Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1830/2021 13.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair, Cavabdeh İddiaçınə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-385/2021 saylı, 04.02.2021-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı tərəfindən tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 2(067)-385/2021 saylı, 04.02.2021-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 899,10 manat məbləğində əsas borc və 25 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq Azəriqaz” İstehsalat Birliyinin bank hesabına ödənilməsi, ödənilmiş dövlət rüsumunun 5 manatının iddiaçıya aid edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı tərəfindən tərtib edilmiş 30 avqust 2019-cu il tarixli ******* nömrəli akt və dəymiş ziyanın bərpasına dair tələbnamə (qərar) əsasında Cavabdeh hesablanmış 464,40 manat məbləğində pulun abonentin hesabından silinməsi qət edilmişdir. (hakim Anar Sadıqov). Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)-385/2021 saylı, 04.02.2021-ci il tarixli qətnaməsinin iddianın qisməm təmin edilməsi hissəsində ləğv edilib, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 1111.10 manat məbləğində əsas borcun **********00030 saylı obonent koduna və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Azəriqaz” İstehsalat Birliyinin bank hesabına tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı İB tərəfindən tərtib olunmuş 18 fevral 2019-cu il tarixli ******* saylı akt və bu aktlara əsasən qaz itkisinin hesablanmasına dair tərtib olunmuş sənədin ləğv olunması, «təbii X6nın pozulması haqqında» 30 avqust 2019-cu il tarixli ******* saylı akta əsasən yazılmış 464.40 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi iddia tələbinin həcmini artıraraq Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 1363.50 manat məbləğində pulun İddiaçı İB-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda qarşılıqlı iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyiyasının iclasında İddiaçı nümayəndəsi X2 apelyasiya şikayətini onunla əsaslandırdı ki, “Azəriqaz“ X4 RQİİ-si ilə Cavabdeh arasında bağlanmış 11853 saylı 28.08.2019-cu il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə əsasında o, təbii qazdan istifadə edir. Abonent üçün Elster tipli, G-4 markalı, ******* №-li qaz sayğacı quraşdırılmışdır. Həmin sayğaca Xaçmaz RQİİ-nin Xaçmaz xidmət sahəsinin işçiləri tərəfindən abonentin iştirakı ilə 18.02.2019-cu il tarixdə baxış keçirilmiş, sayğacın sol tərəfi müdaxiləyə şübhəli olduğuna görə xətdən açılaraq Dövlət yoxlamasına göndərilmişdir. Bu barədə 18.02.2019-cu il tarixli ******* saylı akt tərtib edilmiş, akt abonentin həyat yoldaşı Nəsirov Elnur tərəfindən imzalanmışdır. Yoxlamanın nəticəsinə görə “5833779 saylı sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik-cızıq izləri var” rəyi verilmişdir, labarotoriya rəyinə əsasən sayğacda müdaxilə aşkar olunduğu üçün abonent Cavabdeh barəsində Xaçmaz RQİİ-nin Xaçmaz xidmət sahəsinin işçiləri tərəfindən “Təbii X6nın pozulması haqqında” 30.08.2019-cu il tarixli, ******* saylı akt tərtib edilmiş və dəymiş ziyan 4644 m3 və ya 464,40 manat hesablanaraq abonentin koduna işlənilmişdir.Həmin aktı iddiaçı Cavabdeh etiraf edərək heç bir irad bildirmədən imzalamışdır. Bundan başqa Cavabdeh onun üçün hesablanmış ziyan məbləğini rəsmi surətdə etiraf edərək 464,40 manat məbləğində ziyanla tam razı olması, ziyan məbləğini hissə-hissə ödəyəcəyi barədə iltizam vermişdir. Tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii X6nın pozulması haqqında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-nin Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-385/2021 saylı, 04.02.2021-ci il tarixli qətnaməsinin qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətindən və nümayəndənin izahatından müəyyən edilir ki, qətnamənin iddia tələbini təmin edilməyən, qarşılıqlı iddianın təmin edilən hissəsi mübahisələndirilir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarında olan X7 İstismar İdarəsinin əməkdaşlarının iştirakı ilə 18.02.2019-cu ildə tərtib olunmuş ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan müəyyən olunur ki, iddiaçıya məxsus fərdi yaşayış evinin sayğacına baxış keçirilərkən sayğac şübhəli hesab edilmiş, yenisi ilə əvəz edilmişdir. Aktda qeyd olunmuşdur ki, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir. Qaz sayğacı abonentə təhvil verilmişdir. İş materiallarında olan təbii X6nın pozulması haqqında 30.08.2019-cu il tarixli ******* saylı aktdan müəyyən olunur ki, iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğacda «hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri vardır» rəyi verilmişdir. İş materiallarında olan 30 avqust 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən və abonentin saldosundan müəyyən olunur ki, Cavabdeh 464,40 manat cərimə (pul) hesablanmışdır. Birinci instansiya məhkəməsi qeyd edilən sənədlərə əsasən fiziki şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşımasını, qaz sayğacının cavabdehin təqsiri ucbatından zədələnməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməməsini müəyyən edərək iddianı yuxarıda göstərilən qaydada qismən təmin etməmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80№-li qərarı ilə təsdiq olunmuş “X6” ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin 464,40 manat pulun tutulmasına dair hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsinə dair gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80№li qərarı ilə təsdiq olunmuş “X6”nın 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Hazırki işdə də işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, qaz sayğacı iddiaçının mənzilində deyil, mənzildən kənarda quraşdırılıb və nəzərə alınsa ki, iddiaçı fiziki şəxs olan istehlakçıdır, belə olan halda, onun həmin sayğacın işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi istisna olunur. Qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşıyır. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, cavabdehin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilməmişdir. Həmçinin, qaz sayğacı laboratoriyada yöxlanılarkən abonentin iştirakı təmin edilməmişdir. Göstərilənlərə əsasən qaz sayğacındakı pozuntuya görə istehlakçı məsuliyyət daşımadığından, akt və həmin aktın əsasında istehlakçının abonent hesabına hesablanmış 4644 kub.m itirilmiş qazın dəyəri olan 464,4 manat məbləğində borcun abonentin hesabına yazılması qanunsuzdur..Yaranmış vəziyyətdə fiziki şəxs olan cavabdehin yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına cavabdeh tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü iddiaçının üzərində olmuşdur. Lakin iddiaçı təşkilat sayğacın yararsız vəziyyətə düşməsilə əlaqədar hesablanmış borcla bağlı mövqeyini əsaslandıra və bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, məhz cavabdehin sayğaca müdaxilə etməsi müəyyən olunmadığından, iddiaçı təşkilat tərəfindən buna dair heç bir sübut məhkəməyə təqdim olunmadığından, cavabdehin zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, bir halda ki, istehlakçı olaraq cavabdeh qaz sayğacının işlək vəziyyətdə saxlanmasına cavabdehlik daşımır, onun üzərinə sayğacın işlək vəziyyətdə saxlanılmasına görə hər hansı vəzifə qoyula və bu əsasla cərimə də hesablana bilməz. Bu baxımdan, akt üzrə 464,4 manat məbləğində borcun hesablanması əsassız olduğu üçün həmin borcun cavabdehdən tələb edilməsi də düzgün deyildir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mübahisələndirilən hissədə təmin etməməkdə, eləcə də qarşılıqlı iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Belə ki, iddiaçının nümayəndəsi apelyasiya şikayətində akt tərtib olunmuş ünvan üzrə borcun cavabdeh tərəfindən yarandığını sübut edə bilməmiş, buna dair hər hansı bir rəsmi sənəd təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün AR Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-385/2021 saylı, 04.02.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-385/2021 saylı, 04.02.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1830/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1830/2021
13.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver