Məhkəmə qərarları › İş №2(105)-176/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-176/2024

12.02.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-176/2024 12.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X15 və X10 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı6, X3, İddiaçı8 Saxitcanovnanın, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, iddiaçıların nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə1, üçüncü şəxs TƏBİB-in nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X7, İddiaçı6, X8, İddiaçı8 Saxitcanovna, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12 cavabdeh Qobustan rayon mərkəzi xəstəxanası X19 tərəfindən onlara 2020-ci ilin mart ayından başlayaraq yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün dövrü (2020-ci ilin mart ayından 2022-ci ilin fevral ayınadək) üçün Qobustan RMX PHŞ tərəfindən hər ay üçün təsdiq edilmiş “iş vaxtının uçotu tabeli”nə və “növbətçilik cədvəli”nə əsasən aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarda hər birinə 35000 (otuz beş min) manat əmək haqlarına müddətli əlavələrin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1947 nömrəli sərəncamı və Azərbaycan Respublikası Nazirlə Kabinetinin xx.xx.2020-ci il tarixli 112 nömrəli qərarına uyğun olaraq yenidən hesablanaraq tam ödənilməsi, eləcə də ödənilmiş 50 manat mediasiya xərcinin, 200 manat hüquqi yardım almaq üçün vəkilə ödənilmiş xərcin, 100 manat məbləğində digər xərcləri (Bakı və İsmayıllı şəhərlərinə yol xərci, vaxt itkisi, poçt, dəftərxana xərci və s) ödənilməsi tələbinə dair mülk iş üzrə Qobustan Rayon Məhkəməsinin e-2(026)-277/2023 nömrəli, 16 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdeh Qobustan rayon mərkəzi xəstəxanasi X19 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Qobustan Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim M.Quliyev) iddianın qismən təmin edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X7, İddiaçı6, X8, İddiaçı8 Saxitcanovna, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12 əmək haqlarına əlavələr və əmək haqları yenidən hesablanması və hesablanmış əmək haqqı məbləği ilə faktiki ödənilmiş əmək haqqı arasında yaranmış müsbət fərq iddiaçıların hər birinə münasibətdə ayrılıqda ödənilməsi, iddiaçıların hər birinə mediasiya xidmətinə görə 50 manat və hüquqi yardım almaq üçün vəkilə ödənilmiş 200 manat cavabdeh “Qobustan rayon Mərkəzi Xəstəxanası” X19dən tutularaq onlara ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X7, İddiaçı6, X8, İddiaçı8 Saxitcanovna, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12 cavabdeh Qobustan rayon mərkəzi xəstəxanası” X19 tərəfindən onlara 2020-ci ilin mart ayından başlayaraq yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün dövrü (2020-ci ilin mart ayından 2022-ci ilin fevral ayınadək) üçün aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarda hər birinə 35000 (otuz beş min) manat əmək haqlarına müddətli əlavələrin ödənilməsi, COVİD-19 pandemiyası ilə mübarizəyə cəlb edildikləri müddətdə Qobustan RMX PHŞ tərəfindən hər ay üçün təsdiq edilmiş “iş vaxtının uçotu tabeli” nə və “növbətçilik cədvəli” nə əsasən işlədiyi 12 saat əvəzinə 6 saata görə əmək haqqının hesablanması nəticəsində az hesablanmış 6000 (altı min) manat aylıq əmək haqqının tam ödənilməsi, eləcə də ödənilmiş 50 manat mediasiya xərcinin, 200 manat hüquqi yardım almaq üçün vəkilə ödənilmiş xərcin, 100 manat məbləğində digər xərcləri (Bakı və İsmayıllı şəhərlərinə yol xərci, vaxt itkisi, poçt, dəftərxana xərci və s) ödənilməsi tələbinə dair ayrı-ayrılıqda məhkəməyə iddia ərizəsi vermişlər. İddiaçılar hər biri ayrı-ayrılıqda iddia tələbinə dəqiqləşmə verərək, Qobustan rayon mərkəzi xəstəxanası” X19 tərəfindən onlara 2020-ci ilin mart ayından başlayaraq yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün dövrü (2020-ci ilin mart ayından 2022-ci ilin fevral ayınadək) üçün Qobustan RMX PHŞ tərəfindən hər ay üçün təsdiq edilmiş “iş vaxtının uçotu tabeli” nə və “növbətçilik cədvəli” nə əsasən aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarda hər birinə 35000 (otuz beş min) manat əmək haqlarına müddətli əlavələrin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1947 nömrəli sərəncamı və Azərbaycan Respublikası Nazirlə Kabinetinin xx.xx.2020-ci il tarixli 112 nömrəli qərarına uyğun olaraq yenidən hesablanaraq tam ödənilməsi, eləcə də ödənilmiş 50 manat mediasiya xərcinin, 200 manat hüquqi yardım almaq üçün vəkilə ödənilmiş xərcin, 100 manat məbləğində digər xərcləri (Bakı və İsmayıllı şəhərlərinə yol xərci, vaxt itkisi, poçt, dəftərxana xərci və s) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Qobustan rayon mərkəzi xəstəxanası X19də feldşer, böyük tibb bacısı, kiçik tibb bacısı (xadimə) vəzifəsində işləmişlər. Yeni növ koronavirus (COVİD-19) infeksiyası Respublikada yayıldığı ilk günlərdən Qobustan rayon Mərkəzi Xəstəxanasında pandemiya ilə mübarizə tədbirlərinə cəlb olunmuşlar və 2020-ci ilin iyul ayının 29-da hörmətli X13 iştirakı ilə Qobustan rayonunda COVİD-19 ilə bağlı modul tipli xəstəxana istifadəyə verildikdən sonra fəaliyyətlərini həmin müəsissədə davam etdirmişlər. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli, 1947 nömrəli Sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli qərarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə xx.xx.2020-ci ildən cəlbetmənin bütün dövrü üçün əmək haqlarına aylıq vəzifə (tarif) maaşının 5 mislinədək miqdarda müddətli əlavələrin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin iddiaçılar koronavirus infeksiyası ilə mübarizə tədbirlərində yaxından iştirak etmələrinə və bu virusa yoluxmuş xəstələrlə təmasda olmaqlarına baxmayaraq, əmək haqqına edilməli əlavələri ala bilməmişlər. Halbuki, TƏBİB-in əlaqədar qurumlarında, eləcə də ətraf rayonlarda bu sahədə çalışan tibb və qeyri-tibb işçilərinin hamısı, həmçinin qonşu rayonlardan Qobustan rayon xəstəxanasına ezam olunmuş tibb personalı (həkim, tibb bacıları, tibb qardaşları, texniki işçilər də daxil olmaqla) əmək haqlarına müddətli əlavəni almışlar. İddiaçılar gündəlik koronavirus xəstələri və onların ailə üzvləri ilə təmasda olur, xəstələrin hərarətlərinin ölçülməsi, yaxmaların götürülməsi, yoluxmuş xəstələrin təxliyə edilməsi, xəstələrin yatdığı palataların təmizlənməsi, palataların sanitar qovşağının təmizlənməsi işlərini həyata keçirmiş, real olaraq koronavirus təhlükəsi ilə üzləşmişlər. İddiaçılar koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdikləri üçün 01 mart 2020-ci il tarixdən cəlbetmənin bütün dövrü üçün onların əmək haqlarına aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarda müddətli əlavələr ödənilməlidir. Belə ki, “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli sərəncamında və “Yeni növ koronavirus (COVİD19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli Qərarında nəzərdə tutulan əlavələr iddiaçılara şamil edilir. Hüquqlarını müdafiə etdiyi şəxslər birlikdə və ayrı-ayrılıqda X19in rəhbərliyinə müraciət edərək onlara verilməli olan əlavələrin onlara ödənilməsini xahiş etmişlər. Rəhbərlik şifahi və rəsmi olaraq xəstəxananın hesabına tibbi icbari sığorta tərəfindən vəsait köçürülən kimi onların əlavələrini hesablayıb ödəyəcəklərini bildirsələr də, hazıra kimi həmin əlavələr ödənilməmişdir. Qobustan rayon mərkəzi xəstəxanası X19i 03 mart 2023-cü il tarixli PHŞ-6-53/2-v-2-21-174/2023 saylı məktubla TƏBİB-ə müraciət edildiyini bildirmiş, vəsait alındıqdan sonra əlavələrin onlara ödəniləcəyi bildirilmişdir. İşçilər Qobustan rayon mərkəzi xəstəxanası publik hüququ şəxsin direktorunun koronavirusun davam etdiyi müddətdə hər ayın əvvəlində koronavirusla mübarizə tədbirlərinə cəlb edilmələri barədə müvafiq əmrlər vermişdir. Bundan başqa, “Qobustan rayon Mərkəzi Xəstəxanası” X19in təqdim etdiyi xəstəxananın böyük tibb bacısının və İnsan Resursları şöbəsinin müdirinin imzası ilə və Qobustan RMX PHŞ təsdiq etdiyi “İş vaxtının uçotu tabeli” ndə və “Növbətçilik cədvəli” ndə təsdiq edilən iş saatlarına uyğun olaraq az hesablanmış aylıq əməkhaqqına onların əmək haqqı kartından çıxarışla da təsdiq olunur ki, aylar ərzində hər iş günü növbə ərzində 12 saat işləməklərinə baxmayaraq 6 saat iş vaxtına görə ödəniş hesablanıb ödənilmişdir. Qeyd edilən tələblə bağlı iddiaçılar X14 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı Regional Ərazi İdarəsinə kollektiv şikayətlərinin araşdırılması və müvafiq tədbirlər görülməsi üçün 06 iyun 2022-ci il tarixdə KOL **********6 saylı məktubla müraciət etmişlər. X14 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı Regional Ərazi İdarəsi tərəfindən müvafiq araşdırma aparılmış, TƏBİB-ə, Səhiyyə Nazirliyinə, “Qobustan rayon Mərkəzi Xəstəxanası” X19ə sorğular verilmiş, sənədlər, cədvəllər və s. tələb edilmişdir. X14 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı Regional Ərazi İdarəsi müraciətləri araşdıraraq həqiqətən onlara 2020-ci ilin mart ayından 01 yanvar 2022-ci il tarixədək olan dövr ərzində pandemiya ilə əlaqədar əmək haqlarına əlavələrin 5 misliindən az hesablanması, eləcə də hər iş günü növbə ərzində 12 saat işləməklərinə baxmayaraq onlara 6 saat iş vaxtına görə ödəniş hesablanıb ödənilməsi müəyyən edilmiş və “Qobustan rayon Mərkəzi Xəstəxanası” X19ə 15 iyul 2022-ci il tarixli **********4 saylı göstəriş məktubu göndərərək onun və digər işçilərin əmək haqqına müddətli əlavələrin və az hesablanmış əmək haqqının 30 gün ərzində yenidən hesablanaraq ödənilməsinin təmin edilməsi və nəticəsi barədə X14 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı Regional Ərazi İdarəsinə məlumat verilməsi tapşırılmış, əks halda “Qobustan rayon Mərkəzi Xəstəxanası” X19in barələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1 maddəsinə əsasən barəsində müvafiq qaydada inzibati məsuliyyət tədbirlərinin görüləcəyi göstərilmişdir. “Qobustan rayon Mərkəzi Xəstəxanası” X19i göstərişi icra etməmişdir. Bu səbəbdən mərkəzi xəstəxananın direktoru 19 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Dağlıq Şirvan regional ərazi şöbəsi tərəfindən 1000 manat, “Qobustan rayon mərkəzi xəstəxanası” publik hüququ şəxs Qobustan Rayon Məhkəməsi tərəfindən 2000 manat inzibati cərimə edilmişdir. Qeyd edilən əmək mübahisəsinin məhkəməyə qədər həll edilməsinin alternativ yolu kimi Mediasiya Şurasının Bakı 12 saylı Mediasiya Təşkilatına müraciət etmişlər. “Qobustan rayon Mərkəzi Xəstəxanası” X19in direktoru və ya onun nümayəndəsi ilkin mediasiya sesiyasında iştirak etmədiyindən işin həlli mümkün olmamışdır. Öz təşəbbüsü ilə cəlb etdiyi auditor-mühasibin iştirakı ilə iddiaçılara verilməli olan, lakin ödənilməyən vəsaitin miqdarını hesablatmış və məlum olmuşdur ki, İddiaçı1 18746,24, İddiaçı2 11924,37 manat, İddiaçı3 19312,46 İddiaçı4 14500,70 manat, X4 15170,10 manat, İddiaçı6 17292,64 manat, X5 12479,38 manat, İddiaçı8 Saxitcanovnaya 11306,69 manat, İddiaçı9 11288,17 manat, İddiaçı10 12122,20 manat, İddiaçı11 12060,83 manat və İddiaçı12 18910,80 manat az ödənilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Qobustan rayon mərkəzi xəstəxanası X19 Qobustan Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddia təmin edilən hissədə ləğv edilməsi və iddianın tamamilə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar iddia müddətini ötürməklə iddianı qaldırmışdır. Onlar iddia tələbində 2020-ci ilin mart ayından ödənişləri tələb edir. İddia müddətini ötürmüşlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququn pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Onlar TƏBİB-ə müraciət etmişlər, TƏBİB isə əlavələrin veriləcəyini bildirmişdir. İddia tələbi üzrə cavabdeh cavab verməli şəxs deyildir. Bundan başqa iddia müddətinin tətbiq barədə ərizəyə məhkəmə düzgün qiymət verməmişdir. Haqsız qərar çıxarmışdır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Cavabdeh işçilərinin əmək haqqı ödənişlərini heç bir zaman yayınmamışdır. Bu hal öz təsdiqini tapmamışdır. Müəssisə rəhbərinin əmrinə uyğun olaraq həmin işçilərə ödənişlərin edilməsi rəsmiləşdirilmiş, böyük tibb bacısının və İnsan resursları müdirinin imzası ilə tabelə əsasən hesablanaraq icra edilmişdir. 2020-2021-ci il üçün əlavə vəsait ayrılmadığı üçün əlavə ödənişlər tamamlanmamışdır. Qobustan RMX dövlət adından yaradılan X16b, dövlət sifarişi ilə dövlət büdcəsi hesabına təyinatlı tədbirlərin həyata keçirilməsi üçün məqsədli vəsaitlər dövlət büdcəsindən ödənilir. X19lərə dövlət büdcəsi hesabına ayrılan məqsədli vəsaitlərin yuxarı həddi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq proqnozlaşdırılır və hər ilin dövlət büdcəsində nəzərdə tutulur. Yəni hazırkı məhkəmə qərarında nəzərdə tutulmuş pul vəsaitinin büdcədən ayırmalarda nəzərdə tutulması gərəkir. Həmin pul məbləğinin ancaq növbəti ilin büdcədən pul vəsaitinin ayrılması zamanı X19in dövlət sifarişi ilə nəzərdə tutula bilər. Bu Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət adından yaradılan X19lərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi” qaydası ilə müəyyən edilir. Qaydaya əsasən vəsaitlərin ödənilməsi müvafiq büdcə ilini – yanvarın 1-dən dekabrın 31-dək olan müddəti əhatə edir. Ödənilmiş vəsaitlər X19lər tərəfindən təyinatı üzrə istifadə olunmalıdır. Bu problem Qobustan RMX tərəfindən deyil, Tibbi Ərazi Bölmələrini İdarəetmə Bilriyinə problemin həlli üçün müraciət edilmişdir. Göründüyü kimi qanunverici işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən məhkəməyə müraciət etməsi üçün bəlli 1 ay ərzində müddət müəyyən etmişdir. Bu da hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verir. Lakin iddiaçılar iddia müddətini ötürməklə iddia qaldırmalarına baxmayaraq iddia tələbi təmin edilmişdir. Sübut kimi təqdim edilmiş sənədlər göz ardına edilmiş, hüquqi qiymət verilməmişdir. Üçüncü şəxsin işlə bağlı mövqeyi bildirilən sənədlə nəzərə alınmamışdır. İddiaçıların tələb etdiyi ödənişlər müvafiq olaraq ayırılmalıdır ki, PHŞ tərəfindən ödənilməsi həyata keçirilsin. Buna dair əsaslı sübutarı tədqiq edilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı6, X8, İddiaçı8 Saxitcanovna, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12 ayrı-ayrılıqda apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında dindirilən üçüncü şəxs TƏBİB-in nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçılar İddiaçı1, İddiaçı4, X7 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə qismən ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən gəldiyi nəticəni iddiaçılarla əmək haqları faktiki işlədikləri iş saatlarına uyğun olaraq yenidən hesablanmalı olması ilə əsaslandırmış, cavabdeh bu nəticə ilə razılaşmayaraq qətnamənin iddia tələbinin təmin edilən hissəsində mübahisələndirir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə cavabdehin mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. İddiaçıların “Koronavirus” (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə tibb işçilərinin cəlb edilməsi haqqında” əmrlərə əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak etmələri işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin 157-ci maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə əmək haqqına əlavə - əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli, 1947 nömrəli sərəncamı ilə yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilməsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1ci hissəsi ilə müəyyən edilən müddətli əlavənin şamil olunacağı tibb işçilərinin əhatə dairəsini, əlavənin ödənilmə müddətini və işin xüsusiyyətindən asılı olaraq miqdarını müəyyən etməsi, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərini müəyyən etməsi qeyd edilmişdir. “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli qərarına əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqqlarına müddətli əlavənin məbləği tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində; təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və X1 və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində; pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində müəyyən edilmişdir. Qobustan rayon Mərkəzi Xəstəxanası X19in “Koronovirus” pandemiyasına qarşı həyata keçirilən tədbirlərə tibb işçilərinin cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli 341.1 saylı əmrlə əmrə əlavə edilən siyahıda göstərilən tibb işçiləri Koronavirus (COVİD- 19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə cəlb edilmiş, TTTYS-in gündəlik işə cəlb olunmuş briqadalarından yalnız biri (1 nəfər həkim, 1 nəfər tibb bacısı və sürücü) Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərdə iştirak etmələri əmr edilmişdir. Qobustan rayon Mərkəzi Xəstəxanası X19in koronavirus pandemiyasına qarşı həyata keçirilən tədbirlərə tibb işçilərinin cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli 341.2 saylı əmrindən görünür ki, koronovirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədi ilə yoluxma sayının artımını nəzərə alıb əlavə briqadalara ehtiyac olduğu təqdirdə əlavə briqadaların yaradılmasının təmin edilməsi əmr edilmişdir. X14 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı Regional Ərazi İdarəsi müraciətləri araşdıraraq həqiqətən onlara 2020-ci ilin mart ayından 01 yanvar 2022-ci il tarixədək olan dövr ərzində pandemiya ilə əlaqədar əmək haqlarına əlavələrin 5 misli az hesablanması, eləcə də hər iş günü növbə ərzində 12 saat işləməklərinə baxmayaraq onlara iş vaxtına görə ödəniş hesablanıb ödənilməsi müəyyən edilmiş və “Qobustan rayon Mərkəzi Xəstəxanası” X19ə 15 iyul 2022-ci il tarixli **********4 saylı göstəriş məktubu göndərərək onun və digər işçilərin əmək haqqına müddətli əlavələrin və az hesablanmış əmək haqqının 30 gün ərzində yenidən hesablanaraq ödənilməsinin təmin edilməsi və nəticəsi barədə X14 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı Regional Ərazi İdarəsinə məlumat verilməsi tapşırılmış, əks halda “Qobustan rayon Mərkəzi Xəstəxanası” X19in barələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1 maddəsinə əsasən barəsində müvafiq qaydada inzibati məsuliyyət tədbirlərinin görüləcəyi göstərilmişdir. “Qobustan rayon Mərkəzi Xəstəxanası” X19i göstərişi icra etməmişdir. Bu səbəbdən mərkəzi xəstəxananın direktoru 19 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Dağlıq Şirvan regional ərazi şöbəsi tərəfindən 1000 manat, “Qobustan rayon mərkəzi xəstəxanası” publik hüququ şəxsi Qobustan rayon məhkəməsi tərəfindən 2000 manat inzibati cərimə edilmişdir. X14 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı Regional Ərazi İdarəsi tərəfindən müvafiq araşdırma aparılmış, TƏBİB-ə, Səhiyyə Nazirliyinə, “Qobustan rayon Mərkəzi Xəstəxanası” X19ə sorğular verilmiş, sənədlər, cədvəllər və s. tələb edilmişdir. Məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/9715 nömrəli 26 yanvar 2024-cü il tarixli mühasibatlıq ekspertizası rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan cədvəl məlumatlarına əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün dövrü (2020-ci ilin mart ayından 2022-ci ilin fevral ayınadək) işlədikləri aylar üçün aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında hesablanmaqla iddiaçılar İddiaçı1 - 18755,22 manat, İddiaçı2 - 11507,48 manat, İddiaçı3 - 19312,42 manat, İddiaçı4 - 14500,72 manat, X7 - 15171,31 manat, X2 - 17301,66 manat, X8 - 12045,53 manat, İddiaçı8 Saxitcanovna - 14428,57 manat, İddiaçı9 - 10871,2 manat, İddiaçı10 - 11705,28 manat, İddiaçı11 - 12358,88 manat, İddiaçı12 - 18910,82 manat ödənilməyən qalıq məbləğin olduğu müəyyən edilir. İşdən göründüyü kimi, iddiaçılar Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə cəlb edilmiş, onlar hər iş günü növbə ərzində 12 saat işləməklərinə baxmayaraq, iş vaxtına görə ödənişin az hesablanması müəyyən edilmiş, həmçinin məhkəmə kollegiyası tərəfindən keçirilmiş ekspert rəyi ilə iddiaçılara yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün dövrü (2020-ci ilin mart ayından 2022-ci ilin fevral ayınadək) işlədikləri aylar üçün aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında hesablanmaqla İddiaçı1 - 18755,22 manat, İddiaçı2 - 11507,48 manat, İddiaçı3 - 19312,42 manat, İddiaçı4 - 14500,72 manat, X4 - 15171,31 manat, X1 - 17301,66 manat, X5 - 12045,53 manat, İddiaçı8 Saxitcanovnaya - 14428,57 manat, İddiaçı9 - 10871,2 manat, İddiaçı10 - 11705,28 manat, İddiaçı11 - 12358,88 manat, İddiaçı12 - 18910,82 manat qalıq məbləğin ödənilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün dövrü (2020-ci ilin mart ayından 2022-ci ilin fevral ayınadək) işlədikləri aylar üçün aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında hesablanmaqla iddiaçılar İddiaçı1 - 18755,22 manat, İddiaçı2 - 11507,48 manat, İddiaçı3 - 19312,42 manat, İddiaçı4 - 14500,72 manat, X7 - 15171,31 manat, X2 - 17301,66 manat, X8 - 12045,53 manat, İddiaçı8 Saxitcanovna - 14428,57 manat, İddiaçı9 - 10871,2 manat, İddiaçı10 - 11705,28 manat, İddiaçı11 - 12358,88 manat, İddiaçı12 - 18910,82 manat ödənilməyən qalıq məbləğ ödənilməlidir. Cavabdehin iddia müddətinin ötürülməsi ilə bağlı dəlilinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar X14 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı Regional Ərazi İdarəsinə kollektiv şikayətlərinin araşdırılması və müvafiq tədbirlər görülməsi üçün 06 iyun 2022-ci il tarixdə KOL **********6 saylı məktubla müraciət etmiş, X14 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı Regional Ərazi İdarəsi tərəfindən müvafiq araşdırma aparıldıqdan sonra iddiaçılara hüquqlarının pozulduğu məlum olmuşdur. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Belə olan halda məhkəmə kollegiyası cavabdehin iddia müddətinin ötürülməsi barədə dəlilini əsaslı hesab etmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qətnamə yeni növ koronavirus (COVİD- 19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün dövrü (2020-ci ilin mart ayından 2022-ci ilin fevral ayınadək) işlədikləri aylar üçün aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında hesablanması hissəsində ləğv edilməli, iddiaçılar İddiaçı1 - 18755,22 manat, İddiaçı2 - 11507,48 manat, İddiaçı3 - 19312,42 manat, İddiaçı4 - 14500,72 manat, X4 - 15171,31 manat, X1 - 17301,66 manat, X5 - 12045,53 manat, İddiaçı8 Saxitcanovnaya - 14428,57 manat, İddiaçı9 - 10871,2 manat, İddiaçı10 - 11705,28 manat, İddiaçı11 - 12358,88 manat, İddiaçı12 - 18910,82 manat ödənilməyən qalıq məbləğ ödənilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar vəya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdeh Qobustan rayon mərkəzi xəstəxanası X19dən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X6, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.2, 385.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh Qobustan rayon mərkəzi xəstəxanası X19in apellyasiya şikayəti qismən təmin edilsin. Qobustan Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. “Qobustan rayon mərkəzi xəstəxanası” X19 tərəfindən yeni növ koronavirus (COVİD- 19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün (2020-ci ilin mart ayından 2022-ci ilin fevral ayınadək) dövrü üçün- İddiaçı1 - 18755,22 manat, İddiaçı2 - 11507,48 manat, İddiaçı3 - 19312,42 manat, İddiaçı4 - 14500,72 manat, X4 - 15171,31 manat, X1 - 17301,66 manat, X5 - 12045,53 manat, İddiaçı8 Saxitcanovnaya - 14428,57 manat, İddiaçı9 - 10871,2 manat, İddiaçı10 - 11705,28 manat, İddiaçı11 - 12358,88 manat, İddiaçı12 - 18910,82 manat ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh Qobustan rayon mərkəzi xəstəxanası X19dən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X6, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar