Məhkəmə qərarları › İş №2(105)-1835/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1835/2025

06.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1835/2025 06.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X6 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı barışıq sazişinin etibarsız hesab edilməklə ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)- 7757/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı barışıq sazişinin etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə arasında xx.xx.2024-cü il tarixli Barışıq Sazişi bağlanmışdır. Həmin Barışıq Sazişində göstərilmişdir ki, İddiaçı ilə Cavabdeh rəsmi nikah münasibətlərindən doğulmuş övladları xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il doğumlu X1 üçün İddiaçı hər bir uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat alimenti fevral ayından başlayaraq (hər ayın sonuncu günündən gec olmayaraq) Cavabdeh ödəyəcəyinə dair razılaşmışdırlar. İddiaçı uşaqları X4 və X3 Cavabdeh himayəsinə verilməsinə (yanında yaşamasına) razılaşmışdır. X4 və X3 ataları- İddiaçı ilə hər hansı ay, gün və saat barədə məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşməyinə və ünsiyyətə mane olmayacağı barədə Cavabdeh öhdəlik götürmüşdür. xx.xx.2024-cü il tarixli Barışıq Sazişi Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4876/2024 saylı Qətnaməsinə əsasən təsdiqlənmişdir. Məhkəmə qətnaməsindən də aydın olur ki, Cavabdeh uşaqların atası-İddiaçı X4 və X5 ilə hər hansı ay, gün və saat barədə məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətə mane olmayacağı təsdiqini tapmışdır. Lakin buna baxmayaraq uşaqların anası- Cavabdeh üzərinə götürdüyü öhdəliyə, habelə məhkəmə qətnaməsinə əməl etməmişdir, habelə, onu icra etməmişdir, onun uşaqlarla istənilən vaxt, heç bir məhdudiyyət olmadan sərbəst şəkildə görüşümə ciddi maneələr və əngəllər yaratmışdır. Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4876/2024 saylı Qətnaməsinin “icra üsulu və qaydasının dəyişdirilməsi” barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, Məhkəmə haqlı olaraq Cavabdeh ərizəsinin rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli, 8(060)-167/2025 saylı Qərardad qəbul etmişdir. Cavabdehin ərizəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-167/2025 saylı Qərardadına əsasən də Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)- 4876/2024 saylı Qətnaməsinin “icra üsulu və qaydasının dəyişdirilməsi barədə ərizəsi rədd edilmişdir. Həmin Qərardaddan cavabdeh apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 8(015)-187/2025 saylı Qərardadına əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)- 167/2025 saylı Qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025- ci il tarixli, 8(060)-167/2025-ci il tarixli Qərardadına əsasən əsassız olaraq Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(060)-4876/2024 saylı qətnaməsinin icra üsulu və qaydası dəyişdirilmişdir. Mən İddiaçı övladlarım xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 ilə ünsiyyət qaydası hər həftənin şənbə günü saat 11:00-dan 16:00-dək Cavabdeh iştirakı olmadan təyin edilmişdir. Ünsiyyət hüququnun təmin edilməsi üçün xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 yaşayış yerindən (hazırkı halda - Sumqayıt şəhəri, H.Əliyev prospekti, məhəllə 9, ev 11, mənzil 25 (borclunun gələcəkdə yaşayış yeri dəyişəcəyi təqdirdə dəyişdirilmiş ünvanda)) hər həftənin şənbə günü saat 11:00-da Cavabdeh tərəfindən İddiaçı, həmin gün saat 16:00-da eyni ünvanda İddiaçı tərəfindən Cavabdeh təhvil verilməsi nəzərdə tutulmuşdur. Uşaqlarla ünsiyyət hüququna dair cavabdehlə razılaşdırılmış Barışıq Sazişi mövcud olmuşdur. Habelə, Barışıq Sazişinin təsdiq edilməsi baədə məhkəmə qətnaməsi də çıxarılmışdır. Həmin Qətnamə onun tərəfindən icra olunmaqla yanaşı cavabdeh tərəfindən də icra olunmalıdır. Lakin qətnamənin icrasının vacibliyinə məhəl qoymadan, heç bir əsas olmadan cavabdeh uşaqlarla ünsiyyət qaydalarının dəyişdirilməsini məhkəmədən tələb etmişdir. Uşaqlarla istənilən vaxt heç bir məhdudiyyət qoyulmadan, sərbəst şəkildə görüş qaydalarının müəyyən edilməsinə baxmayaraq məhkəmə qətnaməsi cavabdeh tərəfindən demək olar ki, icra olunmamışdır və övladlarında görüş formal xarakterli olmuşdur. Belə ki, cavabdeh tərəfindən uşaqlarla görüşümə vaxtlı-vaxtında şərait yaradılmamış, qətnamədə nəzərdə tutulan qaydada görüş təşkil edilməmiş və o, da valideynlik hüquqularını həyata keçirməkdən məhrum olunmuşdur. Bu hal övladlarının valideyni ilə - onunla ünsiyyət hüquqlarının, ünsiyyət qaydalarının, həmçinin mənafelərinin kobud şəkildə pozulmasıdır. Cavabdeh həm Barışıq Sazişinə əməl etməmişdir, həm də Barışıq Sazişinin təsdiq edilməsi barədə çıxarılmış Məhkəmə Qətnaməsinə məhəl qoymamışdır. Hal-hazırda da həm Barışıq Sazişi, həm də Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli Qətnaməsi icra edilməli olduğu halda, Qətnamənin icra üsulu və qaydası əsassız olaraq onun əleyhimə dəyişdirilmiş və uşaqlarla ünsiyyət qaydaları pozulmuşdur. Ən başlıcası uşaqların üstün mənafeyi naminə hesab edir ki, cavabdehlə bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişi tamamilə etibarsız hesab edilib, ləğv olunmalıdır. Uşaqlarla olan ünsiyyət qaydalarının pozulmasının qarşısı alınmalı və yeni ünsiyyət qaydaları müəyyən edilməlidir. Həm Barışıq Sazişi, həm də məhkəmə qətnaməsi olmasına baxmayaraq uşaqlarla ünsiyyət qaydaları onların da mənafeyini pozmaqla dəyişdirilmişdir. Həmin ünsiyyət qaydaları nə uşaqlar, nə də mənim üçün əlverişli deyil. Cavabdehlə qarşılıqlı razılıq əsasında uşaqlarla ünsiyyət qaydaları müəyyənləşdirsələr də, buna əməl edilməmişdir. Əgər nə Barışıq Sazişinə, nə də Barışıq Sazişinin təsdiq olunması barədə çıxarılmış məhkəmə qətnaməsinə əməl olunmayacaqsa, ümumiyyətlə Barışıq Sazişinin mövcudluğu tamamilə əhəmiyyətsizdir. Onu da xüsusilə qeyd etmək istəyir ki, övladları ilə 9 aydan artıqdır ki, görüşə bilmir. Cavabdeh müxtəlif bəhanələr gətirərək uşaqlarla ünsiyyətinə mane olur və uşaqlarla ünsiyyət qaydalarının icrasının qarşısını alır. Qarşı tərəflə ünsiyyət qaydalarını razılaşdırarkən ona etimad göstərmişdir, amma cavabdeh ona olan etimadımdan sui-istifadə etmişdir. Hesab edir ki, bağlanmış Barışıq Sazişi etibarsız hesab edilərək ləğv edilməlidir. Cavabdehlə uşaqlara münasibətdə yeni ünsiyyət qaydaları müəyyən edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7757/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Şəbnəm Həxiyeva) İddiaçı Cavabdeh qarşı «barışıq sazişinin etibarsız hesab edilmərək ləğv edilməsi tələbi»nə dair iddia ərizəsinin qəbulundan imtina edilməsi və iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması, xx.xx.2025-ci il tarixli, ********** saylı qəbzə əsasən ödənilmiş 101,60 (bir yüz bir manat, altmış qəpik) manat dövlət rüsumunun dövlət büdcəsindən alınaraq İddiaçı geri qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iş materiallarında olan qanuni Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5559/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh və Sumqayıt 1 saylı Mediasiya Təşkilatına qarşı "barışıq sazişinin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsinin rədd edilməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəsini almış və həmin qətnamədə mübahisələndirilən barışıq szişinə münasibət bilvirilmişdir. İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7757/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Məhkəmə bildirmişdir ki, hazırki iddia tələbi ilə bağlı mübahisəyə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5559/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə hüquqi qiymət verilmiş və qeyd olunan qətnamə qanuni qüvvəsini almışdır. Həmin qətnamədə mübahisələndirilən barışıq sazişinə münasibət bildirilmişdir. Lakin, məhkəmə hazırki iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları düzgün araşdırmamış, iddia ərizəsində qeyd etdiyi xüsusatlara düzgün hüquqi qiymət verməmiş və nəticədə qanunsuz qətnamə qəbul etmişdir. Yuxarıda qeyd etdiyi xüsusatlardan da göründüyü kimi Sumqayıt Şəhər Məhkəməsinin sözügedən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları düzgün araşdırmayaraq, ədalətli məhkəmə araşdırması etməyərək tamamilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Buna görə də hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-7757/2025 qərardad qəbul edilərkən maddi və prosessual hüququ normaları pozulduğu və düzgün tətbiq edilmədiyi, məhkəmənin gəldiyi nəticə üçün iş üzrə əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmadığı, qərardadda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyi üçün ləğv edilməlidir. Bildirir ki, məhkəmə tərəfindən işin hallarına tam, hərtərəfli və obyektiv qaydada baxılmamış, işin həlli və ədalətli məhkəmə qərarının çıxması üçün əsas faktlar yoxlanılmamışdır. Həmin görüş saatları cavabdehlə bağlanmış barışıq sazişində nəzərdə tutulan uşaqlarla görüş saatları əsassız olaraq dəyişdirilmişdir. Hal-hazırda övladları ilə görüş saatı 4 (dörd) saat müəyyən edilmişdir. Bu da onu qəti şəkildə qane etmir. Ona görə də ümumiyyətlə barışıq sazişinin ləğv edilməsini məhkəmədən xahiş edir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7757/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7757/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh ilə aramızda xx.xx.2024-cü il tarixli Sumqayıt 1 saylı Mediasiya Təçkilatında barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinə əsasən İddiaçı ilə Cavabdeh rəsmi nikah münasibətlərindən doğulmuş övladları xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il doğumlu X1 üçün İddiaçı hər bir uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat alimenti fevral ayından başlayaraq (hər ayın sonuncu günündən gec olmayaraq) Cavabdeh ödəməsi, İddiaçı uşaqları X4 və X3 Cavabdeh himayəsinə verməsi, X4 və X3 ataları-İddiaçı ilə hər hansı ay, gün və saat barədə məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşməsi razılşadırılmış, ünsiyyətə mane olmayacağı barədə Cavabdeh öhdəlik götürmüşdür. xx.xx.2024-cü il tarixli Barışıq sazişi Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4876/2024 saylı qətnaməsinə əsasən təsdiqlənmişdir. Bundan başqa iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5559/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh və Sumqayıt 1 saylı Mediasiya Təşkilatına qarşı "barışıq sazişinin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsinin rədd edilməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Bundan başqa cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4876/2024 saylı qətnaməsinin “icra üsulu və qaydasının dəyişdirilməsi” barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və bununla bağlı müvafiq qərarlar qəbul edilmişdir. Hazırda iddiaçı eyni predmet barəsində, eyni əsaslar üzrə eyni tərəfə qarşı yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hərçənd ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5559/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi hazırkı iddia tələbi üzrə işə mahiyyəti üzrə baxılmış və iddiaçının iddiası təmin edilmişdir. İddiaçının şikayətinin dəlili isə əvvəlki icraat zamanı Sumqayıt Şəhər Məhkəməsinin sözügedən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları düzgün araşdırmamaması və əsassız qətnamə qəbul edilməsi ilə bağlı olmuşdur ki, bu da qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə münasibətdə yolverilməz olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin qəbul edilməsindən imtina etməsi barədə gəldiyi nəticədə prosessual hüquq normalarının pozulması müəyyən olunmur. Buna görə də şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7757/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadıı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-7757/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar