Məhkəmə qərarları › İş №2(105)-1824/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1824/2023

05.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1824/2023 05.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X4 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 2(059)- 366/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Siyəzən Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim B.Ələkbərov) iddianın təmin edilməsi, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 30 iyul 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin 21 avqust 2020-ci il tarixli, 2(105)-2308/2020 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması, İddiaçı ödəməkdən azad edildiyi 46,40 (qırx altı manat 40 qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 iyul 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutulmaqla, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə birgə nikahından 30 iyul 2017-ci il tarixdə Ramal adlı övladı doğulmuş və hazırda hazırlıq sinfində təhsil alır. Siyəzən Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, habelə Sumqayıt Apellyasiya Məhkəməsinin 21 avqust 2020-ci il tarixli qətnaməsi ilə 30 iyul 2017ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ay 120 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bundan əlavə, o, hazırda heç yerdə işləmir. Beləliklə, qiymətlərin yüksək olduğu bir dövrdə cavabdehdən aylıq tutulan 120 manat aliment çox az bir məbləğ təşkil edir. Həmçinin, uşağın xərcləri də dəyişmiş, habelə bir uşağa münasibətdə 2023-cü il üçün yaşayış minimumu 220 manat nəzərdə tutulmuşdur. Məhkəmə sabit pul məbləğində alimenti müəyyən edərkən minimum yox, uşağın əvvəlki yaşayış səviyyəsinin maksimal saxlanması prinsipini rəhbər tutmalıdır. Cavabdehdən tutulan 120 manat sabit pul məbləğində alimentlə bütün xərcləri qarşılaya bilmədiyindən 30 iyul 2017-ci il təvəllüdlü Ramal İsayevin yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin məbləğinin artırılmasını zəruri hesab edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh İsayev X2 Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tələbin əsasını alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklər olmasının təsdiqi üçün məhkəməyə hər hansı mötəbər sübut təqdim etmədən ümumi cümlələrlə əsaslandırmağa çalışmış, məhkəmə də öz növbəsində işin faktiki hallarını araşdırmadan tələbi qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlmədiyi halda tam təmin etmişdir. Lakin məhkəmə, cavabdehin, "xxxx" ASC-də işləməklə aylıq 500 manat əmək haqqı aldığını, bundan 100 manat kredit borcu və nisyə alınan Samsunq markalı mobil telefona görə 37 manat, cəmi 137 manat (hər iki kredit müqavilsinin surətləri əlavə edilir, habelə qardaşının adına olan kredit borcu görə də əlavə 100 manat) ödəməsini, sonra əlində 363 manat vəsaitin qalmasını (kredit borcunun 2026cı ilin aprel ayına qədər ödəniləcəyini) və yeni qətnamə ilə 220 manat aliment ödədikdən sonra isə onun bir ay yaşamağı üçün 143 manat pulunun qaldığını, habelə Azərbaycan Respublikasına 2023-cü il üçün yaşayış minimumu haqqında qanuna görə ölkə üzrə yaşayış minimumu 246 manat olmasını, bununla da cavabdehin minimum həddə yaşaması üçün zəruri vəsaitə malik olmadığını nəzərə almayaraq, hüquqularını pozan qətnamə qəbul etmişdir. Məhkəmə hüquqlarını pozan qanunsuz qətnamə qəbul etməklə, onun üçün ağır maddi məhrumiyyətlər yaratmışdır. Bunun nəticəsində hesab edir ki, hələ yeni ailə həyatı qurmağı naməlum müddətə qədər təxirə salınacaqdır. Göründüyü kimi hazırda mübahisələndirdiyi qanunsuz qətnamə onun yenidən ailə qurub yaşayışını mümkünsüz etmişdir. Baxmayaraq ki, qanuna görə uşaqları saxlamaq hər iki valideyini borcudur və valideynlərdən birinin üzərinə qoyulan aliment öhdəliyi onun üçün ağır maddi məhrumiyyətlər yaratmamalıdır. Uşaqların mənafeyi ilə aliment tutulan valideynin maddi imkanları və mənafeyi arasında ədalət tarazlığına riayət olunmalıdır. Lakin məhkəmə cavabdehin iddia tələbinə qarşı etirazının əsaslandırdığı hallarına etinasız yanaşaraq, iddiaya qarşı etrazın formal cəhətdən əsaslandırılmasına dair dəlillər axtarmış, habelə cavabdehdən tələb etmiş və işə obyektiv həqiqət baxımından hüquqi qiymət verməyərək, qətnamənin əsaslandırıcı hissəsində “cavabdehin istinad etdiyi hallar, yəni bankalara kredit borcunun olması dəlillərə əsaslanmamaqla, sonuncunun valideyin məsuliyyətindən yayınması üçün irəli sürdüyü arqumentlərdən ibarətdir” kimi yalnış qənaətinə gələrək qətnamə qəbul etmişdir. Habelə məhkəmə tələbi təmin edərkən uşağın əvvəlki təminat səviyyəsini mümkün qədər maksimal saxlanmasını əsas tutmuşdur. Məhkəmənin bu əsaslandırılmasına münasibətdə bildirir ki, iddiaçıya, yəni uşağa münasibətdə uşağın əvvəlki təminat səviyyəsi 120 manat həddində olmuşdursa, nədən məhkəmə bu həddi az qala 2 qat artırmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini və uşağın əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşağın minimum maddi təminat almaq hüququnu nəzərə alması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz (Ailə Məcəlləsinin 56.1. və 60.1. maddələri). Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (Ailə Məcəlləsinin 58.1. və 58.2. maddələri). Ailə Məcəlləsinin 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qeyd etmək lazımdır ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Hər hansı bir valideyn övladının saxlanmasından yayındıqda və ya saxlamaqdan, maddi tələbatının ödənilməsindən imtina etdikdə onun valideynlik borcunun yerinə yetirilməsi üçün məcburi qaydada aliment alına bilər. Bu zaman ilk növbədə həmin valideynin aylıq qazancının olub-olmaması aydınlaşdırılmalı, əgər hər hansı bir aylıq qazancı yoxdursa və ya şəxsin qazancı uşaqların saxlanılması üçün yetərli hesab olunmazsa, onda ondan sabit məbləğdə aliment alınmalıdır. Alimentin miqdarı uşağın maddi tələbatının ödənilməsinin minimum həddində müəyyən edilir ki, uşağın saxlanılmasının yaşayış minimum həddə təmin edilsin. Uşağın saxlanılması üçün yaşayış minimumdan az olmayaraq, daha yüksək həddə də alimentin tutulması istisna edilmir. Uşağın tələbatı yaş artıqda onun saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı da artırıla bilər. Hazırkı iş üzrə tərəflərin birgə nikahından olan 30 iyul 2017-ci il təvəllüdlü X1 üçün 2020-ci il tarixdə alimentin miqdarı 120 (bir yüz iyirmi) manat müəyyən edilmişdir ki, hazırda həmin vaxtdan bu günə uşağın tələbatının artması nəzərə alınarsa, iddiaçı haqlı olaraq alimentin məbləğinin artırılması barədə məhkəmə müraciət etmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən uşağın saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması barədə gəlinən nəticə qanuni və əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Siyəzən Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 112.1.3. maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tələb məhkəmə tərəfindən tutulan 120 manat miqdarında alimentin artırılaraq hər ay 220 (iki yüz iyirmi) manat miqdarda tutulması təşkil edir (220-120=100 manat). Həmin artımın bir il ərzində məcmusu isə (100 X 12 ay=1200 manat) 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2., 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar