Məhkəmə qərarları › İş №2(105)-548/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-548/2023

11.04.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Torpaq mübahisələri - Digər - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-548/2023 11.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: mülkiyyətin müdafiəsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X6 və X5 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı, Cavabdeh2, onun nümayəndə və vəkili Vəkil iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 2(012)-21/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətin müdafiəsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, MA ******* nömrəli, xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və DƏDRX Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş **********79 saylı daşınmaz əmlakın pasportuna əsasən onun mülkiyyətində olan 0.0648 ha torpaq sahəsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz müdaxiləyə son qoyulması, ona məxsus torpaq sahəsində onlar tərəfindən aparılmış bütün tikililərin cavabdehlər tərəfindən sökülərək torpaq sahəsinin onun sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, MA ******* nömrəli, xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən və dəqiq koordinatları DƏDRX Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş **********79 saylı daşınmaz əmlakın pasportunda qeyd edilmiş 0.0648 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Torpaq sahəsi Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmişdir. Zəbt etdiyi ərazi də onun tərəfindən onların özünə məxsus tikinti işləri aparmışdır. Bununla bağlı onlara müraciət etdikdə onlar iddiaçının sözlərinə məhəl qoymamışdır. İddiaçıya məxsus olan torpaq sahəsi qəsdən cavabdehlər tərəfindən zəbt edilmişdir. Bununla da iddiaçının mülkiyyət hüququnu pozmuşdurlar. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-21/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, MA ******* nömrəli, xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və DƏDRX Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş **********79 saylı daşınmaz əmlakın pasportuna əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.0648 ha torpaq sahəsinin 99.74 kv.m hissəsindən o cümlədən həmin hissənin şimal qərbindən 79.94 kv.m gediş-gəliş yolu və 19.80 kv.m çardaq) hissəsində tikili cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz müdaxiləyə son qoyulması, həmin hissədə cavabdehlər tərəfindən aparılan tikililərin cavabdehlərin vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin İddiaçı sahibliyinə qaytarılması, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bərabər qaydada tutularaq İddiaçı ödənilməsi, Cavabdeh1 80 manat, Cavabdeh2 80 manat, İddiaçı 40 manat ekspertiza xərcinə görə pulun tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva). Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.0648 ha torpaq sahəsinin ölçüsünün yerində (naturada) 0.0464 ha hissəsi ilə üst-üstə düşdüyü və İddiaçı mülkiyyəti olan 0.0648 ha torpaq sahəsinin 99.74 kv.metr hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadələrində olduğu, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, MA seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsinin ölçüsünün yerində (naturada) 0.0271 hissəsi ilə üst- üstə düşdüyü və Cavabdeh1 mülkiyyətində olan 0.03 ha torpaq sahəsinin 31.23 kv.metr hissəsinin İddiaçı faktiki istifadəsində olduğu, İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadələrində olan torpaq sahəsinin şimalqərbindən 79,94 kv.metr (gediş-gəliş yolu) və 19.80 kv.metr (çardaq) hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 239.2, Torpaq Məcəlləsinin 84, 111-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh2 apellyasiya şikayəti verərək Abşeron Rayon məhkəməsinin 2(012)- 21/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının onun sahibliyinə qaytarılmasını tələb etdiyi torpaq sahəsi ümumi istifadədə olan yol olmuşdur. Bunu həmin mübahisəli torpaq sahəsini iddiaçı və cavabdehə satan X2 məhkəmə baxışı zamanı təsdiq edərək Cavabdeh2 0.03 ha torpaq sahəsi satdığını, yolun əvvəldən onun evinin qarşısı ilə olduğunu, həmin yerin onun mülkiyyətində olduğunu bildirmişdir. Hətta həmin yerə baxış keçirilən zaman da görünür ki, iddiaçının özü də həmin torpaq sahəsini ümumi istifadədə olan yol kimi qəbul etmiş və özünə məxsus tikilinin qapısını həmin yola doğru qoymuşdur. Həmin yol bələdiyyə tərəfindən qeydiyyata alınaraq ünvan və qapıya nömrə də verilmişdir. Hətta həmin yola uyğun olaraq rəsmi müqavilələr əsasında kommunukasiya xətləri də çəkilmişdir. Ekspert rəyində də həmin sahənin cavabdehlərin həyətyani sahələrinin giriş yolunun olduğu müəyyən edilmişdir. Qeyd edilən ekspert rəyi ilə Cavabdeh1 mülkiyyətində olan 0.03 ha torpaq sahəsinin cənub şərq hissəsində yaşayış evinə digər giriş-çıxış yolunun olduğu qeyd edilsə də bu işin faktiki halları ilə uyğun gəlmir. Belə ki, torpaq sahəsinin cənub şərq hissəsində Cavabdeh1 məxsus yaşayış evinə digər giriş-çıxış yolu deyilən torpaq sahəsi ümumi istifadədə olan yol deyil, xüsusi mülkiyyətdə olan torpaq sahəsidir. Həmin ərazi yol kimi həmin mülkiyyətçinin şəxsi istifadəsi üçün nəzərdə tutulmuşdur. Bu xüsusi mülkiyyət cavabdehlərin giriş-çıxış yolu kimi qəbul edilə bilməz. İddiaçının iddia etdiyi torpaq sahəsi isə iş materialları ilə ümumi istifadədə olan yol kimi nəzərdə tutulduğu müəyyən edilmişdir. Məhkəmə iş üzrə qəbul etdiyi qətnaməsi ilə iddiaçının mülkiyyət hüquqlarını nəzərə almış, lakin cavabdehin mülkiyyət hüquqlarının pozulmasını nəzərə almadan AR Mülki Məcəlləsinin 152, 157, 239-cu maddələrini düzgün tətbiq etməmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətlərinə qarşı yazılı etirazlar daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, torpaq sahəsini 2008-ci ildə almış və həmin tarixdən orada yaşayır. İddiaçı həmin torpaq sahəsini 2011-ci ildə alıb. Həmin alğı-satqı zamanı iddiaçı tərəfindən əraziyə baxış keçirilməyib. Mübahisəli ərazi ümumi istifadədə olan yoldur, bağlansa, o, evinə sərbəst şəkildə gedib-gələ bilməyəcək. İddiaçı ona qarşı onun torpaq sahəsini zəbt etməyinə dair iddia qaldırmışdı. Ekspertiza nəticəsində məlum oldu ki, əslində o, yox, İddiaçı onun torpaq sahəsini zəbt edib. Bu zaman qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etdib və iddiası təmin olunub. Həmin qətnamə Ali Məhkəmədə də qüvvədə qalmışdır. Ona 3 sot, iddiaçıya 10 sot torpaq satılıb. Ona satılanda mübahisəli ərazi ümumi istifadədə olan yol idi. İddiaçının alğı-satqısı zamanı ümumi istifadədə olan yola xüsusi mülkiyyət statusu verilib. Çardaq onun giriş qapısına deyirlər. İddiaçı torpaq sahəsi alanda torpaq sahəsinə səlahiyyətli orqanlar baxış keçirməyib. Evinə hansı hissədən yol verilsə razıdır. Torpağı onlara satan şəxs yolu ayırmadan satıb. Bu zaman alğı-satqı olmayıb. Satıcıya təzyiq göstərilib və torpaq alınıb. Bunu torpağı satan şəxs məhkəmə iclaslarında da səsləndirib. Kommunikasiya təminatını həyata keçirən qurumlar özləri həmin yoldan qaz, su, işıq xətləri çəkərək mənzilləri müqavilə əsasında təmin edirlər. Mülkiyyətçi də torpağı satarkən həmin hissənin yol olduğunu bildirib. O, yol almaq, evinə gedib-gələ bilmək üçün mülkiyyətçiyə pul vermişdir. Onlar bələdiyyədən həmin ünvanda yaşamalarına dair arayış da ala bilər. Övladlarının toyuna dair video görüntülər var. Video görüntülərdən aydın olur ki, həmin hissə yol olub. Apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-21/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, tərəflər arasında əvvəllər də müxtəlif çəkişmələr olub. İddiaçıya qarşı tələbi təmin edilib və hazırda qətnamə icra mərhələsindədir. Bu gün məsələ mülkiyyət hüququnun qorunmasından gedir. Onun qorunması digər şəxsin mülkiyyət hüququnun pozulmasına səbəb ola bilməz. İddia təmin olunsa, cavabdehin evinə getməyə yolu qalmır. Məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, bundan əlavə nəzərə almamışdır ki, mübahisəli yerdə iddiaçıdan əvvəl də yaşayanlar olub. Kommunikasiya xətləri həmin yoldan çəkilib. Bələdiyyə oranı yol adlandırır və həmin yoldakı qapılara nömrə verib. Mülkiyyətçi iki müxtəlif şəxsə torpaq satıb. Tərəflərin sadəcə evlərinin tikilişində fərq var. İddiaçının istənilən yerdən küçəyə çıxışı var. Cavabdehə isə hazırki iddianın tələbi onun evindən çıxa bilməsinə mane olacaq. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-21/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirdiki, təmin olunmuş iddia əsasında evi sökməkdən imtina etmir. Cavabdeh ya torpağının haqqını versin, ya da torpağını tərk etsin. Həmin hissəyə hasar çəkmək istəyir. 8 ildir ki, çəkə bilmir. Hazırda cavabdehlə razılaşıb yolu ona versə, qonşuda qalan torpağı ala bilməyəcək. Hazırda torpağın bir sotu 15000 manatdır. Cavabdeh 2 sotun haqqını ödəsə razılaşar. Apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-21/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə Cavabdeh1 rəsmi qaydada məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsindən görünür ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Prosessual Məcəlləsinin: Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o Cavabdeh2 0.03 ha torpaq sahəsi satmışdır. Əvvəldən yol onun evinin yanı ilə olmuşdur. Yolun yerləşdiyi yer onun mülkiyyətində olmuşdur. İş materiallarında olan: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.0648 ha torpaq sahəsi İddiaçı adına xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********79 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsi Cavabdeh1 adına xx.xx.2009-cu il tarixdə ********** qeydiyyat nömrəsi, **********78 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2009-cu il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinin surətindən görünür ki, X1 rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsindən 0,03 ha torpaq sahəsini 8010 AZN-ə Cavabdeh1 satmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 fevral 2017-ci il tarixli 28443 nömrəli ekspert rəyindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş MA seriyalı, ******* saylı “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”ına əsasən İddiaçı mülkiyyətində olan 0.068 ha torpaq sahəsinin ölçüsünün yerində (naturada) üst-üstə düşmədiyi və həmin torpaq sahəsinin 179 kv.metr hissəsinin kənara işləndiyi müəyyən edilir. İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh1 və Cavabdeh2 faktiki istifadələrində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi və bitişik olmaqla həmsərhəd olduğu müəyyən edilir. İddiaçı mülkiyyətində olan 0.0648 ha torpaq sahəsinin Çıxarışına əlavə edilmiş torpaq sahəsinin plan və ölçüsü sənədinə cavabdehlərin həyətyanı sahələrinin giriş yolunun və bu yol üzərində quraşdırdıqları 20.0 kv.metrlik talvarın işləndiyi müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 fevral 2017-ci il tarixli, 28443 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli rəyə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.0648 ha torpaq sahəsinin ölçüsünün yerində (naturada) 0.0464 ha hissəsi ilə üst-üstə düşdüyü və İddiaçı mülkiyyəti olan 0.0648 ha torpaq sahəsinin 99.74 kv.metr hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadələrində olduğu müəyyən edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, MA seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsinin ölçüsünün yerində (naturada) 0.0271 hissəsi ilə üst-üstə düşdüyü və Cavabdeh1 mülkiyyətində olan 0.03 ha torpaq sahəsinin 31.23 kv.metr hissəsinin İddiaçı faktiki istifadəsində olduğu müəyyən edilir. İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadələrində olan torpaq sahəsinin şimal-qərbindən 79,94 kv.metr (gediş-gəliş yolu) və 19.80 kv.metr (çardaq) hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilir. İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinin koordinatları daxilində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən faktiki istifadəsində olan 19.80 kv.metr hissəsində tikinti (çardaq) mövcud olduğu müəyyən edilir. İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinin elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxeminə əsasən yaşayış məntəqələrinin torpaqlarını əhatə etdiyi müəyyən edilir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xüsusi mülkiyyətlərində olan torpaq sahəsinin üzərində inşa edilmiş yaşayış evinə giriş-çıxış yolunun İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinin şimal qərbindən 79.94 kv.metr hissəsinin daxilində yerləşdiyi, Cavabdeh1 mülkiyyətində olan 0.03 ha torpaq sahəsinin cənub-şərq hissəsində yaşayış evinə digər giriş-çıxış yolunun olduğu müəyyən edilir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-50/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdeh1 Adil oğlunun mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsinin 31.23 kv.m hissəsində aparılmış tikilinin cavabdehin hesabına sökülməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmiş, həmin qətnamə yuxarı məhkəmə instansiyaları tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi ekspert rəylərinə istinadən iddianın qismən təmin edilməməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, iş üzrə keçirilmiş ekspertizaların nəticələrinə dair rəylərdən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.0648 ha torpaq sahəsinin ölçüsünün yerində (naturada) 0.0464 ha hissəsi ilə üst-üstə düşdüyü və İddiaçı mülkiyyəti olan 0.0648 ha torpaq sahəsinin 99.74 kv.metr hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadələrində olduğu, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, MA seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsinin ölçüsünün yerində (naturada) 0.0271 hissəsi ilə üst üstə düşdüyü və Cavabdeh1 mülkiyyətində olan 0.03 ha torpaq sahəsinin 31.23 kv.metr hissəsinin İddiaçı faktiki istifadəsində olduğu, İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadələrində olan torpaq sahəsinin şimalqərbindən 79,94 kv.metr (gedişgəliş yolu) və 19.80 kv.metr (çardaq) hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilir. Bununla da müəyyən edlir ki, iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.0648 ha torpaq sahəsinin 99.74 kv.m hissəsindən o cümlədən həmin hissənin şimal-qərbindən 79.94 kv.m gediş-gəliş yolu və 19.80 kv.m çardaq) hissəsində cavabdehlər tərəfindən tikinti işləri aparılmışdır. Məhkəmə kollegiyası tərəfindən mübahisəli torpaq sahəsində yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, iş üzrə Cavabdeh2 məxsus yaşayış evinin hasarının arxa tərəfindən təxminən bir minik avtomobilinin keçə biləcəyi ölçüdə, həmin ərazidə evləri yerləşən qonşuların ümumi istifadəsində olan yol vardır. Bununla da müəyyən edilir ki, cavabdeh iddiaçı məxsus torpaq sahəsindən istifadə edir. Belə ki, həmin torpaq sahəsindən gediş gəliş üçün istifadə edir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bununla da məhkəmə kollegiyası hesab edir ki, idiaçıya məxsus torpaq sahəsinin bir hissəsi cavabdehlər tərəfindən zəbt edilmiş və orada tikinti aparılmışdır. Qeyd edilən hal ekspert rəyi ilə təsdiq edildiyindən iddiaçı özünə məxsus torpaq sahəsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz müdaxiləyə son qoyulması, həmin hissədə cavabdehlər tərəfindən aparılan tikililərin cavabdehlərin vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin ona qaytarılması barədə tələbində haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Bundan başqa iddia tələb təmin edildiyindən ödənilmiş dövlət rüsumu da cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda keçirilmiş ekspertizanın dəyəri də tərəflrə arasında bölünməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, iddiaçı apellyasiya şikayətini əsaslandıra bilməmişdir. Həmin dəlillər keçirilmiş ekspertizanın nəticəsi ilə təkzib edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçıya məxsus torpaq sahəsindən servitut təyin edilməsi barədə iddia qaldıra bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması, eləcə də dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-21/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-21/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar