Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1663/2022 01.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi, İddiaçı: İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili: Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 23 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 23 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.C.Tanrıverdiyeva) iddianın qismən təmin edilməsi, xx.xx.2021-ci il tarixdən başlayaraq 19 avqust 2012-ci il təvəllüdlü X1 və 11 yanvar 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment və 25 (iyirmi beş) manat ödənilmiş mediasiya xərci tutularaq İddiaçı verilməsi, Cavabdeh 66 (altmış altı) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, rəsmi nikahlarından anadan olmuş 19 avqust 2012-ci il təvəllüdlü X1 və 11 yanvar 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin 14 dekabr 2021-ci ildən və mediasiya xərcinin əvəzi olaraq 25 (iyirmi beş) manatın cavabdehdən tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 26 sentyabr 2010-cu ildə nikahlarını rəsmiləşdirərək ailə həyatı qurmuşdur. Rəsmi nikahlarından 19 avqust 2012-ci il təvəllüdlü X3 və 11 yanvar 2018-ci il təvəllüdlü X7 anadan olmuşdur. Bakı şəhər, Xətai Rayon Məhkəməsinin 29 sentyabr 2015-ci il tarixli, 2(011)-4501/2015 saylı qətnaməsi ilə nikahları pozulmuş və rəsmi nikahlarından anadan olınuş 19 avqust 2012-ci il təvəllüdlü X1 onun yanında qalması qət edilmişdir. Rəsmı nikahları pozulduqdan sonra digər övladı 11 yanvar 2018-ci il təvəllüdlü Ə.Cavabdeh anadan olmuşdur. Cavabdeh ona və övladlarına heç bir maddi yardım göstərməmiş, qazancını özünə sərf etmişdir. Əlacsız qalıb məhkəməyə aliment tələbi barədə müraciət etmək məcburiyyətində qalmışdır. Onların tələbatları günü-gündən artır. Uşaqlarının yeyib-içmək, qida, təhsil və digər xərclərini ödəyə bilmir. Hal-hazırda uşaqlar üçün minimum dolanışıq xərci Azərbaycan Respublikasında 193 (yüz doxsan üç) manat müəyyən edilmişdir. Hesab edir ki, rəsmi nikahlarından anadan olmuş 19 avqust 2012-ci il təvəllüdlü F.Cavabdehanın və 11 yanvar 2018-ci il təvəllüdlü Ə.Cavabdeh yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin 14 dekabr 2021 -ci ildən (Mediasiya Şurasına müraciət edilən tarix) və mediasiya xərcinin əvəzi olaraq 25 (iyirmi beş) manatın cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Qeyd edir ki, Mediasiya prosesi zamanı cavabdehlə barışıq əldə edilməmişdir. Mediasiya haqqında qanunun 3.4cü maddəsinə əsasən Mediasiya prosesi zamanı 50 (əlli) manat dövlət rüsumunu o, ödəmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddianı qismən təmin edərkən maddi və prosessual hüquq normalarına düzgün əməl etməmişdir. Məhkəmə hər iki uşagın azyaşlıolmasını onların xüsusi qaygı və nəvasiz tələbetməsini nəzərə almamışdır. Halbuki belə olan halda məhkəmə azyaşlıların mənafeyi naminə hümanizm nümunəsi göstərməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 23 may 2022-ci il tarixli 2(060)-2831/2022 saylı qətnaməsinin aliment tutulması hissəsinin ləğv edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuzdur. Ondan tutulan alimentin miqdarı və tutulmanın əvvəli dəyişdirilməlidir. Onun aylıq gəliri təxminən 200 manat təşkil edir. Həmin məbləği uşaqlara ödəyə bilər. Məhkəmə bunu nəzərə almamışdır. Məhkəmə həmçinin alimentin tutulmasının mediasiyaya müraciət etdiyi vaxtdan, yəni 14 dekabr 2021-ci il tarixdən tutulmasında da haqlı olmamışdır. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsinə səhvə yol verərək Ailə Məcəlləsinin 100.2-ci və 86-cı maddələrini tətbiq etmədiyi üçün belə bir qanunsuz qətnamə qəbul etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(060)-2831/2022 saylı qətnaməsini dəyişərək ondan tutulan alimentin miqdarının 200 manat həddində tutulmasına və tutulmasının əvvəlinin 31 mart 2022-ci il tarixdən hesablanmasına dair yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona uyğun izahat verdi, onun təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona uyğun izahat verdi, onun təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməlidir, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməlidir, javabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdeh bir ata kimi uşaqların saxlanılmasında bir valideyn kimi borclu olduguna istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin alimentin məbləğinin tutulması hissəsində gəldiyi nətijə işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı və Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinji instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materialları ilə müəyyən edilir ki, tərəflər 26 sentyabr 2010-ju il tarixdə nikaha daxil olmuşdur, birgə nikahdan 19 avqust 2012-ji il təvəllüdlü Abdullayeva Fatimə və 11 yanvar 2018-ci il təvəllüdlü Abdullayev Əli anadan olmuş, 29 sentyabr 2015-ci il tarixli nikahları pozulmuşdur. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh xx.xx.2021-ci il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif ünvanlamışdır. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqları saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə kollegiyası hesab edir ki, uşaqları saxlamaq vəzifəsi valideynin üzərinə düşdüyündən, 19 avqust 2012-ci il təvəllüdlü X1 və 11 yanvar 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin müəyyən edilməsi onların əvvəlki təminat səviyyəsinin saxlanılmasına imkan verir. Məhkəmə qeyd edir ki, iddiaçı ərizəsində alimentin mediasiyanın tətbiqi barədə təklifin göndərildiyi gündən – 14 dekabr 2021-ci il tarixdən hesablanmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin tutulmasının 14 dekabr 2021-ci il tarixdən başlayaraq qət edilməsində düzgün nəticəyə gəlmişdir. Həmin Məcəllənin 100.3-cü maddəsinə görə məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində iddiaçı ilə 2021-ci ilin dekabr ayından faktıki olaraq ayrıldığını etiraf etmişdir. Bu fakt öz əksini məhkəmə kollegiyasında da sübuta yetirilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi alimentin mediasiyanın tətbiqi barədə təklif göndərildiyi gündən – 14 dekabr 2021-ci ildən hesablanması hissəsində də təmin edilməsi, alimentin tutulması xx.xx.2021-ci il tarixdən hesablanması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırda iddiaçı cavabdehdən hər ay 386 manat aliment tutulmasını xahiş etmişdir. Beləliklə iddianın qiyməti 4632 manatdır (386 x 12). Belə iddiaya görə isə dövlət büdcəsinə 66 (30+36) manat dövlət rüsumu ödənilməli idi. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh 66 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məjəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinji instansiya məhkəməsinin qətnaməsi alimentin miqdarının tutulması hissəsində faktlar nöqteyi-nəzərindən qanunu və əsaslı olmadıgından və işdə, iş üzrə məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında dəyişdirilməlidir, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin, Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 23 may 2022-ji il tarixli 2(060)-2831/2022 saylı qətnaməsi dəyişdirilsin. xx.xx.2021-ci il tarixdən başlayaraq 19 avqust 2012-ci il təvəllüdlü X1 və 11 yanvar 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment və 25 (iyirmi beş) manat ödənilmiş mediasiya xərci tutularaq İddiaçı verilsin, Cavabdeh 66 (altmış altı) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1663/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1663/2022
01.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver