Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1910/2020 22.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), X8 və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-699/2020 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-699/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Habil Əhmədov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı aliment tələbinə mülki iş üzrə iddia rədd edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək övladlarıxx.xx.2006-cı il təvəllüdlü X13 və xx.xx.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə aylıq 200 manat olmaqla, ümumilikdə 400 manat alimentin uşaqların nənə və babası X1 və Cavabdeh2 tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərin oğlu X18 ilə xx.xx.2005-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2006-cı il təvvəlüdlü X19 və xx.xx.2008-ci il təvvəllüdlü X14 anadan olmuşlar.Ailəli olduğu müddətdə yoldaşının valideynləri ilə birlikdə yaşamışlar. Bir müddət sonra yoldaşı Rəşad Ələkbərovun düz bağırsağın xərçəngi xəstəliyinə tutulduğu məlum olmuşdur. Xəstəliyi ağırlaşdıqda yoldaşınındoğulub böyüdüyü Şəki şəhərinə getmiş və bir müddət orada yaşamışdılar. Yoldaşı vəfat etdikdən sonra onlar geri qayıtmamış və təxminən 2 il orada yaşamışdılar. Bundan sonra Bakıda yerləşən evə qayıtmış və orada bir müddət yaşadıqdan sonra ailədə narazılıqlar başlamışdır. Bu evdə ondan və yoldaşının valideynlərindən başqa kiçik qaynının ailəsi də yaşayırdı. Vaxt keçdikcə bir neçə ailənin bir evdə yaşamağı mümkünsüz hala çevrilmiş və evdən çıxmaq məcburiyyətində qalmışdır.Hazırda iki övladı ilə birlikdə Masazır qəsəbəsində kirayədə qalır. Heç bir yerdən gəliri olmadığı üçün kirayədə qalmaq güngündən çətinləşir. Bir neçə dəfə cavabdehlərdən övladlarının saxlanılmasında ona köməklik etmələrini xahiş etsə də, heç bir faydası olmamışdır. Yoldaşı vəfat etdiyi üçün nənə-baba olaraq cavabdehlər uşaqların saxlanılmasında ona maddi cəhətdən köməklik göstərməlidirlər.Əlavə olaraq Cavabdeh2 xidməti vəzifəsinə görə yüksək pensiya alır. Cavabdeh1adına isə Şəki şəhərində bir neçə daşınmaz əmlak mövcuddur. Belə ki, mülkiyyətində olan qeyri-yaşayış sahələrini (market və salon) aylıq icarəyə verir. X12 Şəki şəhəri, Orta Zəyzid kəndində yerləşən mülkiyyətində olan 0,4000 ha torpaq sahəsini də əkin üçün icarəyə verib, orada aparılan kənd təsərrüfat xarakterli əkin-biçin işlərindən yüksək gəlir əldə edir və vergi ödəyicisidir.Cavabdehlərlə birlikdə yaşayan oğlanları Söhrab Ələkbərov polis işçisidir, Şəki şəhər Polis idarəsində işləyir və aylıq yüksək maaş alır. Cavabdehlərin aylıq gəlirləri tələb olunan alimenti ödəməyə kifayət edir. Övladlarının nənə-babasının aldıqları aylıq pensiya təminatı tələb etdiyi alimentin məbləğinə uyğundur. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi hüquq normasının pozulması ilə qəbul edildiyi, əsassız və ədalətsiz olduğu üçün ləğv edilməlidir. Belə ki, ilk baxış prosesi zamanı məhkəmədə geniş şəkildə çıxış edərək bildirmişdir ki, hazırda övladları ilə ailəsinin himayəsinə sığınmışdır. Cavabdehlər övladları rəhmətə getdikdən sonra ona bildirmişdilər ki, daim onlara baş çəkəcəklər, atmayacaqlar, nəvələrinin oxuması və atalarının ruhunun şad olması üçün əllərindən gələn hər dəstəyi göstərəcəklər. Cavahdehlər onu aldadaraq atasının evinə yola salmış, vaxt keçdikdən sonra onu unutmuş, nəvələrinə baş çəkməmişlər. Uşaqlara maddi yardıma görə cavabdehlərə müraciət edən zaman mincür bəhanə gətirərək bundan boyun qaçırmışdılar. İki azyaşlı uşaq təkcə onun valideynlərinin deyil, cavahdehlərin də nəvələridir, cavabdehlər də bu uşaqların saxlanılmasında ona kömək etməlidirlər. Övladlarının məktəbi və təhsili ilə maraqlandığı üçün işləmək imkanı yoxdur. Bir övladını səhər aparıb, digərini günorta evə gətirir, uşaqların oxumağı, qidalanması və sağlamlıqlarının qorunması onun öhdəsində olduğu üçün işləyə bilmir, köməksiz vəziyyətdə olduğu, öz valideyinlərindən utandığı üçün məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə nənə Ələkbərovanın mülkiyyətində daşınmaz əmlakının olmasını və baba Ələkbərovun isə aldığı yüksək (1000 manat) pensiyasını babanın nəvələrindən irəli olan öz canına, xəstəliyinə, aylıq çərəz almasına sərf etdiyini qeyd edərək buna toxunmağın yolverilməz olduğunu qeyd etmişdir. İddiaçı apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, ailə başçısını itirdiyinə görə 230 manat pensiya alır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı yam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə İddiaçı arasında olan nikah xx xxxxxxxx 2005-ci il tarixdə Şəki şəhər VVADQ şöbəsində bağlanılaraq 239 sayla qeydə alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X18 ilə İddiaçı nikahından xx xxxx 2006-cı il tarixdə X19 və xx xxxxxx 2008-ci il tarixdə X14 anadan olmuşlar. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2016-cı il tarixli, 5034 saylı arayışından görünür ki, İddiaçı ünvan 1 mənzil 30 ünvanında qeydiyyatdadır, hazırda işləmir, onun X9 və X4 ibarət ailə tərkibi vardır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxxxx 2019-cu il tarixli məktubunun surətindən görünür kı, X2 adına Şəki rayonu, Orta Zeyzid kəndində yerləşən 0,4000 ha torpaq sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X15 Nazirliyi yanında Dövlət X23 X17 İdarəsinin xx xxxxxxx 2019-cu il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh2 idarə tərəfindən hər ay 1114,04 manat məbləğində pensiya ödənilir. İş materiallarında olan Azərbaycan Respublikasının Vergilər Nazirliyinin xx xxxxxx 2019-cu il tarixli məktubunun surətindən görünür ki, vergi ödəyicilərinin reyestirində xx.xx.1959-cu il təvəllüdlü Cavabdeh1 (VÖEN:**********) xx.xx.2007-ci il tarixdən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması barədə məlumat mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2020ci ildə yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. İşdə iştirak edən şəxsin izahatı və iş materialları ilə müəyyən edilmişdir ki, X18 ilə İddiaçı xx xxxxxxxx 2005-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx xxxx 2006-cı il tarixdə X19 və xx xxxxxx 2008-ci il tarixdə X14 anadan olmuşlar, X18 vəfat etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Həmin Məcəllənin 93.1 və 93.2-ci maddələrinə əsasən bu Məcəllənin 88-92-ci maddələrində göstərilmiş şəxslərə aliment ödənilməsi qaydası və alimentin miqdarı tərəflər arasındakı sazişlə müəyyən oluna bilər. Tərəflər arasında belə saziş olmadıqda məhkəmə alimentin miqdarını hər bir ayrıca halda aliment tutulan şəxsin və aliment alan şəxsin maddi və ailə vəziyyətindən və tərəflərin diqqətəlayiq olan digər maraqlarından asılı olaraq hər ay ödənilən sabit pul məbləğində müəyyən edir. Göründüyü kimi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinin mənasına görə yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr baba və nənədən aliment almaq hüququna o vaxt malik olurlar ki, öz valideynlərindən maddi yardım ala bilməsinlər və baba və nənə aliment ödəmək üçün zəruri vəsaitə malik olsunlar. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, İddiaçı ailə başçısının itirməyə görə 230 manat pensiya alır. İddiaçı iddia ərizəsində Cavabdeh1 adına Şəki şəhərində bir neçə daşınmaz əmlak mövcud olmasını, mülkiyyətində olan qeyri-yaşayış sahələrini (market və salon) aylıq icarəyə verməsini göstərsə də, bu barədə hər hansı bir sübutu nə iddia ərizəsinə əlavə etməmiş, nə də birinci instansiya məhkəməsinə təqdim etməmişdir. Digər tərəfdən, İddiaçı işləməsə də, uşaqları saxlamaq onun da valideynlik borcudur. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2020ci ildə pensiyaçılar üçün yaşayış minimumu 157 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh2 yaşayış minimumu üçün müəyyən edilmiş məbləğdən yüksək pensiyaalır, Cavabdeh1 gəlirləri barədə isəiş materiallarında hər hansı sənəd yoxdur. Cavabdehlərin nəvələrinin saxlanması üçün kifayət qədər zəruri vəsaitə malik olmaları iş materialları ilə öz təsdiqini tapmır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-699/2020 saylı qətnaməsidəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-1910/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1910/2020
22.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver