Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-190/2021 16.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə,. İddiaçı nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-3212/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-3212/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Anar Sadıqov) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə X9 arasında Xaçmaz rayon notariat kontorunda bağlanmış xx xxxxx 2006-cı il tarixli 4 Ə/4-743 nömrə ilə qeydə alınmış Xaçmaz rayonu Qaraqurtlu kəndində yerləşən 0,30 ha torpaq sahəsinə dair alqısatqı müqaviləsinin və həmin müqavilə əsasında göstərilən torpaq sahəsinə dair DƏDRXnin 5 saylı Xaçmaz ərazi idarəsi tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsi, ona məxsus 0,10 ha torpaq sahəsinin qanunsuz sahibliyindən alınaraq istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X5 izahatında apelyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, məhkəmə öz qətnaməsində iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə istinad etməklə qəbul edir ki, cavabdehin xx.xx.2006-cı il tarixli 4 Ə/4-743 №-li alqı-satqı müqaviləsinə əsasən X1 0,30 ha torpaq sahəsinin tərkibində iddiaçıya məxsus 0,10 ha torpaq sahəsi olmuşdur. Həmin qətnamədən göründüyü kimi, cavabdehlə və digər mülkiyyətçilərlə ümumi mülkiyyəti olan 2,67 ha torpaq sahəsi iki hissədən ibarət olmaqla bir hissəsi 2,07 ha, digər hissəsi 0,60 ha təşkil edir, həmin torpaq sahəsindən iddiaçıya çatası pay 2,07 ha hissəsindən 0,335 ha, 0,60 ha hissəsindən isə 0,10 ha müəyyən edilmişdir. Yəni JN -171, kod 30211028 saylı Dövlət Aktında göstərilmiş 171 C planşetdəki 0,60 ha torpaq sahəsindən həmin qətnamə ilə iddiaçıya 0,10 ha hissəsi naturada ayrılması qət edilmişdir. Məhkəməyə təqdim edilmiş AN-İ № ******* saylı xx.xx.2006-cı il tarixli alqısatqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh həmin 0,60 ha torpaq sahəsindən 0.30 ha hissəsini X3, AN-İ № ******* saylı xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin torpaq sahəsinin birgə mülkiyyətçilərindən olan X13 torpaq sahəsinin 0,30 ha hissəsini X2, yəni hər iki müqavilələr ilə 0,60 ha torpaq sahəsinin hamısı satılmışdır. 0,60 ha torpaq sahəsində iddiaçıya məxsus olan və yuxarıda göstərilən məhkəmə qətnaməsi ilə naturada ayrılan 0,10 ha hissəsinin aqibəti məlum deyil. Cavabdeh və X13 həmin 0,60 ha torpaq sahəsini bütövlükdə qanunsuz olaraq satmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.2-ci maddəsinə əsasən həmin torpaq sahəsinin satılması üçün mütləq iddiaçının razılığı olmalı idi. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-3212/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh, maraqlı tərəflər X9 və Xaçmaz rayon 1 saylı Notariat ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-3212/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AN-İ seriyalı ******* nömrəli xx xxxxx 2006-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, Cavabdeh DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən xx.xx.1999-cu il tarixdə verilmiş JN 0171 nömrəli 30211028 kodu olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Xaçmaz rayonu, Qaraqurtlu kəndində yerləşən 0,30 ha torpaq sahəsini X7 1500 manata satmışdır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı cavabdehlər X8, X13 və X11 qarşı torpağa mülkiyyət hüququna dair JN-171, kod 30211028 saylı dövlət aktında göstərilən cizgilərdə yerləşən 2,67 ha torpaq sahəsindən payına düşən hissənin naturada ayrılıb, onun istifadəsinə verilməsi tələbinə dair iddiası təmin olunaraq torpağa mülkiyyət hüququna dair JN-171, kod 30211028 saylı dövlət aktında göstərilən cizgilərdə Xaçmaz rayonu, Qaraqurtlu kəndində yerləşən 2,67 ha torpaq sahəsindən mülk nömrəsi 171 olan 2,07 ha hissədə torpaq sahəsinin şimal-şərq tərəfindən cənub-şərqə doğru 41,31 metrdən sonra həmin istiqamətdə 10,5 metr, sonra cənub-qərbə doğru 336,2 metr, daha sonra şimal-qərbə doğru 10,3 metr, oradan birinci nöqtəyə şimal-şərqə doğru 335,9 metr olmaqla 0,335 ha və mülk nömrəsi 171 C olan 0,60 ha hissədə torpaq sahəsinin şimal-şərq tərəfindən cənub-şərqə doğru 7,09 metrdən sonra həmin istiqamətdə 7,2 metr, sonra cənub-qərbə doğru 143,6 metr, daha sonra şimal-qərbə doğru 8,8 metr, oradan birinci nöqtəyə şimal-şərqə doğru 146,8 metr olmaqla 0,10 ha hissələri naturada ayrılaraq İddiaçı mülkiyyətinə verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi AN-İ seriyalı ******* nömrəli xx xxxxx 2006-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən xx.xx.1999-cu il tarixdə verilmiş CN 0171 nömrəli 30211028 kodu olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Xaçmaz rayonu Qaraqurtlu kəndində yerləşən 0,30 ha torpaq sahəsini X7 1500 manata satmasını, eləcə də Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən torpağa mülkiyyət hüququna dair JN-171, kod 30211028 saylı dövlət aktında göstərilən cizgilərdə yerləşən 2,67 ha torpaq sahəsinin 0,10 ha hissələri naturada ayrılaraq İddiaçı mülkiyyətinə verilməsinin qət edlməsini, tərəfindən cavabdehin məhz iddiaçıya məxsus 0,10 ha torpaq sahəsini qanunsuz olaraq satması barədə heç bir mötəbər sübut təqdim edilməməsinə istinad etmiş və aşağıdakı qanunvericilik normalarına istinad edərək iddianı təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnu tanınmasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5.-ci maddəsinə müvafiq olaraq mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o, cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş həddlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona sərəncam verə bilər. Həmin Məcəllənin 149.2-ci maddəsindən görünür ki, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına qoşulması milli məhkəmələr tərəfindən İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Konvensiyanın 46-cı maddəsi İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəyə malik olmasını təsbit edirsə, Konvensiyanın 32-ci maddəsi onların presedent əhəmiyyətinə malik olmasına zəmin yaradır. Həmin maddəyə müvafiq olaraq Avropa Məhkəməsinin Konvensiyanın hər hansı maddəsi ilə bağlı verdiyi şərh həmin maddənin tərkib hissəsinə çevrilir və ona görə də məcburi hüquqi qüvvə kəsb edir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendum ilə qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr əsas götürülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.3-cü maddəsindən görünür ki, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 351.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X8, X13 və X11 qarşı torpağa mülkiyyət hüququna dair JN-171, kod 30211028 saylı dövlət aktında göstərilən cizgilərdə yerləşən 2,67 ha torpaq sahəsindən payına düşən hissənin naturada ayrılıb, onun istifadəsinə verilməsi tələbinə dair iddiası təmin olunaraq torpağa mülkiyyət hüququna dair JN-171, kod 30211028 saylı dövlət aktında göstərilən cizgilərdə Xaçmaz rayonu, Qaraqurtlu kəndində yerləşən 2,67 ha torpaq sahəsindən mülk nömrəsi 171 olan 2,07 ha hissədə torpaq sahəsinin şimal-şərq tərəfindən cənub-şərqə doğru 41,31 metrdən sonra həmin istiqamətdə 10,5 metr, sonra cənub-qərbə doğru 336,2 metr, daha sonra şimalqərbə doğru 10,3 metr, oradan birinci nöqtəyə şimal-şərqə doğru 335,9 metr olmaqla 0,335 ha və mülk nömrəsi 171 C olan 0,60 ha hissədə torpaq sahəsinin şimal-şərq tərəfindən cənub-şərqə doğru 7,09 metrdən sonra həmin istiqamətdə 7,2 metr, sonra cənub-qərbə doğru 143,6 metr, daha sonra şimal-qərbə doğru 8,8 metr, oradan birinci nöqtəyə şimal-şərqə doğru 146,8 metr olmaqla 0,10 ha hissələri naturada ayrılaraq İddiaçı mülkiyyətinə verilməsi qət edilmişdir. Göründüyü kimi torpağa mülkiyyət hüququna dair JN-171, kod 30211028 saylı dövlət aktında göstərilən cizgilərdə yerləşən 2,67 ha torpaq sahəsinin iddiaçıya aid olan 0,10 ha hissəsi məhkəmə qətnaməsi ilə naturada ayrılaraq onun mülkiyyətinə verilmişdir. Hazırki iddia ərizəsindən görünür ki, iddiaçı tələbində ona ayrılmış hissəsinin cavabdeh tərəfindən satılmasını bildirsə də, buna dair sübut təqdim etməmişdir. Qeyd edilən halın araşdırılması üçün məhkəmə kollegiyası iş üzrə ekspertiza təyin etmişdir. İş materaillarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 10/2298 saylı ekspert rəyindən görünür ki, mülki iş materiallarına əlavə olunmuş DƏDRX tərəfindən X7 verilmiş **********82 reyestr nömreli Torpaq sahasinin planı və ölçüsü sənədindəki koordinatlarla X6 faktiki istifadə etdiyi torpaq sahasinin koordinatları arasında kəskin ferq olduğundan DT- XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən xx.xx.1999-cu il tarixdə verilmiş JN-0171 nömrəli 3021 1028 kodu olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən AN-l seriyalı ******* nömrəli xx xxxxx 2006-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Cavabdeh Əlövset qızı tərəfindən Hüseynova Nazirə 'Qurban qızına satılmış Xaçmaz rayonu Qaraqurtlu kendində yerləşən 0,30 ha torpaq sahasinin yerdə- (naturada) sərhədləri müəyyan etmək mümkün deyildir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə Elşad Ramiz oğluna qarşı torpağa mülkiyyət hüququna dair JN-1xx xxx 30211028 saylı dövlət aktının mübahisə predmeti olan 171C hissəsinə əsasən 0,60 ha torpaq sahəsindən İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsinin koordinatları ilə DƏDRX tərəfindən X7 verilmiş **********82 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlar eynilik təşkil etmir. Qeyd etmek lazımdır ki, mülki iş materiallarına əlavə olunmuş DƏDRX tərəfindən X7 verilmiş **********82 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlarla X6 faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları arasında kəskin fərq vardır. Xaçmaz Rayon Məhkəməsini xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə Elşad Ramiz oğluna qarşı torpağa mülkiyyət hüququna dair JN-1xx xxx 30211028 saylı dövlət aktının mübahisə predməti olan 171C hissəsinə əsasən 0,60 ha torpaq sahəsindən İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsinin koordinatları ilə DƏDRX tərəfindən X7 verilmiş **********82 reyestr nömrəli Torpaq sahəsinin planı ve ölçüsü sənədindəki koordinatlar üstüstə düşmür. Qeyd etmek lazımdır ki, mülki iş materiallarına əlavə olunmuş DƏDRX tərəfindən X7 verilmiş **********82 reyestr nömrəli Torpaq sahəsinin planı ve ölçüsü sənədindəki koordinatlarla X6 faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları arasında keskin fərq vardır. Göründüyü kimi, iddiaçının tələbi iş materiallarına əlavə edilmiş ekspert rəyi ilə də təkzib edilir. Belə ki, ekspert rəyində də, iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin cavabdeh tərəfindən X1 torpaq sahəsi ilə üst-üstə düşmədiyi təsdiq edilir. Göründüyü kimi iddiaçı iddia tələbini əsaslandıra bilməmiş, əksinə iddiaçının dəlilləri keçirilmiş ekspertizanın nəticəsinə dair ekspert rəyi ilə təkzib edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə xx xxxxxxx 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə"xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-3212/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, , 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-3212/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apelyasiya şikayəti təmin edilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 manat pul İddiaçı tutularaq dövlət büdcəsinə aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-190/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-190/2021
16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver