Məhkəmə qərarları › İş №2(105)-176/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-176/2020

03.11.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-176/2020 03.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Rəhimov Elman Gülbaba oğlu (sədrlik edən, məruzəçi), X7 və X5 ibarət tərkibdə, Vəliyev Vasif Valeh oğlunun katibliyi ilə, X1 Cavabdehnə qarşı əmək haqqının verilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(067)-6476/2016 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(067)-6476/2016 saylı qətnaməsilə (hakim R.Xəlilov) X1 Cavabdehnə qarşı əmək haqqının verilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, Cavabdehndan 1496 (bir min dörd yüz doxsan altı) manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq X4 verilməsi qət edilmişdir. Qətnamədən iş üzrə Cavabdeh apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ X2 məhkəmədə iddia qaldıraraq Cavabdeh xx.xx.2013-ci il tarixdən əmək haqqlarını tam vermədiyi üçün illər boyu yığılıb qalan 3160 manat və ona vurulan ziyan ümumilikdə 6190 manat məbləğində pulun alınıb ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. X2 iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh təşkilatın xx.xx.2013-jü il tarixli əmri ilə baş nəzarətçi vəzifəsinə təyin olunmuşdur. Hər ay 150 manat olmaqla ona plastik kart təqdim olunmuşdur. İşlədiyi müddət ərzində, yəni xx.xx.2013-cü il tarixdən dövlət tərəfindən verilmiş əmək haqqları idarə tərəfindən tam hər ay kartına əmək haqqı yüklənmir. Ümumilikdə Mənzil İstismar İdarəsində işlədiyi müddət ərzində yəni xx.xx.2013-cü il tarixdən ona 3160 manat borc qalmışdır. Çalışdığı təşkilat 2013-üü il ərzində ona 4 ayın əmək haqqını verib, qalan 952 manatı isə verilməyib. 2014-cü il ərzində isə 7 ay üzrə 833 manat, 2015-cü ildə 6 ay üzrə 714 manat əmək haqqısı qalıb. 2016-ci ildə isə 9 ay ərzində 410 manat əmək haqqı almışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qətnamədən iş üzrə Cavabdeh apelyasiya şikayəti verərək göstərmişdir ki, Xaşmaz rayon məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məhkəmə ətraflı araşdırma aparmadan 2013- 2015-ci il təqvim ili üçün borc hesablamışdır. 2016-cı ildə isə iddiaçıya bütün aylar üzrə ödəniş həyata keçirilmişdir. Cavabdeh əvvəlki rəhbərliyi və həmən prosesdə cavabdehin nümayəndəsi kimi iştirak etmiş, əməkdaş isə məhkəmə prosesində bu məsələlərin araşdırılmasına nail ola bilməmişdir. Yuxarıda şərh olunanlara əsasən X1 Cavabdehnə qarşı əmək haqqı tələbinə dair Xaçmaz rayon məhkəməsinin 2(067)-6476/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi xahiş olunmuşdur Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(067)-6476/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(067)-6476/2016 saylı qətnaməsilə (hakim R.Xəlilov) X1 Cavabdehnə qarşı əmək haqqının verilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, Cavabdehndan 1496 (bir min dörd yüz doxsan altı) manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq X4 verilməsi qət edilmişdir. İş materiallarında olan Mənzil İstismar İdarəsinin xx.xx.2016-cı il tarixli 35 №-li məktubundan müəyyən olunur ki, X6 xx.xx.2013-cü il tarixdən Xaçmaz Mİİ-nə baş nəzarətçi kimi işə qəbul edilib. xx.xx.2013-cü il tarixdən ştat cədvəlində baş nəzarətçi ştatı ləğv olunduğu üçün 1 №-li sahəyə nəzarətçi keçirilmişdir. Aylıq əmək haqqı 119 manatdır. Bu günə qədər əmək müqaviləsinə xitam verilməmişdir. Baş mühasibin məzuniyyətdə olması ilə əlaqədar iddiaçıya ödənilməyən əmək haqqı borcunun olub-olmaması barədə dəqiq məlumat yoxdur. İş materiallarında olan Mənzil İstismar İdarəsinin xx.xx.2016-cı il tarixli 35 №-li məktubundan müəyyən olunur ki, X6 xx.xx.2013-cü il tarixli 1 saylı əmrlə Xaçmaz Mİİ-nə baş nəzarətçi vəzifəsinə qəbul edilmişdir. xx xxx 2013-cü ildə baş nəzarətçi vəzifəsi ştat jədvəlində ləğv olunmuş və bu barədə iddiaçıya şifahi xəbərdarlıq edilərək nəzarətçi vəzifəsinə keçirilmişdir. xx.xx.2013-cü ildən hazıra qədər Xaçmaz Mİİ-də nəzarətçi işləyir. Maliyyə çətinlikləri ilə əlaqədar xx.xx.2016-cı il tarixə bütün işçilərə idarənin 26328 manat əmək haqqı borcu vardır, o cümldən də X3 xx.xx.2016-cı il tarixə 1496 manat borcu vardır. Bütün əmək haqqı borclarının işçilərə verilməsi üçün müəyyən tədbirlər görülür və hissə-hissə işçilərə ödənilir. Kərim Ağammədovun qalıq əmək haqqı imkan daxilində ödəniləcəkdir. Məhkəməyə təqdim edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 9\819 saylı ekspert rəyindən görünür ki, Cavabdeh məktubunda göstərilənlər nəzərə alındıqda K.Ağammədova xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək ödənilməli olan borc məbləği 1496 manat məbləğində, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixlirəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları, 25 noyabr 3(105)430/2018 nömrəli qərarında göstərilənlər nəzərə alındıqda isə ödənilməli borc məbləği 413 manat 76 qəpik müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apelyasiya şikayətinin əsaslı olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdum edə bilməmişdir. Göstərilən halları və qanunvericiliyin tələblərini nəzərə alan birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuşdur, işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur, ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız hesab olunaraq təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(067)-6476/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 manat ekspertiza xərci Cavabdehndən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********; Hesab AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ xx xxxx 013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Ali Məhkəmənin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə alındığı gündən gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elman Rəhimov Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar