Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1806/2023 25.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: əqdin (bağışlama müqaviləsinin) etibarsız hesab edilməsi-prosessual pozuntu) X3 (sədrlik edən və məruzəçi), X5 və X12 ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçı nümayəndəsi Arzu Guseinovanın, vəkili Vəkil, Cavabdeh, onun nümayəndəsi və vəkili X7 iştirakı ilə İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs Quba regional “Asan Xidmət” mərkəzində Notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi) daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız sayılaraq ləğv olunması tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(029)-424/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları:
1. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzindən verilmiş xəstəlik tarixindən çıxarışın surətindən görünür ki, İddiaçı uşaqlıq boynunun dəqiqləşdirilmiş hissəsində bədxassəli yeni törəməsi aşkarlanmışdır.
2. İşdə olan 17 yanvar 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49.7 kv/m olan mənzilini Cavabdeh bağışlamışdır.
3. İşdə olan reyestr nömrəsi **********67-05101-093001, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən daşınmaz əmlakın Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh və üçüncü şəxs Quba regional “Asan Xidmət” mərkəzində Notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız sayılaraq ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən daşınmaz əmlakın reyestr nömrəsi **********-093001, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan Çıxarışla xüsusi mülkiyyət hüququ ilə İddiaçı xüsusi mülkiyyətindəki ünvan 2 ünvanda yerləşən 49,7 kv.metrdən ibarət mənzilin Cavabdeh hədiyyə verilməsinə dair Quba regional “ASAN Xidmət” mərkəzində bağlanmış, reyestrdə 4Ə-87 № ilə qeydə alınmış 17 yanvar 2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi etibarsız sayılaraq ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. Bundan sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia ərizəsinə əlavə ilə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikasının MPMnin 53-cü maddəsinə əsasən iddia həcminin artırılması zərurəti yaramışdır. Belə ki, hazırkı mülki iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi Üçüncü şəxs qismində işə cəlb olunsun,iş üzrə ilkin iddia ərizəsinin əsaslandırma hissəsi olduğu kimi saxlanılmaqla iddia tələbi artırılsın və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən daşınmaz əmlakın reyestr nömrəsi **********-093001, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan Çıxarışla xüsusi mülkiyyət hüququ ilə İddiaçı xüsusi mülkiyyətindəki ünvan 3 ünvanda yerləşən 49,7 kv.metrdən ibarət mənzilin Cavabdeh hədiyyə verilməsinə dair Quba regional “ASAN Xidmət” mərkəzində bağlanmış, reyestrdə 4Ə-87 № ilə qeydə alınmış 17 yanvar 2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi və ünvan 4 ünvanda yerləşən 49,7 kv.metrdən ibarət mənzilin xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına qeydiyyata alınmasına dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən daşınmaz əmlakın reyestr nömrəsi **********67-05101-093001, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Çıxarış etibarsız sayılaraq ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.1951- ci il tarixdə Qusar rayonun Hil kəndində anadan olmaqla, hazırda əmək pensiyaçısıdır və uzun müddətdir ki, mülkiyyətindəki ünvan 5 ünvanda yerləşən evində pasport qeydiyyatında olmaqla yaşayır. Həyat yoldaşı X8 1986-cı ildə ildə vəfat etmiş, balaca qızı X13 da 2020-ci ildə onkoloji xəstəlikdən vəfat etmiş və həmin vaxt ona məxsus olan, hazırda yaşadığı ev də vərəsəlik əsasında onun mülkiyyətinə keçmiş, hazırda yaşayan, yeganə övladı qızı X14r ki, o, da Rusiya Federasiyasının vətəndaşı olmaqla Tolyatti şəhərində yaşayır.Vəfat etmiş qızı X4 vərəsəlik əsasında mülkiyyətinə keçən ünvan 6 ünvanda yerləşən 49,7 kv.metrdən ibarət mənzil də DƏRDX-nin Xaçmaz ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, reyestr nömrəsi **********-093001, qeydiyyat nömrəsi ********** olan Çıxarış əsasında onun adına dövlət qeydiyyatına alınmışdır.Hazırkı iş üzrə Cavabdeh onun atabir, ana ayrı qardaşının qızıdır və Bakı şəhərində qeydiyyatda olub yaşamaqla bərabər, onun Qusar şəhərində də şəxsi həyət evi var və istirahət, bayram günlərində, eləcə də yay aylarında Qusarda olur.2022-ci ilin dekabr ayında özünü pis hiss etdiyinə görə Qusar şəhərində yerləşən “OKİ” klinikasına getmiş və orada işləyən, çoxdan tanıdığı ginekoloq Tamara həkim onu müayinə edərək bildirdi ki, təcili olaraq Bakı şəhərinə Onkologiya Mərkəzinə müayinəyə getməlidir. Eləcə də məsləhət gördü ki, onun da yaxından tanıdığı qardaşının qızı Cavabdeh çoxlu, eləcə də həmin Xəstəxanada tanışları var və Bakı Onkologiya Mərkəzinə də onunla getsin.Ona görə də o, eləcə də Tolyatti şəhərində yaşayan qızı X1 Zamiraya telefonla zəng vurub xahiş etmişdir ki, bu məsələdə ona kömək etsin. Sonra da Cavabdeh onu Bakı Milli Onkologiya Mərkəzinə apardı və orada müayinədən keçərək xx.xx.2022-ci il tarixdə ona “Uşaqlıq boynunun dəqiqləşdirilməmiş hissəsinin bədxassəli yeni törəməsi xəstəliyi” diaqnozu qoyuldu.Sonrakı günlərin bayramlara düşməsi ilə əlaqədar ona bildirilmişdir ki, 2023-cü ilin ilk iş günü olan yanvarın 5-də həmin xəstəxanaya gəlib təcili müalicəyə başlasın. Ona görə də Qusar şəhərinə qayıtmış və 05 yanvar 2023-cü il tarixdə də Cavabdeh ilə Bakı Milli Onkologiya Mərkəzinə gedib müalicəyə başlamışdır, yanvarın 12-dən başlanaraq kimya terapiya, şüa vermə və iynələrin vurulması kimi müxtəlif müalicələr qəbul etmişdir. Lakin xəstəxanada gecələr qalmağa yer olmadığına görə 25 yanvar 2023-cü il tarixə kimi hər gün gündüzlər müalicə qəbul edib, gecələr yatmaq üçün Cavabdeh evinə getmişdir. Cavabdeh onun xəstəxanaya gedib-gəlməyinə köməklik etmiş və yanvarın 25-nə kimi gecələr onun evində qalmışdır, sonra da stasionar qaydada xx.xx.2023- cü il tarixə kimi həmin xəstəxanada yatmaqla müalicə almışdır. Müalicə ilə əlaqədar bütün xərcləri, eləcə də nəqliyyat xərclərini də Tolyattidə yaşayan qızı X16 çəkmişdir.Qəflətən aşkar edilmiş onkoloji xəstəliklə əlaqədar özünü itirmiş, demək olar ki, şok vəziyyətdə idi və qardaşının qızı Cavabdeh başqa ümid edəcək heç bir yaxını yox idi. 2023-cü ilin yanvar ayının 5-dən başlanaraq Bakı Milli Onkologiya Mərkəzində müalicə alıb qardaşı qızının evində qaldığı vaxtlarda, Cavabdeh ona demişdir ki, Qusar şəhərində yaşadığı evi ona verməlidir, əks halda müalicə vaxtı onun onun evində qalmağına imkan verməyəcək və xəstəxanaya aparmayacaq, müalicəsinə də heç bir köməklik etməyəcəkdir. O, da əli heç yana çatmadığına görə çarəsizlikdən və xəstəlikdən ölüm qorxusundan razılaşmışdır. Cavabdeh 16 yanvar 2023cü il tarixdə xəstəxanada müalicə qəbul etdikdən sonra onu birbaşa Qusara gətirmiş və gecəni evində qaldılar.Cavabdeh evə dair Çıxarış və digər bütün sənədləri ondan götürmüş, Şəxsiyyət vəsiqəsi də əvvəlcədən onda idi. 17 yanvar 2023-cü il tarixdə də onu Quba şəhərində yerləşən “ASAN Xidmət” mərkəzinə apardı və mülkiyyətindəki ünvan 5 ünvanda yerləşən evini ona, yəni Cavabdeh bağışlamağına dair müqavilə bağlatdırıb ona imza etdirmiş və həmin gün də Bakı şəhərinə qayıdıb müalicəsini davam etdirmiş, yanvarın 25-dən martın 3-nə kimi də stasionar qaydada həmin xəstəxanada müalicədə olunmuşdur. Bunlardan xəbər tutan Tolyattidə yaşayan qızı X16 12 fevral 2023-cü il tarixdə Azərbaycana gəlmiş və gündüz vaxtlarında mütəmadi olaraq Bakıda xəstəxanaxında onun yanında olmuşdur. Onun qeydiyyata alınması ilə əlaqədar evin sənədlərini və şəxsiyyət vəsiqəsini istədikdə isə Cavabdeh onları verməkdən imtina etmişdir, qızı yanından çıxıb gedəndən sonra da Zamira axşamlar xəstəxanaya yanına gələrək ona psixoloji təsirlər etməyə başlamış və evi qızına verməməyini-tələb edərək demişdir ki, “onsuz da Arzu Rusiyaya qayıdacaq, yenə də Zamirəyə möhtac qalacaqsan”. Nəhayət fevralın 13-14 tarixlərdə cavabdeh Qusardakı evinin açarlarını onlara verdi, Şəxsiyyət vəsiqəsini və digər sənədləri isə qaytarmaqdan imtina etdi. Ona görə də qızı Arzu məcbur qalıb Qusarda başqa ünvana qeydiyyata düşdü və evin qıfılını da dəyişdirdi. Mart ayının 3-də xəstəxanadan çıxdıqdan sonra qızı Arzu ilə Qusara qayıtmışlar, məcbur qalıb Şəxsiyyət vəsiqəsinin itirilməsi barədə polis şöbəsinə ərizə yazaraq yeni Şəxsiyyət vəsiqəsi almış, 29 mart 2023-cü il tarixdə də Quba şəhərində yerləşən “ASAN Xidmət” mərkəzinə gedərək 17 yanvar 2023-cü il tarixli Bağışlama müqaviləsinin təsdiq olunmuş surətini götürmüş və Cavabdeh ilə əlaqə saxlayıb həmin müqavilənin ləğv olunmasına çalışsa da bir nəticəsi olmamış və qızı Arzu Azərbaycana gələndən sonra Cavabdeh onunla əlaqə saxlamaqdan imtina etmiş, hazırda da telefon zənglərinə cavab verməyərək onunla əlaqədən yayınır.Hazırda da qızı X16 ilə birlikdə ünvan 5 ünvanda yerləşən evində yaşayır.Və nəticədə də ona məlum olmuşdur ki, Cavabdeh ünvan 5 ünvanda yerləşən evini öz adına keçirib Çıxarış alaraq təcili satmaq, onu da evdən çıxartdırıb çölə atmaq istəyir. Halbuki, həmin ev onun yeganə yaşayış yeridir və başqa qalacaq yeri də yoxdur.Göründüyü kimi, Cavabdeh onun tənha vəziyyətdə qalıb onkoloji xəstəliyə tutularaq ağır vəziyyətə düşməyindən istifadə edərək, yeganə yaşayış yeri olan ünvan 8 ünvanda yerləşən evinin ona bağışlamağı barədə Quba şəhərində yerləşən “ASAN Xidmət” mərkəzində 17 yanvar 2023-cü il tarixli, 4Ə-87 qeydiyyat nömrəli Daşınmaz Əmlakın Bağışlaması müqaviləsini bağlatdıraraq ona imza etdirmiş və bununla yeganə yaşayış yerindən məhrum olmaqla onun özü üçün son dərəcə əlverişsiz şərtlərlə nəticələnən müqavilə, yəni ağır şərtli əqd bağlamağa məcbur olmuşdur. Ona görə də Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən daşınmaz əmlakın reyestr nömrəsi **********- 093001, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan Çıxarışla xüsusi mülkiyyət hüququ ilə İddiaçı xüsusi mülkiyyətindəki ünvan 10 ünvanda yerləşən 49,7 kv.metrdən ibarət mənzilin Cavabdeh hədiyyə verilməsinə dair Quba regional “ASAN Xidmət”mərkəzində bağlanmış reyestrdə 4Ə-87 № ilə qeydə alınmış 17 yanvar 2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi etibarsız sayılaraq ləğv edilməlidir.
7. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, iddiaçının iddiası əsassızdır. İddia ərizəsində qeyd edilmiş faktlar həqiqətə uyğun deyildir, iddia ərizəsində olan faktlar tam təhrif olunmuş və qeyri peşəkar yanaşma ilə tərtib edilmişdir. İddia ərizəsində olan bəndlər bir birini təkzib edir. İddia ərizəsində qeyd edilmişdir ki, “2023-cü ilin yanvar ayının 5-dən başlanaraq Bakı Milli Onkologiya Mərkəzində müalicə alıb qardaşı qızının evində qaldığı vaxtlarda, X6 ona demişdir ki, Qusar şəhərində yaşadığı evi ona verməlidir, əks halda müalicə vaxtı onun evində qalmağına imkan verməyəcək və xəstəxanaya aparmayacaq, müalicəsinə də heç bir köməklik etməyəcəkdir. Onun da əli heç yana çatmadığına görə çarəsizlikdən və xəstəlikdən ölüm qorxusundan razılaşmışdır”.Bu bəddə qeyd edilənlər hər biri böhtandır. Bibisi İddiaçı özü evini oğluna bağışlayacağını bildirmişdir. O, iddiaçıya heç bir fiziki və pisixi təsir etməmişdir. Bibisinin ona evinin verəcəyini təklif edəcəyinə qədər heç bir məlumatı olmamışdır. O yox bibisi İddiaçı evini oğluna hədiyə edəcəyini demişdir. İddia ərizəsində qeyd edilmişdir ki, “cavabdeh X2 şəhəri, Zərifə Əliyeva (keçmiş Muxtadır) küçəsi, bina- 92A, mənzil-11 ünvanda yerləşən evini öz adına keçirib Çıxarış alaraq təcili satmaq, onu da evdən çıxartdırıb çölə atmaq istəyir. Halbuki, həmin ev onun yeganə yaşayış yeridir və başqa qalacaq yeri də yoxdur. Cavabdeh X6 onun tənha vəziyyətdə qalıb onkoloji xəstəliyə tutularaq ağır vəziyyətə düşməyindən istifadə edərək, yeganə yaşayış yeri olan ünvan 5 ünvanda yerləşən evinin ona bağışlamağı barədə Quba şəhərində yerləşən “ASAN Xidmət” mərkəzində 17 yanvar 2023-cü il tarixli, 4Ə-87 qeydiyyat nömrəli Daşınmaz Əmlakın Bağışlaması müqaviləsini bağlatdıraraq ona imza etdirmiş və bununla yeganə yaşayış yerindən məhrum olmaqla onun özü üçün son dərəcə əlverişsiz şərtlərlə nəticələnən müqavilə, yəni ağır şərtli əqd bağlamağa məcbur olmuşdur.Bu bəndlərdə qeyd edilən heç bir hal doğru deyildir”. Onun heç kimi evdən qovmaq fikri yoxdur. Bibisi hazırda ona hədiyə edilmiş evdə yaşayır. O, heç kimi zorla Quba şəhərində yerləşən “ASAN Xidmət” mərkəzinə aparmamışdır. Özü könüllü olaraq evini ona hədiyə verib. O, evi satmaq fikrində olmamış və bundan sonrada belə bir fikri yoxdur. Bibisi yaşadığı müddətdə onun evində yaşayıb sakit həyat sürəcəkdir. İddiaçı iddiasının əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir
8. Qusar Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(029)-424/2023 nömrəli qətnaməsi ilə (hakim Ə.Cəlilov) iddia təmin edilməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etibarlı olması üçün onun forma və məzmununa əməl olunması mütləq şərt kimi nəzərdə tutulmuş və həmin şərtlərə əməl olunmaması onun etibarsızlığına səbəb olur. Daşınmaz əmlakın bağışlama müqavilələri isə notariat qaydasında təsdiqlənməli, təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Bununla da, müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 4Ə-87 № ilə qeydə alınmış 17 yanvar 2023-cü il tarixli bağışlama müqaviləsi bağlanarkən notariat orqanı tərəfindən müqavilənin qanunauyğunluğu, müqavilənin predmeti olan əmlaka dair sərəncam verən şəxsin-yəni İddiaçı həmin əmlaka dair bu hüquqa malik olması yoxlanılmış və həmin şəxsin belə bir hüquqa malik olması müəyyən edilmişdir. Bundan başqa, qanunvericiliyin tələblərinə əsasən müqavilələr, o cümlədən bağışlama müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilənin bağlanmasının və onun etibarlı olmasının zəruri şərtlərindən biridir. Bu barədə əqdin məzmunu tərəflərin sərbəst iradə ifadəsinə uyğun olmalı, əqdin şərtlərini arzu etdiklərini və buna razı olduqlarını öz hərəkətləri ilə bildirməlidirlər. Bununla da, qeyd olunan bağışlama müqaviləsi Mülki Məcəllənin tələblərinə tam uyğun olmuş, istər forması, istərsə də, məzmunu ilə bağlı tələb olunan şərtlərə tam uyğun bağlanmışdır. Həmin bağışlama müqaviləsinin etibarsızlığına səbəb ola biləcək, Mülki Məcəllədə müəyyən edilmiş şərtlərin pozulması ilə bağlı, o cümlədən cavabdehin və ya digər üçüncü şəxslərin iddiaçını əqdi bağlamağa məcbur edən hərəkətlər etməsi, ona hər hansı şəkildə təsir göstərməsi barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş, həmin hal məhkəmədə öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşmayaraq hesab edir ki, bağışlama müqaviləsi qanuni şəkildə bağlanmış, etibarsız hesab olunmasın üçün heç bir əsas yoxdur, bu səbəbdən də iddia tələbi əsassızdır və təmin edilə bilməz.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, İnsan Hüquqlarının və X11 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 324.1, 324.2, 324.4, 337.1, 337.2, 337.5, 339.1, 339.4, 394, 666.1, 667.1, 668.1, 670.1, 670.3, 673.1 673.2, 674.1.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
12. İddia ərizəsi ilə analoji məzmun daşıyan apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, işin tədqiq olunan faktiki hallarından məlum olduğu kimi Cavabdeh, İddiaçı tənha vəziyyətdə qalıb onkoloji xəstəliyə tutularaq ağır vəziyyətə düşməsindən istifadə edərək, yeganə yaşayış yeri olan ünvan 5 ünvanda yerləşən evinin ona bağışlaması barədə Quba şəhərində yerləşən “ASAN Xidmət” mərkəzində 17 yanvar 2023-cü il tarixli, 4Ə-87 qeydiyyat nömrəli Daşınmaz Əmlakın Bağışlaması müqaviləsini bağlatdıraraq ona imza etdirmiş və bununla da yeganə yaşayış yerindən məhrum olmaqla özü üçün son dərəcə əlverişsiz şərtlərlə nəticələnən müqavilə, yəni ağır şərtli əqd bağlamağa məcbur olmuşdur. Halbuki, həmin ev İddiaçı yeganə yaşayış yeridir və başqa qalacaq yeri də yoxdur. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə də şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər, eləcə də vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi ləğv edə və onun icrasından imtina edə bilər. Ona görə də, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunmaması üçün sübut kimi, yalnız cavabdehin ifadəsinə və iddia ərizəsinə əlavə edilmiş sənədlərə istinad etmişdir. İş üzrə Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş etiraza və onun məhkəmədə verdiyi ifadəsinə gəldikdə isə, cavabdeh tərəfindən xırda və formal istisnalar olmaqla iddia ərizəsində göstərilənlər təsdiq edilir. İddia ərizəsinə etirazda qeyd olunur ki, cavabdeh xəstə olan iddiaçıya 3 il müddətində baxıb qulluq etmiş, 2022-ci ilin dekabr ayının axırlarında onu həqiqətən Milli Onkologiya Mərkəzinə aparıb müalicə etdirmiş, evində saxlamış və bütün müalicə xərclərini də özü çəkmişdir. Müalicə xərcləri 5-6 min manat təşkil etmiş, bunun 280 manatını Raziyənin qonşuları, 300 manatını da iş yoldaşları vermişlər. Raziyənin Tolyatti şəhərində yaşadığı qızı Arzuya zəng edib anasının müalicəsi üçün 2500 manat pul istədikdə o, pulunun olmadığını bildirərək pul göndərməmiş və evi satmağı məsləhət bilmişdir. İddiaçı, ona baxdığı üçün evi bağışlama yolu ilə cavabdehə vermiş, bununla bağlı iddiaçıya heç bir təzyiq etməmiş və hədə-qorxu gəlməmişdir. Cavabdehin belə ifadə verməsi də təbiidir və onun hərəkətlərindən də belə görünür ki, iddiaçının xəstə vəziyyətindən istifadə edib ələ keçirdiyi evi geri qaytarmaq istəmir. İş üzrə yalnız cavabdehin ifadəsinə əsaslanıb qətnamə qəbu ledən məhkəmə, iddia ərizəsində və iddiaçının məhkəmədə verdiyi ifadəsinə, eləcə də sübut kimi istinad etdiyi İddiaçı uşaqlıq boynunun dəqiqləşdirilmiş hissəsində bədxassəli yenitörəməsi kimi onkoloji xəstəlik açkarlanması barədə Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş xəstəlik tarixindən Çıxarışa heç bir hüquqi qiymət verməmiş və iddiaçının belə bir ağır xəstəlik keçirməsini, məhz stasinar qaydada xəstəxanada müalicədə olduğu dövrdə Quba “ASAN Xidmət” Mərkəzində yerləşən notariat ofisində bağışlama müqaviləsi imzalaması faktlarına heç bir əhəmiyyət verməmişdir. Lakin işə əlavə edilmiş sənədlərdən görünür ki, mübahisə predmeti olan ünvan 2 ünvanda yerləşən 49,7 kv.metrdən ibarət mənzilin İddiaçı tərəfindən Cavabdeh hədiyyə verilməsinə dair Quba regional “ASAN Xidmət” mərkəzində bağlanmış, reyestrdə 4Ə-87 № ilə qeydə alınmış 17 yanvar 2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi tərtib olunub imzalandığı vaxt, evin mülkiyyətçisi olan hədiyyə verən şəxs İddiaçı onkoloji xəstəlikdən Milli Onkologiya Mərkəzində stasionar qaydada müalicədə olmuşdur. Belə vəziyyətdə olan hədiyyə verən şəxsin psixoloji durumu da heç bir sübuta ehtiyacı olmayan açıq-aşkar haldır. Bundan başqa hazırkı iş üzrə iddia tələbi cavabdeh və ya başqa şəxslərin ifadələrindən asılı deyil və bir başa qanundan irəli gələn bir vəziyyətdir. İddiaçı yuxarıda qeyd olunduğu kimi, onda qəflətən aşkar edilmiş onkoloji xəstəliklə əlaqədar özünü itirmiş, demək olar ki, şok vəziyyətdə olmaqla qardaşı qızı Cavabdeh başqa burada ümid edəcək heç bir yaxını olmamış və Cavabdeh evi ona verməyəcəyi halda müalicə vaxtı onun evində qalmasına imkan vernəyəcəyindən, xəstəxanaya aparmayıb müalicəsinə də heç bir köməklik etməyəcəyindən qorxub çarəsizlikdən və xəstəlikdən ölüm qorxusundan, evinin Cavabdeh bağışlaması müqaviləsinə imza etməyə məcbur olmuşdur. Lakin işə baxan məhkəmə bu hallara qiymət verməmişdir. İş üzrə kifayət qədər araşdırma aparmamışdır. Hesab edir ki, qətnamə qanunsuz və əsassız olduğundan apellyasiya qaydasında ləğv edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil şikayətin dəlillərini müdafiə edərək, bildirdi ki, iddiaçı fiziki xəstəlikdən çəkdiyi əziyyət və psixi təsirlərin altında, əslində öz iradəsinə uyğun olmayan halda həmin müqaviləni imzalamışdır. Bağışlama müqaviləsi bağlanılarkən müqavilədə hər hansı şərt qoyulmayıb. Bağışlanma müqaviləsi yazılı notarial qaydada bağlanılıb. Müqavilənin ləğvi üçün əsas ondan ibarətdir ki, Mülki Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən suiistifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Şəxsin xərçəng xəstəliyindən əziyyət çəkdiyi bir vaxtda belə bir müqaviləni bağlaması elə ağır vəziyyətdə özü üçün son dərəcə əlverişsiz müqavilə bağlanılması deməkdir. İddiaçının yeganə yaşayış yeri mübahisəli mənzildir. Onun könüllü şəkildə bağışlaması ağlabatan mühakimə hesab edilə bilməz. İddiaçı xəstəlikdən aldığı müalicələrin ona müsbət təsirindən sonra belə bir müqavilənin mövcudluğunu xatırlamışdır. Yəni sözügedən müqavilə rəsmiləşdirilərkən o, tam sağlam şüurlu vəziyyətdə olmamışdır. Bağışlama müqviləsinin predmeti olan daşınmaz əmlak Qusar şəhərində yerləşdiyi üçün, hazırkı iddia tələbi Qusar Rayon Məhkəməsində qaldırılmışdır. Yəni Mülki Prosesual Məcəllənin müstəsna aidiyyat qaydalarına uyğun olaraq iddia Qusar Rayon Məhkəməsinə verilmişdir. Hesab edir ki, işə baxan məhkəmə işin faktiki hallarına düzgün qiymət verməmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Arzu Guseinova apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı onun anasıdır. İddiaçının yeganə vərəsəsi odur və hazırda Rusiya Federasiyasında yaşayır. İddiaçı onkoloji xəstəlikdən əziyyət çəkən zaman o Rusiyada olduğundan və gələ bilmədiyi üçün onun xəstəxanaya aparılması üçün cavabdehə zəng etmiş və ondan anasına kömək etməsini xahiş etmişdir. Cavabdeh isə iddiaçını xəstəxanaya aparmış, habelə bu istiqamətdə iddiaçıya köməklik etmişdir. Lakin bu hallar iddiaçının yeganə yaşayış yeri və mülkiyyəti olan Qusar şəhəri, Zərifə Əliyeva (keçmiş Muxtadır) küçəsi, bina-92A ünvanda yerləşən 11 saylı mənzilin cavabdehə bağışlanılması üçün yetərli deyildir. Cavabdeh iddiaçının xəstəlikdən əziyyət çəkməsindən sui-istifadə etmiş və onun əmlakına yiyələnmişdir. Hazırda iddiaçı bu vəziyyətdən xeyli narahatdır və bildirir ki, onun köməksiz vəziyyətindən cavabdeh istifadə etmişdir. Onun əmlakını cavabdehə bağışlamaq kimi niyyəti olmamışdır. İddiaçının yeganə yaşayış yeri həmin ünvandır. Həmin əmlakın onun mülkiyyətindən çıxması əsassızdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
16. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddia tələbi kimi apellyasiya şikayəti də əsassızdır. O, hazırda ünvan 11 ünvanında qeydiyyatdadır. İşin mahiyyəti ilə bağlı qısaca bildirir ki, iddiaçının xəstəliyi ilə əlaqədar onun daimi müalicə və müayinə xərclərinin qarşılanmasında, habelə onu aparıbgətirməkdə və s daimi köməkliyi o etmişdir. İddiaçı onun bibisidir. Onun müalicə olunduğu vaxtda cavabdeh onu öz evində saxlamış, maddi, mənəvi qayğılarını qarşılamağa çalışmışdır. Hazırda da onun bibisi ilə münasibəti yaxşıdır. İddiaçının belə bir iddia tələbi yoxdur. Bu tələb iddiaçının qızının istəyidir. Bütün məhkəmə işinin təşkilini də məhz o həyata keçirir. Mübahisəli əmlakı iddiaçı ilk olaraq cavabdehin oğluna bağışlamaq istədiyini bildirmişdir. Daha sonra iddiaçı bağışlama müqaviləsi ilə evi cavabdehə bağışlamışdır. Heç bir hədə qorxu, psixi təzyiq olmamışdır. Müqavilədə heç bir şərt nəzərdə tutulmamışdır. Bağışlama müqaviləsi bibisinin onlara minnətdarlıq, təşəkkür etməsi ilə əlaqədar bağlanılmışdır. Bu məhz iddiaçının istəyi olmuşdur. İddiaçı hazırda da mübahisəli ünvanda yaşayır. İddiada qeyd olunanların heç bir əsası yoxdur. Odur ki, apellyasiya şikayətinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
17. Cavabdehin nümayəndəsi və vəkili X17 apellyasiya şikayətinə etiraz edərək izahatında bildirmişdir ki, iddia tələbi tamamilə əsassızdır. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı Qusar şəhərində tənha yaşayır. Onun 2023-cü ilin əvvəllərində onkoloji xəstəliyi ilə əlaqədar müalicə, müayinə xərclərini, habelə xəstəxanaya aparılması, ona daimi qulluq və s kimi xidmətləri cavabdeh və onun ailəsi etmişdir. Bütün bunların qarşılığında iddiaçı özü cavabdehə və onun ailəsini minnətdarlıq hissinin əvəzi kimi mülkiyyətində olan Qusar şəhəri, Zərifə Əliyeva (keçmiş Muxtadır) küçəsi, bina-92A ünvanda yerləşən 11 saylı mənzili könüllü surətdə bağışlamışdır. Müqavilə mövcud qanunvericiliyin tələblərinə tam uyğun şəkildə rəsmiləşdirilmişdir. Bağışlama müqaviləsində hər hansı şərt qeyd olunmamışdır. Həmin müqavilənin etibarsız hesab edilməsi üçün heç bir qanuni əsas yoxdur. Hesab edir ki, Qusar Rayon Məhkəməsinin qətnaməsi qanunidir, ona görə də apellyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
18. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quba regional “Asan Xidmət” mərkəzində notariat ofisi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında iş yükünün çoxluğu səsəbindən iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
19. Kollegiya iddia tərəfin ərizəsini əsasız hesab edərək Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;
35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36.2-ci maddəsinə əsasən (iddiaçının seçməsinə görə aidiyyət) rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. 36.13-cü maddəsinin tələbinə görə həmin Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. 44.1-ci maddəsinə görə aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 384.0.4. işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. 402.2 və 402.2.5-ci maddələrinin tələbinə görə bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Ona görə də kollegiya Qusar Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(029)-424/2023 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatını dinləyib, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(029)-424/2023 nömrəli qətnaməsini ləğv edilməli və mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir.
25. Hazırki iddia tələbi tərəflər arasında notarial qaydada rəsmiləşdirilmiş əqdin (bağışlama müqaviləsinin) etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın etibarsızlığı barədədir.
26. Tələbin ikinci hissəsi törəmə tələb olub, birinci hissədən bilavasitə asılıdır.
27. İddiaçı iddia tələbinin hüquqi əsası kimi sözügedən bağışlanma müqaviləsinin onun onkoloji xəstəlikdən əziyyət çəkməsi, həmin vaxtda tənhalığı, yeganə qohumu olan cavabdehin maddi və mənəvi dəstəyinə ehtiyacı olması, sonuncunun bu hallardan suiistifadə edərək, ona psixi təsir etməsi səbəbindən və sonuncunun bu barədə təhrikləri əsasında rəsmiləşdirilməsini qeyd edərək, bu minvalla cavabdehin rəsmiləşdirilməsinə nail olduğu ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49.7 kv/m olan mənzilin 17 yanvar 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia ərizəsini icraata qəbul edərək, işə mahiyyəti üzrə baxmaqla yekun məhkəmə qətnaməsi qəbul etmişdir.
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və hesab edir ki, işə baxmış birinci instansiya məhkəməsi hazırki iddia tələbinə mahiyyəti üzrə baxmaqla ərazi aidiyyəti qaydalarını pozmuşdur.
29. Belə ki, işin müəyyən edilmiş hallarından, həmçinin məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə tərəflər İddiaçı ünvan 12 ünvanda, Cavabdeh isə ünvan 11 ünvanında qeydiyyatdadırlar.
30. Kollegiyaq qeyd edir ki, Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur.
31. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur.
32. Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir.
33. Maddənin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; -sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan).
34. Göründüyü kimi, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir ki, hazırki iddia tələbi həmin maddənin təsir dairəsinə düşmür. Çünki hazırkı mülki mübahisənin predmeti konkret olaraq tərəflər arasında bağlanmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsindən ibarətdir ki, bu müqavilənin nəticəsindən doğan hazırkı iddia tələbi yuxarıda qeyd edilən üç kateqoriya mübahisələrdən deyildir.
35. Lakin göstərildiyi kimi iddiaçı hazırkı iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət etmiş, işə baxan məhkəmə isə ərazi aidiyyatını yoxlamadan işi icraata qəbul edərək mahiyyəti üzrə baxmışdır.
36. Kollegiyanın qənaətinə görə məhkəmənin bu mövqeyi əsassızdır və qanunvericiliyin tələbinə ziddir. Belə ki, daha öncə qeyd olunduğu kimi, AR MPM-in 35.1. maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Apellyasiya kollegiyası həmin normanı qeyd edərək bildirir ki, hazırkı iddia tələbi mahiyyət və predmet etibarı ilə nə müstəsna aiddiyyatla bağlı iddialar, nə də iddiaçının seçiminə görə aidiyyatla bağlı iddialar kateqoriyasına aid deyildir. Belə olan halda hazırkı iddia tələbinə yuxarıda qeyd olunan əsaslar üzrə Qusar Rayon Məhkəməsində baxıla bilməzdi.
37. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ərazi aidiyyəti qaydaları ilə bağlı tələbləri pozulduğundan, apellyasiya şikayəti qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin 2(029)-424/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir.
38. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.2, 399 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qusar Rayon Məhkəməsinin 2(029)-424/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs Quba regional “Asan Xidmət” mərkəzində Notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi) daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız sayılaraq ləğv olunması tələbinə dair iddiası ilə bağlı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər (elektron kabinet və vəkil vasitəsilə).