Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1820/2024 27.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X7 (məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(034)-88/2013 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Zəngilan Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh birgə nikahdan doğulmuş oğulları X4 yetkinlik yaşına çatan qədər saxlanması üçün onun xeyrinə sabit pul məbləğində 87 manat aliment tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(034)-88/2013 nömrəli qiyabi qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 23 yanvar 2002-ci il tarixdə doğulan X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2013-cü il tarixdən etibarən hər ay 87 manat məbləğində sabit alimentin tutularaq iddiaçı (uşağın anası) İddiaçı ödənilməsi qət edilmişdir (hakim Svetlana Əhmədova). Cavabdeh xx.xx.2024-cü il tarixdə qiyabi qətnamənin ləğv edilməsi barədə ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək qiyabi qətnamənin ləğv edilməsini və iş üzrə icraatın təzələnərək mahiyyəti üzrə baxılmasını barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiasına Zəngilan Rayon Məhkəməsində hakim Əhmədova Svetlana Xalid qızının sədrliyi ilə baxılmış və xx.xx.2013-cü il tarixli, 2(034)-88/2013 nömrəli qiyabi qətnamə qəbul edilmişdir. Həmin qətnaməyə əsasən Cavabdeh xx.xx.2002-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 87 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bütün bu illər ərzində qəbul edilmiş qiyabi qətnamə barədə məlumatı olmamışdır. Həmin qiyabi qətnamə ilə təyin edilmiş alimentin ondan tutulması yalnız bu yaxınlarda ona məlum olmuşdur. Həmin alimentin ondan tutulması qanunsuz və əsassızdır. O, bu qiyabi qətnamə ilə razılaşmadığını bildirmiş, xx.xx.2013-cü il tarixə təyin edilmiş məhkəmə iclası barədə heç bir məlumatı olmamış, həmin vaxt Rusiya Federasiyasında olmuşdur. Buna görə də məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməmişdir. Qiyabi qətnamənin surətini xx.xx.2024-cü il tarixində almış və bunu təsdiq edən qəbz mövcuddur. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə qiyabi qətnamənin ləğv edilməsinə dair Cavabdeh tərəfiundən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır (hakim Gülsarə İmanova). Cavabdeh qərardaddan şikayət verərək ləğv edilməsini və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır kı, xx.xx.2013-cti il tarixə təyin edilmiş məhkəmə iclasından xəbəri olmamış, həmin zaman Rusiya Federasiyasında olmuşdur. Buna görə məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməmişdir. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(034)-88/2013 saylı qiyabi qətnaməsini rəsmi qaydada yalnız xx.xx.2024-cü il tarixində almış və bunu təsdiq edən qəbzi də var. Qeyd olunanlar cavabdehin hüquqlarını kobud şəkildə pozulması hesab olunmalıdır. Cavabdeh tərəf hesab edir ki, məhkəmə cavabdehin xx.xx.2013-cü il tarixli prosesində iştirakını tam araşdırmadan, üzürlü səbəbdən iştirak edə bilmədiyini müəyyənləşdirmədən mülki işi tam, obyektiv və hərtərəfli araşdırıb bütün faktiki halları müəyyən etmədən özünün qulluq mövqeyinə görə məhkəmənin irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmaqla səhvə yol vermişdir. Belə ki, cavabdeh xx.xx.2013-cü il tarixində Rusiya Federasiyasında RF Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilmə cəzasına məhkum olunduğundan 2009-cu ildən 2015-ci ilə kimi cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Belə olduğu halda cavabdehin məhkəmənin xx.xx.2013-cü il tarixində keçirilməsi haqqında məlumatlı olması qeyri-mümkün olmuşdur. Azərbaycana isə uzun sürən illərdən sonra gəlmiş və mübahisəli qiyabi qətnaməni yalnız xx.xx.2024-cü ildə məhkəmə qəbzinə imza ataraq almışdır. İşin faktiki halı belə olsa da, məhkəmə öz qulluq mövqeyindən çıxış edərək qərəzli qiyabi qətnamə və daha sonra qərəzli qərardad qəbul etmişdir. Digər tərəfdən, məhkəmə, oğlunun - şəhid X4 4 il müddətində Heydər Əliyev adına hərbi Liseydə təhsil alması illərinin pulunu alimentdən çıxmamışdır. Hesab etmişdir ki, məhkəmə hazırkı qərardadı qəbul edərkən birtərəfli mövqe tutduğundan, ilkin sübutlar obyektiv, tam və və hərtərəfli qiymətləndirilmədən cavabdehin hüquqları kpbud şəkildə pozulmuş və bu pozulmuş hüquqların bərpasına zərurət yaranmışdır. Ona görə də xx.xx.2024-cü il tarixli, 2(034)-88/2013 nömrəli qərardad ləğv edilməli, işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməlidir. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(034)-88/2013 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyindən, həmçinin cavabdehin nümayəndəsi X2 işə məhkəmə iclasında baxılması barədə ərizəsinin təmin edilməsinə əsas müəyyən edilmədiyindən məhkəmə kollegiyası mübahisəyə MPMnin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(034)- 88/2013 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materialları ilə aydın olur ki, İddiaçı Seydiəli qızı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdehdən xx.xx.2002-ci il tarixdə doğulmuş oğlu X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 87 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmiş, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(034)-88/2013 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh xx.xx.2002-ci il tarixdə doğulan X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2013-cü il tarixdən etibarən hər ay 87 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qərara alınmış, qətnamənin surəti xx.xx.2013-cü il tarixli poçt reyestr ilə Cavabdeh yaşadığı Saatlı rayonu, Telmankənd kəndində göndərilmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2013-cü ildə icra olunması üçün Zəngilan rayon İcra Qrupuna göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Saatlı rayon İcra və probasiya şöbəsi tərəfindən verilmiş 8010/2011-69-5 nömrəli, 01 mart 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 8265 manat, 8010/2011-69-5 nömrəli, 18 iyul 2022-ci il tarixli arayışda isə 7134 manat məbləğində aliment borcu var. Bundan başqa, Cavabdeh İddiaçı qarşı aliment borclarının bir hissəsindən azad etmə tələbinə dair iddiası Zəngilan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(034)-412/2022 nömrəli qətnaməsi ilə rədd edilmiş, həmçinin həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-1336/2023 nömrəli qətnaməsi ilə təmin edilməmiş və Zəngilan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(034)-412/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Odur ki, Cavabdeh alimentin ödənilməsi ilə bağlı Zəngilan Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(034)-88/2013 nömrəli qiyabi qətnaməsindən bütün bu illər ərzində məlumatsız olması və qətnamədən yalnız bu yaxınlarda məlumatının olması inandırıcı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin məcəllənin 238.3-cü maddəsinə əsasən işdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. Həmin məcəllənin 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Həmin məcəllənin 250-ci maddəsinə əsasən əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(034)-88/2013 tarixli qiyabi qətnaməsinin ləğv edilməsinə dair Cavabdeh tərəfindən verilmiş ərizənin təmin edilməməsinə dair Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400, 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(034)-88/2013 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1820/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1820/2024
27.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver