Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-172/2020 04.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı2 nümayəndəsi və vəkili X4, Cavabdeh2 nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı2 Cavabdeh2 qarşı müqavilənin ləğv edilməsi, torpaq sahəsinin geri qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(012)520/2018 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı2 ilə Cavabdeh2 arasında Bakı şəhəri 50 saylı notariat kontorunda bağlanmış xx xxx 2017-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin müqavilədə nəzərdə tutulmuş Abşeron rayonu Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisində yerləşən sahəsi 1,0 ha olan torpaq sahəsinin müqavilə bağlanan günə olan vəziyyətdə İddiaçı2 sahibliyinə və istifadəsinə geri qaytarılması, iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh2 tutularaq İddiaçı2 ödənilməsi qət edilmişdir. (hakim Ş.Nəcəfova) Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə apelyasiya qaydasında baxılarkən, məhkəmə kollegiyasının iclasında tərəflər barışıq razılaşması təqdim edərək təsdiq olunmasını, iş üzrə icraata xitam verilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Tərəflərin məhkəmə kollegiyasına təqdim etdikləri xx.xx.2020-ci il tarixli barışıq razılaşması İddiaçı2 və Cavabdeh2tərəfindən imzalanmışdır. Tərəflər arasında bağlanmış barışıq sazişindən görünür ki, hər iki tərəfin təşəbbüsü ilə hazırkı mübahisə ilə əlaqədar onların arasında barışıq əldə olunmuşdur. Barışıq sazişinin şərtlərinə görə, alğı-satqı müqaviləsi üzrə alıcı-Cavabdeh2 satılan əmlakın dəyərini təşkil edən pul vəsaitinin ödənilməyən hissəsi qismində 55 000 manat və əlavə olaraq 25 000 olmaqla, cəmi 80 000 manat məbləğində pul vəsaitini hazırki müqavilə bağlanarkən İddiaçı2 notariusun depozit hesabı vasitəsilə ödəyir. Hazırki müqavilə nəzərdə tutulmuş pul vəsaiti ödənildikdən sonra alıcı-Cavabdeh2 xx.xx.2017-ci il tarixli “Torpaq sahəsindən istifadə hüququnun satılmasına dair alğı-satqı müqaviləsi” üzrə öhdəliklərini tam icra etmiş hesab edilir və satıcı-İddiaçı2 daşınmaz əmlakdan istifadə hüquqlarının dövlət qeydiyyatına alınmasına etiraz etmir. Barışıq razılaşması imzalandıqdan sonra tərəflər mübahisə predmeti olan torpaq sahəsindən istifadə hüququna dair iddia və tələblərinin olmadıqlarını bəyan edirlər və mübahisə üzrə məhkəmə icraatına xitam verilməsi ilə əlaqədar Sumqayıt Apelyasiya Məhkəməsinə müraciət edirlər. Razılaşma imzalandıqdan sonra tərəflər arasında əvvəllər mübahisəli olmuş hüquqlara və iddialara istinad edilməsi istisna edilir və hazırki razılaşmanın iştirakçıları üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlıdır. Bu razılaşmadan yarana bilən bütün mübahisələr və narazılıqlar imkan dairəsində tərəflər arasında danışıq yolu ilə həll olunmalıdır. Əgər mübahisələr və narazılıqlar danışıq yolu ilə həll olunmasa, belə mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq həll edilir. Məhkəmə kollegiyası tərəflərin barışıq sazişini araşdıraraq müəyyən etdi ki, saziş Azərbaycan Respublikası MPM-nin 370.1-ci və 191.1-ci maddələrinin tələblərinə uyğun tərtib edilmiş, barışıq sazişinin təsdiqlənməsinin hüquqi nəticələri aydın surətdə ifadə olunmuşdur. Barışıq sazişinin şərtlərinin təhlili ilə müəyyən edildi ki, tərəflərin barışıq sazişinin şərtləri qanuna zidd deyildir və digər şəxslərin mənafelərinə toxunmur və deməli, barışıq sazişi təsdiq oluna bilər. Yenə həmin Məcəllənin 370.2-ci maddəsinin tələblərinə görə ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 191.2-ci və 261.0.5-ci maddələrinə əsasən tərəflərin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Yenə həmin Məcəllənin 391-ci maddəsinin tələblərinə görə Məcəllənin 19-cu və 20ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 191.1, 191.2, 261.0.5, 370, 391-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli barışıq razılaşması aşağıdakı məzmunda təsdiq edilsin: “1. Alğı-satqı müqaviləsi üzrə alıcı-Cavabdeh2 satılan əmlakın dəyərini təşkil edən pul vəsaitinin ödənilməyən hissəsi qismində 55 000 manat və əlavə olaraq 25 000 olmaqla, cəmi 80 000 manat məbləğində pul vəsaitini hazırki müqavilə bağlanarkən İddiaçı2 notariusun depozit hesabı vasitəsilə ödəyir.
2. Hazırki müqavilə nəzərdə tutulmuş pul vəsaiti ödənildikdən sonra alıcı-Cavabdeh2 xx.xx.2017-ci il tarixli “Torpaq sahəsindən istifadə hüququnun satılmasına dair alğı-satqı müqaviləsi” üzrə öhdəliklərini tam icra etmiş hesab edilir və satıcı-İddiaçı2 daşınmaz əmlakdan istifadə hüquqlarının dövlət qeydiyyatına alınmasına etiraz etmir.
3. Barışıq razılaşması imzalandıqdan sonra tərəflər mübahisə predmeti olan torpaq sahəsindən istifadə hüququna dair iddia və tələblərinin olmadıqlarını bəyan edirlər və mübahisə üzrə məhkəmə icraatına xitam verilməsi ilə əlaqədar Sumqayıt Apelyasiya Məhkəməsinə müraciət edirlər.
4. Razılaşma imzalandıqdan sonra tərəflər arasında əvvəllər mübahisəli olmuş hüquqlara və iddialara istinad edilməsi istisna edilir və hazırki razılaşmanın iştirakçıları üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlıdır.
5. Bu razılaşmadan yarana bilən bütün mübahisələr və narazılıqlar imkan dairəsində tərəflər arasında danışıq yolu ilə həll olunmalıdır. Əgər mübahisələr və narazılıqlar danışıq yolu ilə həll olunmasa, belə mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq həll edilir.” Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(012)520/2018 saylı qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apelya--si-ya Məhkəmə-si vasitəsi ilə Azərbaycan Respublikası Ali Məh-kəməsinin Mülki Kollegiyasına kassasiya şi-ka--yəti verilə bilər.
Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov