Məhkəmə qərarları › İş №2(105)-1901/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1901/2021

03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1901/2021 03.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı, Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı və digər İddiaçı2 nümayəndəsi İddiaçı1, onun nümayəndə və vəkili X2, maraqlı şəxs X1 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(067)-1021/2021 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(067)-1021/2021 saylı qətnaməsi ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiasının təmin olunmaması, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (hakim A.B.Sadıqov). İddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(067)-1021/2021 saylı qətnaməsinin ləğv edilməsi və idianın təmin edilməsini xahiş etmişlər. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmədə iddia qaldıraraq Xaçmaz rayonu, Fərzəli oba kəndində yerləşən 02.08.2005-ci il tarixdə verilmiş JN 228 saylı, ********* kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 1.0 ha torpaq sahəsinin atası X5 ilə Cavabdeh arasında bağlanmış Xaçmaz rayon notariat kontorunda təsdiq edilmiş 22.06.2006-cı il tarixli AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Şİ K A Y Ə T İ N İ N DƏ L İ L L Ə R İ və P R O S E S İŞ T İ R A K Ç İ L A R İ N İ N İ Z A H A T L A R İ: Məhkəmə kollegiyasının iclasında iddiaçı və digər İddiaçı2 nümayəndəsi İddiaçı1 apelyasiya şikayətini müdafiə edərək bildirdi ki, atası X5 Cavabdeh Xaçmaz rayonu, Fərzəli-Oba kəndində yerləşən 1.0 ha torpaq sahəsini notarial qaydada satmışdır. Torpaq satan zaman notariusda hər iki tərəfə izah olunmuşdur ki, uşaqlar 18 yaşına çatana qədər çıxarış alınmalıdır. Onlar 14 il ərzində cavabdehə torpaq sahəsini istifadə etmək üçün xəritəni verməsini demiş, lakin cavabdeh eskiz lahiyəsini özündə saxlayır. Demək olar ki, cavabdeh müqavilənin şərtlərini pozur. Müqavilədə göstərildiyi kimi əgər tərəflərdən biri şərtləri yerinə yetirməsə müqavilə ləğv olunmalıdır. Qeyd edir ki, onlar həmin torpaq sahəsini 1600 (min altı yüz) manata satmışdılar. Müqavilədə göstərilən puldan cavabdeh 800 (səkkiz yüz) manatını verib, qalan hissəsini hələ də verməyib. Onlara deyir ki, ona çıxarış almaq üçün icazə verilsin, sonra 6 ay ərzində ödəmədiyi 800 (səkkiz yüz) manatı qaytaracaq. Beləcə 14 ildir ki, onları aldadır. Cavabdeh onlara məxsus olan torpaq sahəsindən istifadə edərək gəlir əldə edir. Cavabdeh bildirmişdir ki, Xaçmaz rayonu, Fərzəli-Oba kəndində yerləşən 02.08.2005-ci il tarixdə verilmiş, JN: 228 saylı, ********* kodu olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 1.0 ha torpaq sahəsini onunla alqı-satqı etsələr, yalnız pulu tam ödədikdən sonra çıxarış alacaq. 2006-cı ildə onların 11-12 yaşı olmuşdur. Cavabdeh hələ də onlara olan borcunu ödəməyib, öz aralarında bağlanan şifahi müqavilənin şərtlərini pozur. Hansı ki, cavabdeh 15 il müddət gözləyərək torpağa çıxarış almamağını bildirmişdir. Cavabdeh torpağı qaytarmaq istəmir, nə də ki, qalan 800 manat borcunu ödəmək istəmir. Alqı-satqı müqaviləsində göstərilən satış üçün ödənilən məbləğlər ödənilməyib. Eşidiblər ki, cavabdeh onlara məxsus olan torpaq sahəsinə çıxarış almaq istəyir, ancaq onların razılaşması belə olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd edilənlərə əsasən apelyasiya şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(067)-1021/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndə və vəkili X6 apelyasiya şikayətini müdafiə edərək şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(067)-1021/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndə və vəkili X6 apelyasiya şikayətini müdafiə edərək şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(067)-1021/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndə və vəkili X4 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, iddiaçı ilə cavabdeh arasında qeyd olunan torpaq sahəsi ilə əlaqədar mübahisə yaranmışdır. İddiaçıların alqı-satqı müqaviləsindən xəbəri var və yetkinlik yaşlarının tamam olması və məhkəməyə müraciət hüquqlarının müəyyən edildiyi yaşdan (18 yaş) uzun müddət keçməsinə baxmayaraq bilərəkdən məhkəməyə əqdin ləğv edilməsinə dair müraciətin gecikdirmələrini özləri də etiraf etmişlər. Bütün bu qeyd edilənlər əsas verir ki, hər iki iddiaçının iddia ilə bağlı qanunla müəyyən edilmiş prosessual müddəti üzürsüz səbəbdən ötürmüşlər. Həmçinin cavabdeh tərəf müqavilə üzrə bütün pulu ödəyib və müqavilə üzrə heç bir borcu və yaxud da digər öhdəliyi qalmayıb. Apelyasiya şikayətinin təmin edilməməsini, Xaçmaz Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(067)-1021/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs X5 apelyasiya şikayətinin dəlillərini qəbul edərək göstərdi ki, o, alqı-satqı müqaviləsini 2006-cı ildə bağlamışdır, həmin vaxt uşaqları yetkinlik yaşına çatmamışdı. Cavabdeh uşaqlar 18 yaşına çatanda torpağı qaytaracağına söz vermişdi. Sonra nə torpağı qaytardı, nə də pulu verdi. Mənə bir dəfə 670 manat, bir dəfə də 130 manat pul verib. Cavabdeh onu aldadaraq müqaviləyə imza etməsinə nail olub. Qeyd edilənlərə əsasən apelyasiya şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(067)-1021/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR : Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır vəşikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərəəsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan AN-İ seriyalı, ******* saylı, 22 iyun 2006-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, X5, İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Xaçmaz rayonu, Fərzəli oba kəndində yerləşən 1,0 ha torpaq sahəsini Cavabdeh 1600 manata satmışlar. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinəəsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İş materiallarından görünür ki, iddiaçılar müqavilənin ləğvinə dair iddia irəli sürsələr də iddianı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 422.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 567-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 646-cı maddəsinəəsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. İş materiallarından görünür ki, AN-İ seriyalı, ******* saylı, 22 iyun 2006-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X5, (hazırkı iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 atalarının iştirakı ilə müqaviləni imzalamışlar) mülkiyyətində olan Xaçmaz rayonu, Fərzəli oba kəndində yerləşən 1,0 ha torpaq sahəsini Cavabdeh 1600 manata satmışdır. Həmin müqavilədən görünür ki, satıcı torpaq sahəsini alıcıya verməyi, alıcı dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmi müqavilənin hər hansı bir şərtlə (iddiaçılar 18 yaşına çatdıqdan sonra alıcının torpağı qaytarması və s.) bağlanması görünmür. Bundan başqa məhkəmə kollegiyası iddiaçıların 2006-cı ildən indiyədək torpağın dəyərinin ödənilməməsi, bu müddətdə satıcının bunu mübahisələndirməməsi barədə dəlilini inandırıcı hesab etmir. Eləcə də müəyən olunur ki, iddiaçılar müvafiq olaraq 1994, 1996-cı ildə doğulmuşlar, artıq müəyyən bir müddətdir ki, yetkinlik yaşına çatmalarına baxmayaraq müqaviləni mübahisələnirməmişlər. Bundan başqa qanunvericiliyin tələblərinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Hazırkı müqavilənin tərəfi isə iddiaçıların atası X5 və Cavabdehdur ki, onlar da müqaviləni mübahisələndirməmişlər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı müqaviləsi ləğv edilə bilməz. Bundan başqa müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi faktiki olaraq Cavabdeh istifadəsindədir. Beləliklə iş materiallarından müəyyən olunur ki, iddiaçılar alqı-satqı müqaviləsinin ləğv edilməsini iddia etsələr də bunu əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim edə bilməmşlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiaysı hesab edir ki, məhkəmə haqlı olaraq iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Belə ki, qeyd edilən dəlillər araşdırılaraq qətnamədə onlara qiymət verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuşəsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni vəəsaslı olan, mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(067)-1021/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar