Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1855/2022 27.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı6 vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, Xıdırova (Salahova) Nailə Qəhrəman qızı, İddiaçı2, İddiaçı3, Salahova (Bayramova) Bahar Nəriman qızı, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı müqavilələrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(027)-993/2021 nömrəli qətnaməsindən iddiaçılar Xıdırova (Salahova) Nailə Qəhrəman qızı, İddiaçı2, İddiaçı3, Salahova (Bayramova) Bahar Nəriman qızı, İddiaçı5, İddiaçı6 tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünə, habelə mülki işin apellyasiya baxışından çıxarılaraq Quba Rayon Məhkəməsinə qaytarılması barədə iş üzrə Cavabdeh3 ərizəsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Xıdırova (Salahova) Nailə Qəhrəman qızı, İddiaçı2, İddiaçı3, Salahova (Bayramova) Bahar Nəriman qızı, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 Cavabdeh1 və DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə (bundan sonra – cavabdehlər) qarşı (üçüncü şəxs Cavabdeh3) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin Cavabdeh3 mülkiyyətinə Quba rayonu Birinci Nügədi kəndi ərazisindən 3.9029 ha və 2.7604 ha torpaq sahələrinin verilməsinə dair 11 noyabr 2014-cü il tarixli, ********** nömrəli və ********** nömrəli qeydiyyat aparılması ilə bağlı hərəkətlərini qanunsuz hesab etməklə həmin qeydiyyatın nəticələrini, yəni 3.9029 ha torpaq sahəsinə dair 11 noyabr 2014-cü il qeydiyyat tarixli, seriya RX 0523061nömrəli, 2.7604 ha torpaq sahəsinə dair isə 11 noyabr 2014-cü il qeydiyyat tarixli seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarının iddiaçılara aid olan hissəsini ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Quba Rayon Məhkəməsinin 2(027)- 993/2021 nömrəli iş üzrə 25 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim V.Seyidov) iddia ərizəsi təmin edilməmişdir. İddiaçı1 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3256/2021 nömrəli, 03 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunaraq, iddia ərizəsinin rədd edilməsi qət olunmuşdur. İddiaçılar Xıdırova (Salahova) Nailə Qəhrəman qızı, İddiaçı2, İddiaçı3, X2, Salahova (Bayramova) Bahar Nəriman qızı, İddiaçı5, İddiaçı6 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, yəni iddia ərizəsinin təmin edilməməsi hissəsində ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2721/2022 nömrəli, 13 iyun 2022-ci il tarixli qərarı ilə iddiaçıların kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3256/2021 nömrəli, 03 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya baxışı zamanı iş üzrə Quba Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(027)-993/2021 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı6 və digərləri tərəfindən apellyasiya şikayəti verildiyindən, həmin şikayətin mümkünlüyünün yoxlanılması üçün mülki iş baxışdan çıxarılaraq Quba Rayon Məhkəməsinə qaytarılmış, Quba Rayon Məhkəməsinin bu iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı2, İddiaçı3, Salahova (Bayramova) Bahar Nəriman qızı, İddiaçı5 və İddiaçı6 tərəfindən Quba Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(027)-993/2021 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddəti bərpa edilmiş və həmin apellyasiya şikayəti baxılması üçün Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayəti hazırda qüvvədə olan prosessual qaydalara uyğun təqdim edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlüyü məsələsini açıq məhkəmə iclasında müzakirə etməyi zəruri hesab etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı6 vəkili və nümayəndəsi Nümayəndə izahatında bildirdi ki. iş üzrə iddiaçılar İddiaçı2, İddiaçı3, Salahova (Bayramova) Bahar Nəriman qızı, İddiaçı5 və İddiaçı6 hər biri qətnmədən narazıdırlar, qətnamədən verilən apellyasiya şikayəti, həmçinin apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulan prosessual müddətin bərpası barədə ərizə də onların hər biri tərəfindən imzalanmışdır. Bu barədə elektron kabinetə zəruri sənədlər əlavə edilmişdir. İş üzrə Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəciyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə digər tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə kollegiyası işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, hazırkı halda apellyasiya şikayətinin qeyrimümkün edən hal aradan qalxmışdır və apellyasiya şikayətinin qeyri-mümkünlüyü üçün əsaslar yoxdur. Bununla belə, apellyasiya kollegiyası qeyd edir ki, hazırkı iş üzrə Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq bildirmişdir ki, Quba Rayon Məhkəməsinin bu iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı2, İddiaçı3, Salahova (Bayramova) Bahar Nəriman qızı, İddiaçı5 və İddiaçı6 tərəfindən Quba Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(027)-993/2021 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddəti bərpa edilmiş, lakin qərardaddan şikayət müddəti gözlənilmədən apellyasiya şikayəti mülki işlər birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmin qərardaddan Cavabdeh3 narazı qaldığı üçün şikayət vermişdir. Ona görə də həmin şikayətə baxılması üçün mülki işin apellyasiya baxışından çıxarılaraq Quba Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ərizəni, ona əlavə edilmiş şikayəti nəzərdən keçirərək hesab edir ki, Quba Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(027)-993/2021 nömrəli qərardadından cavabdeh X3 tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq Quba Rayon Məhkəməsinə qaytarılmalıdır. AR MPM-in 384.0 və 384.0.6-cı maddələrinə əsasən apellyasiya məhkəməsi, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Qeyd olunan səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfin apellyasiya şikayətinin qeyri-mümkünlüyü üçün əsas olmasa da, hər bir halda mülki iş daha öncə qeyd olunan qərardaddan verilmiş şikayətə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, hazırki apellyasiya şikayəti qərardaddan verilmiş şikayətin nəticəsindən asılıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 361,384.0, 384.0.6, 398.0, 398.0.3, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: Quba Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(027)-993/2021 nömrəli qətnaməsindən iddiaçılar Xıdırova (Salahova) Nailə Qəhrəman qızı, İddiaçı2, İddiaçı3, Salahova (Bayramova) Bahar Nəriman qızı, İddiaçı5, İddiaçı6 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilərək işin məhkəmə baxışına təyin edilməsi əlavə vaxt itkisinə səbəb olacağından, prosessual qənaət prinsipini əsas götürərək iş üzrə Quba Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(027)-993/2021 nömrəli qərardadından cavabdeh X3 tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş Quba Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1855/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1855/2022
27.12.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver