Məhkəmə qərarları › İş №2(105)-1799/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1799/2023

26.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1799/2023 26.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Məmmədova Lətifə Məhyəddin qızının ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, ilkin İddiaçı, onun nümayəndəsi Nümayəndə2, qarşılıqlı iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İlkin İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı cehiz əşyalarının çıxarılması tələbinə dair ilk, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı cehiz və şəxsi əmlakların qaytarılması barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2091/2023 nömrəli, 05 iyul 2023-cü il tarixli qətnaməsindən ilkin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 05 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) ilkin və qarışılıqlı iddia tələblərinin təmin edilməsi, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus cehiz əşyaları (divan 1 ədəd, 2 ədəd kreslo, 4 ədəd yastığı ilə birlikdə, 8 lampalı lüstur, güzgülü kamot – 1 ədəd, güzgülü şkaf – 1 ədəd, günclük şkaf (bar) – 1 ədəd, stol – 1 ədəd, stul – 6 ədəd, televizor altığı (tumba) – 1 ədəd, serviz dəsti (altı persol) xörək üçün, çay dəsti serviz – 1 ədəd, 4 ədəd bogema, rumkalar, şirniyyat qabları ilə birlikdə, 1 dəst bogema, 6 ədəd rumka, 6 ədəd qulplu xrustal rumka, 6 ədəd xrustal rumka içki üçün – 2 dəst, konfet qabları xrustal – 2 cüt, mürəbbə qabı xrustal – 1 cüt, göy rəngli meyvə qabı – 1 cüt, şamdan 1 ədəd, 1 ədəd divar saatı, xalça – 1 ədəd, güldan (xrustal) – 1 ədəd, xrustal qrafinka rumkaları ilə, 1 ədəd şfoner, taxt – 1 ədəd, tumba – 2 ədəd, güzgülü kamot ( yataq otağı üçün ), lüstur 6 lamplalı – 1 ədəd, 1 pəncərə üçün pərdə, taxt üçün 1 ədəd örtük, yun ədyal – 1 ədəd, taxt döşəyi, tək döşək – 3 ədəd, taxt yorğanı – 1 ədəd, tək yorğan – 2 ədəd, 1 ədəd sinfon yorğan, yastıq – 2 ədəd, döşəkçə 2 ədəd, uşaq ədyalı – 1 ədəd, uşaq yorğanı – 1 ədəd, ütü – 1 ədəd, tozsoran – 1 ədəd, pol üçün kiçik ölçülü palazlar – 3 ədəd, yorğan-döşək-balınc üzləri, əlüz dəsmalları, hamam dəsmalları, çay dəsmalları, stol üstü süfrələr, paltaryuyan maşın (Samsung), ət maşını (tokla), tok samovarı – 1 ədəd, tok çayniki – 1 ədəd, qaşıq dəstləri və s., ərzaq qabları komplekt (pesok, qənd, çay), iri qazan (nerj), qazan dəsti (aliminum) – 3 ədəd, qazan dəsti nerj, ləyən – 2 ədəd, meyvə qabı (farfor) – 1ədəd göy rəngli, çaşkanəlbəki – 6 ədəd, böyük tava – 1 ədəd, xırda qab-qaşıqlar və s) Sumqayıt şəhəri, Yaşıldərə massivi, 2-ci məhəllə ünvanında yerləşən, 214 saylı fərdi evdən çıxarılması və mediasiya xərcinin əvəzi olaraq 25 (iyirmi beş) manat ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödənilməsi, ilkin iddia üzrə cavabdeh qarışılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus əmlaklar - 2 ədəd oturacaq stulu (siyahıda 6-sı qeyd olunmuş, faktiki 8 ədəddir) – 180 manat, 1 ədəd şirəçəkən maşın – 75 manat, 1 ədəd mikser – 35 manat, 1 ədəd blender – 30 manat, qonaq otağı pərdəsi – 330 manat, boşqablar, böyük bulud (3 və 4 cür çeşiddə 48 ədəd) – 200 manat, bakallar cəmi 24 ədəd – 220 manat, tefal qazan dəsti – 80 manat, 1 şirəli vedrə - 30 manat, 1 böyük meyvə qabı- 40 manat, 3 ədəd güldan (billur,saxsı və yaşıl) – 100 manat, 12 stəkan, 12 nəlbəki və 2 hündür mürəbbə qabı – 110 manat, 2 tort üçün dəst və 1 güldan – 80 manat, qızıl-zinət əşyaları, 2 ədəd sırğa dəsti – 900 manat, 2 ədəd bilərzik – 1100 manat, 2 ədəd müxtəlif formalı üzüklər – 1000 manat, ümumillikdə cəmi 4500 manat İddiaçı alınaraq Cavabdeh qaytarılması, həmin əmlaklar aşkar olunmadıqda isə onların dəyəri müstəqil qiymətləndiricinin rəyi nəzərə alınmaqla, yəni 2 ədəd oturacaq stulu (siyahıda 6-sı qeyd olunmuş, faktiki 8 ədəddir) – 180 manat, 1 ədəd şirəçəkən maşın – 75 manat, 1 ədəd mikser – 35 manat, 1 ədəd blender – 30 manat, qonaq otağı pərdəsi – 330 manat, boşqablar, böyük bulud (3 və 4 cür çeşiddə 48 ədəd) – 200 manat, bakallar cəmi 24 ədəd – 220 manat, tefal qazan dəsti – 80 manat, 1 şirəli vedrə - 30 manat, 1 böyük meyvə qabı40 manat, 3 ədəd güldan (billur, saxsı və yaşıl) – 100 manat, 12 stəkan, 12 nəlbəki və 2 hündür mürəbbə qabı – 110 manat, 2 tort üçün dəst və 1 güldan – 80 manat, qızıl-zinət əşyaları, 2 ədəd sırğa dəsti – 900 manat, 2 ədəd bilərzik – 1100 manat, 2 ədəd müxtəlif formalı üzüklər – 1000 manat, həmin əmlaklar olmadıqda isə onların dəyəri müstəqil qiymətləndiricinin rəyi nəzərə almaqla ümumillikdə cəmi 4500 manat məbləğində olan pul İddiaçı alınaraq Cavabdeh ödənilməsi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 66 (altmış altı) manat məbləğində ödənilmiş dövlət rüsumu alınıb ilkin iddia üzrə cavabdeh qarışılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ekspertiza tədqiqatının dəyəri qismində 200 (iki yüz) manat tutularaq "xxxx" MMC-nin (icraçının VÖENi **********, H/h:AZ66AİİB********************, Kapital Bank ASC-nin Nərimanov filialı, KOD 200093, S.W.İ.F.T AİİBAZ2X, VÖEN **********, Hesab AZ37NABZ********************) hesabına keçirilməsi qət edilmişdir. İlkin İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus cehiz əşyalarının (divan 1 ədəd, 2 ədəd kreslo, 4 ədəd yastığı ilə birlikdə, 8 lampalı lüstur, güzgülü kamot – 1 ədəd, güzgülü şkaf – 1 ədəd, günclük şkaf (bar) – 1 ədəd, stol – 1 ədəd, stul – 6 ədəd, televizor altığı (tumba) – 1 ədəd, serviz dəsti (altı persol) xörək üçün, çay dəsti serviz – 1 ədəd, 4 ədəd bogema, rumkalar, şirniyyat qabları ilə birlikdə, 1 dəst bogema, 6 ədəd rumka, 6 ədəd qulplu xrustal rumka, 6 ədəd xrustal rumka içki üçün – 2 dəst, konfet qabları xrustal – 2 cüt, mürəbbə qabı xrustal – 1 cüt, göy rəngli meyvə qabı – 1 cüt, şamdan 1 ədəd, 1 ədəd divar saatı, xalça – 1 ədəd, güldan (xrustal) – 1 ədəd, xrustal qrafinka rumkaları ilə, 1 ədəd şfoner, taxt – 1 ədəd, tumba – 2 ədəd, güzgülü kamot ( yataq otağı üçün), lüstur 6 lamplalı – 1 ədəd, 1 pəncərə üçün pərdə, taxt üçün 1 ədəd örtük, yun ədyal – 1 ədəd, taxt döşəyi, tək döşək – 3 ədəd, taxt yorğanı – 1 ədəd, tək yorğan – 2 ədəd, 1 ədəd sinfon yorğan, yastıq – 2 ədəd, döşəkçə 2 ədəd, uşaq ədyalı – 1 ədəd, uşaq yorğanı – 1 ədəd, ütü – 1 ədəd, tozsoran – 1 ədəd, pol üçün kiçik ölçülü palazlar – 3 ədəd, yorğan-döşək-balınc üzləri, əl-üz dəsmalları, hamam dəsmalları, çay dəsmalları, stol üstü süfrələr, paltaryuyan maşın (Samsung), ət maşını (tokla), tok samovarı – 1 ədəd, tok çayniki – 1 ədəd, qaşıq dəstləri və s., ərzaq qabları komplekt ( pesok, qənd, çay), iri qazan (nerj), qazan dəsti (aliminium) – 3 ədəd, qazan dəsti nerj, ləyən – 2 ədəd, meyvə qabı (farfor) – 1 ədəd göy rəngli, çaşka-nəlbəki – 6 ədəd, böyük tava – 1 ədəd, xırda qab-qaşıqlar və s) Sumqayıt şəhəri, Yaşıldərə massivi, 2-ci məhəllə ünvanında yerləşən, 214 saylı fərdi evdən çıxarılması və mediasiya xərcinin əvəzi olaraq 25 (iyirmi beş) manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 02 oktyabr 2009-cu il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Rəsmi nikahlarından 26 noyabr 2010-cu il təvəllüdlü X3 oğlu və 24 fevral 2013-cü il təvəllüdlü X4 oğlu anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə Cavabdeh iddia tələbi qismən təmin edilmiş, onunla Cavabdeh arasında xx.xx.2019-cu il tarixində bağlanmış nikahın pozulması, birgə nikahdan anadan olmuş 26 noyabr 2010-cu il təvəllüdlü X3 oğlu və 24 fevral 2013-cü il təvəllüdlü X4 oğlu anası Cavabdeh yanında qalması və ondan 26 noyabr 2010-cu il təvəllüdlü X3 oğlunun və 24 fevral 2013-cü il təvəllüdlü X4 oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla, ümumillikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulub Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmənin həmin iş üzrə qəbul edilmiş qətnaməsi ona verilməmişdir. İddia ərizəsində qeyd edilən cehiz əşyaları hal-hazırda onun yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə massivi, 2-ci məhəllə ünvanında yerləşən, 214 saylı fərdi evdədir. Qarışılıqlı iddiaçı Cavabdeh qarışılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilkin iddia tələbində qeyd etdiyi əmlaklarla yanaşı, göstərilən və ona məxsus olan əmlakların – 2 ədəd oturacaq stulu ( siyahıda 6-sı qeyd olunmuş, faktiki 8 ədəddir) – 200 manat, 1 ədəd şirəçəkən maşın – 80 manat, 1 ədəd mikser – 35 manat, 1 ədəd blender – 30 manat, qonaq otağı pərdəsi – 350 manat, boşqablar, böyük bulud (3 və 4 cür çeşiddə 48 ədəd) – 220 manat, bakallar cəmi 24 ədəd (sarı,qırmızı,yaşıl) – 240 manat, tefal qazan dəsti – 90 manat, 1 şirəli vedrə - 30 manat, 1 böyük meyvə qabı- 40 manat, 3 ədəd güldan (billur,saxsı və yaşıl) – 110 manat, 12 stəkan, 12 nəlbəki və 2 hündür mürəbbə qabı – 120 manat, 2 tort üçün dəst və 1 güldan – 80 manat, qızıl-zinət əşyaları, 2 ədəd sırğa dəsti – 900 manat, 2 ədəd bilərzik – 1100 manat, 2 ədəd müxtəlif formalı üzüklər – 1000 manat olan əmlakların və dövlət rüsumu kimi ödədiyi 66 manatın cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı məhkəmədə ona qarşı cehiz əmlaklarının çıxarılması barədə iddia qaldırmış, lakin həmin iddia tələbində ona məxsus olan əmlakların siyahısı tam qeyd olunmamışdır. O bütün əmlaklarını qaytaracağı təqdirdə həmin əmlakları çıxarmağa etiraz etməmiş, lakin cavabdeh ona əmlaklarını tam olaraq qaytarmadığı üçün onun təklifini qəbul etməmişdir. Hazırkı iddia tələbindən də aydın olur ki, cavabdeh onun əmlaklarını tam olaraq qaytarmır və yalnız bir qismini etiraf edərək həmin əmlakların çıxarılmasını iddia edir. Bu səbəbdən də o həmin əmlakların siyahısına daxil edilməyən əmlakların da qaytarılmasını iddia edir. Onlar - 2 ədəd oturacaq stulu (siyahıda 6-sı qeyd olunmuş, faktiki 8 ədəddir) – 200 manat, 1 ədəd şirəçəkən maşın – 80 manat, 1 ədəd mikser – 35 manat, 1 ədəd blender – 30 manat, qonaq otağı pərdəsi – 350 manat, boşqablar, böyük bulud (3 və 4 cür çeşiddə 48 ədəd) – 220 manat, bakallar cəmi 24 ədəd (sarı, qırmızı, yaşıl) – 240 manat, tefal qazan dəsti – 90 manat, 1 şirəli vedrə - 30 manat, 1 böyük meyvə qabı- 40 manat, 3 ədəd güldan (billur, saxsı və yaşıl) – 110 manat, 12 stəkan, 12 nəlbəki və 2 hündür mürəbbə qabı – 120 manat, 2 tort üçün dəst və 1 güldan – 80 manat, qızıl-zinət əşyaları, 2 ədəd sırğa dəsti – 900 manat, 2 ədəd bilərzik – 1100 manat, 2 ədəd müxtəlif formalı üzüklər – 1000 manat, cəmi 4625 (dörd min altı yüz iyirmi beş) manatdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İlkin İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 05 iyul 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbini təmin edərkən maddi və prosessual hüquq normalarına düzgün əməl etməmişdir. Bildirir ki, qətnamədə guya o, izahatında bildirmişdir ki, qızılları anası saxlamışdır. Bu ağ yalandır. O, məhkəmədə belə bir izahat verməmişdir. Məhkəmə iclaslarında verdiyi izahatlar dəyişdirilmişdir. Qızılların onda olması barədə iddiaçı heç bir sübut məhkəməyə təqdim etməmişdir. İstifadə zamanı təbii aşınma nəticəsində cehiz əşyalarının bəzisi sıradan çıxaraq, yararsız hala gəlmiş və bu səbəbdən də qarşılqılı iddia üzrə iddiaçının özü tərəfindən atılmışdır. Nəzərə almaq lazımdır ki, onlar 13 il ailə münasibətində olmuşlar. Cehiz və digər əşyaların bəziləri istifadə nəticəsində yararsız hala düşmüşdür. Məhkəmənin nəzərinə çatdırır ki, 2 oğlan uşağı evdə böyümüşdür. Qarşılıqlı iddia üzrə iddiaçı həmçinin ondan guya atası evindən gətirdiyi qızılları da tələb edir. O, qarşılıqlı iddia üzrə iddiaçının atası evindən gəlin gələrkən üzərində qızıl olduğunu görməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı 2020-ci ilin fevral ayının 29-da mənzili sonuncu dəfə tərk edərkən qızıl-zinət əşyalarını, özünə məxsus geyim əşyalarını, sənədləri, uşaqların geyim əşyalarını, hətta evdə olan 600 manatdan 500 manatını götürüb getmişdir. Bundan sonra qarşılıqlı iddia üzrə iddiaçı mənzilə qayıtmamış, 2 il 7 aydan sonra nikahın pozulması və qızıl-zinət əşyalarının tələbi barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə qətnamə qəbul edərkən mübahisəyə obyektiv yanaşmamış, həqiqətə uyğun olmayan qətnamə qəbul etmişdir. Məhkəmə qətnamə qəbul edərkən qızıl-zinət əşyalarının qarşılıqlı iddia üzrə iddiaçının sözləri ilə onda olması qərarına gəlmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı heç bir sübut məhkəməyə təqdim etməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən qarşılıqlı iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 05 iyul 2023-cü il tarixli qətnaməsi qarşılıqlı iddia tələbinin qızıl-zinət əşyalarının qaytarılmasının təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə qarşılıqlı iddia tələbinin rədd, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi ilkin və qarşılıqlı iddia tələblərinin təmin edilməsini ilkin və qarşılıqlı iddia tələbləri birbirini tamamlayaraq işin mübahisə edilməyən halı olaraq İddiaçı cehiz əmlaklarının bir hissəsinin yararsız hala salınmasında cavabdehin davranışları nəticəsində olmasını və qızıl əşyalarının cavabdehin özü ilə gedərkən aparmasını sübuta yetirə bilməməsi, qarşılıqlı iddiaçının bildirdiyi mülahizə olaraq “qızıl əşyalarının iddiaçının anasında olmasına” dair bildirdikləri dəlilləri təkzib edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan ilkin iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, o, qətnaməni qarşılıqlı iddia tələbinin cehiz və qızıl-zinət əşyalarının qaytarılmasının təmin olunması hissəsində mübahisələndirir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətində birinci instansiya məhkəməsi qətnaməsinin qismən mübahisələndirməsini nəzərə alaraq hesab edir ki, həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə hüquqi qiymət verilməlidir. İşdən görünür ki, mübahisələndirilən hissədə qarşılıqlı iddia tələbi cehiz və şəxsi əmlakların qaytarılması barədədir. İlkin İddiaçı qarşılıqlı iddiaçı Cavabdeh ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olması, rəsmi nikahlarından 26 noyabr 2010-cu il təvəllüdlü X3 oğlu və 24 fevral 2013-cü il təvəllüdlü X4 oğlu anadan olması, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə nikahın pozulması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını isə Ailə Məcəlləsinin 34.1. və Mülki Məcəllənin 225.2. və 157.2-ci maddələri təşkil edir. Ailə Məcəlləsinin 34.1. və Mülki Məcəllənin 225.2-ci maddələrinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Mülki Məcəllənin 157.2. maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu maddənin dispozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı cavabdehin çıxarılmasını tələb etdiyi əmlakın mülkiyyətçisi olduğunu, ikinci iddiaçı tələb edilən anda əmlakın cavabdehin sahibliyində olduğunu sübut etməli və üçüncüsü isə cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Qanunun mənasına görə mülkiyyətçi öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu tələb mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu MPM-nin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qeyd olunmalıdır ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-nin 106.1. maddəsinə görə işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Sadalanan hüquq normalarına görə birgə nikaha daxil olarkən və nikah dövründə hədiyyə kimi əldə olunmuş əmlakları digər şəxsdən məhkəmə qaydasında tələb edən şəxs həmin əmlakların mövcudluğunu və göstərilən dəyərdə olduğunu, əşyaların onun mülkiyyətində olduğunu və hazırda özgənin qanunsuz sahibliyində qaldığını sübuta yetirməlidir. Yalnız mübahisəli əşyaların mövcudluğunun, iddiaçıya məxsusluğunun və müvafiq dəyərdə olduğunu sübuta yetirməsi, yaxud cavabdeh tərəfindən mübahisələndirilməməsi belə iddiaların təmin olunması üçün birmənalı əsas deyildir. Bu baxımdan birgə yaşadıqları evdən gedərkən mübahisəli əşyaları özü ilə aparmadığını və əşyaların cavabdehdə qaldığını sübutetmə yükü iddiaçının üzərinə düşür. Mövcud işin hallarından asılı olaraq məhkəmə iddiaçının evdən getmə şəraitini nəzərə almaqla, tələb olunan əşyaların cavabdeh tərəfdə qaldığı barədə qənaətə gələ, yaxud əşyaların aparıldığını sübut etmə yükünü cavabdeh tərəfin üzərinə qoya bilər. Lakin bunun üçün ilk növbədə həqiqətən də birgə yaşadıqları evi mübahisəli əmlakları özü ilə aparmaq imkanı olmadan tərk etdiyini sübuta yetirməli, yaxud cavabdeh tərəf bu halı mübahisələndirməməlidir. Qeyd olunan hallarla bağlı işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi qəbul oluna bilər ki, həmin izahatlar işdə olan digər sübutlarla təsdiqlənmiş olsun. Birinci instansiya məhkəməsi qızıl-zinət əşyalarını təmin olunmuş hissələrinə münasibətdə qeyd etmişdir ki, ilkin İddiaçı cavabdehin evdən gedərkən qızıl-zinət əşyalarını aparmasını sübut edə bilməmişdir. Lakin bu nəticəyə gələn birinci instansiya məhkəməsi tərəflərin ayrıca mənzildə yaşamalarını, qarşılıqlı iddiaçı cavabdeh evdən gedərkən ilkin iddiaçının evdə olmadığını, həmin gün onlara gəlmiş qaynanası Nümayəndə2 belə yatmış olduğunu, özünə məxsus geyim əşyalarını, hətta evdə olan 600 manat puldan 500 manatını qarşılıqlı iddiaçının ilkin iddiaçıya telefonla məlumat verməklə özü ilə götürdüyünü nəzərə almamışdır. Qarşılıqlı iddiaçının bu şəkildə evdən getmə şəraitini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan qızıl-zinət əşyalarının evdə qaldığını, başqa sözlə desək qarşılıqlı iddiaçının aparmadığını sübut etmə yükü İddiaçı deyil, məhz Cavabdeh üzərinə qoyulmalıdır. Sonuncu isə bunu təsdiq edən hər hansı bir tutarlı sübut məhkəməyə təqdim etmədiyindən, onun tələb etdiyi qızıl-zinət əşyalarının qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaq olmaz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Qarşılıqlı iddia tələbinin mübahisələndirilən cehiz əşyalarının tutulması hissəsinə gəldikdə isə məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək bu hissədə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 05 iyul 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilməli və qızıl-zinət əşyalarının qaytarılması hissəsində qarşılıqlı iddia tələbi rədd, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İlkin İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 05 iyul 2023-cü il tarixli qətnaməsi qarşılıqlı iddia tələbinin qızıl-zinət əşyalarının təmin edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı qızıl-zinət əşyaları 2 ədəd sırğa dəsti – 900 manat, 2 ədəd bilərzik – 1100 manat, 2 ədəd müxtəlif formalı üzüklər – 1000 manat, həmin əmlaklar olmadıqda isə onların dəyəri İddiaçı alınaraq Cavabdeh ödənilməsi hissəsində qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar