0,02 ha yaşayış məntəqələrinin torpaq sahəsi, şabran şəhərində 4,0320 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 17BE350 dövlət qeydiyyat nişanlı “X9” minik avtomobili, 99OK674 dövlət qeydiyyat nişanlı “Vaz 21214” minik avtomobili, 99SC904 dövlət qeydiyyat nişanlı “Opel Astra” minik avtomobili, 99NX395 dövlət qeydiyyat nişanlı “Opel Zafira” minik avtomobili, 90ZR140 dövlət qeydiyyat nişanlı “Mercedes Benz 190” minik avtomobili, 99RK156 dövlət qeydiyyat nişanlı “Renault Megane” minik avtomobili mövcuddur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası tərəflərin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, alimentin məbləği hər uşaq üçün 193 manat müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır. Məhkəmə kollegiyası iddiaçının hər uşaq üçün 300 manat aliment tutulması barədə dəlillərini formal mülahizələr kimi qəbul edərək əsaslı saymır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsaşən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi qismən, alimentin məbləği hisssində ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(031)- 510/2021 nömrəli qətnaməsi Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə 260 (iki yüz altımış) manat sabit pul məbləğində alimentin tutulması hissəsində ləğv edilməli, tutulan alimentin məbləği hər uşağa görə 193 (yüz doxsan üç) manat müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı X1 apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(031)-510/2021 nömrəli qətnaməsi Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə 260 (iki yüz altımış) manat sabit pul məbləğində alimentin tutulması hissəsində ləğv edilsin. Tutulan alimentin məbləği hər uşağa görə 193 (yüz doxsan üç) manat müəyyən edilsin. Qətnamə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1651/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1651/2022
02.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver