Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1912/2021 24.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X8 Tağızadənin sədrliyi və məruzəsi, X1 və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçının nümayəndəsi: X5, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı uşağın himayəyə verilməsi tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Zəngilan Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qərardadı ilə (hakim G.K.İmanova) İddiaçı Cavabdeh qarşı uşağın himayəyə verilməsi tələbinə dair iş üzrə icraatın dayandırılması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı uşağın himayəyə verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından olan 10iyul 2005-ci il təvəllüdlü X4 və 14 oktyabr 2011-ci il təvəllüdlü X6 onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə 2005-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan onların 10 iyul 2005-ci il təvəllüdlü Ləman və 14 oktyabr 2011-ci il təvəllüdlü Yusif adlı iki uşaqları olmuşdur. Cavabdeh ona qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə 2016-cı ildə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 19 sentyabr 2016-cı il tarixli 2(010)-4943/2016 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş və akt qeydləri ləğv edilmiş, onların birgə nikahdan olan azyaşlı uşaqları anası Cavabdeh yanında qalmaları müəyyən edilmiş və uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün 19 aprel 2016-cı il tarixdən başlayaraq hər ay hər uşaga 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin ondan alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Hazırda qızı Ləmanın 14 yaşı var və o, onun himayəsindədir, onunla qalmaq istəyir. Oğlu isə cavabdehin himayəsindədir. Suraxanı Rayon Məhkəməsində işə baxılarkən uşaqların kimin himayəsində qalması məsələsi araşdırılaraq, İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsi işə cəlb edilməmiş və həmin qurumdan hər hansı rəy alınmamışdır. Hazırda onun hər iki uşagı saxlamaga şəraiti var, cavabdeh uşaqlara demək olar ki, baxmır, onlarla maraqlanmır və onların tərbiyəsi ilə məşgul olmur. Qızının onun yanına gəlmə səbəbi cavabdehin anaya yaraşmayan hərəkətləri olmuşdur. Qızının onun yanında qalmaq fikri qətidir və cavabdehi görmək istəmir. Cavabdeh icraatın dayandırılması barədə vəsatətlə məhkəməyə müraciət edərək, hazırda Zəngilan Rayon Məhkəməsinin icraatında olan Cavabdeh İddiaçı qarşı valideynlik hüquqlarından məhrum edilmə tələbinə dair e-2(034)-206/2021 saylı mülki işə məhkəmədə baxılıb həll edilənədək, Zəngilan Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı uşağın himayəyə verilməsi tələbinə dair 2(034)-15/2021 saylı mülki işin icraatının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Cavabdeh tərəfindən qaldırılan «valideynlik hüquqlarından mərhum edilmə» tələbinə dair iddia məhz hazırki işin yekununda məhkəmə prosesi süni şəkildə uzaldılması üçün qaldırılmışdır. Həmin iddianın təmin olunması üçün hər hansı əsas yoxdur və həmin iddianın perspektivi yoxdur. Sadəcə 10 iyul 2005-ci il təvəllüdlü Ləman artıq bir ildir ki, onun yanında olduğungan və anasının yanında qalmagını istəmədiyindən, cavabdeh bilmir ki, hansı şəkildə məhkəməyə imkan verməsin ki, qətnamə qəbul edilsin. Cavabdeh tərəfindən iş üzrə rəy alınması üçün icraatın dayandırılması barədə də şikayət verilmişdir. Zəngilan Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(034)-15/2021 saylı qərardadı ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı nümayəndəsi K.Ə.Kazımova şikayətin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh şikayətin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qərardadın dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qərardadı dəyişdirilməməlidir, şikayət isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdə olan sənədlərdən görünür ki, Cavabdeh İddiaçı qarşı nikahın pozulması və aliment tələbinə dair məhkəmədə iddia qaldırmış və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, tərəflər arasında bağlanmış nikah pozulmuş və birgə nikahlarından olan 10 iyul 2005-ci il təvəllüdlü Ləman və 14 oktyabr 2011-ci il təvəllüdlü Yusif anası Cavabdeh yanında saxlanılması və hər uşaq üçün 90 manat aliment tutulması qət edilmişdir. İddiaçı məhkəmənin müəyyən etdiyi aliment öhdəliyini icra etmir. O, aliment öhdəliyini icra etmədiyinə görə bir necə dəfə inzibati qaydada həbs edilmişdir. Hazırda onun 5000 manatdan yuxarı aliment borcu yaranmışdır. Öz valideynlik vəzifələrini yerinə yetirmədiyinə və aliment öhdəliklərini icra etmədiyinə görə Cavabdeh İddiaçı qarşı valideynlik hüquqlarından məhrum edilmə tələbinə dair Zəngilan Rayon Məhkəməsində iddia qaldırıb. Həmin iddia üzrə e-2(034)- 206/2021 saylı iş hazırda Zəngilan Rayon Məhkəməsinin icraatındadır və məhkəmə baxışına təyin edilmişdir. Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinə əsasən, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı dayandırılmalıdır. Maddənin mənasından da bgörünür ki, mülki mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa iş həll edilməyincə, işə baxmaq mümkün olmadıqda, məhkəmə iş üzrə icraatı dayandırmağa borcludur və bu hal məhkəmənin hüququ deyil, vəzifəsi kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 256.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda, məhkəmə qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Ona görə də, məhkəmə kollegiyası qənaətə gəlir ki, hazırda icraatda olan mülki işin icraatı dayandırılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 254.1.4, 398.0.1-ci maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin bu iş üzrə 18 mart 2021-ci il tarixli 2(034)-15/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır.
Məhkəmə qərarları › İş №2(105)-1912/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1912/2021
24.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver