Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1871/2021 27.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibd Məhkəmə iclas katibi Əliyev Əliağa Vahid oğlunun katibliyi, İşə cəlb edilməyən, lakin qətnamə hüquq və vəzifələrinə toxunun şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X4, Cavabdeh X7 nümayəndəsi və vəkili Vəkil2, İşə cəlb edilməyən, lakin qətnamə hüquq və vəzifələrinə toxunun şəxs Maraqlı şəxs1, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçıh oğlunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Bakı şəhəri 32 saylı notariat kontoruna qarşı razılıq ərizəsinin ləğv edilməsi haqqında notariat kontorunun qeydinin etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, torpaq sahəsində inşa edilmiş zavodun cavabdehin hesabına sökülüb ərazidən çıxarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli, 2(012) saylı qətnaməsindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli, 2(012) saylı qətnaməsi ilə (hakim İ.Ə.Kərimli) iddia qismən təmin edilərək, Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən 5,0 ha torpaq sahəsinin satılmasına dair İbadət Soltan oğlu X1 arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Qətnamədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi apelyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli, 2(012) saylı qətnaməsinin iddianın təmin edilməsi hissəsində ləğv edilməsini və bu hissədə də iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli, 2(105)-1150/2018 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Abşeron Rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı maraqlarına toxunan Maraqlı şəxs1 müraciətinə əsasən Ali Məhkəmənin Sədri təqdimat verərək, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2020-ci il tarixli, 2(102)-1795/2020 saylı qərarı ilə Ali Məhkəmənin Sədrinin təqdimatı təmin edilərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 sentyabr 2020-ci il tarixli, 2(105)-1975/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Abşeron Rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı maraqlarına toxunan Maraqlı şəxs1 qətnamədən kasasiya şikayəti verərək, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(102)- 1268/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 sentyabr 2020-ci il tarixli, 2(105)-1975/2020 saylı qətnaməsi ləğv edilmiş, iş yeni apelyasiya baxışına qaytarılmışdır. İŞİN HALLARİ: Hacıbəyov X6 İbadət Soltan oğluna, Cavabdeh1 və Bakı şəhəri, 32 saylı notariat kontoruna qarşı razılıq ərizəsinin ləğv edilməsi haqqında notariat kontorunun qeydinin etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, torpaq sahəsində inşa edilmiş zavodun cavabdehin hesabına sökülüb ərazidən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonunun Pirəkəşkül kəndində yerləşən 5 ha torpaq sahəsini əvvəlki sahibi Cavabdeh2 5 il bundan əvvəl İddiaçı satmışdır. Torpaq sahəsinin dəyərini arvadı Maraqlı şəxs1 ilə birlikdə tam şəkildə almışlar. Buna görə də pulu alan günü Maraqlı şəxs1 notariat qaydasında öz razılıq ərizəsini vermişdir. İndi isə satdıqları torpaq sahəsinin alqı-satqısının notarial qaydada təstiqlənməsindən imtina edirlər. Cavabdeh1 atası Alməmməd Əliyev ilə 10 ildən çoxdur ki, iş ortaqlığı vardır. Onların əsas fəaliyyəti tikinti şirkətlərinin materiallarla təmin etməkdən ibarətdir. O, 2010-cu ilin sonlarında ayrıca kərpic zavodu inşa etdirmək qərarına gəlmiş, bunun üçün münasib yer axtarmağa başlamışdır. 2011-ci ilin mart-aprel ayında Abşeron rayonu, Pirəkəşkül kəndi ərazisində torpaq sahəsinə gedib makler (dəllal) ilə baxmış, ilkin olaraq hər hektara 30.000 ABŞ dolları qiymət deyilmişdir. Sonradan Cavabdeh1 bildirmişdir ki, Cavabdeh2 onun uzaq qohumudur. Uzun danışıqlardan sonra torpaq sahəsinin qiymətini 110.000 ABŞ dollara razılaşmışlar. Torpaq sahəsi alındıqdan sonar, zavodun tikintisinə, avadanlıqların alınmasına pulu çatmayacağını fikirləşmişdir. Cavabdeh1 ona iş otaqlığı təklif edərək tikintini maliyyələşdirəcəyini bildirmiş, İddiaçı də razılaşmışdır. O, 10.000 ABŞ dolları beh vermiş, Cavabdeh2 isə torpaq sahəsini 1 ay müddətinə sənədləşdirəcəyini bildirmişdir. Qısa müddət sonra o, Cavabdeh2, qardaşı və onun arvadı, Cavabdeh1, onun atası, iki makler (dəllal) ilə notariat kontorunda görüşmüşlər. Həmin gün Cavabdeh2 şəxsiyyət vəsiqəsində problem çıxdığından alqı-satqını rəsmiləşdirmək mümkün olmamışdır. Cavabdeh1 inandırmasından sonra 100.000 ABŞ dollarını da orada Cavabdeh2 vermişdir. Cavabdeh2 pulu saydıqdan sonar, arvadı Maraqlı şəxs1 pulu çantasına qoymuş, razılıq ərizəsini vermişdir. Maklerə çatası pulu isə 2% olmaqla hər biri 1000 ABŞ dolları (800 manat) olmaqla vermişlər. Torpaq sahəsinin sənədlərin əsillərini ona vermişlər. Cavabdeh1 sənədləşmə işini davam etdirəcəyini vəd edərək sənədləri özü ilə götürmüşdür. Torpaq sahəsi ona təhvil verilmişdir. Cavabdeh1 tikintiyə orada başlamışdır. O, ortağına etibar etdiyindən sənədləşmə ilə sonradan maraqlanmamışdır. 2015-ci ilin sonlarından sifarişlər olmadığından zavodun işi dayandırılmışdır. Daha sonra, tikintilərlə bağlı vəziyyət çətinləşdiyindən torpaq sahəsini zavod ilə bir yerdə satmaq qərarına gəlmişdir. Alıcı olmuş, beh alınmış, sənədləşmə Cavabdeh1 öhdəsində qalmışdır. Lakin Cavabdeh1 hər dəfə bəhanə gətirərək sənədləşməni gecikdirmişdir. İddiaçı məlum olmuşdur ki, Maraqlı şəxs1 əri Cavabdeh2 ilə ayrılmış, pulunu almasına baxmayaraq, həmin torpaq sahəsinin də bölgüsünü tələb etmişdir. Cavabdeh1 ilə yaxın qohumu ilə əlbir olaraq pulu almış, illər keçməsinə baxmayaraq notarial qaydada verilmiş razılıq ərizəsini ləğv etdirmişlər. Torpaq sahəsindən və kərpic zavodundan hər ikisi bəhrələnmişdir. Hazırda Cavabdeh1 ilə iş ortaqları pozulmuşdur. Torpaq sahəsi ona, zavod və avadanlıqlar Cavabdeh1 çatmalıdır. Cavabdehin hesabına zavod sökülməli, avadanlıqları oradan çıxarılmalı, torpaq sahəsinin ilkin vəziyyəti bərpa olunmalıdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İşə cəlb edilməyən, lakin qətnamə hüquq və vəzifələrinə toxunun şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Belə ki, iddia ərizəsinə əsasən tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin konkret hansı hallardan asılı olaraq rəsmiləşdirilməməsi sübuta yetirilmir. Əgər tərəflər arasında hansısa formada daşınmaz əmlakın alqı-satqısına dair razılaşma olmuşdursa, həmin razılaşma yazılı formada tərtib edilməli və notarial qaydada təsdiq olunmalı idi. Hazırkı iş üzrə tərəflər arasında münasibətlər 2011-ci ildə yarandığından mübahisənin həlli də hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun tənzimlənməlidir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Göstərilən maddi hüquq normalarının tələblərinə görə mübahisəli daşınmaz əmlak notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satılmalı idi. Lakin işin hallarından da göründüyü kimi, mübahisəli torpaq sahəsinə dair tərəflər arasında hər-hansı yazılı müqavilə bağlanılmamışdır. Qüvvədə olan qanunvericilik daşınmaz əmlakın alqı-satqısı haqqında müqavilənin etibarlılığını hər bir halda onun yazılı formada bağlanması və notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. İşin faktiki hallarından göründüyü kimi, hazırkı daşınmaz əmlaka alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair ərizə formal xarakter daşıyır, iş üzrə tərəflərin izahatlarından da məlum olur ki, tərəflər arasında hər-hansı mübahisə yoxdur və məhkəmənin belə bir qətnamə qəbul etməsi qanunsuz əqdin rəsmiləşdirilməsinə şərait yaradılması kimi qiymətləndirilməlidir. Qanuna zidd yolla təkcə əşyanın verilməsi mülkiyyət hüququnun subyektini dəyişmir, mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı, qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən və iş üçün əhəmiyyətli olan hallar qətnamədə qanunla nəzərdə tutulan sübutlarla təsdiq edilməmişdir, gəldiyi nəticələrin təsdiq edilməsi üçün işə məhkəmə qeyri-mötəbər, ziddiyyətli və aid olmayan sübutlara istinad etmişdir. Buna görə də qətnamə qismən, iddianın təmin edilmiş hissəsində ləğv olunmalı və iddianın həmin hissədə də təmin edilməməsi haqqında qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X8 apelyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasında işə cəlb edilməyən, lakin qətnamə hüquq və vəzifələrinə toxunun şəxs Maraqlı şəxs1, həmçinin onun nümayəndəsi və vəkili Vəkil1 da şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdeh X7 nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri 32 saylı notariat kontoru məhkəmə kollegiyasına ərizə göndərərək mübahisəyə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçıh oğluna və Cavabdeh1 hüquqi varisi X9 məhkəmə kollegiaysının iclasının vaxtı və yeri barədə onların iş materiallarındakı ünvanlarına məhkəmə bildirişləri göndərilmiş, lakin poçt zərfləri geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə adları göstərilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən MH ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Pirəkəşkül kəndi ərazisində yerləşən 5 ha torpaq sahəsi 30.03.2007-ci il tarixdə Cavabdeh2 adına qeydə alınmışdır. Yenə iş materiallarında olan Bakı şəhəri, 32 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 05.05.2011-ci il tarixli ərizədən görünür ki, Abasova X15 rayonu, Pirəkəşkül kəndi ərazisində yerləşən 5 ha torpaq sahəsinin satılmasına razılıq vermişdir. Yenə də iş materiallarında olan 05 may 2011-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh2 Abşeron rayonu, Pirəkəşkül kəndi ərazisində yerləşən 5 ha torpaq sahəsini 10.000 ABŞ dolları beh və 100.000 ABŞ dolları sonrakı ödəniş olmaqla, torpaq sahəsini Cavabdeh1 ilə İddiaçı satmasını, həyat yoldaşının razılıq ərizəsini verdiyini, sənədləri qaydasına saldıqdan sonra alqı-satqı müqaviləsini notariat kontorunda təsdiqləyəcəyini vəd etdiyini Cavabdeh2, Cavabdeh1, İddiaçı, E.Məmmədov imzaları ilə təsdiq etmişlər. İşdə olan AR Ali Məhkəməsinin 27 iyun 2019-cu il tarixli, 2(102)-3777/2019 saylı qərarından görünür ki, kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Qərardadn görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 fevral 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Maraqlı şəxs1 cavabdeh X10 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında Abşeron rayon, Pirəkeşkül kənd ərazisində 5,0 ha torpaq sahəsinin, MERCEDES 270 Dİ markalı, ** XE *** dövlət nömrə nişanlı avtomobilin və ünvan 1 ünvanda 4323.6 kv.metr torpaq sahəsinin bərabər payda bölünərək həmin əmlakların ½ hissəsinə Maraqlı şəxs1 mülkiyyət hüququnun tanınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 yanvar 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh X7, üçüncü şəxslər "xxxx" MTK-nın və Cavabdeh1 apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 fevral 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yenə işdə olan AR ƏN Qeydiyyat və Notariat Baş İdarəsinin 19 avqust 2016-cı il tarixli məktubundan görünür ki, Maraqlı şəxs1 05.05.2011-ci il tarixli, 7E-4501 və 7E- 4502 reyetsrlə qeydə alınmış imza təsdiqləri həmin tarixdə onun ərizəsinə əsasən ləğv olunmuşdur. Yenə də işdə olan AZ-İİ 126178 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 15 noyabr 2020-ci il tarixdə ölmüşdür. İşə əlavə edilmiş Bakı şəhəri 14 saylı Notariat Ofisinin 24 fevral 2021-ci il tarixli məktubundan görünür ki, X2 Ramin Alməmməd oğlunun vərəsəsidir. Bu barədə ərarvadın ümumi əmlakındakı paya sağ qalmış arvada verilən 19 may 2021-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə vardır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddianın rədd edilmiş hissəsində qətnamədən apelyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, bu hissədə qətnamə hazırkı mərhələdə apelyasiya baxışının predmeti hesab edilmir. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini və mübahisə üzrə yuxarı insyansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia bu hissədə də təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi mübahisə üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı mübahisəli torpaq sahəsinə dair notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə icra edərək həmin torpaq sahəsinin razılaşdırılmış dəyərini, yəni 110.000 ABŞ dollarını Cavabdeh2 və Maraqlı şəxs1 ödədiyi halda, onlar torpaq sahəsinə dair alqı-satqı müqaviləsini notarial qaydada təsdiq etdirməkdən boyun qaçırmışlar. Ona görə də əqdi icra etmiş iddiaçının tələbi ilə iddia qismən təmin edilərək, mübahisəli torpaq sahəsinə dair onunla İbadət Abbasov arasında bağlanmış alqı-satqı müqaviləsi etibarlı sayılmalı və qalan hissədə əsassız oluduğunda iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 335.2 (24.06.2005-ci ildən qüvvədən düşmüşdür), 647.1, 225.6, 16.1, 146.1, 146.2, 336.1-ci maddələrinin və digər prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi məlum nəticəyə gələrkən həmçinin ona əsaslanmışdır ki, məhkəmə baxışı zamanı cavabdeh iddianı etiraf etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırda mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşmır və mübahisə üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin faktiki hallarından görünür ki, 30 mart 2007-ci il tarixli çıxarışa əsasən, Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən 5,0 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınmışdır. 05 noyabr 2011-ci il tarixli notarial qaydada təsdiq edilmiş yazılı razılıq ərizəsinə əsasən Cavabdeh2 arvadı Maraqlı şəxs1 Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən 5,0 ha torpaq sahəsinin satılmasına yazılı razılıq vermiş, eyni zamanda işə əlavə edilmiş 05 may 2011-ci il tarixli yazılı qəbzə əsasən, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən 5,0 ha torpaq sahəsini Cavabdeh1 və İddiaçı satdığını, həmin torpaq sahəsinə görə 10.000 ABŞ dolları beh və 100.000 ABŞ dolları pul aldığını etiraf edərək, buna görə arvadı Maraqlı şəxs1 yazılı razılıq ərizəsi verdiyini və sənədləri qaydasına saldıqdan sonra alqı-satqı müqaviləsini notariat orqanında təsdiqləyəcəyini vəd etmişdir. Yazılı qəbzi Cavabdeh2, Cavabdeh1, İddiaçı və Elxan Məmmədov imzaları ilə təsdiq etmişlər. Göründüyü kimi şifahi razılaşma əsasında mübahisəli torpaq sahəsinin alqısatqısı həyata keçirilmiş, lakin qanunun tələb etdiyi kimi bu alqı-satqı notarial qaydada təsdiq edilməmiş və həmin əmlaka dair hüquqlar dövlət qeydiyyatına alınmamışdır. Mülki Məcəllənin 144.1-ci maddəsinin tələblərinə görə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Yenə həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur Yenə də həmin Məcəllənin 146.1 və 146.2-ci maddələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi mübahisə tərəfləri məlum normaların tələblərinə əməl etməmişdir. Qeyd edildiyi kimi tərəflər arasında mübahisəli hüquq münasibəti 05 may 2011-ci il tarixdən əmələ gəlmişdir, yəni iddiaçı sözügedən torpaq sahəsini Cavabdeh2 və Maraqlı şəxs1 05 may 2011-ci il tarixdən satın aldığını iddia etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən tərəflər arasında mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olmayan, yəni “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun ilə Mülki Məcəllədən xaric edilmiş 335.2 və 647.1-ci maddələrinin tələblərinə istinad etmişdir ki, bu da MPM-nin 217.2-ci maddəsinə tamamilə ziddir. Belə ki, həmin maddəyə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bundan əlavə, qanuni qüvvəyə minmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 fevral 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunur ki, sözügedən torpaq sahəsi bərabər payda bölünərək həmin torpaq sahəsinin ½ hissəsinə Maraqlı şəxs1 mülkiyyət hüququ tanınmışdır. Başqa sözlə, mübahisələndirilən qətnamə qəbul edilərkən artıq həmin torpaq sahəsinin yarı hissəsi başqa şəxsə məxsus olmuş, o isə işə cəlb edilməmiş, əslində belə bir mübahisənin mövcudluğu məhkəmədən gizlədilmişdir. Nəticədə birinci instansiya məhkəməsi sözügedən qətnamə ilə müəyyən edilmiş halların hazırki işdə iştirak edən şəxslər üçün predyusial əhəmiyyət daşıyıbdaşımamasını araşdırmadan, mübahisənin faktiki tərəfi olan Maraqlı şəxs1 işə cəlb etmədən sadalanan maddələrin tələbləri baxımından hazırki mülki mübahisəyə hüquqi qiymət vermədən, işin yuxarıda müəyyən edilmiş faktiki halları üzrə səhv nəticəyə gəlmişdir. Bundan başqa, işdən görünür ki, Cavabdeh2 iddianı mübahisəli torpaq sahəsinə dair əqdin bağlanmış hesab edilməsi hissəsində etiraf etmişdir. Bu hal onun Maraqlı şəxs1 kasasiya şikayətinə dair verdiyi etiraz ərizəsi ilə də təsdiq olunur və o, mübahisəli torpaq sahəsinin alqı-satqısı üçün İddiaçı cəmi 110.000 ABŞ dolları pul almasını inkar etmir. Başqa sözlə, alqı-satqı tərəfləri arasında, yəni torpağın mülkiyyətçisi ilə torpağı alan şəxs arasında əslində mübahisə olmadığı halda və bu halın şübhə doğurmamasına baxmayaraq məhkəmə hazırda mübahisəlndirilən nəticəyə gəlmişdir. Beləliklə, birinci instansiya məhkəməsi iddianı hazırda mübahisələndirilən hissədə təmin edərkən mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, yaranmış mübahisəyə artıq hüquqi qüvvəsini itirmiş maddi hüquq normaları tətbiq etmiş, bununla da səhv nəticəyə gəlmişdir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları təkzibedilməz, əsaslı şübhələrdən kənar sübutlarla sübut edə bilməmişdir. Əksinə, qarşı tərəfin sübutları iddianın rədd edilməsi üçün yetərli olmuşdur. Buna görə də iddiasını sübut edə bilməyən iddiaçının tələbini təmin edərkən məhkəmə əsaslı şübhələrdən azad olmayan səhv nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia bu hissədə də təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Hazırkı iş Abşeron Rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli, 2(012) saylı qətnaməsi iddianın təmin edilməsi hissəsində ləğv olunsun. Həmin hissədə yeni qətnamə qəbul edilsin və iddia təmin olunmasın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1871/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1871/2021
27.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver