Məhkəmə qərarları › İş №2(105)-1770/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1770/2025

21.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1770/2025 21.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X2 ibarət tərkibdə, X20 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh alimentin miqdarının azaldılması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-2738/2025 nömrəli qətnaməsindən tərəflərin ayrı-ayrılıqda verdiyi apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. AZ-İİİ 206435 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2013-cü il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası isə Cavabdehdır.

2. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(067)-1028/2015 nömrəli qətnaməsindən görünür ki, tərəflər arasında 10 oktyabr 2012-ci ildə Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Nərəcan İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 32 sayla qeydə alınmış nikah akt qeydi pozulmuş, tərəflərin birgə nikahlarından olan uşaqları - 09 oktyabr 2013-cü ildə anadan olmuş Xumar anası - Cavabdeh himayəsində saxlanılmış, İddiaçı 09 oktyabr 2013-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ərizənin verildiyi tarixdən, yəni 01 aprel 2015-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 100 (bir yüz) manat miqdarında alimentin tutularaq Cavabdeh xeyrinə verilməsi qət edilmişdir.

3. AZ-İ 222375 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı ilə X14 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqına akt qeydləri kitabında xx.xx.2016-cı ildə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Bəşirova soyadı verilmişdir.

4. AZ-İİ 370402 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı ilə X8 arasında nikah xx.xx.2019-cu ildə bağlanmışdır. Nikahdan sonra qadın Xanbabayeva soyadını qəbul etmişdir.

5. AZ-İV 447152 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası isə X5r.

6. AZ-İV 692535 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası isə X5r.

7. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-370/2025 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2015-ci il tarixli, 2(067)-1028/2015 saylı qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh İddiaçı hər ay uşaq üçün 100 manat sabit pul məbləğində tutulması qət edilmiş alimentin məbləği indeksasiya olunaraq maraqlı şəxs İddiaçı ərizəçi Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla həmin qərardad qanuni qüvvəsini aldığı tarixdən başlayaraq hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 0,95 misli həddində sabit pul məbləğində müəyyən edilmiş, ərizə qalan hissədə təmin edilməmişdir.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 8(105)-108/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-370/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-370/2025 nömrəli qərardadına əsasən Cavabdeh xeyrinə hər bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.95 misli həddində alimentin miqdarının azaldılaraq hər ay uşaq üçün cəmi 100 (yüz) manat məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(067)-370/2025 nömrəli qərardadına əsasən Cavabdeh Akil qızının xeyrinə bir uşağın saxlanılması üçün ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.95 misli həddində indeksasiya olunaraq sabit pul məbləği aliment ödəyir. Məhkəmə tərəfindən qeyd olunan alimentin miqdarı təyin olunan vaxtı o heç yerdə işləməmişdir və hal-hazırda da heç yerdə işləmir, qohum-qardaşın köməkliyi ilə ancaq dolanır. İkinci nikahından da iki övladı vardır. Ancaq buna baxmayaraq ona ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.95 misli həddində aliment ödəmək qət edilmişdir. Bir uşaq üçün hardasa 400 manat miqdarında aliment ödəmək onun maddi imkanı xaricindədir. Hər ay cəmi 100 manat məbləğində aliment tutulmasına heç bir etirazı yoxdur.

11. Məhkəmə iclasında iştirak etmiş iddiaçı izahatında bildirmişdir ki, cavabdeh ilə 2013-cü ildə boşanmış, həmin vaxt 100 manat məbləğində aliment kəsilmişdir. Sonradan aliment indeksasiya olunmuş və ayda 380 manat məbləğində aliment ödəməli olmuşdur. Məbləğin azaldılmasını istəyir, çünki himayəsində həmçinin, ikinci nikahdan olan 2 uşağı və yaşlı valideynləri var. Özü fermada işləyir, 380 manat pul alır. Həmin məbləğin 3 uşağı arasında bölünməsini istəyir. Ödəmək istəmədiyini demir, amma elə aliment kəsilsin ki, ödəyə bilsin. Ayda maksimum 450 manat pul qazanır və evə 450-480 manat pul gətirir. Hazırkı nikahdan olan uşaqlarının 4 və 5 yaşları var. Hazırkı həyat yoldaşı xəstəxanada işləyir.

12. Cavabdeh etiraz ərizəsində qeyd etmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddiaçıdan uşağı üçün aylıq 100 manat aliment tutulması müəyyən edilmişdir. Daha sonra Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı və Sumqayıt Apeliyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə alimentin məbləği ölkə üzrə minimum əmək haqqının 0,95 misli (2025-ci ildə 380 AZN) həddində müəyyən edilmişdir. Lakin iddiaçı bu qərarlara baxmayaraq, indiyədək yalnız əvvəlki 100 manat məbləğini ödəyir. Artım hissəsi (380 AZN-ə qədər olan fərq) bu günə qədər ödənilməmişdir. Bu, məhkəmə qərarlarının icrasından yayınma və qalıq borcun yaranması deməkdir. X1 (xx.xx.2013-cü il təvəllüdlü) mütəmadi olaraq göz həkiminin nəzarətindədir, davamlı müalicəyə ehtiyacı var və daimi olaraq eynəkdən istifadə edir. Onun sağlamlığının qorunması üçün əlavə xərclər tələb olunur. Bundan əlavə, iddiaçı uşağın digər gündəlik xərcləri üçün heç bir maddi kömək göstərmir. Alimentin azaldılması uşağın sağlamlıq, təhsil və inkişaf hüquqlarına ciddi zərər vuracaqdır. Məhkəmə prosesi yalnız qarşı tərəfin istəyinə əsaslanaraq keçirilməməlidir. Çünki bu, uşağın maraqlarına tamamilə ziddir. Belə əsassız iddianın rədd edilməsi yeganə düzgün qərar olacaqdır.

13. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-2738/2025 nömrəli qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) iddia qismən təmin edilmiş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1028/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə təyin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 8(067)-370/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən indeksasiya edilmiş aliment məbləğinin azaldılması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.50 misli həddində sabit pul məbləğində müəyyən edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqların saxlaması üçün xx.xx.2015-ci il tarixli qətnamə ilə aliment (100 manat) təyin edildikdən sonra cavabdeh 10 il ərzində alimentin artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmənin 8(067)-370/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə isə aliment məbləği indeksasiya edilərək birdən-birə əhəmiyyətli dərəcədə (minimum əmək haqqının 0,95 mislində, həmin il üçün 380 manat) artırılmışdır. Belə ki, alimentin artmağına əsas tərəflərin maddi vəziyyətinin dəyişməsi, uşaqların saxlanması xərclərinin artması və ya digər hallar deyil, məhz aliment məbləğinin indeksasiya edilməsi olmuşdur. Məlumdur ki, aliment məbləğinin indeksasiyası üçün əsas meyar ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının məbləğidir. Belə olan halda məhkəmə hesab etmişdir ki, aliment məbləği tərəflərin maddi vəziyyətinə, iddiaçının əmək haqqının məbləğinə və uşaqlar üçün 2025-ci il üzrə müəyyən edilmiş yaşayış minimumuna uyğun olaraq azaldılmalıdır.

15. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 75.1, 75.4, 107.1, 107.2, 112.1, 112.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən Cavabdeh xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, alimentin yenidən əvvəlki qaydada - ölkə üzrə minimum əmək haqqının 0.95 misli (380 AZN) məbləğində müəyyən edilməsi, qətnamədə səhv göstərilmiş “2011-ci il təvəllüdlü uşaq” haqqında yanlış faktın tam ləğv edilməsini və cavabdehin indiyə qədər ödəmədiyi artırılmış aliment borcunun tam hesablanaraq icraata yönləndirilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, uşağın xərcləri artıb, cavabdeh öz vəziyyətini sübut etməyib və aliment borcu var. İddiaçı 100 manat ödəyib, 380 manat ilə aradakı fərqi ödəməyib və aliment borcu yığılıb. Aliment borcunu ödəməyən şəxs borcdan azad edilə bilməz. Amma məhkəmə əksinə onu yüngülləşdirib. Bu da qanuna ziddir. İddiaçı tərəf alimentin azaldılması üçün cavabdeh sübut təqdim etməmiş, rəsmi əmək haqqını təsdiqləyən sənəd təqdim etməmişdir. O, gəlirlərini sübut etməmiş, yalnız “az qazanıram” bəyanatı ilə alimenti azaltmağa nail olmuşdur. Qətnamədə uşaq sayı barədə ciddi fakt səhvi var. Qətnamədə göstərilir ki, guya tərəflərin birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X15 adlı uşaqları da var. Bu tamamilə yanlış məlumatdır. Onun cavabdehlə yalnız bir övladı var. X15 onun övladı deyil.

18. Qətnamədən İddiaçı xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, yeni qətnamə qəbul edərək aliment miqdarının azaldılıb 150 manat müəyyən edilməsi xahiş edilmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-2738/2025 nömrəli qətnaməsindən narazıdır. Belə ki, məhkəmə tərəfindən qeyd olunan alimentin miqdarı təyin olunan vaxtı o, heç yerdə işləmirdi, hal-hazırda da heç yerdə işləmir, qohum-qardaşın köməkliyi ilə ancaq dolanır. Qeyd etmişdir ki, ikinci nigahından da iki övladı vardır. Ancaq buna baxmayaraq ona ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.50 misli həddində aliment ödəmək qət edildi. Bir uşaq üçün hardasa 200 manat aliment ödəmək onun maddi imkanı xaricindədir. Hər ay cəmi 100 manat məbləğində aliment tutulmasına heç bir etirazı yoxdur. İşlə təmin olunmaq üçün dövlət məşğulluq xidmətinə müraciət etmiş, lakin işlə təmin olunmamışdır. Məhkəmə absurd və ədalətsiz qərar çıxarmışdır. Onun maddi imkanı yoxdur. Orada-burada işləyib az miqdarda qazanc əldə edir. Alimentin 200 manat artırılmış məbləğinin ödənilməsi onun üçün mümkün deyildir. Bu məbləğ mütləq azaldılmalıdır. Hər ay 150 manat aliment ödəmək iqtidarındadır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi.

22. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

23. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.

24. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.

25. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 112.2. Yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

26. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

27. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

28. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

31. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

32. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

35. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

36. Qərarda (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

37. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.

38. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024 tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir.

39. Məhkəmə kollegiyasının araşdırması zamanı “Elektron məhkəmə” informasiya sistemində İddiaçı rəsmi iş yerinin olmasına dair məlumat aşkar edilməmişdir.

40. Birinci instaniya məhkəməsi tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin məbləğini sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.50 misli həddində sabit pul məbləğində müəyyən etmişdir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından müəyyən olunduğu kimi iddiaçıdan tutulan alimentin miqdarının artmasına əsas tərəflərin maddi vəziyyətinin dəyişməsi deyil, tutulan aliment məbləğinin indeksasiya edilməsi olmuşdur. Aliment məbləğinin indeksasiyası üçün əsas meyar isə ölkə üzrə müəyyən edilmiş minimum əməkhaqqının məbləğidir.

42. Kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi dəlillər onu cavabdehlə birgə nikahından doğulmuş uşağını saxlamaq, uşağın minimum dolanacaq xərcləri həddində maddi təminatını ödəmək vəzifəsindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi iddiaçının valideyn kimi borcu və vəzifəsi olduğundan, onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Odur ki, birinci instansiya məhkəməsinin tutulacaq alimentin məbləği barədə gəldiyi nəticə əsaslıdır.

43. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir.

44. Cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsində yol verilmiş yanlışlıqla bağlı dəlilinə qiymət verərək kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

45. Digər tərəfdən, həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər...

46. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-2738/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. MPM-in 402-ci maddəsinə əsasən kollegiya həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayətləri təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-2738/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar