Məhkəmə qərarları › İş №2(105)-175/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-175/2024

12.02.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-175/2024 12.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar X7, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 Müseyib qızı, İddiaçı7, X9, İddiaçı11, İddiaçı9 və İddiaçı10 cavabdeh Qobustan Rayon X11 hüquqi şəxsinə qarşı əmək haqqı tələbinə dair (Açar sözlər: əmək haqqı və yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün dövrü üçün əmək haqlarına müddətli əlavələrin hesablanıb ödənilməsi) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və X10 ibarət tərkibdə məhkəmə iclas katibi X2, İddiaçılar İddiaçı3, X7, İddiaçı2, İddiaçı4, İddiaçı6 Müseyib qızı, İddiaçı7, İddiaçı9 və İddiaçı10 və iddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Qobustan Rayon X11 hüquqi şəxsin nümayəndəsi Nümayəndə1, nümayəndə və vəkili Vəkil2 TƏBİB-in nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçılar X7, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 Müseyib qızı, İddiaçı7, X9, İddiaçı11, İddiaçı9 və İddiaçı10 cavabdeh Qobustan rayon mərkəzi xəstəxanası” X28 tərəfindən onlara “2020-ci ilin mart ayından başlayaraq yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün dövrü (2020-ci ilin mart ayından 2022-ci ilin fevral ayınadək) üçün Qobustan RMX PHŞ tərəfindən hər ay üçün təsdiq edilmiş “iş vaxtının uçotu tabeli” nə və “növbətçilik cədvəli” nə əsasən aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında hər birinə 35000 (otuz beş min) manat əmək haqlarına müddətli əlavələrin ödənilməsi”, eləcə də ödənilmiş 50 manat mediasiya xərcinin, 200 manat hüquqi yardım almaq üçün vəkilə ödənilmiş xərcin, 100 manat məbləğində digər xərcləri (Bakı və İsmayıllı şəhərlərinə yol xərci, vaxt itkisi, poçt, dəftərxana xərci və s) tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(026)-242/2023 nömrəli qətnaməsindən cavabdeh Qobustan rayon X11 hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksində açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları:

1. Qobustan Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 3(026)-409/2022 saylı qərarından görünür ki, Qobustan rayon X11 Hüquqi Şəxsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 2000 manat cərimə edilmişdir.

2. X14 Xidmətinin Dağlıq Şirvan regional ərazi şöbəsi tərəfindən 19 avqust 2022-ci il tarixdə “Qobustan rayon mərkəzi xəstəxanası” publik hüququ şəxsin direktoru X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1 maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, 26 avqust 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 1000 manat cərimə tənbeh növü tətbiq edilmişdir.

3. “Koronavirus” (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə tibb işçilərinin cəlb edilməsi haqqında” əmrlərin surətlərindən görünür ki, iddiaçılar X7, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 Müseyib qızı, İddiaçı7, X9, İddiaçı11, İddiaçı9 və İddiaçı10 yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak etmişlər.

4. İddiaçılarla bağlanmış əmək müqavilələrinə olan xx.xx.2020-ci il tarixli əlavələrin 1- ci bəndindən görünür ki, işçilərlə bağlanmış əmək müqaviləsinin 4.1-ci bəndinə edilmiş dəyişikliyə əsasən işçilərin taarif maaşı müəyyən edilmiş və əmək haqqına əlavənin isə İcbari Tibbi Sığorta üzrə X12 heyətinin xx.xx.2020-ci il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X26 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na müvafiq olaraq ödənilməsi qərara alınmışdır.

5. Qobustan rayon X11 hüquqi şəxsin “Koronovirus” pandemiyasına qarşı həyata keçirilən tədbirlərə tibb işçilərinin cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli 341.1 saylı əmrindən görünür ki, əmrə əlavə edilən siyahıda göstərilən tibb işçiləri Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə cəlb edilmiş, TTTYS-in gündəlik işə cəlb olunmuş briqadalarından yalnız biri (1 nəfər həkim, 1 nəfər tibb bacısı və sürücü) Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərdə iştirak etmələri əmr edilmişdir.

6. Qobustan rayon X11 hüquqi şəxsin koronavirus pandemiyasına qarşı həyata keçirilən tədbirlərə tibb işçilərinin cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli 341.2 saylı əmrindən görünür ki, koronovirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədi ilə yoluxma sayının artımını nəzərə alıb əlavə briqadalara ehtiyac olduğu təqdirdə əlavə briqadaların yaradılmasının təmin edilməsi əmr edilmişdir. Apellyasiya icraatı zamanı əldə olunmuş;

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 dekabr 2023-cü il tarixli, 9/9034 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, iş materiallarında olan cədvəl məlumatlarına əsasən iddiaçılar X7, İddiaçı2, İddiaçı3 qızı, İddiaçı4, İddiaçı5, İddiaçı6 Müseyib qızı, İddiaçı7, İddiaçı8 Nurəddin qızı, İddiaçı11, İddiaçı9 və İddiaçı10 yeni növ koronavirus (COVİD 19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün dövrü (2020-ci ilin mart ayından 2022-ci ilin fevral ayınadək) işlədikləri aylar üçün aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında hesablanmaqla qalıq ödəmələr aşağıdakı şəkildədir. X7- 11.518,67 manat, İddiaçı2- 19.379,25 manat, İddiaçı3 qızı -18.619,23 manat, İddiaçı4- 13.183,78 manat, İddiaçı5 -16.324,91 manat, İddiaçı6 Müseyib qızı -8.948.35 manat, İddiaçı7 -12.317,55 manat, İddiaçı8 Nurəddin qızı -3.521,71 manat, İddiaçı11- 17.230,59 manat, İddiaçı9 -18.708,01 manat, İddiaçı10- 14.450,53 manat.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçılar X7, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 Müseyib qızı, İddiaçı7, UsubovXatirə Nurəddin qızı, İddiaçı11, İddiaçı9 və İddiaçı10 cavabdeh Qobustan rayon mərkəzi xəstəxanası” X28 tərəfindən onlara “2020-ci ilin mart ayından başlayaraq yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün dövrü (2020-ci ilin mart ayından 2022-ci ilin fevral ayınadək) üçün Qobustan RMX PHŞ tərəfindən hər ay üçün təsdiq edilmiş “iş vaxtının uçotu tabelinə” və “növbətçilik cədvəlinə” əsasən aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarda hər birinə 35000 (otuz beş min) manat əmək haqlarına müddətli əlavələrin AR Prezidentinin xx.xx.2020-ci il tarixli, 1947 nömrəli Sərəncamı və NK-in xx.xx.2020-ci il tarixli, 112 nömrəli qərarına uyğun yenidən hesablanaraq tam ödənilməsi; -eləcə də ödənilmiş 50 manat mediasiya xərcinin, 200 manat hüquqi yardım almaq üçün vəkilə ödənilmiş xərcin, 100 manat məbləğində digər xərcləri (Bakı və İsmayıllı şəhərlərinə yol xərci, vaxt itkisi, poçt, dəftərxana xərci və s) ödənilməsi tələbinə dair ayrıayrılıqda məhkəməyə iddia ərizəsi vermişlər.

9. Qobustan Rayon Məhkəməsinin iş üzrə 23 may 2023-cü il tarixli qərardadı ilə qeyd edilən mülki işlər bir icraatda birləşdirilmişdir.

10. İddia tələbi onunla əsaslandırlmışdır ki, iddiaçılar Qobustan rayon X11 hüquqi şəxsdə feldşer, böyük tibb bacısı, kiçik tibb bacısı (xadimə) vəzifəsində işləmişlər. Yeni növ koronavirus (COVİD-19) infeksiyası Azərbaycan Respublikasında yayıldığı ilk günlərdən Qobustan rayon Mərkəzi Xəstəxanasında pandemiya ilə mübarizə tədbirlərinə cəlb olunmuşlar və 2020-ci ilin iyul ayının 29-da ölkə başçısının iştirakı ilə Qobustan rayonunda COVİD-19 ilə bağlı modul tipli xəstəxana istifadəyə verildikdən sonra fəaliyyətlərini həmin müəsissədə müxtəli vəzifələrdə davam etdirmişlər. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli, 1947 nömrəli Sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli qərarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə xx.xx.2020-ci ildən cəlbetmənin bütün dövrü üçün əmək haqlarına aylıq vəzifə (tarif) maaşının 5 mislinədək miqdarda müddətli əlavələrin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin iddiaçılar koronavirus infeksiyası ilə mübarizə tədbirlərində yaxından iştirak etmələrinə və bu virusa yoluxmuş xəstələrlə təmasda olmaqlarına baxmayaraq, əmək haqqına edilməli əlavələri ala bilməmişlər. Halbuki, TƏBİB-in əlaqədar qurumlarında, eləcə də ətraf rayonlarda bu sahədə çalışan tibb və qeyri-tibb işçilərinin hamısı, həmçinin qonşu rayonlardan Qobustan rayon xəstəxanasına ezam olunmuş tibb personalı (həkim, tibb bacıları, tibb qardaşları, texniki işçilər də daxil olmaqla) əmək haqlarına müddətli əlavəni almışlar. İddiaçılar gündəlik koronavirus xəstələri və onların ailə üzvləri ilə təmasda olub, xəstələrin hərarətlərinin ölçülməsi, yaxmaların götürülməsi,yoluxmuş xəstələrin təxliyə edilməsi, xəstələrin yatdığı palataların təmizlənməsi, palataların sanitar qovşağının təmizlənməsi işlərini həyata keçirmiş, real olaraq koronavirus təhlükəsi ilə üzləşmişlər. İddiaçılar koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdikləri üçün 01 mart 2020-ci il tarixdən cəlbetmənin bütün dövrü üçün onların əmək haqlarına ayliq vəzifə (tarif) maaşının 5 misli miqdarda müddətli əlavələr ödənilməlidir. Belə ki, “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli sərəncamında və “Yeni növ koronavirus (COVİD19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli Qərarında nəzərdə tutulan əlavələr iddiaçılara şamil edilir. İddiaçılar birlikdə və ayrı-ayrılıqda X26 rəhbərliyinə müraciət edərək onlara verilməli olan əlavələrin ödənilməsini xahiş etmişlər. Rəhbərlik şifahi və rəsmi olaraq xəstəxananın hesabına tibbi icbari sığorta tərəfindən vəsait köçürülən kimi onların əlavələrinin hesablanıb ödəyəcəklərini bildirsələr də, hal-hazıra kimi həmin əlavələr ödənilməmişdir. Qobustan rayon X11 hüququ şəxsi 03 mart 2023- cü il tarixli PHŞ-6-53/2-v-2-21-174/2023 saylı məktubla TƏBİB-ə müraciət edildiyini bildirmiş, vəsait alındıqdan sonra əlavələrin onlara ödəniləcəyi bildirilmişdir. Qobustan rayon X11 hüququ şəxsin direktoru tərəfindən koronavirusun davam etdiyi müddətdə iddiaçıların hər ayın əvvəlində koronavirusla mübarizə tədbirlərinə cəlb edilmələri barədə müvafiq əmrlər vermişdir. Bundan başqa, “Qobustan rayon Mərkəzi Xəstəxanası” X26 təqdim etdiyi xəstəxananın böyük tibb bacısının və İnsan Resursları şöbəsinin müdirinin imzası ilə və Qobustan RMX PHŞ təsdiq etdiyi “İş vaxtının uçotu tabeli” ndə və “Növbətçilik cədvəli” ndə təsdiq edilən aylar ərzində iddiaçılara hər iş günü növbə ərzində 12 saat işləməklərinə baxmayaraq 6 saat iş vaxtına görə ödəniş hesablanıb ödənilmişdir. Qeyd edilən halla bağlı iddiaçılar X14 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı Regional Ərazi İdarəsinə kollektiv şikayətlərinin araşdırılması və müvafiq tədbirlər görülməsi üçün 06 iyun 2022-ci il tarixdə KOL **********6 saylı məktubla müraciət etmişlər. X14 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı Regional Ərazi İdarəsi tərəfindən müvafiq araşdırma aparılmış və araşdırma nəticəsində iddiaçılara 2020-ci ilin mart ayından 01 yanvar 2022-ci il tarixədək olan dövr ərzində pandemiya ilə əlaqədar əmək haqlarına əlavələrin 5 mislindən az hesablanması, eləcə də hər iş günü növbə ərzində 12 saat işləməklərinə baxmayaraq onlara 6 saat iş vaxtına görə ödəniş hesablanıb ödənilməsi müəyyən edilmiş və sonuncu tərəfindən “Qobustan rayon Mərkəzi Xəstəxanası” X26ə 15 iyul 2022-ci il tarixli **********4 saylı göstəriş məktubu göndərərək onun və digər işçilərin əmək haqqına müddətli əlavələrin və az hesablanmış əmək haqqının 30 gün ərzində yenidən hesablanaraq ödənilməsinin təmin edilməsi və nəticəsi barədə X14 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı Regional Ərazi İdarəsinə məlumat verilməsi tapşırılmış, əks halda “Qobustan rayon Mərkəzi Xəstəxanası” X26 barələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1 maddəsinə əsasən barəsində müvafiq qaydada inzibati məsuliyyət tədbirlərinin görüləcəyi qeyd edilmişdir. Lakin “Qobustan rayon Mərkəzi Xəstəxanası” X28i göstərişi icra etməmişdir. Bu səbəbdən həm xəstəxana, həm də onun direktoru barəsində inzibati qaydada müvafiq qərarlar qəbul edilmişdir. Qeyd edilən əmək mübahisəsinin məhkəməyə qədər həll edilməsinin alternativ yolu kimi iddiaçılar Mediasiya Şurasının Bakı 12 saylı Mediasiya Təşkilatına müraciət etmişlər. Lakin “Qobustan rayon Mərkəzi Xəstəxanası” X26 direktoru və ya onun nümayəndəsi ilkin mediasiya sesiyasında iştirak etmədiyindən işin həlli mümkün olmamışdır. İddiaçıların şəxsən cəlb etdikləri auditor-mühasibin iştirakı ilə iddiaçılara verilməli olan, lakin ödənilməyən vəsaitin miqdarı iddia ərizəsində göstərilən məbləğdədir.

11. Qobustan Rayon Məhkəməsinin (hakim M.Quliyev) 16 avqust 2023-cü il tarixli, 2(026)-242/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçılar X7, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 Müseyib qızı, İddiaçı7, X9, İddiaçı11, İddiaçı9 və İddiaçı10 əmək haqlarına əlavələr və əmək haqlarının yenidən hesablanması və hesablanmış əmək haqqı məbləği ilə faktiki ödənilmiş əmək haqqı arasında yaranmış müsbət fərqin iddiaçıların hər birinə münasibətdə ayrılıqda ödənilməsi və iddiaçıların hər birinə mediasiya xidmətinə görə 50 manat və hüquqi yardım almaq üçün vəkilə ödənilmiş 200 manatın cavabdeh “Qobustan rayon Mərkəzi Xəstəxanası” X28dən tutularaq onlara ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfin iddia tələbinin, mart 2020-ci il tarixdən başlayaraq, İcbari Tibbi Sığorta üzrə X24 heyətinin 2 nömrəli qərarı ilə təsdiq edilmiş “«Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X26 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na uyğun olaraq əmək haqqının yenidən hesablanıb ödənilməsi hissəsinə münasibətdə iddia müddətinin tətbiq ediməsinə dair mövqeyi əsassızdır. Çünki bu hissədə iddia müddətinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Qobustan rayon Mərkəzi Xəstəxanası” X26 iddiaçılara yazdığı rəsmi cavablarda onlara olan borcu etiraf etmiş, vəsait ayrılandan sonra ödəyəcəyini bildirmişdir. Eləcə də iddiaçılar müvafiq orqana şikayət etdikdən sonra onların hazırkı tələblərinin haqlı olduğuna əmin olmuş və borcun ödənəciyini gözləmişlər. Belə olan halda iddia müddətinin ötürülməsindən söhbət gedə bilməz. Məhkəmə iş materiallarında olan sənədlərə istinad edərək qeyd etmişdir ki, hazırkı mübahisə üzrə iddia tələbinin iddiaçıların əmək haqlarına əlavədən yenidən hesablanıb ödənilməsi hissəsində əsaslıdır, habelə bu hissədə iddia müddəti iddiaçılar tərəfindən ötürülmədiyinə görə iddia tələbinə iddia müddəti tətbiq edilməməlidir. Məhkəmə iddia tələbinin əmək haqqının 2020-ci ilin mart ayından 2022-ci ilin fevral ayınadək İcbari Tibbi Sığorta üzrə X12 heyətinin xx.xx.2020- ci il tarixli, 2 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X26 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydaları” ilə müəyyən edilmiş qaydada hesablanaraq iddiaçılara ödənilməsinin cavabdehə həvalə edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, iddiaçılarla əmək haqları faktiki işlədikləri iş saatlarına uyğun olaraq yenidən hesablanmalıdır. Belə ki, iddiaçılar işəgötürənin müvafiq əmrləri ilə koronavirusla mübarizəyə cəlb edilmiş və iş vaxtının “uçotu tabeli və növbətçilik cədvəlləri” ilə təsdiq edildiyi kimi növbədə 12 saat işləmişlər. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab etmişdir ki, iddiaçıların əmək haqlarına əlavələrin və əmək haqlarının yenidən hesablanması iddiaçıların xeyrinə müsbət fərqin yaranması ilə nəticələnir. Bu da işçilərin pozulmuş əmək hüquqlarının bərpa edilməsini ehtiva edir. Ona görə də işəgötürən tərəfindən yol verilmiş qanun pozuntusu aradan qaldırılmalıdır. İddiaçıların hər biri mediasiya xidmətinə görə 50 manat, hüquqi yardım almaq üçün vəkilə 200 manat ödəmişlər ki, bu halların təsdiq edən sənədlər işdə mövcuddur. Ona görə də məhkəmə hesab edib ki, iddiaçıların hər birinin mediasiya xidmətinə görə ödədiyi 50 manat, hüquqi yardım almaq üçün vəkilə ödənilmiş 200 manat cavabdehdən alınıb onlara verilməli, 100 manat digər xərclər hissəsində isə sübut olmadığından iddia bu hissədə təmin edilməməlidir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəllənin 147-ci maddəsinin 1-ci hissəsinə, 147-ci maddəsinin 4-cü hissəsinə, 288 və 296-cı maddələrinə, İcbari Tibbi Sığorta üzrə X12 heyətinin xx.xx.2020-ci il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X26 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nın müvafiq bəndlərinə, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Sərəncamına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Qərarına VƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətlərinin dəlilləri

14. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan cavabdeh Qobustan Rayon X11 Hüquqi Şəxsi qətnamədən apellyasiya şikayəti vermişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin qismən təmin edilməsi barədə məhkəmənin mövqeyi əsassız və qanunsuzdur. İddiaçılar iddia tələbində 2020-ci ilin mart ayından etibarən ödənişləri tələb edirlər. Lakin onlar bu tələb üçün iddia müddətini ötürmüşlər. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququn pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi ya bilməli olduğu gündən başlanır. İddiaçılar hazırkı iddia tələbində qeyd edilən dəlillərlə bağlı TƏBİB-ə müraciət etmişlər, TƏBİB isə əlavələrin veriləcəyini bildirmişdir. İddia tələbi üzrə cavabdeh Qobustan Rayon X11 hüquqi şəxsi iddiaya cavab verməli şəxs deyildir. Bundan başqa iddia müddətinin tətbiqi barədə ərizəyə məhkəmə düzgün qiymət verməmişdir. Məhkəmənin qəbul etdiyi qərar qanunsuz və əsassızdır. Məhkəmə işə tətbiq edilməli maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Cavabdeh işçilərinin əmək haqqı ödənişlərinin icrasından heç bir zaman yayınmamışdır. Habelə bu hal öz təsdiqini tapmamışdır. Müəssisə rəhbərinin əmrinə uyğun olaraq həmin işçilərə ödənişlərin edilməsi rəsmiləşdirilmiş, böyük tibb bacısının və insan resursları müdirinin imzası ilə tabelə əsasən hesablanaraq əmək haqqı icra edilmişdir. 2020-2021-ci il üçün əlavə vəsait ayrılmadığı üçün əlavə ödənişlər tamamlanmamışdır. Qobustan RMX, dövlət adından yaradılan X25b, dövlət sifarişi ilə dövlət büdcəsi hesabına təyinatlı tədbirlərin həyata keçirilməsi üçün məqsədli vəsaitlə dövlət büdcəsindən ödənilir. X28lərə dövlət büdcəsi hesabına ayrılan məqsədli vəsaitlərin yuxarı həddi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq proqnozlaşdırılır və hər ilin dövlət büdcəsində nəzərdə tutulur. Yəni hazırkı məhkəmə qərarında nəzərdə tutulmuş pul vəsaitinin iddiaçıllara ödənilməsi üçün sözügedən vəsaitin büdcədən ayırmalarda nəzərdə tutulması mütləqdir.Həmin pul məbləği isə ancaq növbəti ilin büdcədən pul vəsaitinin ayrılması zamanı X26 dövlət sifarişi ilə nəzərdə tutula bilər. Bu hal Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət adından yaradılan X28lərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi” qaydası ilə müəyyən edilir. Qaydaya əsasən vəsaitlərin ödənilməsi müvafiq büdcə iliniyanvarın 1-dən dekabrın 31-dək olan müddəti əhatə edir. Ödənilmiş vəsaitlər X28lər tərəfindən təyinatı üzrə istifadə olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yeni növ koronavirus (COVİD- 19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” 25 mart 2020-ci il tarixli, 112 saylı qərarı ilə müəyyən edilmiş əlavələrin ödənilməsinin öncədən sifariş verilməsi mümkün deyildir. Bu problem Qobustan RMX tərəfindən deyil, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən həll edilməli olduğundan problemin həlli üçün Birliyə müraciət edilmişdir. Yəni hazırkı iddiaya cavab verməli şəxs Qobustan Rayon Mərkəzi Xəstəxanası deyildir. Beləliklə işə baxan məhkəmə həm iddiaçıların iddia müddətini ötürmələrini nəzərə almamış, həm də cavabdeh tərəfin sübut kimi təqdim etdiyi sənədləri göz ardı etmiş, üçüncü şəxsin işlə bağlı mövqe bildirilən sənədlərini nəzərə almamışdır. Yəni hazırkı halda iddiaçıların tələb etdiyi ödənişlər müvafiq olaraq ayrılmalıdır ki, xəstəxana tərəfindən ödənişlərin icrası həyata keçirilsin. Buna dair əsaslı sübutar məhkəmə tərəfindən tədqiq edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı iddiaçılar tərəfindən yazılı etiraz verilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Qobustan Rayon X11 hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, şikayətdə qeyd edilən dəlillər əsaslıdır. İddiaçılar iddia müddətini ötürməklə iddia qaldırmışlar. Onlar iddia tələbində 2020-ci ilin mart ayından başlayan ödənişləri tələb edirlər. Qanunvericiliyə əsasən ddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi ya bilməli olduğu gündən başlanır. İddiaçılar TƏBİB-ə müraciət etmişlər, TƏBİB isə əlavələrin veriləcəyini bildirmişdir. Cavabdeh işçilərinin əmək haqqı ödənişlərini heç bir zaman yayınmamışdır. Müəssisə rəhbərinin əmrinə uyğun olaraq həmin işçilərə ödənişlərin edilməsi rəsmiləşdirilmiş, tabelə əsasən hesablanaraq icra edilmişdir. 2020- 2021-ci il üçün əlavə vəsait ayrılmadığı üçün əlavə ödənişlər tamamlanmamışdır. Hazırkı məhkəmə qərarında nəzərdə tutulmuş pul vəsaitinin iddiaçılara ödənilməsi üçün sözügedən vəsaitin büdcədən ayırmalarda nəzərdə tutulması mütləqdir. Belə bir vəsait ayrılmadığı üçün xəstəxana həmin ödənişləri icra etməmişdir. Məhkəmə sadalanan hallara düzgün qiymət verməmişdir. Ona görə də nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Qobustan Rayon X11 hüquqi şəxsin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək şikayətin əsaslı olduğunu bildirdi və sonda apellyasiya şikayətinin təmin edilməsi, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Nümayəndə2 izahatında apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkəmənin qətnaməsi əsassızdır. Koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmə dövründə əlavə ödənişlər icbari tibbi sığorta qaydaları əsasında ödənilirdi. Buna uyğun olaraq, həmin əlavə ödənişləri Maraqlı şəxs və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həyata keçirirdi. TƏBİB-in müəyyən etdiyi normadan artıq işçilərin əlavə işlədilməsinə görə isə ödənişlərin aparılması nəzərdə tutulmayıb. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddia tələbi əsaslıdır və məhkəmənin mövqeyi qanunidir. İddiaçılar yeni növ koronavirus (COVİD-19) infeksiyası respublikamızda yayıldığı ilk günlərdən Qobustan Rayon Mərkəzi Xəstəxanasında pandemiya ilə mübarizə tədbirlərinə cəlb olunmuşlar. Maraqlı şəxs X28 tərəfindən ödənişlər iş saatlarına görə həyata keçirildiyi üçün ödənişlərin verilməsində fərq yaranmışdır. Ona görə də, iddiaçıların koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün dövrü, yəni 2020-ci ilin mart ayından 2022-ci ilin fevral ayınadək işlədikləri aylar üçün aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında hesablanmaqla əlavə ödəmələrin icra edilməsi zərurəti yaranmışdır. İddiaçıların nümayəndə və vəkili Vəkil1 apellyasiya şikayəti əsassız olduğundan şikayətin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı3, X7, İddiaçı2, İddiaçı4, İddiaçı6 Müseyib qızı, İddiaçı7, İddiaçı9 və İddiaçı10 hər biri ayrı-ayrılıqda verdikləri izahatlarında apellyasiya şikayətinə etiraz edərək şikayətin rədd edilməsi, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

22. Məhkəmə kollegiyasının iştirak etdikləri iclasında İddiaçı5, İddiaçı11 və İddiaçı8 Nurəddin qızı izahatlarında apellyasiya şikayətinə etiraz edərək şikayətin rədd edilməsi, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

23. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır; İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır;

Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir

24. Azərbaycan Respublikası Əmək Məcəlləsi

Maddə 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri

3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; Maddə 12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti 1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; Maddə 154. Əmək haqqı 1. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 156-cı maddənin 1-ci hissəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir.

Maddə 157. Əməyin ödənilməsi sistemi və növləri Əmək haqqına əlavə - əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Maddə 172. Əmək haqqının verilməsi müddətləri 1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Maddə 173. İşçilərin haqq-hesab sənədləri 1. İşəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir. 2. İşçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) aşağıdakı məlumatlar göstərilir: əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri; 147-ci maddənin 1-ci hissəsinə əsasən əmək normaları-hasilat normaları, vaxt normaları, xidmət normaları və işçilərin say normaları işçilər üçün texnikanın, texnologiyanın əldə edilmiş səviyyəsinə uyğun olaraq müəyyən edilir. 147-ci maddənin 4-cü hissəsinə hasilat normaları elə müəyyən edilməlidir ki, tam iş vaxtı ərzində işçi əmək funksiyasını yerinə yetirmək imkanına malik olsun və onun əmək haqqının məbləği qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmasın. 88-ci maddəyə əsasən əmək normalarının, əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli bu Məcəllə ilə nizama salınır.

Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər;

3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür;

4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

25. “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli, 1947 №-li Sərəncamı

1. Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. bu Sərəncamın 1-ci hissəsi ilə müəyyən edilən müddətli əlavənin şamil olunacağı tibb işçilərinin əhatə dairəsini, əlavənin ödənilmə müddətini və işin xüsusiyyətindən asılı olaraq miqdarını müəyyən etsin; 2.2. yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərini müəyyən etsin.

26. “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 №-li Qərarı:

1. Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilsin: 1.1. tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində; 1.2. təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və X1 və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində; 1.3. pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.

3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə tapşırılsın ki, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələri işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərinə, habelə tibbi profilaktik tədbirləri həyata keçirən işçilərin əhatə dairəsinin müəyyən edilməsinə dair təkliflərini 5 (beş) gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

4. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn digər məsələləri həll etsinlər.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2.Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, apellyator Qobustan rayon X11 hüquqi şəxsi birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız təmin olunmuş hissəsini mübahisələndirərək, həmin hissənin ləğv olunmasını xahiş etmişdir.

29. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(026)-242/2023 nömrəli qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə təqdim olunmuş sənədlərlə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə tam ləğv olunaraq, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddia tələbi bu hissədə qismən təmin edilməlidir.

31. Birləşdirilmiş iddia tələblərinin ifadə tərzindən və mahiyyətindən belə görünür ki, tələb iki hissədən ;

32. -“2020-ci ilin mart ayından başlayaraq yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün dövrü (2020-ci ilin mart ayından 2022-ci ilin fevral ayınadək) üçün aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarda hər birinə 35000 (otuz beş min) manat əmək haqlarına müddətli əlavələrin ödənilməsi;

33. - ödənilmiş 50 manat mediasiya xərcinin, 200 manat hüquqi yardım almaq üçün vəkilə ödənilmiş xərcin, 100 manat məbləğində digər xərcləri (Bakı və İsmayıllı şəhərlərinə yol xərci, vaxt itkisi, poçt, dəftərxana xərci və s) ödənilməsindən ibarətdir.

34. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, işə baxmış birinci instansiya məhkəməsi isə iddia tələbinin mahiyyətinə xüsusi əhəmiyyət verməmiş və qeyri-dəqiq nəticə ilə qətnamə qəbul etmişdir. Məhkəmə tərkibi nəzərə alır ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək qətnamənin nəticə hissəsində cavabdehdən tutulmalı olan ziyanın məbləğini göstərməmişdir

35. Halbuki Mülki Prossesual Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

36. Göründüyü kimi birinci instansiya məhkəməsi həmin qətnamənin (iddianın və ya onun hər hansı hissəsinin təmin olunmasının mümkünlüyü halında) icrası zamanı tərəflər arasında gələcəkdə əmələ gələ bilən mübahisəyə zəmin yaratmışdır.

37. Göründüyü kimi yuxarıda qeyd olunanlar sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsinə, qətnamənin iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl olunmadığına dəlalət edir.

38. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

39. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi üçün ləğv edilməli, apellyasiya icraatı zamanı MPM-in 372-ci maddəsinin tələblərindən çıxış olunaraq yenidən tam hüquqlu və sübutları araşdırmağa səlahiyyətli məhkəmə kimi iş yeni qətnamə qəbul edilməlidir.

40. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə təqdim olunmuş sənədlərlə əlaqəli təhlil edərək aşağıdakıları qeyd edir.

41. İddia tələbinin mübahisələndirilən hissədə ümumilikdə hüquqi əsasını Əmək Məcəlləsinin 157-ci maddəsi təşkil edir. Həmin normaya görə əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına əlavə ödənc müəyyən edilə bilər.

42. Hazırki iddia tələbində iddiaçılar onların yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdiklərinə görə əmək haqqına əlavələrin ödənilməsini tələb edirlər.

43. Bu cür əlavələr Azərbaycan Respublikası Prezidentinin «Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında» 18 mart 2020-ci il tarixli, 1947 №-li Sərəncamı ilə müəyyən edilmişdir (qərarın 25-ci paraqrafı).

44. Eyni zamanda həmin Sərəncamın icrası ilə əlaqədar qəbul edilmiş Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 №-li Qərarı ilə, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin məbləği müəyyən edilmişdir (qərarın 26-cı paraqrafı).

45. 18 mart 2020-ci il tarixli, 1947 №-li Sərəncamın 1-ci bəndinin təhlilindən açıq şəkildə görünür ki, dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müəyyən edilən əlavələr müddətli xarakter daşıyır və yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitində işləyən işçilərə şamil edilir. Buradan o nəticə hasil olur ki, həmin sərəncamda bəhs olunan əlavələr, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitində işləməyən tibb işçilərinə ödənilmir.

46. Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli, 112 №-li Qərarında yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitində dövlət tibb müəssisələrində çalışan işçilərə tibbi profilaktik tədbirləri həyata keçirən işçilər, təcili tibbi yardım xidməti göstərən tibb işçiləri, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçiləri, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçiləri, pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilər aid edilmişdir.

47. Məhkəmə kollegiyası mübahisənin həllinə məhz bu kontekstdən yanaşaraq, iddianın həllində bu normalara istinad etməklə, iddiaçıların qeyd olunan əlavələrin şamil olunduğu işçilərin dairəsinə aid edilib-edilmədiyini araşdırmışdır.

48. İşdən görünür ki, iddiaçılar Qobustan rayon X11 hüququ şəxsin direktorunun koronavirusun davam etdiyi müddətdə hər ayın əvvəlində koronavirusla mübarizə tədbirlərinə cəlb edilmələri barədə müvafiq əmrlər vermişdir.

49. Həmçinin “Qobustan rayon Mərkəzi Xəstəxanası” X26 təqdim etdiyi xəstəxananın böyük tibb bacısının və İnsan Resursları şöbəsinin müdirinin imzası ilə və Qobustan RMX PHŞ təsdiq etdiyi “İş vaxtının uçotu tabeli” ndə və “Növbətçilik cədvəli”ndən müəyyən edilir ki, işçilər bu aylar ərzində hər iş günü növbə ərzində 12 saat işləməklərinə baxmayaraq, onlara bu hissədə əməkhaqqı gün ərzində 6 saatlıq hesabat aparmaqla hesablanmış və daha az əməkhaqqı ödənişi ödənilmişdir. Bu fakt əmək haqqı kartından çıxarışla da təsdiq olunur.

50. Halbuki Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin də mövqeyi ondan ibarət olmuşdur ki, müddətli əlavələrin ödənilməsində əsas meyar işçinin yeni növ koronavirus infeksiyası ilə mübarizə və profilaktika tədbirlərinə cəlb edilməsi və iş vaxtına münasib olaraq ödənişlərin edilməsidir ki, bu da müəssisə rəhbərliyi tərəfindən verilmiş müvafiq əmrlə təsdiq olunur.

51. İşin tədqiq olunan digər hallarından müəyyən edilir ki, iddiaçılar hazırkı ərizədə qeyd edilən müraciətlə bağlı X14 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı Regional Ərazi İdarəsinə kollektiv şikayətlərinin araşdırılması və müvafiq tədbirlər görülməsi üçün 06 iyun 2022-ci il tarixdə KOL **********6 saylı məktubla müraciət etmişlər.

52. X14 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı Regional Ərazi İdarəsi tərəfindən müvafiq araşdırma aparılmış, TƏBİB-ə, Səhiyyə Nazirliyinə, “Qobustan rayon Mərkəzi Xəstəxanası” X28ə sorğular verilmiş, sənədlər, cədvəllər və s. tələb edilmişdir.

53. X14 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı Regional Ərazi İdarəsi müraciətləri araşdıraraq həqiqətən onlara 2020-ci ilin mart ayından 01 yanvar 2022-ci il tarixədək olan dövr ərzində pandemiya ilə əlaqədar əmək haqlarına əlavələrin 5 misli az hesablanması, eləcə də hər iş günü növbə ərzində 12 saat işləməklərinə baxmayaraq onlara iş vaxtına görə ödəniş hesablanıb ödənilməsi müəyyən edilmiş və “Qobustan rayon Mərkəzi Xəstəxanası” X28ə 15 iyul 2022-ci il tarixli **********4 saylı göstəriş məktubu göndərərək onun və digər işçilərin əmək haqqına müddətli əlavələrin və az hesablanmış əmək haqqının 30 gün ərzində yenidən hesablanaraq ödənilməsinin təmin edilməsi və nəticəsi barədə X14 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı Regional Ərazi İdarəsinə məlumat verilməsi tapşırılmış, əks halda “Qobustan rayon Mərkəzi Xəstəxanası” X26 barələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1 maddəsinə əsasən barəsində müvafiq qaydada inzibati məsuliyyət tədbirlərinin görüləcəyi göstərilmişdir. “Qobustan rayon Mərkəzi Xəstəxanası” X28i göstərişi icra etməmişdir.

54. Son nəticədə mərkəzi xəstəxananın direktoru 19 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Dağlıq Şirvan regional ərazi şöbəsi tərəfindən 1000 manat, “Qobustan rayon mərkəzi xəstəxanası” publik hüququ şəxs Qobustan rayon məhkəməsi tərəfindən 2000 manat inzibati qaydada cərimə edilmişdir.

55. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunanlara əsasən iddiaçıların 2020-ci ilin mart ayından 2022-ci ilin fevral ayınadək İcbari Tibbi Sığorta üzrə X12 heyətinin xx.xx.2020-ci il tarixli, 2 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X26 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydaları” ilə müəyyən edilmiş qaydada yenidən hesablanaraq ödənilməsi zəruridir. Yəni iddiaçılara əmək haqlarına əlavə faktiki işlədikləri iş saatlarına və müvafiq Sərəncamın və NK Qərarına uyğun olaraq yenidən hesablanmalıdır.

56. İşə əlavə edilmiş “Covid 19”- virusu ilə mübarizəyə cəlb etmə iş saatlarına uyğun aylıq əmək haqqı üzrə ödənilməli olan və ödənilməmiş qalan məbləğləri əks etdirən cədvəllərdən müəyyən olur ki, iddiaçı X3 2020-ci il üçün mart ayı üzrə 958.80 manat, aprel ayı üzrə 921.92 manat, may ayı üzrə 705 manat, iyun ayı üzrə 1175 manat, iyul ayı üzrə 216.92 manat, sentyabr ayı üzrə 216.92 manat, oktyabr ayı üzrə 433.85 manat, noyabr ayı üzrə 1175 manat, dekabr ayı üzrə 1138.85 manat, 2021-ci il üçün yanvar ayı üzrə 919.57 manat, fevral ayı üzrə 117.50 manat, aprel ayı üzrə 759.23 manat, may ayı üzrə 769.09 manat, iyun ayı 176.25 manat, avqust ayı üzrə 542.31 manat, oktyabr ayı üzrə 433.85, noyabr ayı üzrə 763.75 manat, dekabr ayı üzrə 813.46 manat, 2022-ci il üçün yanvar ayı üzrə 149.10 manat olmaqla cəmi 3 il üzrə 11.518.67 manat təşkil edir.

57. Həmin ödəniş cədvəlində eyni qaydada 2020, 2021, 2022-ci illər üzrə aylara uyğun məbləği göstərilməklə, İddiaçı2 ödənilməli cəmi məbləğ 19379.26 manat, İddiaçı3 ödənilməli cəmi məbləğ 18619.24 manat, İddiaçı4 ödənilməli cəmi məbləğ 13183.79 manat, İddiaçı5 ödənilməli cəmi məbləğ 16324.93 manat, İddiaçı6 Müseyib qızına ödəniləsi cəmi məbləğ 8948.35 manat, İddiaçı7 ödənilməli cəmi məbləğ 12314.47 manat, İddiaçı8 Nürəddin qızına ödənilməli cəmi məbləğ 3367.99 manat, İddiaçı11 Əlibaba qızına ödənilməli cəmi məbləğ 17230.62 manat, İddiaçı9 ödənilməli cəmi məbləğ 18708.03 manat, İddiaçı10 ödənilməli cəmi məbləğ isə 14450.54 manat qeyd edilmişdir.

58. Apellyasiya instansiya məhkəməsi işin obyektiv və ədalətli həllinə nail olmaq məqsədi ilə iş üzrə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və əldə edilmiş ekspert rəyinə əsasən mübahisələndirilən illər ərzində iddiaçılara ödənilməyən məbləğ aşağıdakı kimidir. O cümlədən; X6-11.518.67 manat, İddiaçı2 Babaqədir qızı- 19379.26 manat, İddiaçı3-18619.24 manat, İddiaçı4-13183.79 manat, İddiaçı5-16324.93 manat, İddiaçı6 Müseyib qızı- 8948.35 manat, İddiaçı7- 12314.47 manat, İddiaçı8 Nürəddin qızı- 3367.99 manat, İddiaçı11 Əlibaba qızı- 17230.62 manat, İddiaçı9- 18708.03 manat, İddiaçı10 -14450.54 manat .

59. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirərək iddia müddətinin ötməsi barədə dəlili də qəbul etmir.

60. Belə ki, araşdırılan işin faktiki hallarından müəyyən olunduğu kimi iddiaçılar hazırkı mübahisə ilə əlaqədar əvvəlcə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə müraciət etmişlər və həmin Xidmətin Dağlıq Şirvan regional ərazi şöbəsin araşdırmasından sonra onlar əmək haqlarına əlavənin verilməməsini habelə sonuncunun göstərişi əsasında əldə edəcəklərini güman etmişlər.

61. Həmçinin “Qobustan rayon Mərkəzi Xəstəxanası” X26 iddiaçılara yazdığı rəsmi cavablarda onlara olan borc etiraf edilmiş, vəsait ayrılandan sonra ödənəcəyi bildirilmişdir. Lakin sonda qarşı tərəf ödənişləri həyata keçirməkdən yayındığından iddiaçılar aidiyyəti üzrə Əmək Müfəttişliyinə müraciət etmiş və həmin qurumun yoxlamasından sonra pozuntular aşkar edilərək Mərkəzi xəstəxananın direktoru 19 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Dağlıq Şirvan regional ərazi şöbəsi tərəfindən 1000 manat, “Qobustan rayon mərkəzi xəstəxanası” publik hüququ şəxs Qobustan rayon məhkəməsi tərəfindən 2000 manat inzibati qaydada cərimə edilmişdir Belə olan halda hazırkı iddia tələbinə iddia müddətinin tətbiq edilməsi əsaslı hesab edilə bilməz.

62. Nəzərə alınmalıdır ki, iddiaçılara ödənilməli olan əlavələr onların xeyrinə müsbət fərqin yaranması ilə nəticələnir. Bu da işçilərin pozulmuş əmək hüquqlarının bərpa edilməsini ehtiva edir. Ona görə də işəgötürən tərəfindən yol verilmiş pozuntu aradan qaldırılmalı və iddiaçılara müəyyən edilmiş məbləğdə əmək haqqına əlavələr hesablanmalıdır.

63. Kollegiyanın qənaətinə görə iddiaçıların tələbi 1-ci hissədə, yəni 2020-ci ilin mart ayından başlayaraq yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün dövrü (2020-ci ilin mart ayından 2022-ci ilin fevral ayınadək) üçün aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarda hər birinə əlavə ödənilməsi hissəsində əsaslı olmaqla sübuta yetirildiyindən qismən təmin edilməlidir.

64. Bu halda həm də nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

65. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi iddianın təmin olunmuş hissəsində yuxarıda qeyd edilən maddi və prossesual hüquq normalarının tələblərinə cavab vermir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməli və iddia bu hissədə qismən təmin edilməlidir.

66. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir

67. Kollegiya hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan ödənilmiş dövlət rüsumu və ekspertiza xərci cavabdeh tərəfə aid edilməlidir.

68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:

Cavabdeh “Qobustan rayon Mərkəzi Xəstəxanası” X28 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qobustan Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(026)-242/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni “X7, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 Müseyib qızı, İddiaçı7, X9, İddiaçı11, İddiaçı9 və İddiaçı10 “əmək haqlarına əlavələr və əmək haqlarının yenidən hesablanması və hesablanmış əmək haqqı məbləği ilə faktiki ödənilmiş əmək haqqı arasında yaranmış müsbət fərqin iddiaçıların hər birinə münasibətdə ayrılıqda ödənilməsi” hissəsində tam ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia bu hissədə qismən təmin edilsin. “Qobustan rayon mərkəzi xəstəxanası” X28 tərəfindən yeni növ koronavirus (COVİD- 19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün (2020-ci ilin mart ayından 2022-ci ilin fevral ayınadək) dövrü üçün- X4- 11518.67 manat, İddiaçı2 Babaqədir qızına – 19379.25 manat, İddiaçı3 -18619.23 manat, İddiaçı4-13183.78 manat, İddiaçı5-16324.91 manat, İddiaçı6 Müseyib qızına- 8948.35 manat, İddiaçı7- 12317.55 manat, İddiaçı8 Nürəddin qızına- 3521.71 manat, İddiaçı11 Əlibaba qızına -17230.59 manat, İddiaçı9- 18708.01 manat, İddiaçı10 -14450.53 manat ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdeh “Qobustan rayon Mərkəzi Xəstəxanası” X20 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ.MEM, VÖEN **********, X5, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamə mübahisələndirilən qalan hissələrdə yəni, iddiaçıların hər birinə mediasiya xidmətinə görə 50 manat və hüquqi yardım almaq üçün vəkilə ödənilmiş 200 manatın cavabdeh “Qobustan rayon Mərkəzi Xəstəxanası” X28dən tutularaq onlara ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar