Məhkəmə qərarları › İş №2(105)-1670/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1670/2022

20.07.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1670/2022 20.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, Sumqayıt Şəhər Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2(060)-12105/2016 nömrəli qərardadından Borclu1 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 01 iyun 2022-сi il tarixli, 2(060)-12105/2016 nömrəli qərardadı ilə Borclu1 Sumqayıt Şəhər Məhkəməsinin 01 avqust 2016-cı il tarixli, 2(060)- 12105/2016 nömrəli məhkəmə əmrinə verilmiş etiraz təmin edilməmişdir. Borclu1 həmin qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 23 iyun 2022-сi il tarixli, 2(060)-12105/2016 nömrəli qərardadı ilə borclu tərəfindən verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİNHALLARİ: Kreditor «TBС Kredit» BOKT MMС ərizə ilə məhkəməyə müraciət edib, borclular Borclu1 və Borclu2 birgə qaydada kreditor «TBС Kredit» BOKT MMС-nin xeyrinə 3350,47 manat məbləğində əsas borc, 1343,86 manat faiz borcu olmaqla, ümumilikdə 4694,33 manat borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 01 avqust 2016-сı il tarixli, 2(060)-12105/2016 nömrəli məhkəmə əmri ilə borclular Borclu1 və Borclu2 birgə qaydada 3350,47 manat məbləğində əsas borc, 1343,86 manat faiz bocu olmaqla, ümumilikdə 4694,33 manat borcun və 20 manat məbləğində dövlət rüsumunun kreditor «TBС Kredit» BOKT MMС-nin xeyrinə tutulması əmr edilmişdir. Borclu1 tərəfindən məhkəmə əmrinə 30 mart 2022-ci il tarixdə etiraz edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİNDƏLİLLƏRİ Borclu1 tərəfindən verilmiş şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 01 iyun 2022-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Sumqayıt şəhəri üzrə İcra idarəsinin xx.xx.2022-ci il tarixli, 7882/38 saylı məktubundan görünür ki, icra sənədi üzrə xx.xx.2016-cı il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə başlanılmış icraat zamanı borclular tərəfindən könüllü müddət ərzində tələb təmin edilməmişdir. İcra sənədi üzrə borclulardan Borclu2 iş yeri müəyyən edilmiş və tələbkar təşkilatın müraciəti nəzərə alınmaqla tələb olunan gəlirin 50 faiz hissəsinə yönəldilmişdir. Digər borclu olaraq o, icra zamanı icra sənədini könüllü müddət ərzində icra etməmişdir. 2014-cü ildə Borclu1 yaxını müraciət edərək bankdan kredit götürməsini xahiş etmişdir. Zamin kimi tanışının qohumu Borclu2 olacağını bildirmiş, həmin kredit 2014-cü ildə sənətləşdirilmişdir. Bundan sonra onu dəfələrlə icra şöbəsinə dəvət etmişlər ki, kredit ödənişini etsin. O bu barədə bir neçə dəfə tanışına müraciət edərək bildirmiş, lakin sonradan tanışı qaçıb gizlənmişdir. O isə zamin olan Borclu2 yaşadığı ünvana gedib kreditin ödənilməsini tələb etmişdir. Bunda sonra Abşeron rayon İcra şöbəsindən ona bildirilmişdir ki, icra məmuru borcun ödənilməsi məqsədi ilə icra tədbirləri keçirərkən, Borclu2 xx.xx.2020-ci il tarixdə vəfat etdiyi məlum olmuşdur. Hazırda Sumqayıt şəhəri üzrə icra və probasiya şöbəsinə borcun ödənilməsi məqsədilə dəvət olunduğu üçün, o, məhkəməyə müraciət etmək qərarına gəlmiş və məhkəmə əmrinin ləğv edilib yenidən araşdırma aparılmasını xahiş etmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərardadlarının ləğv edilməsini və məhkəmə əmrinin ləğv edilərək mübahisəyə ümumi iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi məhkəmə əmrinin ləğv edilməsinə yönələn etiraz ərizəsini təmin etməkdən imtina etdikdə hesab etmişdir ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2022-ci il tarixli, 7882/38 saylı məktubundan görünür ki, icra sənədi üzrə xx.xx.2016-cı il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə başlanılmış icraat zamanı borclular tərəfindən könüllü müddət ərzində tələb təmin edilməmişdir. İcra sənədi üzrə borclulardan biri Borclu2 iş yeri müəyyən edilmiş və tələbkar təşkilatın müraciəti nəzərə alınmaqla, tələb olunan gəlirinin 50 faiz hissəsinə yönəldilmişdir. Diqər Borclu1 isə qanunla icra zamanı icra sənədini könüllü müddət ərzində icra etməmiş və onun Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)-12105/2016 saylı məhkəmə əmrindən məlumatı vardır. Mülki Prosessual Məcəllə Maddə 275.1. Müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Maddə 275.2. Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Maddə 282. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddənin məzmunundan da göründüyü kimi məhkəmə aktının tərəflərə rəsmi qaydada təqdim olunması imperativ xarakter daşıyır və tərəf məhkəmə aktını qəbul etdikdən sonra həmin akta etiraz edə və ya aktdan şikayət verə bilər. Borclu şikayətin dəlillərini təsdiq edən başqa bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Borclu1 Sumqayıt Şəhər Məhkəməsinin 01 avqust 2016-сı il tarixli, 2(060)-12105/2016 nömrəli məhkəmə əmrinin ləğv edilməsi barədə şikayətini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Ona görə də, qərardadın ləğv edilməsi üçün əsas olmadığından şikayət əsassız hesab edilib təmin edilməməlidir. MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400, 402-403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: Borclu1 verdiyi şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 01 iyun 2022-сi il tarixli, 2(060)-12105/2016 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar