Məhkəmə qərarları › İş №2(105)-1749/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1749/2023

29.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1749/2023 29.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X6 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, e-2(012)-3641/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə hər ay 220 manat alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, e-2(012)-3641/2023 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə əsasən iş ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsində baxılmalı olmadığından geri qaytarılmışdır (hakim Elçin Kazımov). İddiaçı Ələsova X3 Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, e-2(012)- 3641/2023 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, e-2(012)-3641/2023 saylı qərardadı ilə şikayət təmin olunmayaraq, baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin e- 2(012)3641/2023 saylı, 25 iyun 2023-cü il tarixli qərardadına əsasən alimentin tutulmasına dair iddia ərizəsi geri qaytarılmışdır. Həmin qərardadı qanunsuz və əsassız hesab edir. Belə ki, əlavə olunmuş Saray qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 29 fevral 2023-cü il tarixdə verilmiş 797 nömrəli arayışdan görünür ki, Ələsova X3 rayonu, Saray qəsəbəsi, Novruz Aslanov küçəsindəki evdə qeydiyyatsız yaşayır. MPMnin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Buna baxmayaraq, məhkəmə onun iddia ərizəsini qanunsuz və əsassız geri qaytarmışdır. Onun Gədəbəyə getməsinə maddi imkanı yoxdur. Qanunla o, rüsum ödəməkdən də azaddır. Göstərilənlərə əsasən Abşeron Rayon Məhkəməsinin e-2(012)-3641/2023 saylı, 25 iyun 2023-cü il tarixli qərardadının ləğv olunması barədə qərardad çıxarılması məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, e-2(012)-3641/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ünvanı Abşeron rayonu, Saray qəsəbəsi, Novruz Aslanov küçəsindəki fərdi yaşayış evi göstərilsə də iş materiallarına əlavə edilən Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 29 fevral 2023-cü il tarixdə verilmiş 797 nömrəli arayışdan görünür ki, Ələsova X3 rayonu, Saray qəsəbəsi, Novruz Aslanov küçəsindəki evdə qeydiyyatsız yaşayır, iddiaçı Ələsova X4 rayonu, Arıqdam Ərazi Dairəsi, Arıqdam kəndində qeydiyyatdadır, iddia ərizəsində Cavabdeh ünvanı ünvan 2lsə də, şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, Cavabdeh da ünvan 3i ünvanında qeydiyyatdadır. Bu səbəbdən hazırki işə Abşeron Rayon Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1 -ci maddəsinə görə də qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36-cı maddəsi iddianın iddiaçının seçiminə görə aidiyyətini müəyyən etmişdir. Qeyd edilən Məcəllənin 36.3, 36.4-cü maddəsinə əsasən alimentə dair iddialar iddiaçının yaşadığı yerə görə də verilə bilər. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qanunvericiliyin tələbindən göründüyü kimi alimentə dair iddialar iddiaçının yaşadığı yerə görə də verilə bilər. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, iddiaçı və cavabdehin hər ikisi ünvan 3ində qeydiyyatdadırlar. Məhkəmə kollegiyası iddiaçının Abşeron rayonu, Saray qəsəbəsi, Novruz Aslanov küçəsindəki fərdi yaşayış evində yaşaması əsası ilə işə Abşeron Rayon Məhkəməsində baxılmalı olmasına münasibət bildirərək qeyd edir ki ,“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdırr. Qeyd olunan Qanunun 5-ci maddəsinə görə yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Qanunvericilik yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədini müəyyən edərkən məhz hər hansı şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsinə şərait yaradılmasını rəhbər tutmuşdur. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələbinə uyğun olaraq iddiaçının qeydiyyatda olduğu yer onun yaşayış yeri kimi qəbul edilməlidir. Belə olan halda da məhkəmə kollegiyası qeyd edir ki, işə iddiaçı və cavabdehin rəsmi qeydiyyatda olduqları yer üzrə Gədəbəy Rayon Məhkəməsində baxılmalıdır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizənin geri qaytarılması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, e-2(012)-3641/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, e-2(012)-3641/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar