Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1834/2021 12.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X8 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçıların nümayəndəsi və vəkili: Vəkil, Cavabdehlər: Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4, Cavabdehlərin nümayəndəsi və vəkili: X3 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 qarşı pul və dəymiş ziyan tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddianın qismən təmin edilməsi, Cavabdeh1 44625 (qırx dörd min altı yüz iyirmi beş) ABŞ dolları, 341600 (üç yüz qırx bir min altı yüz) rubl və 300 (üç yüz) Avro, Cavabdeh2 11500 (on bir min beş yüz) rubl, Cavabdeh3 9194 (doqquz min doxsan dörd) ABŞ dolları məbləğində pulun və Cavabdeh4 20948 (iyirmi min doqquz yüz qırx səkkiz) ABŞ dolları məbləğində pulun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla İddiaçı1 xeyrinə tutulması, Cavabdeh1 adına 25000 (iyirmi beş min) rubl və Cavabdeh4 4533 (dörd min beş yüz otuz üç) ABŞ dolları məbləğində pulun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla İddiaçı2 xeyrinə tutulması, həmin pulların tələbi ilə bağlı çəkdikləri 22929 rubl (Bakı şəhərinə biletin alınması, sənədlərin Azərbaycan dilinə tərcümə edilməsi, etibarnamələrin təsdiqi və sənədlərin göndərilməsi) pulun qaytarıldığı vaxt Azərbaycan manatına olan məzənnəsinə uyğun olaraq və 220 (iki yüz iyirmi) manat hüquqi yardımla bağlı köçürülən pul vəsaitinin və 30 (otuz) manat, dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilməsi, iddia tələbinin mənəvi ziyan hissəsində təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 İddiaçı1 xeyrinə ümumilikdə 577456 rubl, 38588,25 ABŞ dolları və 300 Avro, İddiaçı2nm xeyrinə 25000 rubl, 4533 ABŞ dolları məbləğində əsas borcun, bu pulların tələbi ilə bağlı çəkdikləri 22929 rubl (Bakı şəhərinə biletin alınması, sənədlərin Azərbaycan dilinə tərcümə edilməsi,etibarnamələrin təsdiqi və sənədlərin göndərilməsi) pulun qaytarıldığı vaxt Azərbaycan manatına olan məzənnəsinə uyğun olaraq və 220 manat hüquqi yardımla bağlı köçürülən pul vəsaitinin, 30 manat dövlət rüsumunun iddiaçıların hər birinə 50000 manat məbləğində mənəvi təzminatın alınaraq ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iddia həcminin artırılması və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçı1 xeyrinə Cavabdeh1 44625 (qırx dörd min altı yüz iyirmi beş) ABŞ dolları, 341600 (üç yüz qırx bir min altı yüz) rubl və 300 (üç yüz) Avronun, Cavabdeh2 11500 (on bir min beş yüz) rublun, Cavabdeh3 9194 (doqquz min doxsan dörd) ABŞ dolları məbləğində pulun və Cavabdeh4 20948 (iyirmi min doqquz yüz qırx səkkiz) ABŞ dolları məbləğində pulun, İddiaçı2 xeyrinə Cavabdeh1 adına 25000 (iyirmi beş min) rublun və Cavabdeh4 4533 (dörd min beş yüz otuz üç) ABŞ dolları məbləğində pulun bu pulların tələbi ilə bağlı çəkdikləri 22929 rubl (Bakı şəhərinə biletin alınması, sənədlərin Azərbaycan dilinə tərcümə edilməsi, etibarnamələrin təsdiqi və sənədlərin göndərilməsi) pulun qaytarıldığı vaxt Azərbaycan manatına olan məzənnəsinə uyğun olaraq və 220 manat hüquqi yardımla bağlı köçürülən pul vəsaitinin, 30 manat dövlət rüsumunun iddiaçıların hər birinə 50000 manat məbləğində mənəvi təzminatın cavabdehlərdən müştərək qaydada alınaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıların tanışıdır, belə ki, cavabdeh tez-tez Rusiya Federasiyasına getmiş və getdiyi vaxt iddiaçıların evində qalmış, hətta iddiaçılarlan İddiaçı1 ilə ailə həyatı quracağına söz verməklə ailənin inamını qazanmışdır. Cavabdeh 2017-ci ilin ortalarında iddiaçılara müraciət edərək bildirmişdir ki, onun baş nahiyyəsində bədxassəli şiş aşkar edilmiş və bu şişin müalicəsi yalnız İranda mümkündür, lakin İzrail və Almaniyadan bahalı dərmanlar almaq lazımdır, bunun üçün onlara böyük məbləğdə vəsait tələb edilir, 2020-ci ilin mart ayında cavabdeh hərbi əlil kimi ehtiyata buraxılacaq və ona dövlət tərəfindən birdəfəlik yardım ediləcək, həmin pulu alan kimi borcu qaytaracaqdır. İddiaçılar cavabdehə inanaraq bir neçə banklardan kredit götürməklə onun təklifi əsasında onun və qohumlarının, dostu Cavabdeh4 adına cavabdehin müalicəsi məqsədi ilə bank vasitəsi ilə pul vəsaitləri göndərmişlər. Cavabdehin tapşırığı əsasında həmin pullar 2017-2019-cu illər ərzində bank vasitəsi ilə bir qismi cavabdehin, bir qismi atası Nəsirağanın, bir qismi qardaşı Elgünün və bir qismi də onlara özünün dostu kimi təqdim etdiyi Sərdarov Yusif oğlunun adına göndərilmişdir. Nəticədə İddiaçı1 cavabdehin müalicəsi adı ilə ümumilikdə 577456 rubl, 38588,25 ABŞ dolları və 300 Avro, İddiaçı2 isə 25000 rubl və 4533 ABŞ dolları məbləğində pul vəsaitləri göndərmiş və onlar bu pulların tələbi ilə bağlı 22929 rubl (Bakı şəhərinə təyyarə biletinin alınması, sənədlərin Azərbaycan dilinə tərcümə edilməsi, etibarnamələrin təsdiqi və sənədlərin göndərilməsi üçün və 250 manat (hüquqi yardımla bağlı müqaviləyə və dövlət rüsumuna) məbləğində vəsait xərcləmişlər. Lakin sonradan iddiaçılara məlum olmuşdur ki, cavabdeh xəstə deyil, o, iddiaçılarla yaranmış münasibətdən, onların inam və etibarından sui-istifadə etməklə iddiaçıların pullarını mənimsəmək qərarına gəlmiş və bu üsulla da həmin pulları ələ keçirmişdir. Sonradan iddiaçılar dəfələrlə cavabdehlə, onun qohumları ilə telefon əlaqələri yaratmış, pullarını geri tələb etmiş, lakin cavabdeh hər dəfə bir bəhanə gətirməklə bundan imtina etmiş, hətta onların zənglərinə belə cavab verməmişdir. Cavabdehin iddiaçıları aldatması, pullarını mənimsəməsi, nəticədə onların özlərini ağır duruma salması nəticəsində iddiaçılara mənəvi ziyan da dəymişdir ki, həmin ziyanın hər biri üçün ayrı-ayrılıqda 50000 (əlli min) manat məbləğində qiymətləndirirlər. Belə ki, İddiaçı1 2017-2019-cu illər ərzində bank vasitəsi ilə Cavabdeh1 44625 (qırx dörd min altı yüz iyirmi beş) ABŞ dolları, 341600 (üç yüz qırx bir min altı yüz) rubl və 300 (üç yüz) Avro, Cavabdeh2 2018-ci ildə 11500 (on bir min beş yüz) rubl, Cavabdeh3 2017-2019-cu illər ərzində 9194 (doqquz min doxsan dörd) ABŞ dolları, Cavabdeh4 adına isə 2019-cu il ərzində 20948 (iyirmi min doqquz yüz qırx səkkiz) ABŞ dolları məbləğində pul köçürmüşdür. Lakin həmin pul vəsaitləri ona qaytarılmamışdır. Bundan başqa iddiası İddiaçı2 Cavabdeh1 adına 25000 (iyirmi beş min) rubl Cavabdeh4 adına isə 4533 (dörd min beş yüz otuz üç) ABŞ dolları məbləğində pul vəsaitləri göndərmişdir. Sadalanan pullar bu şəxslərin adına göndərilsə də həmin pulların göndərilməsi bir məqsədə-Cavabdeh1 müalicəsi məqsədi ilə göndərilmiş və bu şəxslər də iddiaçıları aldadaraq Cavabdeh1 hərbi əlil pensiyası təyin ediləcəyi və həmin pensiyanı almaqla pulu qaytaracaqlarını bildirmişlər. Belə hesab edir ki, həmin şəxslər də üzrə əlavə cavabdehlər kimi cəlb olunmalıdırlar və hər birinə göndərilmiş pul onlardan alınaraq iddiaçılara qaytarılmalıdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçılardan İddiaçı1 ilə sosial şəbəkədə “Odnoklassnik” deyilən bir tanışlıq saytından tanış olmuşdur. O, pulların ona göndərilməsini etiraf edir. Lakin, iddiaçı ona pulu borc kimi deyil, səhhətində yaranmış xəstəliyə görə maddi köməklik etmək üçün göndərmişdir. Hazırda iddia tələbini mənəvi borc hissəsi istisna olmaqla qəbul edir. Hazırda maddi durumu çox aşağıdır. İmkanı olduqda iddiaçıya tələb etdiyi pulu ödəyəcəkdir. Eyni zamanda bildirir ki, iddiaçılardan İddiaçı2 evində təmir işləri görmüş və həmin iddiaçı tərəfindən göndərilən pul onun evinin təmiri üçün çəkdiyi zəhmət haqqının əvəzidir. Məhkəmə heç bir sübuta əsaslanmayaraq əsassız və qanunsuz olaraq Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 də əlavə cavabdeh qismində tanımış və iddiaçıların ziddiyyətli sübutlar təqdim etməsinə baxmayaraq ilkin iddia tələbində olan məbləğinin artırılmasının səbəbini araşdırmamışdır. Pulların bir qismi göndərilən zaman o, Rusiya Federasiyasında olmuş və həmin vaxt iddiaçıların evində təmir tikinti işləri gördüyü üçün əmək haqqı onun xahişi ilə Bakıya göndərilmişdir. Məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(060)-2333/2021 saylı qətnaməsini qanunsuz və əsassız olduğu üçün tamamilə ləğv edilərək, iddiaçıların iddiasının rədd edilməsini dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh1 və Cavabdeh3 onun doğma ogludur. O, iddiaçıları ümumiyyətlə tanımır, heç bir tanışlığı, düşmənçiliyi və ədavəti olmamışdır. Oğlu Fətəli bir neçə dəfə Rusiya Federasiyasına gedərək orada biznes və təmir tikinti işləri ilə məşgul olmuşdur. Onun adına göndərilmiş pulları Fətəli ondan bankdan çıxarmagını bildirmiş və o da pulları bankdan çıxararaq ona vermişdir. Məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(060)-2333/2021 saylı qətnaməsini qanunsuz və əsassız olduğu üçün tamamilə ləğv edilərək, iddiaçıların iddiasının rədd edilməsini dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun doğma qarşadır. O, iddiaçıları ümumiyyətlə tanımır, heç bir tanışlığı, düşmənçiliyi və ədavəti olmamışdır. X10 Noskova ilə 7-8 il əvvəl sosial şəbəkədə tanış olaraq uzun müddət münasibətləri yaxşı olmuşdur, bir neçə dəfə Rusiya Federasiyasına gedərək orada iddiaçı ilə yaşadıgını bildirmişdir. Onun adına göndərilmiş pulları Fətəli ondan bankdan çıxarmagını bildirmiş və o da pulları bankdan çıxararaq ona vermişdir. Məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(060)-2333/2021 saylı qətnaməsini qanunsuz və əsassız oldugu üçün tamamilə ləğv edilərək, iddiaçıların iddiasının rədd edilməsini dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh4 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə uzun müddətdir ki dostluq münasibətindədir. Nəsiraga Cavabdeh1 atası, Elgün isə qardaşıdır. O, iddiaçıları ümumiyyətlə tanımır, heç bir tanışlıgı, düşmənçiliyi və ədavəti olmamışdır. X12 Noskova ilə 7-8 il əvvəl sosial şəbəkədə tanış olaraq uzun müddət münasibətləri yaxşı olmuşdur, bir neçə dəfə Rusiya Federasiyasına gedərək orada iddiaçı ilə yaşadıgını bildirmişdir. Onun adına göndərilmiş pulları Fətəli ondan bankdan çıxarmagını bildirmiş və o da pulları bankdan çıxararaq ona vermişdir. Məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(060)-2333/2021 saylı qətnaməsini qanunsuz və əsassız oldugu üçün tamamilə ləğv edilərək, iddiaçıların iddiasının rədd edilməsini dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 nümayəndəsi və vəkili N.F.Yaqubov apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, digər apellyasiya şikayətlərinin dəlillərini qəbul etdilər, oxşar izahat verdilər və apellyasiya şikayətlərinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. İddiaçıların nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdehlər tərəfindən iddiaçılardan pulun alınmasının sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan “Koşelev-Bank” Səhmdar Cəmiyyətinin pul köçürmələrinə dair 17.03.2020-ci il tarixli cədvəlindən görünür ki, X4 Cavabdeh1 adına 04.12.2017-ci il tarixdə 500 ABŞ dolları, 28.12.2017-ci il tarixdə 300 ABŞ dolları, 16.01.2018-ci il tarixdə 300 Avro, 29.01.2018-ci il tarixdə 300 ABŞ dolları, 09.02.2018-ci il tarixdə 350 ABŞ dolları, 24.02.2018-ci il tarixdə 500 ABŞ dolları, 20.04.2018-ci il tarixdə 11500 Rubl, 03.05.2018-ci il tarixdə 5000 Rubl, 14.05.2018-ci il tarixdə 5000 Rubl, 25.05.2018-ci il tarixdə 5000 Rubl, 27.-6.2018-ci il tarixdə 7700 Rubl, 12.07.2018-ci il tarixdə 10000 Rubl, 24.07.2018-ci il tarixdə 15000 Rubl, 16.08.2018-ci il tarixdə 25000 Rubl, 21.08.2018-ci il tarixdə 10000 Rubl, 03.09.2018-ci il tarixdə 8000 Rubl, 11.09.2018-ci il tarixdə 20000 Rubl, 25.09.2018ci il tarixdə 12000 Rubl, 15.10.2018ci il tarixdə 17000 (on yeddi min) Rubl, 26.10.2018-ci il tarixdə 20000 (iyirmi min) Rubl, 09.11.2018-ci il tarixdə 2000 Rubl, 12.01.2019-cu il tarixdə 100000 Rubl, 14.01.2019-cu il tarixdə 40000 Rubl, 30.01.2019-cu il tarixdə 770 ABŞ dolları, 24.07.2019-cu il tarixdə Cavabdeh4 Serdar oğlunun adına 600 ABŞ dolları, Cavabdeh3 adına 09.08.2017-ci il tarixdə 100 ABŞ dolları, 22.08.2017-ci il tarixdə 500 ABŞ dolları, 19.09.2017-ci il tarixdə 1360 ABŞ dolları, 13.05.2019-cu il tarixdə 800 ABŞ dolları məbləğində pul köçürmüşdür. İşdə olan “AK BARS” X5 05.03.2020-ci il tarixli sənədindən görünür ki, Natalia Nikolayevna tərəfindən göndərilən 300 ABŞ dolları məbləğində pul 08.08.2019-cu il tarixdə Y.S.Hacyev, 2500 ABŞ dolları 30.08.2019-cu il tarixdə Cavabdeh3 tərəfindən qəbul edilmişdir. İşə əlavə olan “xxxx” MMC-nin pul vəsaitlərin köçürmək üçün fiziki şəxsin ərizəsindən görünür ki, İddiaçı1 Cavabdeh1 hesabına 1550 ABŞ dolları məbləğində pul köçürülmüşdür. İş materiallarında olan “Koşelev-Bank” Səhmdar Cəmiyyətinin pul köçürmələrinə dair 24.01.2020-ci il tarixli cədvəlindən görünür ki, İddiaçı2 Cavabdeh1 adına 11.10.2018-ci il tarixdə 25000 Rubl adın pul köçürmüşdür. İş materiallarında olan “İntellectum” Tərcümə bürosunun 27.03.2020-ci il tarixdə № 1022 saylı qəbzindən görünür ki, X2 xarici dildən/dilə yazılı və ya şifahi tərcümə xidmətlərinin göstərilməsinə görə 15850 Rubl alınmışdır. İşdə olan “Solidarnost” Kommersiya Bankı X5 22.06.2019-cu il tarixli pul vəsaitlərini köçürmək üçün fiziki şəxsin ərizəsindən görünür ki, İddiaçı2 tərəfindən göndərilən 4500 ABŞ dolları məbləğində pul 22.06.2019-cu il tarixdə Cavabdeh4 hesabına köçmürülmüşdür. İşə əlavə olan “CONTACT” ödəniş sisteminin 01.01.2017-ci il tarixdən 31.12.2019-cu il tarixədək müddətə pul köçürmələri haqqında məlumatlardan görünür ki, İddiaçı1 tərəfindən Cavabdeh3 11.04.2019-cu il tarixdə 3400 ABŞ dolları, 13.05.2019-cu il tarixdə 800 ABŞ dolları, 09.08.2017-ci il tarixdə 100 ABŞ dolları, 19.09.2017-ci il tarixdə 1360 ABŞ dolları, 18.01.2017-ci il tarixdə 500 ABŞ dolları, 22.08.2017-ci il tarixdə 500 ABŞ dolları, 18.12.2017-ci il tarixdə 530 ABŞ dolları, 04.12.2017-ci il tarixdə 500 ABŞ dolları, 08.04.2019-cu il tarixdə 15000 Rubl pul göndərmişdir. İş materiallarında olan “xxxx” MMC-nin 01.01.2017-ci il tarixdən 31.12.2019-cu il tarixədək pul vəsaitlərin köçürmələri barədə ödənişlər cədvəlindən görünür ki, İddiaçı1 tərəfindən Cavabdeh4 08.01.2019-cu il tarixdə 300 ABŞ dolları, 07.06.2019-cu il tarixdə 4000 ABŞ dolları, 24.06.2019-cu il tarixdə 1200 ABŞ dolları, 22.06.2019-cu il tarixdə 3300 ABŞ dolları, 11.06.2019-cu il tarixdə 10000 ABŞ dolları məbləğində pul göndərmişdir. İşdə olan 01.01.2019-cu ildən 30.11.2019-cu il tarix üçün “Zolotoya Korona”, “Contact” “VVestern Union” sistemləri üzrə çıxış köçürmələrin reyestrindən görünür ki, İddiaçı1 Cavabdeh1 hesabına 05.04.2019-cu il tarixdə 4500 Rubl, 06.04.2019-cu il tarixdə 20000 Rubl, 08.04.2019-cu il tarixdə 15000 Rubl, 11.04.2019-cu il tarixdə 3400 ABŞ dolları, 25.04.2019-cu il tarixdə 2700 ABŞ dolları, 22.05.2019-cu il tarixdə 1200 ABŞ dolları, 11.06.2019-cu il tarixdə 10000 Rubl, 22.06.20189-cu il tarixdə 3300 ABŞ dolları, 01.08.2019-cu il tarixdə 300 ABŞ dolları, ümumilikdə 49500 Rubl, 10900 ABŞ dolları məbləğində pul köçürülmüşdür. İş materiallarında olan “X6” SC-nin müayinə protokolundan görünür ki, İddiaçı1 nevroloji problemlərə görə diaqnostika mərkəzinə müraciət etmiş və müayinə olunmuşdur. İşə əlavə olan Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosu 26.12.2019 və 26.12.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı1 və İddiaçı2 hüquqi yardıma görə hər biri 110 manat məbləğində ödəniş etmişlər. İşdə olan Kapital Bank ASC-nin mədaxil qəbzlərindən görünür ki, İddiaçı2 sənədlərin təsdiqi üçün 18 manat 80 qəpik, İddiaçı1 22 manat 30 qəpik dövlət ödəniş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Azərbaycan Respublikası 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkəti nəticəsində iddiaçılar İddiaçı1 və İddiaçı2 maddi ziyan vurulmuşlar, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə, cavabdehin iddiaçılar tərəfindən göndərilən pulun ona göndərilməsini etiraf etdiyini, məhkəmədə verdiyi izahatına iddiaçılardan İddiaçı2 tərəfindən göndərilən pulun sonuncunun mənzilinin təmirinə görə zəhmət haqqı olmasını qeyd etsə də, bu barədə heç bir sübut məhkəməyə təqdim etməməsini nəzərə alaraq hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. İddiaçılar ona vurulmuş mənəvi zərərin əvəzi kimi hər biri üçün 50000 manat məbləğində pulun cavabdehlərdən onların xeyrinə tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il 7 №li Qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenumun qərarında məhkəmələrə izah edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Hazırkı iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil cavabdehlər tərəfindən iddiaçılara ümumilikdə 100000 manat məbləğində mənəvi ziyanın vurulması barədə məhkəməyə heç bir sübut təqdim etməmiş və qeyd olunan hal iş materialları sübuta yetirilməmişdir. “Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2005-ci il tarixli qərarı”na əsasən Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsinə qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 iddiaçı tərəfindən onların adına göndərilmiş pul məbləğinin onlar tərəfindən qəbul edilsədə, sonradan Cavabdeh1 verilməsi və iddiaçıların həmin pulların onlardan tələb edilməsinin düzgün olmaması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, iş materialları və cavabdehlərin etirafı ilə sübuta yetirilmişdir ki, iddiaçı tərəfindən tələb olunan pullar cavabdehlərin adına poçt vasitəsi ilə göndərilmiş və şəxsən cavabdehlər tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı oldugundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadıgından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 23 fevral 2021-ci il tarixli 2(060)-2333/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1834/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1834/2021
12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver