Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1887/2022 24.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X12 Tağızadənin sədrliyi və məruzəsi, X1 və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili: X9, Cavabdehin nümayəndəsi və vəkili: Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər X5 Cəmiyyətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı çıxarışların etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh Hilal-Aqro MMC-i tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) iddia ərizəsinin təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı, xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı, xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışların ləğv edilməsi, Abşeron rayonu Məhəmmədi Bələdiyyəsi tərəfindən verilmiş JN-0639 seriyalı 30800108 nömrəli xx.xx.2003-cü il tarixli dövlət aktı ilə İddiaçı mülkiyyətində olan 20.0 ha torpaq sahəsinin ərazisinə düşən qanunsuz olaraq inşa edilmiş tikililərin sökülməsi və torpaq sahəsinin İddiaçı qanuni sahibliyinə qaytarılmasının cavabdeh Hilal-Aqro MMC-yə həvalə edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdehlər X5 Cəmiyyətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hilal Agro MMCyə verilmiş xx.xx.2014-cü il tarixli ******* saylı, xx.xx.2014-cü il tarixli, ******* saylı və xx.xx.2014-cü il tarixli ******* saylı çıxarışların etibarsız hesab edilməsi, Abşeron rayonu Məhəmmədi Bələdiyyəsi ərazisində yerləşən JN-0639 seriyalı 30800108 nömrəli xx.xx.2003-cü il tarixli dövlət aktı ilə İddiaçı mülkiyyətində olan 20.0 ha torpaq sahəsinin cavabdeh tərəfindən tutulmuş hissəsində inşa edilmiş tikililərin sökülməsi və torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hilal Agro MMC-yə verilmiş xx.xx.2014-cü il tarixli ******* saylı, xx.xx.2014-cü il tarixli ******* saylı və xx.xx.2014-cü il tarixli ******* saylı çıxarışların ləğv edilməsi, Abşeron rayonu Məhəmmədi Bələdiyyəsi ərazisində yerləşən JN-0639 seriyalı 30800108 nömrəli xx.xx.2003-cü il tarixli dövlət aktı ilə İddiaçı mülkiyyətində olan 20.0 ha torpaq sahəsinin üzərində qanunsuz olaraq inşa edilmiş tikililərin sökülməsi və torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, əkinçilik-maldarlıqla məşğul olmaq üçün 20.0 ha torpaq sahəsinin ona satılması ilə bağlı Abşeron rayon Məhəmmədli (Məmmədli) Bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Həmin ərizə ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən xx.xx.2003-cü il tarixli 243 saylı rəy verilmişdir. Həmin rəyə əsasən əkinçilik-maldarlıqla məşğul olmaq üçün 20.0 ha torpaq sahəsinin ona satılmasına X11 Komitəsinin Abşeron rayon şöbəsinin etiraz etmədiyi bildirilmişdir. Bundan sonra Abşeron rayon Məhəmmədli (Məmmədli) Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 12 saylı Qərarı ilə Abşeron rayon Məhəmmədli (Məmmədli) Bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan torpaqdan kənd təsərrüfatı əkinçilik-maldarlıq məqsədi ilə az yararlı əkin yerindən 20.0 ha torpaq sahəsi ona satılmışdır. Qeyd olunan qərar əsasında xx.xx.2003-cü il tarixdə DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən ona verilmiş torpaq sahəsinin planı tərtib edilərək, həmin torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Bütün sadalananlar qeyd olunan torpaq sahəsinin onun mülkiyyətinə verilməsinin təsdiqidir. Sonradan, məlum olmuşdur ki, Abşeron rayon Məhəmmədli (Məmmədli) Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə 1.9258 ha, xx.xx.2013-cü il tarixli qərarı ilə 1.9258 ha, xx.xx.2012-ci il tarixli qərarı ilə 5.0 ha torpaq sahəsi sahibkarlıq məqsədi ilə üçüncü şəxslərə satılmışdır. Həmin torpaq sahələri onun mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür. Bununla əlaqədar olaraq, onun tərəfindən məhkəməyə müraciət olunaraq Abşeron rayon Məmmədli Bələdiyyəsinin 1.92 ha torpaq sahəsinin satılması barədə xx.xx.2013-cü il tarixli, 1.92 ha torpaq sahəsinin satılması barədə xx.xx.2013-cü il tarixli və 5.0 ha torpaq sahəsinin satılması barədə xx.xx.2011-ci il tarixli qərarlarının etibarsız hesab edilməsinə dair qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə işə aidiyyəti üzrə baxaraq, iddianın təmin edilməsi barədə xx.xx.2017-ci il tarixli, 2-1(85)-17/2017 saylı qərar qəbul etmişdir. Qərardan narazı qalan cavabdeh və 3-cü tərəf Hilal-Aqro MMC apellyasiya şikayəti vermişdir. Şikayətlər apellyasiya instansiyasının inzibati kollegiyası tərəfindən baxılmış, inzibati iş üzrə cavabdeh və 3-cü tərəf Hilal-Aqro MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi və Sumqayıt İnzibati İqtisad Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(85)- 17/2017 saylı qərarının dəyişdirilmədən saxlanılmasına dair xx.xx.2019-cu il tarixli 2- 1(105)-189/2019 saylı qərar qəbul etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(105)189/2019 saylı qərarından narazı qalan 3-cü şəxs Hilal- Aqro MMC Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti ilə müraciət edərək həmin qərarın ləğv olunaraq, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası baxaraq, 3-cü şəxs Hilal-Aqro MMC tərəfindən verilmiş şikayətin təmin edilməməsi və Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(105)-189/2019 saylı qərarının dəyişdirilmədən saxlanılmasına dair xx.xx.2020-ci il tarixli, 2-1(102)-736/2020 saylı qərar qəbul etmişdir. Bütün bunlardan sonra o yuxarıda qeyd edilən 20.0 ha torpaq sahəsinə çıxarışın alınması üçün müraciət etdiyi zaman ona bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hilal-Agro MMC-yə verilmiş xx.xx.2014-cü il tarixli ******* saylı, xx.xx.2014-cü il tarixli ******* saylı və xx.xx.2014-cü il tarixli ******* saylı çıxarışlar qüvvədə olduğundan və həmin ərazilər iddiaçının torpaq sahəsi ilə üst-üstə düşdüyünə görə hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydə alınaraq bu barədə çıxarışın verilməsi mümkün deyildir. Təqdim olunmuş sənədlərdən və qanuni qüvvəsini almış məhkəmə qətnamələrindən görünür ki, qeyd olunan torpaq sahəsinin onun mülkiyyəti olduğu və həmin torpaq sahəsinin digər şəxslərə satılması qanunsuz yollarla həyata keçirilmişdir. Bütün bunlara əsasən onun tərəfindən Hilal Agro MMC-nin hüquqi ünvanı üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət olunmuşdur. Lakin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair qərardad qəbul edilmişdir. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, o, iddia tələbində xx.xx.2003-cü il tarixli dövlət aktına əsasən mülkiyyətində olan Abşeron rayonu Məhəmmədi Bələdiyyəsinin ərazisində yerləşən 20,0 ha torpaq sahəsinə dair cavabdehin adına verilmiş çıxarışların etibarsız hesab edilməsini, həmin torpaq sahəsinin cavabdeh tərəfindən tutulmuş hissəsində inşa edilmiş tikililərin sökülməsini və torpaq sahəsinin onun qanuni sahibliyinə qaytarılmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual huquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə istinad edərək haqlı olmamışdır. Məhkəmənin bununla maddi hüquq pozuntusuna yol verərək Cavabdeh2 MMC-nin həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun qanuna əsasən tutulan qətnaməsini qanunsuz və əsassısdır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə işə onların iştirakı olmadan baxaraq, prosessual hüquq normalarının tələblərini pozmuşdur. Abşeron Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli 2(012)-3507/2021 saylı qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili T.T.Babayev apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdeh ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin nümayəndələrinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı təmin edərkən, iş üzrə qanuni qüvvəsinin alması barədə digər qətnamələrinin olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanuni olmaqla, işin məhkəmə iclasında araşdırılmış sübutlara tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi N.Ə.Əhmədovanın apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətlərində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Məhəmmədli Bələdiyyəsinin “Ramana südçülük sovxozunda yaşayan İddiaçı kənd təsərrüfatı əkinçilik-maldarlıq məqsədilə torpaq sahəsi satılması barədə 23 iyul 2003-cü il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, Torpaq İslahatı haqqında Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş Torpaqların alqı-satqı qaydalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli 158 №-li Qərarına müvafiq olaraq Ramana südçülük sovxozunda yaşayan İddiaçı Məhəmmədli Bələdiyyəsinin ehtiyat fondundan az yararlı əkin yerindən kənd təsərrüfatı əkinçilikmaldarlıq məqsədilə 20,0 hektar torpaq sahəsi satılması barədəki ərizəsini, komissiyanın torpaqayırma aktını və digər sənədləri əsas tutaraq X6 rayon Məhəmmədli Bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən Ramana südçülük sovxozunda yaşayan İddiaçı az yararlı əkin yerindən 20,0 hektar torpaq sahəsinin satılması haqqında hazırlanmış torpaqayırma sənədlərinin nəzərə alınması, Y.K.X2 ehtiyat fondunun alqı-satqı predmeti olan torpaqdan kənd təsərrüfatı əkinçilik-maldarlıq məqsədilə az yararlı əkin yerindən 20,0 hektar satılması qərara alınmışdır. İşdə olan Torpağa mülkiyyət hüququna dair xx.xx.2003-cü il tarixli Kod 30800108 nömrəli JN 0639 saylı dövlət aktından görünür ki, İddiaçı Abşeron rayonu Məmmədli Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 12 saylı qərarı ilə satılmış cizgidə göstərilən sərhəd daxilində 20.00 ha kənd təsərrüfatı əkinçilik-maldarlıq məqsədilə torpaq sahəsi mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Məmmədli kəndində yerləşən 1.9258 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Hilal Agro MMC-nin adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 502 saylı reyestr kitabının 9 saylı vərəqində **********89 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-ti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Məmmədli kəndində yerləşən 1.9226 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Hilal Agro MMC-nin adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 502 saylı reyestr kitabının 10 saylı vərəqində **********996 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-ti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Məmmədli kəndindəki 5.0 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 443.7 kv.m olan ticarət təyinatlı iki mərtəbəli qeyriyaşayış binası Hilal Agro MMC-nin adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 5 saylı reyestr kitabının 5 saylı vərəqində **********1106301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin İddiaçı cavabdeh Abşeron rayonu Məmmədli Bələdiyyəsinə qarşı iş üzrə xx.xx.2017-ci il tarixli 2-1(85)17/2017 saylı qərarından görünür ki, iddia təmin edilmiş, Abşeron rayonu Məmmədli Bələdiyyəsinin 1.9226 ha torpaq sahəsinin satılması barədə xx.xx.2013-cü il tarixli, 1.9258 ha torpaq sahəsinin satılması barədə xx.xx.2013-cü il tarixli və 5.0 ha torpaq sahəsinin satılması barədə xx.xx.2012-ci il tarixli qərarları ləğv edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-3173/2021 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDKnin yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə qarşı “çıxarışların etibarsız hesab edilməsi, qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin İddiaçı cavabdeh Abşeron rayonu Məmmədli Bələdiyyəsinə qarşı iş üzrə xx.xx.2019-cu il tarixli 2-1(105)- 189/2019 saylı qərarından görünür ki, cavabdeh Abşeron rayonu Məmmədli Bələdiyyəsinin və 3-cü şəxs Hilal-Aqro MMC-nin apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(85)-17/2017 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Abşeron rayonu Məmmədli Bələdiyyəsinə qarşı iş üzrə xx.xx.2020-ci il tarixli 2-1(102)-736/2020 saylı qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2- 1(105)-189/2019 saylı qərarı 3-cü şəxs Hilal-Aqro MMC-nin kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmış, 3-cü şəxs Hilal-Aqro MMC-nin kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Cavabdeh1 xx.xx.2021-ci il tarixli **********31 saylı məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin icraatında olan 2(012)-3507/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadına əsasən mütəxəssisin cəlb edilməsi haqqında qərarın icra olunması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDXti yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixdə daxil olmuş müraciətə baxılmışdır. Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən torpaq sahəsinə iddiaçının iştirakı ilə texniki baxış keçirilmiş və idarənin elektron kadastr bazasında araşdırılmışdır. Texniki baxış zamanı məlum olmuşdur ki, ərazidə yarımçıq tikililər mövcuddur. Sözügedən yarımçıq tikililərin kimə məxsus olmasını təyin etmək mümkün olmamışdır. Əlavə olaraq, müayinə olunan ərazi "xxxx" MMC-nin adına qeydiyyata alınmış (**********89, **********96, **********7 reyestr nömrələri) torpaq sahələrinin və **********11-06301 qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin bir hissəsi ilə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ. bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən müəyyən olunmuşdur ki, İddiaçı əkinçilik-maldarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə az yararlı əkin yerindən 20,0 hektar torpaq sahəsinin satılması barədə ərizə ilə X3 müraciət etmiş və Məhəmmədli Bələdiyyəsinin 23 iyul 2003-cü il tarixli Qərarı ilə Ramana südçülük sovxozunda yaşayan İddiaçı əkinçilik-maldarlıq məqsədilə 20,0 hektar torpaq sahəsi satılmışdır. Torpağa mülkiyyət hüququna dair xx.xx.2003-cü il tarixli Kod 30800108 nömrəli JN 0639 saylı dövlət aktına əsasən isə İddiaçı Abşeron rayonu Məmmədli Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 12 saylı Qərarı ilə satılmış cizgidə göstərilən sərhəd daxilində 20.00 ha kənd təsərrüfatı əkinçilik-maldarlıq məqsədilə torpaq sahəsi üzərində mülkiyyət hüququ təsdiq olunmuşdur. İddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ onun ərizəsi əsasında Abşeron rayonu Məmmədli Bələdiyyəsi tərəfindən torpaq sahəsinin cavabdeh Hilal-Aqro MMC-yə satılmasına dair qərarlarının ləğv edilməsinə dair məhkəmə aktları ilə də təsdiqlənmişdir. Belə ki, Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRXti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən Abşeron rayonu Məmmədli kəndində yerləşən 1.9258 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi, xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən 1.9226 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi, xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən isə 5.0 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 443.7 kv.m olan ticarət təyinatlı iki mərtəbəli qeyri-yaşayış binası Hilal Agro MMC-nin adına xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmışdır. İddiaçı öz növbəsində, həmin çıxarışların ləğv edilməsi, onun mülkiyyətində olan 20.0 ha torpaq sahəsinin üzərində qanunsuz olaraq inşa edilmiş tikililərin sökülməsi və torpaq sahəsinin onun qanuni sahibliyinə qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.2-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə mülki iş üzrə iş materiallarına əlavə olunmuş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(85)-17/2017 saylı qərarı əsasında tədqiq edilmiş, məhkəmənin 22 sentyabr 2016-cı il tarixli qərardadı ilə təyin edilərək keçirilən məhkəmə tikinti-texniki ekspertizası üzrə ekspertin 26 dekabr 2016-cı il tarixli 22636 saylı rəyi ilə Abşeron rayonu Məmmədli kəndində yerləşən mülki iş üzrə mübahisə predmeti olan iddiaçıya ayrılmış torpaq sahəsinin həmin torpaq sahəsinə aid JN-0639 saylı, kod 30800108 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına uyğun olduğu və İddiaçı mülkiyyətində olan torpaq sahəsinin Abşeron rayonu Məmmədli bələdiyyəsinin xx.xx.2013cü il, xx.xx.2012-ci il tarixli qərarları ilə Hilal-Aqro MMC-yə satılmış 1.9226 ha, 1.9258 ha və 5.0 ha torpaq sahələri ilə bütövlükdə üst-üstə düşdüyü müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənləri təhlil edərək belə nəticəyə gəlir ki, mülki iş üçün əhəmiyyətli olan faktlar və hallar iddia tələbinə və (və ya) etirazların predmetinə aid olmalı, məhkəmədə araşdırılmalı, eləcə də məhkəmə qətnaməsində əks olunmalı və qiymətləndirilməlidir. Mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddia tələbinə aid olmayan sübutların araşdırılıb, həmin sübutlar əsasında iddianın predmetinə aid olmayan hallarla bağlı müəyyən edilən faktların həmin şəxslərin iştirak etdiyi başqa bir iş üzrə preyudisial əhəmiyyət daşıyıbdaşımaması məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə kollegiyası cavabdehin iş üzrə mübahisə olunan torpağın onların mülkiyyətində olması barədə və bununla da birinci instansiya məhkəməsi tərəfindən onların vicdanlı alıcı hüquqlarının pozulması barədə gətirdiyi dəlili qəbul etmir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin qeyd olunan normasına və Konstitusiya Məhkəməsinin Plenum Qərarının tələblərinə istinad edib mülki iş materiallarına əlavə olunmuş və qanuni qüvvəsini almış Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(85)-17/2017 saylı, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(105)-189/2019 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(102)-736/2020 saylı qərarlarını qiymətləndirib belə qərara gəlir ki, Abşeron rayonu Məmmədli kəndində yerləşən mülki iş üzrə iddiaçıya ayrılmış mübahisə predmeti olan torpaq sahəsinin həmin torpaq sahəsinə aid JN-0639 saylı, kod 30800108 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına uyğun olduğu və İddiaçı mülkiyyətində olan torpaq sahəsinin Abşeron rayonu Məmmədli bələdiyyəsinin xx.xx.2013-cü il, xx.xx.2012-ci il tarixli qərarları ilə Hilal-Aqro MMC-yə satılmış 1.9226 ha, 1.9258 ha və 5.0 ha torpaq sahələri ilə bütövlükdə üst-üstə düşdüyü öz təsdiqini tapmış və 1.9226 ha torpaq sahəsinin satılması barədə xx.xx.2013-cü il tarixli, 1.9258 ha torpaq sahəsinin satılması barədə xx.xx.2013-cü il tarixli və 5.0 ha torpaq sahəsinin satılması barədə xx.xx.2012-ci il tarixli qərarların ləğvi öz təsdiqini tapdığından Hilal Agro MMC-nin adına xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmış, Azərbaycan Respublikası ƏMDK-si yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı, xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı və xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışlar ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Məhkəmə iddiaçının iddia tələbinin ona məxsus olan torpaq sahəsində qanunsuz olaraq inşa edilmiş tikililərin sökülməsi və torpaq sahəsinin onun qanuni sahibliyinə qaytarılması tələbinə dair hissədə qeyd edir ki, Cavabdeh1 əməkdaşları tərəfindən mübahisəli torpaq sahəsinə texniki baxış keçirilməsi nəticəsində həmin ərazidə yarımçıq tikililərin olması müəyyən edildiyindən Mülki Prosessual Məcəllənin 89-cu maddəsinin tələblərinə əsasən iddia tələbinin bu hissədə təmin edilərək iddiaçının mülkiyyətində olan 20 ha torpaq sahəsi ərazisində düşən qanunsuz olaraq inşa edilmiş tikililərin cavabdeh tərəfindən sökülməsi və torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə qaytarılması hissəsində əsaslı hesab edir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası cavabdehin işə onların iştirakı olmadan baxılması və bununla da prosessual hüquqlarının pozulması barədə gətirdiyi dəlili də qəbul etmir. Belə ki, iş materiallarında olan bildirişlərdən məlum olur ki, cavabdehin rəsmi qeydiyyatda ünvana məktublar göndərilmişdir, lakin cavabdeh həmin ünvanda yaşamadıgı üçün bildirişlər geri qaytarılmışdır (i.v.80, 88, 94, 101, 109, 121). Azərbaycan Respublikası MPM-nin 207.1. maddəsinə əsasən zəruri hallarda yazılı və ya maddi sübutları müayinə edərkən, səsyazmaları dinləyərkən, videoyazılara baxarkən, ekspertiza təyin edərkən, şahidləri dindirərkən, sübutların təmini üçün tədbirlər görərkən məhkəmə məsləhət, şərh və bilavasitə texniki kömək göstərmək üçün (şəkil çəkmək, plan və sxem tərtib etmək, ekspertiza üçün nümunələr seçmək, əmlakı qiymətləndirmək və s.) işə mütəxəssis cəlb edə bilər. Həmçinin, Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4. maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Mülkiyyət hüququ fundamental insan hüquqları sırasında mühum yer tutduğundan (Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi, «İnsan Hüquqlarının və X8 haqqında» Avropa Konveniyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.2, 6.1.4, 6.1.7-ci maddələri), mülkiyyətçinin hüququ təsbit olunmuş səlahiyyətləri, yəni ona məxsus əmlaka sahib olmaq, öz tələblərinin təmin olunması üçün təyinatından asılı olaraq, bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək və üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizələrinə görə və maraqlarına uyğun hərəkət etməyinə dair mənafeyi naminə iddiaçının xüsusi mülkiyyətində olan 0.03 ha torpaq sahəsinin zəbt olunmuş 31.23 kv.metr hissəsi boşaldılaraq, iddiaçının mülkiyyət hüquqları bərpa edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və X8 haqqında» Avropa Konvensiyası müddəalarının və «İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 5 saylı qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası «İnsan Hüquqlarının və X8 haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 15 aprel 2002-ci il tarixdə ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyi tanıyır. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin «Maksim Belçikaya qarşı» 13 iyun 1979-cu il tarixli qərarında göstərilir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi mənasına görə, mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, mülkiyyət hüququ üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adı və əsasını təşkil edən aspektidir. Məhkəmə tərəfindən tədqiq olunan sübutlardan göründüyü kimi, iddiaçının üzərində mülkiyyət hüquqlarının bərpasını tələb etdiyi torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göründüyü kimi, iddiaçının mülkiyyət hüquqları kobud şəkildə pozulur. Ona görə də, məhkəmə tədqiq olunmuş sübutları məcmu şəkildə qiymətləndirərək belə qənaətə gəlir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı, xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı, xx.xx.2014cü il tarixli RX seriyalı ******* saylı çıxarışlar ləğv edilməli, Abşeron rayonu Məhəmmədi Bələdiyyəsi tərəfindən verilmiş JN-0639 seriyalı 30800108 nömrəli xx.xx.2003-cü il tarixli dövlət aktı ilə İddiaçı mülkiyyətində olan 20.0 ha torpaq sahəsinin ərazisinə düşən qanunsuz olaraq inşa edilmiş tikililərin sökülməsi cavabdehə həvalə edilməli və torpaq sahəsi iddiaçının qanuni sahibliyinə qaytarılmalıdır. İnsan hüquqlarının Ümumi Bəyannaməsinin 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 30 sentyabr 2021-ci il tarixli 2(012)- 3507/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1887/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1887/2022
24.10.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Torpaq mübahisələri - Digər - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver