Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1720/2024 25.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı müəyyən edilmiş alimentin miqdarının artırılması barədə ilk, Cavabdeh İddiaçı qarşı uşaq tələbi barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması, uşaq tələbi, icra sənədi üzrə icraata xitam verilməsinin nəticələri) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X18 (sədrlik edən və məruzəçi), X5 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-541/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Şabran Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş 31 iyul 2024-cü il tarixli rəydən görünür ki, işin araşdırılması üçün Qəyyumluq və Himayəçilik Komissiyası X10 Şabran rayonu Gəndov kəndində yerləşən evinə baxış keçirmək üçün onunla mobil telefon vasitəsilə əlaqə saxlamış və məlum olmuşdur ki, iddiaçı Bakı şəhərində yaşayır. 31 iyul 2024-cü il tarixə təyin olunan komissiya iclasına dəvət olunan iddiaçı iclasa gələcəyini bildirsə də heç bir üzürlü səbəb göstərmədən iclasa gəlməmiş və iclasda iştirak etməmişdir. Ona görə də, iddiaçı X10 həyat şəraitini müayinə etmək mümkün olmamışdır. İşin araşdırılması üçün Qəyyumluq və Himayəçilik Komissiyası İddiaçı Şabran şəhəri, Fizuli küçəsində kirayə yaşadığı evə baxış keçirmişdir. Evə baxış zamanı məlum olmuşdur ki, İddiaçı kirayə yaşadığı ev 1 (bir) mərtəbəli olmaqla 4 (dörd) otaqdan ibarətdir və bütün otaqlar təmirlidir. Cavabdeh otaqlardan üçünü istifadə edir. Yaşayış evi təmiz və səliqəli saxlanılır, mebellə təchiz olunmuşdur. Evin qaz, işıq və su təminatı vardır, sanitariya və gigiyena qaydalarına cavab verir. Bu evdə İddiaçı, atası X4 və xx.xx.2011-ci il təvəllüdlü övladı X6 yaşayır. Cavabdeh İddiaçı ilə söhbət zamanı o, iddiaçı brahimov Bünyət Asəf oğlu ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikahla ailə qurduğunu, bu nikahdan xx.xx.2011-ci il tarixdə isə Gülmirə adlı övladlarının dünyaya gəldiyini bildirdi. Şabran rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(031)-82/2014 nömrəli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşaq anasının himayəsində saxlanılmışdır. İddiaçı müəyyən edilmiş aliment miqdarının artırılması üçün Şabran rayon məhkəməsinə müraciət etmiş, Cavabdeh isə uşağın anadan alınıb onun himayəsinə verilməsi üçün iddia qaldırmışdır. Cavabdeh İddiaçı hal-hazırda “Bolluq” firmasında reklamçı işləyir, aylıq 360 manat maaş alır. Komissiya iclasına dəvət olunan xx.xx.2011-ci il təvəllüdlü X2 Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən izahatı alındı. Verdiyi yazılı izahatında o, atasının onunla demək olar ki, heç vaxt maraqlanmadığını qeyd edərək anasının yanında qalmaq istədiyini bildirmişdir. Komissiya mülki işdə olan materialları, İddiaçı həyat şəraitini, xx.xx.2011-ci il təvəllüdlü X3 yazılı izahatını nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, uşağın anası İddiaçı yanında qalması barədə rəy verilməsi məqsədəmüvafiqdir.
Birinci instansiya məhkəməsində icraat
2. İlk İddiaçı Cavabdeh qarşı müəyyən edilmiş alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şabran Rayon Məhkəməsinin 18 mart 2014-cü il tarixli, 2(031)-82/2014 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin artırılması, Cavabdeh hər ayda 235 manat sabit pul məbləğində alimentin tutulub 09 mart 2011-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 21 dekabr 2009-cu ildə rəsmi nikahla ailə qurmuşdur. Ər-arvad münasibətlərindən 09 mart 2011-ci ildə X6 doğulmuşdur. Birgə yaşadıqları müddətdə xasiyyətləri uyğun gəlməmiş, aralarında mütəmadi olaraq mübahisə və münaqişələr olmuşdur. Bu səbəbdən də ayrılmışlar. Şabran Rayon Məhkəməsinin 18 mart 2014-cü il tarixli, 2(031)-82/2014 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında 21 dekabr 2009-cu ildə Quba rayon Qeydiyyat Şöbəsində bağlanmış 447 saylı nikah pozulmuşdur, cavabdeh X7 hər ayda 75 manat sabit pul məbləğində alimentin 01 noyabr 2013-cü ildən hesablanaraq tutulub 09 mart 2011-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilməsi qət edilmişdir. Uşağın dolanacaq xərcləri artdığına görə onun iddiasına əsasən Şabran Rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli 2(031)-177/ 2017 saylı qiyabi qətnaməsi ilə Şabran Rayon Məhkəməsinin 18 mart 2014-cü il tarixli, 2(031)-82/2014 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılmışdır. Cavabdeh X7 hər ayda 120 manat sabit pul məbləğində alimentin 23 yanvar 2017-ci ildən hesablanaraq tutulub 09 mart 2011-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilməsi qət edilmişdir. Lakin cavabdeh alimenti tam ödəməmişdir. Aliment borcu olduğuna görə məhkəmənin 25 oktyabr 2017-ci il tarixli hökmünə əsasən CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi 29 dekabr 2017-ci ildə Cavabdeh Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şabran Rayon Məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli hökmünün təqsirləndirilən şəxsin müdafiəçisi Vəkil verdiyi apellyasiya şikayətinə əsasən dəyişdirilməsi, X11 Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə aylıq qazancının 20%-i dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzası təyin edilməsi, Cavabdeh 20 oktyabr 2017-ci il tarixdən 29 dekabr 2017-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) ay 9 (doqquz) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən islah işləri növündə cəzanın üç günü azadlıqdan məhrumetmənin bir gününə hesablamaq yolu ilə 6 (altı) ay 27 (iyirmi yeddi) gün hazırki qərarla ona təyin olunmuş cəzadan çıxılmaqla Binyət İbrahimovun üzərində qəti olaraq aylıq qazancının 20%-i dövlət nəfinə tutulmaqla 5 (beş) ay 3 (üç) gün müddətə islah işləri cəzasının saxlanılması, cəzasının iş yeri üzrə çəkməsi, cəzasının əvvəli qazancından tutulmaların aparıldığı gündən hesablanması, qərarın icrası Şabran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun, dərhal məhkəmə zalında həbsdən azad edilməsi, hökmün qalan hissəsinin dəyişdirilməməsi, müdafiəçi Vəkil apellyasiya şikayətinin təmin edilməməsi barədə 1(105)560/2017 saylı qərar vermişdir. Xüsusilə qeyd etmək istəyir ki, cavabdeh onun qarşısında şərt qoydu və dedi ki, ”Əyər o, aliment borcundan imtina etsə o da uşağın onunla Türkiyə Respublikasına getməsi üçün etibarnamə verəcək”. O, məcburiyyət qarşısında qalıb 02 oktyabr 2018-ci ildə Şabran rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət etmişdir. Ərizəsində o, Şabran Rayon Məhkəməsi tərəfindən 2(031)-177/2017 saylı iş üzrə 09 mart 2017-ci il tarixdə verilmiş, icra vərəqəsinə əsasən 23 yanvar 2017-ci il tarixədək əmələ gəlmiş aliment pulunu (1.560) manatı tələb etməmiş və bundan sonra Şabran Rayon Məhkəməsinin 2(031)-177/2017 saylı, 09 mart 2017-ci il tarixli qətmanəsi ilə müəyyən edilmiş 120 manat məbləğində aliment tələb etməyəcəyini yazıb bildirmişdir. Cavabdehin atası Asif İbrahimov ona iki dəfəyə 700 manat birinci dəfə, ikinci dəfə isə 1000 manat pul ödəyəndən sonra ərizəsini yazmışdır. Lakin Türkiyədən qayıdanda sərhəddə ona məlum oldu ki, cavabdeh notariata ərizə ilə müraciət edib etibarnaməni ləğv etdirib. Bu vaxta kimi Şabran Rayon Məhkəməsinin 18 mart 2014-cü il tarixli, 2(031)- 82/2014 saylı qətnaməsinə əsasən verilmiş 23 aprel 2014-cü il tarixli icra vərəqəsinə əsasən cavabdehin ona 2700 manat aliment borcu əmələ gəlmişdir. Şabran Rayon Məhkəməsinin 18 mart 2014-cü il tarixli, 2(031)-82/2014 saylı qətnaməsindən əmələ gəlmiş aliment borcundan imtina etməyi barədə ərizə yazmamış və 23 aprel 2014-cü il tarixli icra vərəqəsinin və qətnaməmənin icraatına xitam verilməmişdir. Bu günə kimi cavabdehin Şabran Rayon Məhkəməsinin 18 mart 2014-cü il tarixli, 2(031)-82/2014 saylı qətnaməsinə əsasən 9.000 manat aliment borcu yaranmışdır. Cavabdehin başqa nikahda olduqu qadından övladı var. Onu hərtərəfli təmin edə bilir. Hesab edir ki, uşaqlarının hərtərəfli inkişafı üçün də cavabdeh aliment ödəməlidir. Telefonla onunla danışanda o, aliment borclarını ödəməyi cavabdehə təklif etmişdir. Həmişə olduqu kimi qərəzli olaraq heç bir ödəniş etmir. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Özü “Bolluq” şirkətində reklamçı işləyir, ayda 360 manat əmək haqqı alır, ünvan 1 ünvanında kirayədə yaşayır.
4. Cavabdeh iddia tələbinə etiraz ünvanlayaraq Şabran Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(031)-82/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılması, Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin tutulub xx.xx.2011ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilməsi barədə iddia tələbi üzrə mülki işin icraatına xitam verilməsini xahiş etmişdir.
5. Etiraz onunla əsaslandırılmışdır ki, tələbkar İddiaçı xx.xx.2018-ci il tarixdə ərizə ilə Şabran rayon İcra və probasiya şöbəsinə müraciət edərək alimentdən imtina etdiyini və Şabran Rayon Məhkəməsinin 2(031)-82/2014 saylı, xx.xx.2014-cü il tarxli icra vərəqəsinin icraatına xitam verilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(031)-357/2018 saylı qərardadı ilə tələbkar İddiaçı tələbdən imtinası qəbul edilmiş və Şabran Rayon Məhkəməsinin 2(031)-82/2014-cü il tarixli icra sənədinə əsasən Şabran Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vidadi Dadaşovun icra sənədinin icraatına xitam verilməsinə dair təqdimatı təmin edilmişdir. Həmçinin tələbkar İddiaçı xx.xx.2018-ci il tarixdə ərizə ilə Şabran rayon İcra və Probasiya şöbəsinə müraciət edərək alimentdən imtina etdiyini və Şabran Rayon Məhkəməsinin 2(031)-177/2017 saylı, xx.xx.2017-ci il tarxli icra vərəqəsinin icraatına xitam verilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(031)-293/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı ilə birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Şabran rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(031)-177/2017 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentə görə 2017-ci ilin sentyabr ayından yaranmış borcun ödənilməsindən azad edilmiş və həmin alimentin ödənilməsinə xitam verilmişdir. Göründüyü kimi, hər iki qətnaməyə əsasən, həm 2(031)-177/2017 saylı, xx.xx.2017-ci il tarxli qətnaməyə əsasən borcun ödənilməsindən azad edillərək, həmin alimentin ödənilməsinə xitam verilmişdir. Həmçinin, Şabran Rayon Məhkəməsinin 2(031)-82/2014cü il tarixli icra sənədinə əsasən Şabran Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vidadi Dadaşovun icra sənədinin icraatına xitam verilməsinə dair təqdimatı təmin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Hesab edir ki, İddiaçı alimentin artırılması tələbi üzrə mülki işinin icraatına xitam verilməlidir.
6. Daha sonra, Cavabdeh İddiaçı qarşı uşaq tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı 09 mart 2011-cü il təvəllüdlü X3 cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh verilməsi barədə qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması, İddiaçı ona qarşı Şabran rayon məhkəməsinin 18 mart 2014-cü il tarixli, 2(031)-82/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılması, Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin tutulub 09 mart 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilməsi barədə ilkin iddia tələbi üzrə işin icraatına xitam verilməsini xahiş etmişdir.
7. Qarşılıqlı iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə 21 dekabr 2009-cu il tarixində rəsmi nikaha girərək ailə qurmuşlar. Birgə nikahdan 09 mart 2011-ci il təvəllüdlü X8 adlı bir uşağı vardır. 2014-cü ildə ailə münasibətləri pozulmasına görə İddiaçı nikahın pozulaması və uşağın saxlanması üçün aliment tutulmasına dair Şabran rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Şabran rayon Məhkəməsinin 18 mart 2014-cü il tarixli qətnaməsi ilə aralarında olan 21 dekabr 2009-cu il tarixli nikahı pozulmuş, qızı 09 mart 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 75 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Bundan sonra İddiaçı alimentin məbləğinin artırılması barədə məhkəmədə iddia qaldırmışdır. Şabran rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli qiyabi qətnaməsi ilə Şabran rayon Məhkəməsinin 18 mart 2014-cü il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq sabit pul məbləği ilə 120 manat müəyyən edilmişdir. Hazırda İddiaçı ona qarşı alimentin miqdarının artırılmasına dair iddia qaldıraraq Şabran rayon məhkəməsinin 18 mart 2014-cü il tarixli, 2(031)-82/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılması, Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin tutulub 09 mart 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Alimentin artırılması tələbinə qarşı uşağının cavabdeh anası İddiaçı alınaraq ona verilməsi barədə qarşılıqlı iddia irəli sürür. Belə ki, hal-hazırda qızı Gülmirənin 14 yaşı vardır. Lakin iddiaçı necə illərdir ki, bu günədək qızı ilə onun görüşünə imkan yaratmamışdır. Hətta əvvəllər uşağı ilə məktəbdə belə görüşmək istəsə də, qızı deyirdi ki, “anam bilsə görüşməyə qoymaz”. Uşağı anasından qorxduğuna görə həmişə ondan qaçmışdır. Bu da istəristəməz bir ata kimi ona olduqca pis təsir edirdi. O, həmişə uşağı ilə könüllü olaraq normal şəkildə görüşmək və onun tərbiyyəsində iştirak etmək istəmişdir. Lakin anası İddiaçı heç vaxt buna şərait yaratmamış və imkan verməmişdir. Bundan başqa o, həmişə qızının onda qalmasını istəmişdir. Lakin qızı burada, yəni Azərbaycanda daimi yaşamadığı üçün bu istəyini həyata keçirə bilməmişdir. Artıq qızının sağlamlığı tərbiyəsi ilə özü məşqul olmaq istəyir. Çünki iddiaçı uşağının sağlamlığı, təlim və tərbiyəsi ilə məşğul ola bilmir və ya məşğul olmaq istəmir. Qızı Gülmirənin daimi yaşayış yeri də yoxdur. O, anası ilə gah Türkiyəyə gedir, gah da burda nənə-babasının yanında qalmağa məcbur olur. Halbu ki, uşaq valideynləri ilə yaşamalıdır. Qızının daimi yaşayış yeri olmadığına görə təhsilini də normal qaydada davam etdirə bilmir. Bu barədə məktəbin arayışını təqdim edir. Şabran rayonu Gəndov kənd tam orta məktəbin direktoru S.Baladadaşova tərəfindən imzalanmış məlumat xarakterli arayışdan görünür ki, X6 2018-ci ildə Türkiyədən gəlmiş və 2024-cü ilədək dəfələrlə məktəbdən çıxmış, yenə Türkiyəyə getmiş və bir necə dəfə məktəbini dəyişmişdir. Bundan başqa məhkəmənin diqqətinə aşağıda qeyd etdiyi məhkəmə qərarlarını və digər sənədləri təqdim edir. Sumqayit Apellyasiya Məhkəməsinin 29-dekabr 2017-ci il tarixli qərarı ilə X20 oglunun Azərbaycan Respublikasi CM-nm 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şabran Rayon Məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli hokmu təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətinə əsasən dəyişdirilmiş, Cavabdeh Azərbaycan Respublikası CM-nm 306.1-ci maddəsi ilə aylıq qazancinin 20%-i dövlət nəfinə tutulmaqla 1 (bir) ii müddətinə islah cəzası təyin edilmişdir. Həmin qərarla Cavabdeh oglunun 20 oktyabr 2017-ci il tarixdən 29 dekabr 2017-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) ay 9 (doqquz) gun müddət Azarbaycan Respublikasi CM-nm 69.3-cu maddəsinə əsasən islah işləri növündə cəzanın üç günü azadlıqdan məhrumetmənin bir gününə hesablamaq yolu ilə 6 ay 27 gün hazırkı qərarla ona təyin olunmuş cəzadan çıxılmaqla Cavabdeh üzərində qəti olaraq aylıq qazancının 20%-i dövlət nəfinə tutulmaqla 5 ay 3 gün müddətə islah işləri cəzası saxlanılmışdır. Həmin qərarda deyilir: “Həmin cinayət işinin materiallarında olan iş üzrə zərərçəkmiş şəxs İddiaçı 03 may 2017-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh borcunun müəyyən hissəsini ödəmiş, təxminən 1400- 1600 manat borcu qalmışdır, həmin borcun ödənilməsini tələb edir. Məhkəmyə təqdim edilmiş Azərbaycan Beynəlxalq Bank ASC-nin Şabran Filialının 25 dekabr 2017-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı hesabına 1600 manat məbləğində aliment pulu köçürülmüşdür “. Sonra yenə həmin qərarda deyilir: “məhkumun müdafiəçisinin məhkəməyə təqdim etdiyi Şabran rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 28 dekabr 2017-ci il tarixli 151/17 saylı arayışdan müəyyən olunur ki, Şabran rayon Məhkəməsinin 2(031)-82/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsi üzrə borclu Cavabdeh tərəfindən təqdimat üzrə yaranmış 2400 manat aliment pulu tələbkar İddiaçı xeyrinə tam ödənilmişdir.” İddiaçı hazırkı iddia ərizəsində göstərmişdir ki, “Şabran Rayon Məhkəməsinin 18 mart 2014-cü il tarixli, 2(031)-82/2014 saylı qətnaməsindən əmələ gəlmiş aliment borcundan imtina etməyi barədə ərizə yazmamış va 23 aprel 2014-cu il tarixli icra vərəqəsinin və qətnamənin icraatına xitam verilməməişdir.” Lakin tələbkar İddiaçı xx.xx.2018-ci il tarixdə ərizə ilə Şabran rayon İcra və probasiya şöbəsinə müraciət edərək alimentdən imtina etdiyini və Şabran rayon məhkəməsinin 2(031)-82/2014 saylı, 18 mart 2014-cü il tarxli icra vərəqəsinin icraatına xitam verilməsini xahiş etmişdir. (ərizəsi əlavə olunur) Şabran rayon Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli, 2(031)-357/2018 saylı Qərardadı ilə tələbkar İddiaçı tələbdən imtinası qəbul edilmiş və Şabran rayon məhkəməsinin 2(031)-82/2014-cü il tarixli icra sənədinə əsasən Şabran Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vidadi Dadaşovun icra sənədinin icraatına xitam verilməsinə dair təqdimatı təmin edilmişdir. Həmçinin tələbkar İddiaçı xx.xx.2018-ci il tarixdə ərizə ilə Şabran rayon İcra və probasiya şöbəsinə müraciət edərək alimentdən imtina etdiyini və Şabran rayon mhkəməsinin 2(031)-177/2017 saylı, 09 mart 2017-ci il tarxli icra vərəqəsinin icraatına xitam verilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 02 aprel 2018-ci il tarixli, 2(031)-293/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı ilə birgə nikahlarından olan 09 mart 2011-ci il təvəllüdlü X1 üçün Şabran rayon məhəməsinin 09 mart 2017-ci il tarixli, 2(031)-177/2017 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentə görə 2017-ci ilin sentyabr ayından yaranmış borcun ödənilməsindən azad edilmiş və həmin alimentin ödənilməsinə xitam verilmişdir. Şabran Rayon Məhkəməsinin 02 aprel 2018-ci il tarixli, 2(031)-293/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh iddiasını müdafiə etmiş və bildirmişdir ki, “..Sumqayıt Apellyasiya məhkəməsinin qərarına əsasən qohumları aliment borcunu toplayıb ödədiklərinə görə azadlıqdan məhrum etmə cəzası başqa cəza növü ilə əvəz edilmişdir. İşə məhkəmədə baxılarkən cavabdeh ona bildirmişdir ki, uşağın Türkiyə Respublikasına getməsi üçün etibarnamə versə o, aliment borcundan imtina edəcəkdir. O da inanaraq etibarnamə vermiş, lakin cavabdeh gəlib məhkəmədə ərizə yazıb qoymuşdur ki, “aliment borcun tam ödəməsə həbs edilsin. Özü də uşağı götürüb 2017-cüi ilin sentyabr ayında Türkiyə Respublikasına getmişdir. O, uzun müddətdir ki, uşağı ilə ünsiyyət yarada bilmir, onun sağlamlığından məlumatı yoxdur. Uşağın varlığından məlumatı olmadığı halda, o, alimenti kimə görə ödəyəcəyini də bilmir.” Göründüyü kimi, hər iki qətnaməyə əsasən, həm 2(031)-177/2017 saylı, 09 mart 2017-ci il tarixli qətnaməyə əsasən borcun ödənilməsindən azad edillərək, həmin alimentin ödənilməsinə xitam verilmişdir. Həmçinin, Şabran rayon məhkəməsinin 2(031)-82/2014-cü il tarixli icra sənədinə əsasən Şabran Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vidadi Dadaşovun icra sənədinin icraatına xitam verilməsinə dair təqdimatı təmin edilmişdir. Göründüyü kimi cavabdeh İddiaçı həmişə aralarında olan razılaşmanı pozmuşdur.
8. Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-541/2024 nömrəli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilməsi, Şabran Rayon Məhkəməsinin 18 mart 2014-cü il tarixli 2(031)-82/2014 saylı qətnaməsinə əsasən Cavabdeh 09 mart 2011ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarının artırılması, Cavabdeh 09 mart 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmasına görə hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi və alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı uşaq tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim Ayaz Məmmədov).
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü, Ailə Məcəlləsinin 7-1, 22, 50, 51, 60.1, 60.4, 73, 75, 76, 78, 81, 112.1-ci maddələrinə, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununu və “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
10. İlk iddia üzrə Cavabdeh apellyasiya şikayəti verib, Şabran Rayon Məhkəməsinin 2(031)-541/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini tamamilə ləğv edərək, ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı müəyyən edilmiş alimentin miqdarının artırılması tələbinə dair iddiasının rədd edilməsi, 09 mart 2011-cü il təvəllüdlü X3 cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh verilməsi barədə qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci inistansiya məhkəməsi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın olmamasına və işin faktiki hallarının məhkəmənin əsaslandığı maddi hüquq normaları ilə uyğun gəlməməsinə baxmayaraq ilk iddia tələbini əsassız olaraq təmin etmişdir. Belə ki, ilk iddia ərizəsinə etirazında və qarşılıqlı iddia ərizəsində göstərdiyi işin faktiki hallarına məhkəmə heç bir yanaşma və hüquqi qiymət verməmişdir. Belə ki, etirazda və qarşılıqlı iddia tələbində göstərilən işin faktiki halları ondan ibarətdir ki, Sumqayit Apellyasiya Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli qərarı ilə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şabran Rayon Məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli hökmü təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətinə əsasən dəyişdirilmiş, ona aylıq qazancının 20%-i dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işi cəzası təyin edilmişdir. Həmin qərarla 20.10 2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) ay 9 (doqquz) gun müddət Azarbaycan Respublikasi CM-nm 69.3-cu maddəsinə əsasən qəti olaraq aylıq qazancının 20%-i dövlət nəfinə tutulmaqla 5 ay 3 gün müddətə islah işləri cəzası saxlanılmışdır. Həmin qərarda deyilir: “Həmin cinayət işinin materiallarında olan iş üzrə zərərçəkmiş şəxs İddiaçı 03 may 2017-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh borcunun müəyyən hissəsini ödəmiş, təxminən 1400- 1600 manat borcu qalmışdır, həmin borcun ödənilməsini tələb edir. Məhkəmyə təqdim edilmiş "xxxx" ASC-nin Şabran Filialının 25 dekabr 2017-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı hesabına 1600 manat məbləğində aliment pulu köçürülmüşdür”. Həmin qərarda deyilir: “məhkumun müdafiəçisinin məhkəməyə təqdim etdiyi Şabran rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 28 dekabr 2017-ci il tarixli 151/17 saylı arayışdan müəyyən olunur ki, Şabran rayon Məhkəməsinin 2(031)-82/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsi üzrə borclu Cavabdeh tərəfindən təqdimat üzrə yaranmış 2400 manat aliment pulu tələbkar İddiaçı xeyrinə tam ödənilmişdir.”
12. Tələbkar İddiaçı xx.xx.2018-ci il tarixdə ərizə ilə Şabran rayon İcra və probasiya şöbəsinə müraciət edərək alimentdən imtina etdiyini və Şabran rayon Məhkəməsinin 2(031)-82/2014 saylı, 18.03. 2014-cü il tarxli icra vərəqəsinin icraatına xitam verilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(031)-357/2018 saylı qərardadı ilə tələbkar İddiaçı tələbdən imtinası qəbul edilmiş və Şabran Rayon Məhkəməsinin 2(031)-82/2014-cü il tarixli icra sənədinə əsasən Şabran Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vidadi Dadaşovun icra sənədinin icraatına xitam verilməsinə dair təqdimatı təmin edilmişdir. Həmçinin tələbkar İddiaçı xx.xx.2018-ci il tarixdə ərizə ilə Şabran rayon İcra və probasiya şöbəsinə müraciət edərək alimentdən imtina etdiyini və Şabran Rayon Məhkəməsinin 2(031)-177/2017 saylı, xx.xx.2017-ci il tarxli icra vərəqəsinin icraatına xitam verilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(031)-293/2018 saylı qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Şabran Rayon Məhkəməsinin 2(031)-177/2017 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentə görə 2017-ci ilin sentyabr ayından yaranmış borcun ödənilməsindən azad edilmiş və həmin alimentin ödənilməsinə xitam verilmişdir.
13. Yenidən Şabran Rayon Məhkəməsinin 2(031)-82/2014 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şabran Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şamo Babayev tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Lakin Şabran Rayon Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli, 2(031)- 357/2018 saylı qərardadını yəni, icra sənədinin icraatına xitam verilməsi barədə qərardadı icra məmuruna təqdim etdikdən sonra, icra məmuru X21 Rayon Məhkəməsinin 2(031)- 82/2014 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə xitam verilməsi barədə qərar qəbul etmiş və qeyd edilən icra sənədi xitam verildiyi üçün Şabran Rayon Məhkəməsinə geri qaytarılmışdır. Həmin qərarda göstərilmişdir ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli, 2(031)-357/2018 saylı qərardadına əsasən Şabran Rayon Məhkəməsinin 2(031)-82/2014 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə xitam verilmiş və işə iddia icraatı qaydasında yenidən baxılmalıdır.
14. Məhkəmə qarşılıqlı iddianın rədd olunmasını isə belə əsaslandırmışdır ki, “..Cavabdeh qarşılıqlı iddia tələbi irəli sürərək 09 mart 2011-ci il təvəllüdlü X3 İddiaçı alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən hazırki mübahisənin həlli üçün azyaşlı uşağın hansı valideynin yanında qalmasının məqsədəuyğun olduğunu müəyyən etmək üçün müvafiq icra hakimiyyəti orqanın rəyi alınmışdır. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsi ilə maraqlarına toxunan istənilən məsələnin həlli zamanı 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınması, məhkəmə və ya qəyyumluq və himayə orqanının yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilməsi imperativ qaydada müəyyən edilmişdir. Belə olduğu halda, məhkəmə azyaşlı uşağın mənafelərini, eyni zamanda, 13 yaşına çatmış 09 mart 2011-ci il təvəllüdlü X3 fikirini nəzərə alaraq, hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilməməlidir.”
15. Lakin məhkəmə qarşılıqlı iddianı rədd edərkən nəzərə almamışıdr ki, qarşılıqlı iddia ərizəsindən də göründüyü kimi, iddiaçı necə illərdir ki, bu günədək qızı ilə onun görüşünə imkan yaratmamışdır. Hətta əvvəllər uşağı ilə məktəbdə belə görüşmək istəsə də, qızı deyirdi ki, “anam bilsə görüşməyə qoymaz”. Uşaq anasından qorxduğuna görə həmişə ondan qaçmışdır.
16. Şabran Rayon Məhkəməsinin 02.04. 2018-ci il tarixli, 2(031)-293/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh iddiasını müdafiə etmiş və bildirmişdir ki, “..Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən qohumları aliment borcunu toplayıb ödədiklərinə görə azadlıqdan məhrum etmə cəzası başqa cəza növü ilə əvəz edilmişdir. İşə məhkəmədə baxılarkən cavabdeh ona bildirmişdir ki, uşağın Türkiyə Respublikasına getməsi üçün etibarnamə versə o, aliment borcundan imtina edəcəkdir. O da inanaraq etibarnamə vermiş, lakin cavabdeh gəlib məhkəmədə ərizə yazıb qoymuşdur ki, “aliment borcun tam ödəməsə həbs edilsin. Özü də uşağı götürüb 2017-cüi ilin sentyabr ayında Türkiyə Respublikasına getmişdir. O, uzun müddətdir ki, uşağı ilə ünsiyyət yarada bilmir, onun sağlamlığından məlumatı yoxdur. Uşağın varlığından məlumatı olmadığı halda, o, alimenti kimə görə ödəyəcəyini də bilmir.”
17. Qətnamədə deyilir: Mülki işə əlavə edilmiş Şabran Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş 31 iyul 2024-cü il tarixli rəydən görünür ki, işin araşdırılması üçün Qəyyumluq və Himayəçilik Komissiyası X9 Şabran rayonu Gəndov kəndində yerləşən evinə baxış keçirmək üçün onunla mobil telefon vasitəsilə əlaqə saxlamış və məlum olmuşdur ki, iddiaçı Bakı şəhərində yaşayır. 31 iyul 2024-cü il tarixə təyin olunan komissiya iclasına dəvət olunan iddiaçı iclasa gələcəyini bildirsə də heç bir üzürlü səbəb göstərmədən iclasa gəlməmiş və iclasda iştirak etməmişdir. Ona görə də, iddiaçı Cavabdeh həyat şəraitini müayinə etmək mümkün olmamışdı. Bu rəylə razılaşmadığı üçün işin təkrar olaraq İcra hakimiyyətinə Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilməsi barədə vəsatət qaldırmışdır. Lakin məhkəmə heç bir əsas olmadan vəsatəti təmin etməmişdir. Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi birtərəfli qaydada verilmişdir. Uşağı istəyən tərəf kimi, onun həyat şəraiti yoxlanılmamışdır. Guya okomissiyanın iclasına gəlməmişdir. Bildirir ki, iş iki aya yaxın komissiyada qalandan və rəy hazır olandan sonra ona zəng olunmuşdur. O həm Bakıda həm də Şabran rayonunda evi olduğunu bilmişdir. Lakin komissiyanın üzvü bilərkdən onu komissiyaya çağırmamışdır. Zəng edən şəxs demişdir ki, rəy hazırdır göndərir məhkəməyə, uşaq səni istəmir”. Ona görə də sizi çağırmağın mənası yoxdur.” Beləcə komissiyanın qeyri-obyektiv rəyi məhkəməyə göndərilmişdir. Uşağı ilə komissiyada görüşmək imkanı ona yaradılmamışdır. Onun yaşayış şəraiti komissiya tərəfindən araşdırılmamışdır. Ona görə də iş yenidən Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilməlidir.
18. Ailə Məcəllənin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya Qəyyumluq və Himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Lakin uşaq əgər deyirsə ki, “atamla görüşmək istəmirəm”- burdan aydın olur ki, uşaq atası ilə niyə görüşmək istəmir? Demək ki, uşaq ananın psixoloji təzyiqi altındadır. Məhz buna görə də Qəyyumluq və Himayəçilik orqanı obyektiv və uşağın mənafeyini nəzərə alaraq komissiya təşkil etməli, lazım olarsa psixoloq dəvət etməli və uşağı ilə ayrıca görüşməsinə şərait yaradılmalı idi.
19. İşdən də göründüyü kimi və uşağın özünün də dediyi kimi o anası ilə 6-7 ildir ki, Türkiyədə yaşayırdılar. Belə olan halda o uşağı ilə necə görüşməli idi? Oradan gələndən sonra da anası buna imkan verməmişdir. Şabran rayonu Gəndov kənd tam orta məktəbin direktoru S.Baladadaşova tərəfindən imzalanmış məlumat xarakterli arayışdan görünür ki, X6 2018-ci ildə Türkiyədən gəlmiş və 2024-cü ilədək dəfələrlə məktəbdən çıxmış, yenə Türkiyəyə getmiş və bir necə dəfə məktəbini dəyişmişdir.
20. Belə olan halda məhkəmə həmin uşağa 200 manat alimenti necə müəyyən edir? Uşaq dedi ki, 6-7 ildir Türkiyədə yaşayırdıı. Amma məhkəmə uşağın bu sözlərini məhkəmə iclas protokoluna və qətnaməyə salmamışdır. Valideynin əsas vəzifəsi uşağını saxlamaq olmuş olsa da yeniyetməlik dövründə olan bir gəncin də vəzifəsi valideynə sayğı və hörmət göstərməkdir.
21. Məhkəmə Şabran Rayon Məhkəməsinin 2(031)-82/2014-cü il tarixli icra sənədinə əsasən Şabran Rayon İcra və Probasiya şöbəsinin icra məmurunun icra sənədinin icraatına xitam verilməsinə dair təqdimatının təmin olunması barədə Şabran rayon Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli, 2(031)-357/2018 saylı qərardadının qüvvədə olmasına baxmayaraq Şabran Rayon Məhkəməsinin 18 mart 2014-cü il tarixli 2(031)- 82/2014 saylı qətnaməsinə görə Cavabdeh 09 mart 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılması barədə qətnamə qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
22. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
24. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməməsini xahiş etdi.
25. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
26. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
27. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.
Uşaq hüquqlarına dair” BMT Konvensiyası
28. Maddə 3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər.
“Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
29. Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir;
30. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
31. Maddə 3.0.4. Ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir.
32. Maddə 50.3. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir.
33. Maddə 52. Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.
34. Maddə 58.1. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar.
35. Maddə 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.
36. Maddə 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
37. Maddə 60.3. Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər.
38. Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.
39. Maddə 61.3. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir.
40. Maddə 61.5. Uşaqdan ayrı yaşayan valideyn öz uşağı haqqında tərbiyə və müalicə, sosial müdafiə və digər müvafiq müəssisələrdən məlumat almaq hüququna malikdir.
41. Maddə 73.2. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur.
42. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
43. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
44. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
45. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
50. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
51. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
Apellyasiya baxışının hədləri
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
53. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
54. Apellyasiya şikayətindən görünür ki, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-541/2024 nömrəli qətnaməsinin ilk iddianın təmin edilən hissəni və qarşılıqlı iddiaya aid hissəni mübahisələndirmişdir. Ona görə də kollegiya Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – ilk iddianın təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalı, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
56. İlk İddiaçı Cavabdeh qarşı müəyyən edilmiş alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şabran Rayon Məhkəməsinin 18 mart 2014-cü il tarixli, 2(031)-82/2014 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin artırılması, Cavabdeh hər ayda 235 manat sabit pul məbləğində alimentin tutulub 09 mart 2011-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
57. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı isə Cavabdeh ilk iddiaçı ilə birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan qızının saxlanılması üçün onun himayəsinə verilməsini və ilk iddia tələbinə dair iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
58. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianın təmin edilməməsi qənaətinə gələrkən müvafiq icra hakimiyyətinin orqanının rəyini və uşağın fikrini nəzərə alaraq uşağın atasının himayəsinə verilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası qətnamənin həmin hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərində göstərilənləri apellyantın formal mülahizəsi kimi qiymətləndirir. Kollegiya həmçinin qeyd edir ki, qanunvericilikdə uşağın maraqlarına zidd olan hallar istisna olunmaqla 10 yaşına çatmış uşağın fikrinin nəzərə alınması qeyd edilmişdir. Hazırki iş üzrə uşağın ananın yanında qalmasını istisna edən edən hər hansı hal müəyyən edilməmişdir. Cavabdeh uşaqla ünsiyyətdə olmamasına dair dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, uşaqla ünsiyyət hüququnun təmin edilməsi hazırkı iş üzrə mübahisənin predmetini təşkil etmir və qeyd edilən tələblə məhkəməyə müraciət edilməsi qanunvericilikdə tənzimlənmişdir.
59. Digər tərəfədən məhkəmə kollegiyası hesab edir ki, ilk iddianın qismən təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamış, qarşı tərəfin bununla bağlı dəlilinə heç bir münasibət bildirilməmişdir. Göründüyü kimi, ilk iddiaçı Şabran Rayon Məhkəməsinin 18 mart 2014-cü il tarixli, 2(031)-82/2014 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin artırılmasını xahiş etmişdir. Halbuki həmin qətnamə üzrə verilmiş icra sənədinin icraatına tələbkarın, yəni hazırkı iş üzrə ilk iddiaçının tələbdən imtina etməsinin qəbul edilməsi əsası ilə Şabran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-357/2018 nömrəli qərardadı ilə xitam verilmişdir. (iş vər.41)
60. Məhkəmə kollegiyası qeyd edir ki, qüvvədə olan ailə qanunvericiliyi ilə artıq müəyyən edilmiş alimentin miqdarının artırılması və ya azaldılması tənzimlənmişdir. Hazırkı halda isə alimenti müəyyən edən qətnamə üzrə icra sənədi ilə bağlı icraata tələbkarın imtinası ilə xitam verilmişdir. Kollegiya belə olan halda hesab edir ki, icrasına xitam verilmiş qətnamə ilə müəyyən edilən alimentin məbləği artırıla bilməz. Odur ki, ilk iddia təmin olunmamalıdır.
61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 402, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-541/2024 nömrəli qətnaməsi qismən – “ilkin iddia tələbinin qismən təmin edilməsi, Şabran Rayon Məhkəməsinin 18 mart 2014-cü il tarixli 2(031)-82/2014 saylı qətnaməsinə əsasən Cavabdeh 09 mart 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarının artırılması, Cavabdeh 09 mart 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmasına görə hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi və alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılması” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İlk iddia təmin edilməsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində ilk iddia üzrə Cavabdeh tərəfindən Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən ilk İddiaçı tərəfindən kassasiya şikayəti verilə bilməz.