Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1705/2021 24.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X10 Tağızadənin sədrliyi və məruzəsi, X1 və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçının nümayəndəsi: X2, Cavabdeh: Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Rəfayıl qızına, Cavabdeh4 və Cavabdeh5 qarşı borc və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Süleymanova) iddianın qismən təmin edilməsi, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 25 dekabr 2014-ci il tarixli kredit müqaviləsi üzrə 25828,03 ABŞ dolları əsas, 30592,65 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 25.12.2019-cı il tarixdən 12.06.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 533,5 ABŞ dollan məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 57253,73 (əlli yeddi min iki yüz əlli üç ABŞ dolları yetmiş üç sent) ABŞ dolları (ödəniş gününə manata olan məzənnə ilə) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26 (iyirmi altı) manatın tutulması, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 noyabr 2017-cı il tarixli 2(105)- 123/2017 saylı qətnaməsi ilə 25 dekabr 2014-ci il tarixli kredit müqaviləsi üzrə tutulmuş 2658.63 ABŞ dolları əsas, 2732.93 ABŞ dolları faiz borcu olmaqla cəmi 5391.56 ABŞ dolları borc, həmçinin 25828,03 ABŞ dolları əsas, 30592,65 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 25.12.2019-cı il tarixdən 12.06.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 533,5 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 57253,73 ABŞ dolları borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26 manat üzrə tutma Cavabdeh1 məxsus 25 dekabr 2014-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş Sumqayıt şəhəri, 1-ci məhəllə ünvanında yerləşən, 2 otaqlı, 60.3 kv.m ümumi sahədən ibarət 2A nömrəli evin 49 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, ipoteka predmetinin ilkin satış qiymətinim 60.000 (altmış min) manat müəyyən edilməsi, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbinin satılmış əmlak hesabına ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, ipoteka predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 alınaraq İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və o, satıldıqdan sonra 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Rəfayıl qızı, Cavabdeh4 və Cavabdeh5 çıxarılması və mənzilin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Rəfayıl qızına, Cavabdeh4 və Cavabdeh5 qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 25 dekabr 2014-ci il tarixli kredit müqaviləsi üzrə 25828.03 ABŞ dolları əsas, 34160.28 ABŞ dolları faiz, 4565.94 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 25.12.2019-cı il tarixdən 12.06.2020ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 533.5 ABŞ dollan məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 65087.75 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, Sumqayıt Apelyasiya Məhkəməsinin 21 noyabr 2017-cı il tarixli 2(105)-123/2017 saylı qətnaməsi ilə tutulmuş 2658.63 ABŞ dolları əsas, 2732.93 ABŞ dolları faiz borcu olmaqla cəmi 5391.56 ABŞ dollan borcun, həmçinin 12 iyun 2020-ci il tarixədək olan 25828.03 ABŞ dolları əsas, 34160.28 ABŞ dolları faiz, 4565.94 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 25.12.2019-cı il tarixdən 12.06.2020ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 533.5 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 65087.75 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh1 məxsus 25 dekabr 2014ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş Sumqayıt şəhəri, 1-ci məhəllə ünvanında yerləşən, 2 otaqlı, 60.3 kv.m ümumi, 36.8 kv.m yaşayış, 23.5 kv.m yardımçı sahədən ibarət 2A nömrəli evin 49 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və Sumqayıt Apelyasiya Məhkəməsinin 21 noyabr 2017-cı il tarixli 2(105)123/2017 saylı qətnaməsi ilə tutulmuş cəmi 5391.56 ABŞ dolları məbləğində borcun, 12 iyun 2020-ci il tarixədək olan cəmi 65087.75 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Sumqayıt şəhəri, 1-ci məhəllə ünavnında yerləşən, 2 otaqlı, 60.3 kv.m ümumi, 36.8 kv.m yaşayış, 23.5 kv.m yardımçı sahəsədən ibarət 2A nömrəli evin 49 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına “İddiaçı ” ASCyə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Sumqayıt şəhəri, 1-ci məhəllə ünavnında yerləşən, 2A nömrəli evin 49 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində cavabdehin ad hissəsində yanlışlıqla qeyd olunmuş Cavabdeh5 X3 qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 25 dekabr 2014-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 27 faizlə 60 ay müddətinə 30500 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhəri, 1-ci məhəllə ünvanında yerləşən, 2 otaqlı, 60.3 kv.m ümumi, 36.8 kv.m yaşayış, 23.5 kv.m yardımçı sahəsədən ibarət 2A nömrəli evin 49 nömrəli mənzili 25 dekabr 2014cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarian qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. "xxxx İKB “ ASC (İddiaçı ASC) 28486 ABŞ dolları əsas borc, 5780 ABŞ dolları faiz borcu, 8546 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 42812 ABŞ dolları məbləğində borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının borclu Cavabdeh1 tutulması, tutulacaq məbləğ öhdəliyin təminatı kimi ipoteka müqaviləsi ilə yüklü edilmiş əmlakın hərracdan satışdan əldə olunan məbləğ hesabına iddiaçıya ödənilməsi, ipoteka qoyulmuş Sumqayıt şəhəri, 1ci məhəllə ünvanında yerləşən, 2 otaqlı, 60.3 kv.m ümumi, 36.8 kv.m yaşayış, 23.5 kv.m yardımçı sahəsədən ibarət 2A nömrəli evin 49 nömrəli mənzilində qeydiyyatda olan şəxslərin istifadə hüquqlarına xitam verilərək evdən çıxarılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılması üçün Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 18 aprel 2016-cı il tarixli 2(060)-2325/16-cı il tarixli qətnaməsi ilə Cavabdeh1 28486 ABŞ dolları əsas borc, 5780 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimə borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının “xxxx İKB” ASC-nin xeyrinə (İddiaçı ASC) tutulması və tutmanın Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 1-ci məhəllə ünvanında yerləşən, 2 otaqlı, 60.3 kv.m ümumi, 36.8 kv.m yaşayış, 23.5 kv.m yardımçı sahəsədən ibarət 2A nörməli evin 49 nömrəli mənzilinə yönəldilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli 2(105)-123/2017 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 18 aprel 2016-ci il tarixli 2(060)-2325/16 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh1 bankın xeyrinə 2658.63 ABŞ dolları əsas, 2732.93 ABŞ dolları faiz borcu olmaqla cəmi 5391.56 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun 5 manatı tutulması qət edilmişdir. Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd olunan nəticəyə gəlməsinin əsası 2016-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən Bankla Cavabdeh1 arasında bağlanmış 25 dekabr 2014-ci il tarixli kredit müqaviləsinin müddətinin bitməməsi, iddia tələbində həmin kredit müqaviləsinin ləğvi barədə tələbin olmaması olmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət olunduğu tarixə olan borc məbləği iş üzrə təyin olunmuş ekspert rəyinə əsasən müəyyən edilərək məhkəmə tərəfindən tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2018-ci il tarixli 2 (102)-2692/18 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 noyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda hesab edir ki, 25 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 11 yanvar 2016-ci il tarixdən hazırkı vaxtadək hesablanmış borc məbləği də Cavabdeh1 tutulmalı və tutma ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməlidir. Belə ki, 12 iyun 2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 25 dekabr 2014-ci il tarixli kredit müqaviləsi üzrə 11 yanvar 2016-ci il tarixdən 12 iyun 2020-ci il tarixinədək banka 25828.03 ABŞ dolları əsas, 34160.28 ABŞ dolları faiz, 4565.94 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 25.12.2019-cı il tarixdən 12.06.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 533.5 ABŞ dollan məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 65087.75 ABŞ dollan borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibətini bildirmir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Bankla aralarında müqavilə bağlanmış, borc götürmüş, lakin ölkə ərazisində baş vermiş devalvasiya ilə əlaqədar pulu ödəməkdə çətinlik çəkmişdir, əgər bankla aralarında yeni cədvəl müəyyən edilərsə, borcu hissə-hissə ödəməyə razıdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-123/2017 saylı, 21 noyabr 2017-ci il tarixli qətnaməsi üzrə yaranmış öhdəliyi icra etməmişdir. Məhkəmə işin faktiki hallarına uygun olan maddi hüquq normalarını tətbiq etməyərək səhf nəticəyə gəlmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edib, məhkəmə qətnaməsinin dəyişdirilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi R.M.Abdullayev apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında kredit, ipoteka müqaviləsinin olmasına və cavabdeh tərəfindən müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdə olan Cavabdeh1 ilə «xxxx» İKB ASC arasında bağlanılmış 25 dekabr 2014-cü il tarixli, 4-G-1-0-1482-14 saylı Kredit müqaviləsinə əsasən kreditverən kreditalana 60 ay müddətinə, illik 27 faiz ödəmək şərti ilə 30500 ABŞ dolları məbləğində kredit verməyi, kreditalan öz növbəsində həmin kredit müqaviləsi üzrə borcu və ona əlavə olunmuş faizləri qaytarmağı öhdəsinə götürmüşdür. İşə əlavə olan məxaric qəbzindən görünür ki, 30.500 ABŞ dolları pul Cavabdeh1 tərəfindən 25.12.2014-cü il tarixdə «xxxx» İKB ASC-nin kassasından qəbul edilmişdir. İş materiallarında olan 20.11.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka olan əsas borcu 11.01.2016-cı il tarixdən 25.12.2019-cu il tarixədək 25.828,03 ABŞ dolları, faiz borcu 30.592,65 ABŞ dolları, cərimə 4.565,94 ABŞ dolları, əsas borca hesablanmış əldən çıxmış fayda 533,5 ABŞ dolları olmaqla cəmi 61.520,12 ABŞ dolları təşkil edir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2325/2016 saylı, 18 aprel 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” İKB-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1 iddiaçı “xxxx” X5 xeyrinə milli manat ekvivalentində 28.486 ABŞ dolları məbləğində əsas borc, 5.780 ABŞ dolları məbləğində faiz, gecikdirməyə görə 2.000 ABŞ dolları dəbbə pulu, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manatdan 20 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutulsun, tələb Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 2A-da yerləşən 2 otaqlı 49 saylı mənzilə yönəldilsin, mənzilin ilkin satış qiyməti 60.000 manat müəyyən edilsin, mənzil açıq hərracda satılsın, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 32.266 ABŞ dolları pul və dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul, 10 manat ipoteka predmetinə tutma yönəldilməsi barədə dövlət rüsumu və 20 manat xidmət haqqı “xxxx” X6 ödənilsin, qalan vəsait isə Cavabdeh1 qaytarılsın, mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, K.R.Bağıyev mənzili tərk etmədiyi halda onlar mənzildən məcburi çıxarılsın qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-123/2017 saylı, 21 noyabr 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilsin, Sumqayıt şəhər Məhkəməsinin 18 aprel 2016-cı il tarixli, 2(060)-2325/2016 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi qismən təmin edilsin, Cavabdeh1 “xxxx” X5 xeyrinə 4-G-1-0-1482-14 saylı, 25.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 11.01.2016-cı il tarixədək ödənilməmiş əsas borc üzrə 2658,63 ABŞ dolları əsas, 2732,93 ABŞ dollan faiz borcu, cəmi 5391,56 ABŞ dolları və iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olaraq 5 manat pul tutulsun, qalan hissədə iddia təmin edilməsin, mühasibatlıq ekspertizası üzrə 150 manat ekspertiza xərcinin 120 manatı iddiaçıdan, 30 manatı isə Cavabdeh1 tutulub Dövlət Xəzinədarlıq agentliyinə keçirilsin qət edilmişdir. Xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə, məhkəmədə işin faktiki halları ilə müəyyən olundu ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında yerinə yetirməmiş, hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənişləri ödəməmişdir. Nəticədə cavabdehin iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Bununla belə məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövrə həmin müqavilə üzrə faizlərin və cərimənin hesablanması, borcluya qarşı belə bir tələbin irəli sürülməsi qanuni və əsaslı deyildir. İddiaçı bununla Mülki Məcəllənin 425-ci maddəsində nəzərdə tutulan vicdanlılıq prinsipinə əməl etməmişdir. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İfadə olunan hüquq normasının məzmununa əsaslanaraq məhkəmə hesab edir ki, borcluya qarşı tələb hüququna malik olan kreditor müqavilədən irəli gələn hüquqlarını tələb edərkən öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalı idi. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəaları nəzərdə tutmuşdur (MM-in 399-cu maddəsi). Məhkəmə kollegiyası cavabdehin məhkəmə tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilməməsi gətiriyi dəlili qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, «Kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və onaxitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata kesirilmə müddəti vaxt sərsivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur». Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında formalaşan hüquqi mövqeyə, həmçinin qanunvericiliyin tələbinə görə kredit müqaviləsi müddətli olmaqla müəyyən vaxt çərçivəsi ilə məhdudlaşır. Bu hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, araşdırılan mülki iş üzrə öhdəliyin icrası müddətinin aydın şəkildə ifadə olunduğu kredit müqaviləsinin həmin müqavilənin bütün borclar tam ödənilənədək qüvvədə olması barədə şərti hüquqi müəyyənlik prinsipinə və mülki qanunvericiliyin müddətləri tənzimləyən müddəalarına zidd olduğu üçün etibarsızdır. Belə ki, hər bir şəxs müqavilə münasibətlərinə daxil olarkən bu hərəkətlərin onun üçün konkret hansı nəticələrə səbəb olacağını görmək imkanına malik olmalıdır. O cumlədən nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 554.4-cü maddəsinə əsasən müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. İş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış 25.12.2014-cü il tarixli kredit müqaviləsinin müddəti 25.12.2019-cu il tarixdə bitmişdir. İddiaçı müqavilə müddətinin bitməsindən sonrakı dövr üçün borcluya qarşı pul tələbi (faiz borcu və cərimə) irəli sürmüşdür. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövr üçün həmin müqavilə üzrə davamlı olaraq faizlərin və cərimənin hesablanması, borcluya qarşı belə bir iddia tələbinin irəli sürülməsinin hüquqi əsası yoxdur. Qeyd olunanlara əsasən borcluya qarşı kredit müqaviləsi üzrə iddia tələbi qismən, kredit müqaviləsinin bitdiyi günə mövcud olan faiz və cərimə borcu nəzərə alınmqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsini onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə cavabdehin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 4565,94 manat məbləğində cərimə azaldılaraq 300 ABŞ dolları müəyyən edilməlidir. Məhkəmə kollegiyası Mülki Məcəllənin 445-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, tərəflər arasında 25.12.2014-cü il tarixli kredit müqaviləsinin bitdiyi 25.12.2019-cu il tarixdən sonrakı dövr nəzərə alınmaqla ödənilməmiş əsas borc məbləğinə illik 5% hesablanmaqla gecikdirilmiş müddət üçün 533,5 ABŞ dolları pulun tutulması hissədə tələb əsaslı olduğundan təmin edilməsi barədə düzgün qərara gəlmişdir. Cavabdeh1 ilə «xxxx» İKB ASC arasında bağlanılmış 25 dekabr 2014-cü il tarixli, 4- G-1-0-1482-14 saylı ipoteka müqaviləsinə əsasən, bağlanılmış 25 dekabr 2014-cü il tarixli Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 1-ci məhəllə ünvanında yerləşən, 2 otaqlı, 60.3 kv.m ümumi sahədən ibarət 2A nömrəli evin 49 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti 60.000 manat məbləğində qiymətləndirilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında RX seriyalı, ******* nömrəli Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 1-ci məhəllə ünvanında yerləşən, 2A nömrəli evin 49 nömrəli mənzilinə dair ipoteka yüklülüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 58 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində, 26.12.2014-cü il tarixində qeydə alınmışdır. 20.05.2020-ci il tarixli ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. İşə əlavə olan MKTİB-nin 4 saylı MİS-nin arayışından görünrü ki, Cavabdeh1, Ş.H. Bağıyeva, Cavabdeh3, Cavabdeh4 və K.R.Bağıyev Sumqayıt şəhəri, 1-ci məhəllə ünvanında yerləşən, 2A nömrəli evin 49 nömrəli mənzilində qeydiyyatdadırlar. Bildirişlərdən görünür ki, Bank tərəfindən cavabdeh “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xəbərdar edilmişdir. Məhkəmə Mülki Məcəllənin 269.1, 269.4, 319-cu maddələrinin və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 34.1.2, 39.3, 39.3.3, 59-cu maddələrinin göstərişlərinə əsasən tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsini qanununun tələblərinə uyğun hesab edir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat və bildirişin DƏDRX-də qeydə alınması üçün 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 11 fevral 2021-ci il tarixli 2(060)-252/2021 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1705/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1705/2021
24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver