Məhkəmə qərarları › İş №2(105)-1749/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1749/2025

06.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1749/2025 06.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5283/2025 nömrəli, 14 oktyabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim E.Kazımov) iddianın qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 900/2014 nömrəli xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş, 8(060)-316/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya olunmuş alimentin miqdarının azaldılması, hazırki qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq, İddiaçı Cavabdeh xeyrinə xx.xx.2012-ci il təvəllüdlü X13 oğlunun və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində sabit pul məbləğində aliment tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X13 oğlunun və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 900/2014 nömrəli xx.xx.2014-cü il tarixli qətnaməsi əsasında tutulan və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-316/2025 nömrəli qərardadı ilə indeksasiya olunmuş aliment məbləğinin hər ay hər uşağa 100 manat olmaqla, hər ay cəmi 200 manat pul məbləğinə dəyişdirilərək cavabdehin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025ci il tarixli, 8(060)-316/2025 nömrəli qərardadı ilə tələbkar Cavabdeh iddiaçıya qarşı aliment məbləğinin indeksasiyasına dair ərizəsi təmin edilərək, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X13 oğlunun və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-900/2014 nömrəli xx.xx.2014-cü il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində indeksasiya olunmuşdur. İddiaçı X4 ilə xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə yeni ailə qurmuşdur. Tərəflərin xx.xx.2020-ci ildə anadan olmuş X14 oğlu və xx.xx.2022-ci ildə anadan olmuş X5 adlı övladları var. Hal-hazırda həyat yoldaşı X4 Azərbaycan Respublikası “TƏBİB” PHŞ “3 nömrəli Ailə Sağlamlıq Mərkəzi” PHŞ-nin vermiş olduğu xx.xx.2025-ci il tarixli, 15 saylı arayışa əsasən hamilədir, Sumqayıt şəhəri 3 nömrəli ASM-də 34/35 həftəlik 3-cü hamiləliklə qeydiyyatdadır. Artıq 3-cü övladları olacaqdır. İddaçının yeganə qazanc mənbəyi əlilliyə görə aldığı aylıq 220 manat pensiyadır. Belə ki, iddiaçının bir gözü protezdir, ümumiyyətlə görmür, o birisi gözü isə görmə qabiliyyəti cəmi 30%-dir. Bundan başqa, ailə vəziyyəti olduqca ağırdır. Belə ki, iddiaçının anası X6 Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Sumqayıt Tibb Mərkəzi” Pİ İŞ 1 nömrəli Xəstəxana Poliklinika şöbəsinin vermiş olduğu xx.xx.2025-ci il tarixli, 170936 nömrəli sənədə əsasən, şəkər xəstəsi kimi qeydiyyatdadır və dövlət hesabına dərmanlarla təmin edilir. İddiaçının həmin pensiya məbləğindən 130 manat aliment tutularaq hər ay Cavabdeh ödənilir. Sağlamlıq durumunda problem olduğuna görə işə qəbul etmirlər. Pensiyasından qalan 90 manat hesabına özü, həyat yoldaşı və 2 uşağı dolanırlar. Xəstə anası da iddiaçı ilə birlikdədir. Həyat yoldaşı X4 hamilədir və 2 azyaşlı uşaqla olduğu üçün işləyə bilmir. Əvvəldən də işləməmişdir, evdar qadın olmuşdur. İddiaçının keçmiş arvadı Cavabdeh isə Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsində müəllimə işləyir və ilk peşə-ixtisas təhsili müəssisəsində müəllimə vəzifəsində çalışır və aylıq əmək haqqı alır. İddiaçı Cavabdeh ilə rəsmi nikahları olmamış, faktiki nikah münasibətində olmuşlar. Faktiki nikah münasibətdən 22 sentyabr 2012-ci il təvəllüdlü X15 oğlu və 23 sentyabr 2013-cü il təvəllüdlü X7 anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuş, ailə faktiki olaraq dağılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2014-cü il tarixli, 2(060)- 1514/2014 nömrəli qətnaməsi ilə Cavabdeh iddiaçıya qarşı aliment tələbi barədə iddiası qismən təmin edilərək, 29 yanvar 2014-cü il tarixdən başlayaraq faktiki nikahlarından anadan olmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa 75 manat olmaqla, ümumilikdə 150 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət olunmuşdur. Qətnamədən tərəflərindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-900/2014 nömrəli mülki iş üzrə 23 iyun 2014-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2014-cü il tarixli qətnaməsi dəyişdirilərək alimentin məbləği 65 manat müəyyən edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, Sumqayıt şəhər Məhkəməsinin 14 oktyabr 2025-ci il tarixli qətnaməsinin “Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-900/2014 nömrəli xx.xx.2014cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş, 8(060)-316/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya olunmuş alimentin miqdarı azaldılması, hazırki qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq, İddiaçı Cavabdeh xeyrinə xx.xx.2012-ci il təvəllüdlü X13 oğlunun və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində sabit pul məbləğində aliment tutulması” hissəsinin ləğv edilməsi və ondan hər ay hər uşaq üçün 125 manat olmaqla, ümumilikdə 250 manat sabit pul məbləğində alimentin ondan tutularaq Cavabdeh ödənilməsi məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, bu iş üzrə qəbul olunmuş Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2025-ci il tarixli, 2(060)-5283/2025 nömrəli qətnaməsinin “Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-900/2014 nömrəli xx.xx.2014cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş, 8(060)-316/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya olunmuş alimentin miqdarı azaldılması, hazırki qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq, İddiaçı Cavabdeh xeyrinə xx.xx.2012-ci il təvəllüdlü X13 oğlunun və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində sabit pul məbləğində aliment tutulması” hissəsindən narazıdır. Məhkəmə iddia tələbini sözügedən hissədə təmin edərkən maddi (Ailə Məcəlləsinin 112-ci maddəsi) və prosessual hüquq normalarına (MPM-nin 4, 14, 88, 217-ci maddələri) düzgün əməl etməmişdir. Bildirir ki, o yeni nikaha girmişdir. 2 övladı var. Hal-hazırda həyat yoldaşı hamilədir, 3-cü uşaq olacaqdır. Yeganə qazanc mənbəyi 220 manat pensiyadır. Həmin məbləğdən 130 manat aliment tutularaq Cavabdeh ödənilir. Sağlamlıq durumunda problem olduğuna görə onu işə qəbul etmirlər. Pensiyasından qalan 90 manat hesabına özü, həyat yoldaşı, 2 uşağı (həmçinin gələcəkdə doğulacaq digər övladı) dolanırlar. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2025-ci il tarixli, 2(060)-5283/2025 nömrəli qətnaməsinin “Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-900/2014 nömrəli xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş, 8(060)-316/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya olunmuş alimentin miqdarı azaldılması, hazırki qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq, İddiaçı Cavabdeh xeyrinə xx.xx.2012-ci il təvəllüdlü X13 oğlunun və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində sabit pul məbləğində aliment tutulması” hissəsinin ləğv edilməsi və ondan hər ay hər uşaq üçün 125 manat olmaqla, ümumilikdə 250 manat sabit pul məbləğində alimentin ondan tutularaq Cavabdeh ödənilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Lakin məhkəmə çəkişmə prinsipinə əməl etməmişdir. Heç bir araşdırma aparmamış, düzgün nəticəyə gəlməmişdir. Məhkəmə prosesin çəkişmə prinsipini təmin etməmiş, Halbuki MPM-nin tələbinə görə məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Tez-tələsik qərar verməklə onun qanunla qorunan hüququnu pozmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni iddiaçıdan tutulan alimentin bu həddə qaldırılması onun gəlirlərinə uyğun olmaması ilə əsaslandırmışdır. İddiaçı məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayaraq qətnaməni iddia tələbinin təmin edilməyən hissəsində apellyasiya qaydasında mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Ailə Məcəlləsinin 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd etmək lazımdır ki, aliment valideynin övladının saxlanılması üçün uşaqları yanında qalan valideynə ödənilən müavinətdir. Həmin müavinət digər valideynə öz tələbatının ödənilməsi üçün deyil, himayəsində qalan övladlarının maddi tələbatının ödənilməsi, yemək və digər zəruri ehtiyaclarının ödənilməsində digər valideyinin də iştirakının təmin edilməsinə yönəldilir ki, uşaqların saxlanılması yükü bir valideynin üzərinə düşməsin. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməlidir. Əgər alimentin miqdarı müəyyən edildikdən sonra həmin məbləğin dəyişdirilməsi zərurəti yaranarsa, bu zaman ilk növbədə tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməlidir. Bu da alimentin miqdarının dəyişdirilməsini tələb edən şəxsin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olmasını sübut etmə öhdəliyini yaradır. Hazırkı işdən göründüyü kimi tərəflərin birgə nikahlarından olan övladlarının saxlanılması üçün müəyyən edilən alimentin məbləği Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-900/2014 nömrəli xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-316/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh aliment məbləğinin indeksasiya edilməsi barədə ərizəsi təmin edilmiş, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X13 oğlunun və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-900/2014 nömrəli xx.xx.2014-cü il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində indeksasiya olunması qərara alınmışdır. Həmçinin qeyd edilməlidir ki, uşağın saxlanılmasından ötrü maddi və mənəvi tələbatının ödənilməsi üçün hər iki valideyn birgə məsuliyyət daşıyır. İddiaçı övladının saxlanılması üçün müəyyən edilmiş alimentin azaldılmasını xahiş etsə də, qeyd edilən məbləğin həmin həcmdə azaldılması uşağın mənafeyinə uyğun olmamaqla onun təminatının azaldılmasını qaçılmaz edəcəkdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 112.1.3. maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tələb birinci instansiya məhkəməsi tərəfindən tutulan hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində, yəni 150 manat miqdarında alimentin azaldılaraq hər ay hər uşaq üçün 125 manat olmaqla, ümumilikdə 250 manat manat tutulması təşkil edir (300-250=50 manat). Həmin azalmanın bir il ərzində məcmusu isə (50 X 12 ay = 600 manat) 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 385.2., 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar